STENOQRAM
ABŞ-ın Azərbaycan Respublikasındakı Səfiri Riçard Morninqstar
ABŞ -Azərbaycan Forumunda çıxış
Sessiya 1:
ABŞ-ın Azərbaycanla münasibətdə xarici siyasəti
29 may 2013-cü il – 11:45 (6 d
əqiqə - təqdim olunduğu kimi)
İcazə verin ilk növbədə qeyd edim ki, ABŞ-ın rəhbər şəxsləri və
müt
əxəssislərindən ibarət olan bu nüfuzlu qrupun tərkibində bu gün iştirak etmək
m
ənim üçün fəxrdir. Bu qrupun hər bir üzvü Birləşmiş Ştatların Azərbaycanla olan
əlaqələrinin nə dərəcədə əhəmiyyətli olduğunu bilir və bu ölkədə baş vermiş nəzərə
çarpan
transformasiyanın region üçün olan strateji əhəmiyyətindən xəbərdardır.
Sovet İttifaqının süqutundan sonra Birl əşmiş Ştatların siyasəti bazar yönümlü,
demokratik dövl
ətlərin yaranmasını dəstəkləmək olmuşdur. Məntiq sadədir, yeni
müst
əqil, bacarıqlı dövlətlərin sayının çox olması o deməkdir ki, bizim dünyada
ümumi probleml
ərimizi həll edə biləcəyimiz, qlobal və regional çətinlikləri
birlikd
ə aradan qaldıra biləcəyimiz daha çox tərəfdaşımız vardır.
Az
ərbaycanla münasibətdə bu belədir. Qeyd etmək istərdim ki, bizim marağımız
burada kimins
ə udması və ya uduzması üzərində qurulmamışdır. Bizim marağımız
müst
əqil, suveren, hökumətinin və xalqının gələcəyini və istiqamətini müstəqil
şəkildə müəyyən edə bilən Azərbaycanın olmasıdır.
Son 20 ild
ə bizim Azərbaycanla olan əlaqələrimiz strateji tərəfdaşlıq səviyyəsinə
q
ədər inkişaf etmişdir və bu tərəfdaşlıq üç sütun üzərində qurulmuşdur, bura
daxildir ümumi t
əhlükəsizlik maraqları üzrə əməkdaşlıq, demokratik və iqtisadi
islahatlar, enerji t
əhlükəsizliyi və iqtisadi diversifikasiya. Bu tərəfdaşlığın
davamlılığı və uğuru bu sahələrin hər birində əldə olunan tərəqqidən asılıdır.
İcazənizlə bunun səbəbi barədə bir qədər ətraflı qeyd edim.
Bizim ortaq t
əhlükəsizlik maraqlarımız Xəzər bölgəsinin strateji mühitini əks
etdirir. Uzun ill
ər biz terrorçuluğa qarşı mübarizə aparmaq üçün birgə çalışmışıq.
Biz eyni zamanda nüv
ə və digər kütləvi qırğın silahlarının yayılmasının qarşısının
alınması istiqamətində də tərəfdaşlıq edirik. Bölgədə İranın rolu bizim ölkələrimiz
üçün bir problemdir v
ə İranın nüvə proqramı ilə bağlı üzərinə götürdüyü
beyn
əlxalq öhdəliklərə əməl etməsi bizim ortaq maraqlarımıza xidmət edir.
Qlobal t
əhlükəsizlik sahəsindəki çətinliklərin öhdəsindən gəlməkdə Azərbaycan
biz
ə köməklik göstərir. Azərbaycan əsgərləri Kosova və İraqda ABŞ və NATO
qüvv
ələri ilə birlikdə xidmət göstərmişlər, indi isə onlar Əfqanıstanda xidmət
göst
ərirlər. Əfqanıstana hava və quru yolu ilə həyata keçirilən yük daşımalarında
Az
ərbaycan əsas tranzit dəhlizdir, Əfqan Milli Təhlükəsizlik Qüvvələrinin
d
əstəklənməsi üçün maliyyə yardımı göstərir və Əfqanıstanın hökumət rəsmiləri
üçün t
əlimlər keçirmişdir. Bütün bunlar Əfqanıstanın gələcəyinə edilən
əhəmiyyətli və konstruktiv töhfədir.
Bu bölg
ədə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi ən üstün
t
əhlükəsizlik məsələsidir. Biz bilirik ki, status-kvo qəbuledilməzdir və Azərbaycan
ərazilərinin işğalı bu gün Azərbaycanın üzləşdiyi ən böyük çətinlikdir. Sülh
danışıqlarının irəliyə doğru aparılması üçün daha çox işlər görülməlidir. Lakin
Minsk Qrupunun h
əmsədrləri bunu təkbaşına edə bilməzlər.
Hesab edir
əm ki, Minsk Qrupu prosesi ilə bağlı daha qətiyyətli öhdəlik götürməyə
ehtiyac vardır – inamın qurulması və hər iki ölkənin xalqları arasında sülhün bərpa
olunması məqsədilə çərçivənin hazırlanması istiqamətində ciddi danışıqlara
başlamaq. İnam olmadan və insanları sülhün əldə olunması üçün lazım olan
kompromis
ə hazırlamadan, tərəflərin həyata keçirəcəyi istənilən səy uğursuz
olacaqdır. Gələcək sülhlə bağlı olan istənilən baxış hökumətlərin aparıcı rolunun
olmasını tələb edir və eyni zamanda, mən hər bir ölkədəki vətəndaş cəmiyyətinin
iştirakının da vacib olduğunu düşünür əm.
Minsk Qrupu prosesind
ən kənarda xalq diplomatiyasının - bizim “ikinci ehtiyat
yol” diplomatiyası adlandırdığımız diplomatiyanın münaqişənin həllində həlledici
rolu vardır. Hər iki ölkədə fəaliyyət göstərən beynəlxalq və yerli QHT-lər bu işə
əhəmiyyətli töhfə vermişlər. Bu səyləri dəstəkləmək və təşviq etmək üçün
hökum
ətlər daha çox iş görməlidirlər.
Bütün bunlar Az
ərbaycanda demokratik və iqtisadi inkişafı dəstəkləyən
əməkdaşlığın nə üçün əhəmiyyətli olduğunu göstərir.
Bu ölk
ədə çox böyük potensial vardır. Bu potensialın həyata keçirilməsi, eləcə də
Az
ərbaycanın uzun-müddətli sabitliyi, uğurlu demokratik və iqtisadi islahatlardan
asılıdır. Azərbaycan öz gələcəyinə - insanlara, təhsilin təkmilləşdirilməsinə,
keyfiyy
ətli tibbi və sosial xidmətlərin təminatına sərmayə yatırmağı və
korrupsiyaya
qarşı mübarizəni davam etdirməlidir. Cəmiyyətin tam iştirakçıları
olaraq
qadınlar və qızların səsi daha çox eşidilməlidir. Azərbaycanda hökumətin
özün
ə tərəfdaş hesab etdiyi güclü vətəndaş cəmiyyətinə ehtiyac vardır, eyni
zamanda müst
əqil və məsuliyyətli mediaya da ehtiyac vardır. Bütün bunlar
insanları hökumətə daha da yaxınlaşdıran və onları narahat edən məsələlərlə bağlı
əhəmiyyətli dialoqda iştirak etmələrinə imkan verən islahatlardır. Bu dəyişiklik
h
əlledici əhəmiyyət kəsb edir.
Biz Az
ərbaycanı firavan, öz iqtisadi uğurunu daha da gücləndirən və
demokratiyanın çiçəklənməsinə şərait yaradan bir ölkə kimi görmək istəyirik.
Az
ərbaycan, hökumət institutlarının gücləndirilməsi, vətəndaşların hüquqlarının
qorunması, qadınların rolunun dəstəklənməsi və iqtisadi imkanların yaradılması
istiqam
ətində nə qədər çox tərəqqi əldə edərsə, bu bizim tərəfdaşlığımızın daha
güclü v
ə strateji cəhətdən vacib olmasına səbəb olar.
T
əhlükəsizlik sahəsində bizim birlikdə üzləşdiyimiz böyük çətinlikləri mən
əvvəldə qeyd etdim. Daha güclü tərəfdaşlığımız bizə daha çox iş görməyə imkan
ver
əcəkdir. Biz, Xəzərdə əhəmiyyətli enerji infrastrukturunun mühafizə olunması
istiqam
ətində yenicə başlayan səylərimizi genişləndirə bilərik. Eyni zamanda
əməkdaşlıq üçün bir sıra digər sahələr də mövcuddur, o cümlədən dənizdə
t
əhlükəsizlik, sərhəd mühafizəsi və terrorçuluğa qarşı mübarizədə əməkdaşlıq.
Enerji sah
əsində, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində olan
əhəmiyyəti yüksək olaraq qalacaqdır, bu bizim Avropalı tərəfdaşlarımızın hər
hansı digər təchizatçılardan daha çox asılı olmamasına kömək edəcəkdir.
Az
ərbaycan indi təbii qazın ixracı üzrə cənub dəhlizinin müəyyən olunmasında
yekun m
ərhələdədir. Bu yeni qaz təchizatının həyata keçirilməsi üçün Trans-
Adriatik Boru X
əttinin və yaxud Nabukko Qərb boru xətti layihəsinin seçilməsi
bar
ədə növbəti ay qərar qəbul ediləcəkdir. Bu seçimin yekun nəticəsi ilə bağlı
Birl
əşmiş Ştatlar bitərəfdir, bizim əsas marağımız Azərbaycan qazının həssas
Avropa bazarlarına çatması və seçiləcək hər hansı layihənin gələcək qaz nəqli
h
əcminə uyğun olmasıdır.
Çıxışımın əvvəlində qeyd etdiyim kimi, Azərbaycanın öz müstəqilliyini bərpa
etdikd
ən sonra əldə etdiyi nailiyyətlər məni sözün əsl mənasında valeh edir. Bir
S
əfir kimi mən bu əlaqələrin daha da güclənməsi istiqamətində çalışmağa davam
ed
əcəyəm, çünki Birləşmiş Ştatlar bütün dünyadakı çətinliklərin öhdəsindən
g
əlməsi üçün Azərbaycan kimi güclü tərəfdaşların olmasını istəyir və buna ehtiyacı
vardır.
T
əşəkkür edirəm.
###
Dostları ilə paylaş: |