QƏZƏNFƏR RƏCƏBLİ
AZßRBAYCAN
TARÈXÈ
OÇERKLƏR
“Elm və təhsil”
Bakı – 2013
Qəzənfər Rəcəbli
2
Bakı Slavyan Universiteti Elmi Şurasının qərarı ilə nəşrə
məsləhət görülmüşdür.
Elmi redaktor:
Teymur Bünyadov
akademik
Rəyçilər:
Qüdrət İsmayılzadə
Azərbaycan Respublikasının Əməkdar müəllimi,
BDU Arxeologiya və Etnoqrafiyasının kafedrasının
müdiri, tarix elmləri doktoru, professor
Anar İskəndərov
BDU Mənbəşünaslıq, Tarixşünaslıq və Metodika
kafedrasının müdiri, tarix elmləri doktoru,
professor
Qəzənfər Əjdər oğlu Rəcəbli.
Azərbaycan tarixi. Bakı, «Elm və təhsil», 2013, 544 səh.
“Azərbaycan tarixi”nin oçerkləri Bakı Dövlət Universiteti, Bakı
Slavyan Universiteti, Lənkəran Dövlət Universiteti və Bakı Qızlar
Universitetində 1974-2012-ci illərdə oxunmuş mühazirələrin icmalları
əsasında yazılmışdır. Kitabda Azərbaycan tarixinin ən qədim zamanlardan
müasir dövrədək zəngin tarixinin qızıl səhifələri öz əksini tapmışdır.
Metodoloji əsasını azərbaycançılıq ideologiyası təşkil edən kitab geniş
oxucu kütlələri üçün nəzərdə tutulur. Kitab həmçinin müstəqil Azərbaycan
Respublikası ali məktəblərinin tələbələri üçün əlavə dərs vəsaiti kimi tövsiyə
oluna bilər.
2013
098
4603000000
N
грифли няшр
© «Åëì âÿ òÿùñèë», 2013
Azərbaycan Tarixi
3
G İ R İ Ş
zərbaycan tarixinin öyrənilməsinin
əhəmiyyəti. Müasir ali məktəb cəmiyyət
üçün yüksək ixtisaslı kadrlar hazırlamaq
kimi mühüm və şərəfli bir vəzifəni həyata
keçirir. Onun hazırladığı ali təhsilli mütəxəssislər təhsil
illərində nəzəri biliklərə və təcrübi vərdişlərə yiyələnirlər. Bu
kompleks vəzifənin öhdəsindən gəlmək üçün Azərbaycan
Respublikasının universitet, akademiya və digər ali
məktəblərində ixtisas fənləri ilə yanaşı ictimai-siyasi fənlərin
öyrənilməsinə də xüsusi əhəmiyyət verilir. Ali məktəblərimizdə
tədris edilən ictimai-siyasi fənlərdən birincisi Vətən tarixi –
“Azərbaycan tarixi”dir. Universitetlərin
tarix fakültələrində və
regionşünaslıq istiqamətli bir çox ixtisaslar üzrə bakalavr
hazırlığında isə “Azərbaycan tarixi” əsas ixtisas fənlərindən biri
sayılır.
“Azərbaycan tarixi”ni öyrənməyin gənclərimiz üçün
önəmli borc olduğunu qeyd edən ulu öndərimiz Heydər Əliyev
respublika gənclərinin birinci forumunda demişdir ki,
gənclərimiz minlərlə elmlərdən birinə mükəmməl yiyələnməklə
yanaşı, iki elmi mütləq öyrənməlidirlər.
Bu elmlərdən biri ana
dili – Azərbaycan dilidir, digəri isə vətən tarixi – Azərbaycan
tarixidir.
Azərbaycan tarixini öyrənməyin əhəmiyyətindən bəhs
etmədən öncə bilmək lazımdır ki, tarix nədir? “Tarix” ərəb
sözüdür, “tədqiqat”, yaxud “hadisələr haqqında hekayət"
deməkdir. Tarix insanın
həyat və fəaliyyəti ilə
bağlı olan
A
Qəzənfər Rəcəbli
4
keçmişi və müasir durumu öyrədən elmdir. Tarixi öyrənməklə
insan ondan nümunə götürür, tarixi keçmişdə nə səmərəli və
mütərəqqi şey
varsa onu mənimsəyir ki, yenidən onu yaratmağa
əmək sərf etməsin, yalnız onu təkmilləşdirib daha da inkişaf
etdirsin. Tarixi öyrənməklə insan eyni zamanda ondan dərs alır,
ibrət dərsi götürür ki, əcdadlarının keçmişdə buraxdıqları
səhvləri bir daha təkrar etməsin.
Tarixi öyrənməklə insan öz dünya görüşünü
genişləndirir, biliyini artırır. Bu mənada tarixin öyrənilməsi
elmi-idraki əhəmiyyətə malikdir.
Tarixin öyrənilməsinin həm
də ideya-siyasi və tərbiyəvi
əhəmiyyəti vardır. Tarixin öyrənilməsinin ideya-siyasi
əhəmiyyəti ondan ibarətdir ki, gələcək mütəxəssis, ziyalı şəxs
öz hüquqlarını bilməklə yanaşı, cəmiyyət qarşısında öz borcunu
və vəzifələrini də dərk edir və həmçinin ölkənin daxili
vəziyyətindən, yaxud beynəlxalq hadisələrdən baş çıxarıb
onlara düzgün siyasi qiymət verməyi və ən optimal,
doğru yolu
seçməyi bacarır. Tarix insanlara qüvvələr nisbətini düzgün
müəyyənləşdirmək və konkret şəraitdə doğru-düzgün qərar
qəbul etmək təcrübəsi verir.
Tarix gənclərə mətin və sayıq olmağı öyrədir. Tarix
gənclərdə siyasi sayıqlıq, düşmən hansı cildə girirsə girsin, onu
tanımaq bacarığı və ona qarşı barışmazlıq ruhu tərbiyə edir.
Tarix öyrədir ki, qəddar düşmənlə münasibətdə humanizm
prinsiplərini unutmaq gərəkdir. Çünki düşmən, artıq insan
deyil, düşməndir, onu yırtıcı vəhşi heyvanla müqayisə etmək
olar. Tarix düşmənə qarşı amansız olmağı öyrədir. Tarix
öyrədir ki, əgər düşmən təslim olmazsa,
onu məhv etmək
lazımdır, əgər sən onu məhv etməsən, o səni məhv edər. Bu
tarixi həqiqətin bədii təcəssümü özünü “Kitabi – Dədə Qorqud”
dakı bir epizodun “Dədə Qorqud” filmində dəyişdirilmiş
variantında tapmışdır. Dastanda Qazan xan düşmən olmuş
dayısı Aruzu məğlub edib, öldürməyi qardaşı Qaragünəyə
tapşırır. Məşhur sərkərdə Qaragünə dayısı Aruza aman vermir,