AZƏRBAYCAN RESPUBLİKASI MƏRKƏZİ BANKININ
NAXÇIVAN MUXTAR RESPUBLİKASI İDARƏSİ
HAQQINDA
Ə S A S N A M Ə
“Razılaşdırılmışdır”
Naxçıvan Muxtar Respublikası
Nazirl
ər Kabinetinin 138 saylı
“15” dekabr 2017-ci il tarixli
q
ərarı ilə
Baş nazir:_________Ə.Baxşıyev
“T
əsdiq edilmişdir”
Az
ərbaycan Respublikası Mərkəzi Bankının
İdarə Heyətinin “20” dekabr 2017-ci il
tarixli q
ərarı ilə
Protokol № 31
M
ərkəzi Bankın sədri:_______
E.Rüst
əmov
2
1.
ÜMUMİ MÜDDƏALAR
1.1. Az
ərbaycan Respublikası Mərkəzi Bankının (bundan sonra -
M
ərkəzi Bank) Naxçıvan Muxtar Respublikası İdarəsi (bundan sonra - İdarə)
Naxçıvan Muxtar Respublikası ərazisində Mərkəzi Bankın bu Əsasnamə ilə
ona veril
ən səlahiyyətlərini həyata keçirir.
1.2. İdarə öz fəaliyyətində Azərbaycan Respublikasının və Naxçıvan
Muxtar Respublikasının konstitusiyalarını, “Azərbaycan Respublikasının
M
ərkəzi Bankı haqqında”, “Banklar haqqında” Azərbaycan Respublikasının
qanu
nlarını, qüvvədə olan digər normativ hüquqi aktları, Mərkəzi Bankın
normativ xarakterli aktlarını, İdarə Heyətinin qərarlarını, Mərkəzi Bank üzrə
əmrləri, sərəncamları və bu Əsasnaməni rəhbər tutur.
1.3.
İdarə Mərkəzi Bankın tərkib hissəsidir. İdarə bu Əsasnamə ilə
mü
əyyən olunmuş funksiyaların yerinə yetirilməsi prosesində Mərkəzi
Bankın digər struktur bölmələri ilə fəaliyyətini əlaqələndirir.
1.4. İdarə üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri
v
ə adı həkk olunmuş möhürə, müvafiq ştamplara, blanklara, balansa və eləcə
d
ə Mərkəzi Bankda tranzit hesablara malikdir.
1.5. İdarənin yerləşdiyi ünvan: Naxçıvan şəhəri, C.Məmmədquluzadə
küç
əsi 32.
2.
İDARƏNİN FƏALİYYƏTİNİN ƏSAS MƏQSƏDİ
İdarənin fəaliyyətinin əsas məqsədi Mərkəzi Bankın qanunla müəyyən
edilmiş funksiyalarının bu Əsasnamə ilə müəyyən edilmiş çərçivədə
Naxçıvan Muxtar Respublikası ərazisində effektiv həyata keçirilməsindən
ibar
ətdir.
3.
İDARƏNİN FUNKSİYALARI
İdarənin əsas funksiyaları aşağıdakılardır:
3.1.
Naxçıvan Muxtar Respublikasının mərkəzi xəzinədarlıq orqanının,
dövl
ət orqanlarının, kredit təşkilatlarının və normativ hüquqi aktlarla
mü
əyyən edilmiş hallarda digər hüquqi şəxslərin bank hesablarına xidmət
göst
ərilməsi, o cümlədən konvertasiya əməliyyatlarının aparılması.
3.2.
Nağd pul tədavülünün təşkili və idarə olunması
3.2.1. kredit t
əşkilatlarının, onların filial və şöbələrinin, habelə İdarə
t
ərəfindən xidmət olunan digər hüquqi şəxslərin nağd pulla bağlı
əməliyyatlarını həyata keçirmək üçün onlara müvafiq bank (tranzit)
3
he
sablarının açılması, həmin hesablar üzrə nağd pul əməliyyatlarının
aparılması və uçotunun təşkili;
3.2.2.
nağd pul və digər qiymətlilərin İdarənin xəzinə saxlancına
q
əbulu, yerləşdirilməsi, təhlükəsiz saxlanması və uçotunun təşkili;
3.2.3.
nağd pul və digər qiymətlilər üzrə ehtiyatların idarə olunması ilə
bağlı Mərkəzi Bank tərəfindən verilən tapşırıqların icra edilməsi;
3.2.4.
nağd pul və digər qiymətlilərin daşınmasının təşkil edilməsi;
3.2.5. yubiley v
ə xatirə pul nişanlarının satışı üzrə əməliyyatların
h
əyata keçirilməsi;
3.2.6.
pul nişanlarının yenidən sayılması, çeşidlənməsi, tədavülə yararlı
v
ə yararsızlığına görə formalaşdırılması və uçotunun aparılması;
3.2.7. t
ədavülə yararsız pul nişanlarının dövriyyədən çıxarılması,
hüquqi aktlarla mü
əyyən olunmuş qaydada həqiqiliyi şübhə doğurmayan və
t
ədavülə yararsız milli pul nişanlarının hüquqi və fiziki şəxslərdən qəbulu və
d
əyişdirilməsi, həqiqiliyi və dəyərinin ödənilməsi şübhə doğuran pul
nişanlarının ekspertiza üçün Mərkəzi Banka göndərilməsi.
3.3.
Əməliyyat idarəetməsinin təşkili və risklərin idarə olunması
3.3.1.
Mərkəzi Bankda tətbiq edilən əməliyyat idarəetməsi çərçivəsində
İdarənin əməliyyat planının hazırlanması;
3.3.2.
İdarənin əməliyyat planına uyğun olaraq fəaliyyət nəticələrinin
monitorin
qi və müvafiq hesabatların hazırlanması;
3.3.3.
biznes proseslərdə, o cümlədən nağd pulla bağlı əməliyyatlarda
risklərin idarə olunması və daxili nəzarətin təşkili üzrə zəruri tədbirlərin
həyata keçirilməsi, bu sahədə prosedurların, hüquqi aktların hazırlanmasında
iştirak edilməsi.
3.4. Monitorinq v
ə statistik məlumatların toplanması
3.4.1. M
ərkəzi Bankın müəyyən etdiyi qaydada İdarənin işini əks
etdir
ən hesabat və statistik məlumatların tərtib edilərək Mərkəzi Banka və
aidiyy
əti üzrə təqdim edilməsi;
3.4.2. kart infrastrukturunun (ATM v
ə POS terminallar şəbəkəsinin)
v
əziyyəti ilə bağlı monitorinqlərin həyata keçirilməsi, problemlərin
araşdırılması və Mərkəzi Banka məlumat verilməsi;
4
3.4.3.
Naxçıvan Muxtar Respublikasının ərazisində fəaliyyət göstərən
kredit t
əşkilatları və poçt rabitəsinin operatorunun fəaliyyətdə olan
filiallarının, şöbələrinin kassa dövriyyəsi barədə hesabatlarının müvafiq
qaydada q
əbul edərək elektron şəkildə Mərkəzi Banka təqdim edilməsi;
3.4.4.
iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən müəssisə
v
ə təşkilatların real sektorun monitorinqi prosesinə cəlb edilməsi,
monitorinqd
ə iştirak edilməsi və statistik məlumatların toplanaraq nəticələri
bar
ədə Mərkəzi Banka məlumat verilməsi;
3.4.5.
Naxçıvan Muxtar Respublikasının ərazisində əsas ərzaq
m
əhsulları səbətinə daxil olan ərzaq mallarının qiymətlərinin müşahidəsinin
aparılması və məlumatların Mərkəzi Banka təqdim edilməsi;
3.4.6.
Naxçıvan Muxtar Respublikasında iqtisadi fəallığın
d
əstəklənməsi, biznes mühitinin yaxşılaşdırılması, makroiqtisadi sabitliyin
v
ə dayanıqlığın təmin olunması məqsədilə qəbul olunmuş iqtisadi siyasət
q
ərarlarının muxtar respublika iqtisadiyyatına təsirlərinin mütəmadi
monitorinqinin aparılması və nəticələrinin Mərkəzi Banka təqdim edilməsi;
3.4.7. Naxç
ıvan Muxtar Respublikasının iqtisadi inkişafına dair analitik
t
əhlillərin aparılması, iqtisadi aktivlik barədə məlumatın toplanması və
M
ərkəzi Banka təqdim edilməsi;
3.4.8.
nağd pul dövriyyəsinin monitorinqinin həyata keçirilməsi və
n
əticələri barədə Mərkəzi Banka məlumat verilməsi.
3.5.
İqtisadi təhlil və tədqiqatlar
3.5.1. M
ərkəzi Bankın məqsəd və funksiyalarının həyata keçirilməsinə
d
əstək vermək üçün müvafiq metodologiya və Mərkəzi Bankın tövsiyələri
əsasında iqtisadi təhlillərin, proqnozların və tədqiqat işlərinin aparılması;
3.5.2.
Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişaf meyllərinə,
iqtisadiyyatın struktur problemlərinə və rəqabət qabiliyyətliliyinə, eləcə də,
regional v
ə beynəlxalq risklərin iqtisadiyyata təsirinə dair tədqiqat və
t
əhlillərin aparılması, müvafiq analitik materialların hazırlanması;
3.5.3.
Naxçıvan Muxtar Respublikasında sosial-iqtisadi proseslərin
t
əhlili və proqnozlaşdırılması, sosial-iqtisadi siyasət ilə bağlı təkliflərin
hazırlanması;
3.5.4.
Naxçıvan Muxtar Respublikasında ödəniş infrastrukturunun
t
əkmilləşdirilməsi ilə bağlı aktual məsələlərin tədqiq olunması;
5
3.5.5.
Naxçıvan Muxtar Respublikasında həyata keçirilmiş iqtisadi
t
ədqiqatların, regionun iqtisadiyyatına dair aktual məsələlərin ictimai
müzakir
əsinin aparılması;
3.5.6.
Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair
mühüm statistik v
ə analitik göstəriciləri özündə əks etdirən bülletenin
hazırlanması.
3.6. Kommunikasiya v
ə maarifləndirmə
3.6.1.
milli pul nişanları, onların mühafizə elementləri, pul nişanlarının
d
əyişdirilməsi qaydaları barədə əhalinin maarifləndirilməsi;
3.6.2. M
ərkəzi Bankın iqtisadi və maliyyə maariflənməsi, intellektual
resursların inkişafı sahəsində fəaliyyətinin dəstəklənməsi;
3.6.3.
nağdsız ödənişlərin, o cümlədən Milli Ödəniş Sisteminin
infrastruktur imkanları, eləcə də nağdsız ödəniş alətlərinin üstünlükləri
bar
ədə maarifləndirmə işlərinin aparılması;
3.6.4.
İdarənin fəaliyyət sahələri üzrə kredit təşkilatlarının və xidmət
etdiyi hüquqi şəxslərin məlumatlandırılması, onlara metodoloji və təşkilati
köm
əkliyin göstərilməsi, seminarların, təlimlərin təşkili və keçirilməsi;
3.6.5.
Naxçıvan Muxtar Respublikası ərazisində Mərkəzi Bank
t
ərəfindən aparılan sorğuların və kommunikasiya tədbirlərinin həyata
keçirilm
əsində iştirak edilməsi;
3.6.6.
İdarəyə daxil olan ərizə, sorğu və müraciətlərə baxılması və
qanunvericiliy
ə müvafiq qaydada cavablandırılması;
3.6.7. M
ərkəzi Bankın hüquqi aktlarında İdarəyə həvalə edilən digər
v
əzifələrin icrasının təmin edilməsi.
4.
İDARƏNİN ƏMLAKI
4.1.
İdarə öz fəaliyyətinin həyata keçirilməsi üçün müvafiq əmlaka
malikdir.
4.2.
İdarə ona təhkim edilmiş əmlak barəsində qanunvericiliklə
mü
əyyən edilmiş hədlərdə fəaliyyətinin məqsədlərinə, Mərkəzi Bankın
tapşırıqlarına və əmlakın təyinatına uyğun sahiblik, istifadə və sərəncam
hüquqlarını həyata keçirir.
4.3.
İdarə Azərbaycan Respublikasının Vergi Məcəlləsinə müvafiq
olaraq M
ərkəzi Bank üçün nəzərdə tutulmuş vergi güzəştlərinə malikdir,
dövl
ət rüsumlarının və yığımlarının bütün növlərinin ödənilməsindən
azaddır.
6
5.
İDARƏETMƏNİN TƏŞKİLİ
5.1.
İdarənin fəaliyyətinə sədr rəhbərlik edir. İdarənin sədri və sədr
müavini M
ərkəzi Bankın İdarə Heyəti ilə razılaşdırılmaqla Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin Sədri tərəfindən vəzifəyə təyin və vəzifədən
azad edilirl
ər.
5.2.
İdarənin baş mühasibi, xəzinə müdiri və təhlükəsizlik qrupunun
r
əhbəri İdarə sədrinin təqdimatı ilə Mərkəzi Bankın İdarə Heyəti tərəfindən
v
əzifəyə təyin və vəzifədən azad edilirlər.
5.3.
İdarənin sədri və sədr müavini vəzifələrinin kobud şəkildə
pozulmasına yol verdikləri hallarda Mərkəzi Bankın İdarə Heyəti onların
işdən azad olunması barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
S
ədrinə təqdimat verə bilər.
5.4. M
ərkəzi Bank İdarənin sədri, sədr müavini, baş mühasibi və xəzinə
müdiri il
ə tam maddi məsuliyyət haqqında müqavilə bağlayır.
5.5.
İdarənin sədri:
5.5.1.
İdarənin işini təşkil edir və ona rəhbərlik edir, İdarənin
f
əaliyyətinə və bu Əsasnamədə nəzərdə tutulan funksiyalarının yerinə
yetirilm
əsinə görə şəxsən məsuliyyət daşıyır;
5.5.2. x
əzinə saxlancının üç açarından birinə məsul şəxs kimi xəzinəyə
nağd pul və digər qiymətlilərin mədaxil və məxaricini təsdiqləyir;
5.5.3.
İdarənin xəzinə saxlancında olan nağd pul və digər qiymətlilərin
salamatlığına və qorunub saxlanılmasına tam maddi məsuliyyət daşıyır;
5.5.4.
İdarənin balansında olan avadanlıqların və digər əmlakın
t
əyinatina uyğun istifadəsinə və salamatlığına məsuliyyət daşıyır;
5.5.5.
əsas vəsaitlərin və qeyri-maddi aktivlərin silinməsi ilə bağlı
İdarənin ləğvetmə komissiyasının işini təşkil edir və müvafiq ləğvetmə
aktlarını təsdiq edir;
5.5.6.
İdarənin illik büdcəsinin layihəsinin hazırlanmasını təmin edir,
t
əsdiq olunmaq üçün Mərkəzi Banka təqdim edir və icrası ilə bağlı Mərkəzi
Banka hesabat verir;
5.5.7. M
ərkəzi Bankla razılaşdırmaqla İdarənin daxili strukturunu və
büdc
ə çərçivəsində ştat cədvəlini təsdiq edir;
5.5.8.
İdarənin struktur bölmələrinin Əsasnamələrini təsdiq edir;
7
5.5.9. M
ərkəzi Bankın nomenklaturasına daxil olan vəzifələr istisna
olmaqla M
ərkəzi Bankın müəyyən etdiyi tələblərə uyğun olaraq İdarənin
işçilərini işə qəbul edir, işdən azad edir, onlarla əmək müqaviləsi bağlayır,
işçilərin fəaliyyətini qiymətləndirir, həvəsləndirmə və intizam tənbeh
t
ədbirlərini görür;
5.5.10. M
ərkəzi Bankın nomenklaturasına daxil olan vəzifələr istisna
olmaqla İdarənin digər maddi-məsul şəxsləri ilə tam maddi məsuliyyət
haqqında müqavilələr bağlayır;
5.5.11.
İdarəyə işçilər tərəfindən vurulan maddi ziyanın ödənilməsi
üçün qanunvericiliy
ə uyğun tədbirlər görür;
5.5.12. s
əlahiyyəti daxilində İdarənin işçiləri üçün əmr və sərəncamlar
verir;
5.5.13.
İdarədə kargüzarlıq işini təşkil edir, İdarənin möhürünü saxlayır
v
ə müvafiq qaydada istifadə edir;
5.5.14. Milli Öd
əniş Sistemində istifadə olunan kodların qorunmasını
mövcud t
əlimatların müddəalarına uyğun olaraq təmin edir;
5.5.15.
işçilərə normal iş şəraiti yaradır, əməyin mühafizəsini təmin
edir, İdarədə daxili nizam-intizam və etik davranış qaydalarına riayət
olunmasına nəzarət edir;
5.5.16.
İdarənin mülki müdafiə planını hazırlayır və ərazi mülki
müdafi
ə orqanları ilə razılaşdırır, İdarənin işçilərinin ərazi mülki müdafiə
kurslarında hazırlıq keçmələrini təmin edir;
5.5.17. fövq
əladə hallar zamanı İdarənin fəaliyyətini Naxçıvan Muxtar
Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə razılaşdırılmış plana əsasən
t
əşkil edir;
5.5.18. qanunvericiliy
ə uyğun
olaraq İdarədə işləyən
çağırışçıların və
h
ərbi vəzifəlilərin hərbi uçotunu və təxsis (bron) edilməsini
t
əşkil
edir;
5.5.19.
İdarənin əməkdaşlarına Mərkəzi Bank tərəfindən verilən
istehlak kreditl
ərin sənədləşdirilməsini və həmin kreditlər üzrə təklif olunan
t
əminatlara yerində baxışın keçirilməsini təşkil edir;
5.5.20.
İdarənin mühafizə və maliyyə-təsərrüfat fəaliyyətinə aid
m
əsələlər üzrə müqavilələr bağlayır;
5.5.21.
İdarədə yanğın təhlükəsizliyi avadanlıqlarının dövrü olaraq
testl
əşdirilməsinə və işlək vəziyyətdə saxlanmasına nəzarət edir,
8
çatışmazlıqlar aşkar edildikdə Mərkəzi Banka məlumat verir və
çatışmazlıqların aradan qaldırılmasına nəzarət edir;
5.5.22.
İdarənin fəaliyyətində qanunvericiliyə uyğun olaraq bank sirri
v
ə xidməti məlumatların qorunmasını təmin edir;
5.5.23. s
əlahiyyəti daxilində İdarənin fəaliyyətinə aid olan digər
m
əsələləri həll edir.
5.6.
İdarə sədrinin müavini:
5.6.1.
İdarə sədrinin səlahiyyətlərinin icra olunmasına köməklik edir;
5.6.2.
İdarənin struktur bölmələri və əməkdaşları arasında fəaliyyətin
əlaqələndirilməsini təşkil edir;
5.6.3.
İdarənin sədri işdə olmadıqda (məzuniyyətdə, ezamiyyətdə və
sair hallarda) Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə və
M
ərkəzi Banka məlumat verməklə onun vəzifələrini icra edir və İdarə
s
ədrinin səlahiyyətinə aid hüquq və vəzifələrin lazımi qaydada həyata
keçirilm
əsinə görə şəxsən məsuliyyət daşıyır.
5.6.4.
İdarənin sədri və sədr müavini işdə olmadıqda (məzuniyyətdə,
ezamiyy
ətdə və sair hallarda) İdarə sədrinin səlahiyyətləri Naxçıvan Muxtar
Respublikası Ali Məclisi ilə razılaşdırılmaqla Mərkəzi Bankın təyin etdiyi
dig
ər şəxslərə həvalə edilir.
5.7.
Baş mühasib:
5.7.1.
İdarədə mühasibat uçotunu müvafiq qanunuvericiliyə uyğun
t
əşkil edir və aparılmasına şəxsən məsuliyyət daşıyır;
5.7.2.
İdarənin xəzinə saxlancının üç açarından birinə məsul şəxs kimi
x
əzinəyə nağd pul və digər qiymətlilərin mədaxil və məxaricini təsdiqləyir;
5.7.3.
İdarənin xəzinə saxlancında olan nağd pul və digər qiymətlilərin
salamatlığına və qorunub saxlanılmasına tam maddi məsuliyyət daşıyır;
5.7.4.
İdarənin fəaliyyətinə dair maliyyə, analitik və statistik
m
əlumatlara dair hesabatların düzgün tərtib olunmasına və onların vaxtında
t
əqdim olunmasına cavabdehlik daşıyır;
5.7.5.
İdarənin illik büdcəsinin icrasına nəzarət edir;
5.7.6. inventa
rizasiya komissiyasının işində iştirak edir;
5.7.7.
İdarənin sədri ilə birlikdə İdarənin maliyyə-təsərrüfat fəaliyyəti
il
ə bağlı ödəmələrin aparılması üçün əsas olan maliyyə sənədlərini imzalayır;
9
5.7.8.
hüquqi aktlara uyğun olaraq baş mühasibin üzərinə düşən digər
s
əlahiyyətləri həyata keçirir.
5.8. X
əzinə müdiri:
5.8.1.
İdarənin xəzinə saxlancında işin təşkilinə və Mərkəzi Bankda
nağd pulla əməliyyatların aparılması qaydalarına riayət edilməsinə görə
şəxsən məsuliyyət daşıyır;
5.8.2. x
əzinə saxlancının üç açarından birinə məsul şəxs kimi xəzinəyə
nağd pul və digər qiymətlilərin mədaxil və məxaricini təsdiqləyir;
5.8.3.
İdarənin saxlancında olan nağd pul və digər qiymətlilərin
salamatlığına və qorunub saxlanılmasına tam maddi məsuliyyət daşıyır;
5.8.4. x
əzinədə mühafizə rejiminə və texniki tələblərə əməl olunmasına
n
əzarəti təmin edir;
5.8.5. mühafiz
ə qaydalarına riayət etməklə nağd pulun və digər
qiym
ətlilərin İdarənin xəzinə saxlancına qəbul edilməsi və oradan təhvil
verilm
əsi, onların saxlanması və uçotu üzrə digər maddi-məsul şəxslərlə
birlikd
ə müvafiq əməliyyat prosedurlarını həyata keçirir;
5.8.6. x
əzinə əməliyyatlarının aparılması zamanı xəzinə sənədlərinin
düzgün t
ərtib edilməsinə və imzalanmasına, “Xəzinəyə giriş və çıxışın
qeydiyyatı kitabı”nın müvafiq qaydalara uyğun düzgün aparılmasına nəzarət
edir, kassa v
ə uçot məlumatları ilə kassa qalığının üzləşdirilməsini təmin edir
v
ə kassa hesabatlarının düzgün tərtibini təşkil edir;
5.8.7.
hüquqi aktlara uyğun olaraq xəzinə müdirinin üzərinə düşən
dig
ər səlahiyyətləri həyata keçirir.
5.9. T
əhlükəsizlik qrupunun rəhbəri:
5.9.1.
Təhlükəsizlik qrupunun işini təşkil edir, qrup əməkdaşlarının
vəzifə funksiyalarının yerinə yetirməsinə nəzarət edir;
5.9.2.
İdarənin inzibati binasının və ərazisinin fasiləsiz mühafizəsini
təşkil edir, qrup əməkdaşlarını müvafiq qaydada təlimatlandırır, onların
peşəkar hazırlıqlarının artırılması üçün mütəmadi olaraq tədbirlər görür;
5.9.3.
İdarənin inzibati binasında, eləcə də nağd pulla əməliyyatlar
aparılan sahələrində videonəzarət qurğuları vasitəsilə nəzarətin həyata
keçirilməsini təşkil edir;
10
5.9.4.
kassa əməliyyatlarının aparılması və digər məqsədlərlə İdarənin
ərazisinə buraxılacaq nəqliyyat vasitələri barədə daxil olmuş məlumatları
mühafizə polisinə ötürür, nəqliyyat vasitələrinin mühafizə polisi tərəfindən
xüsusi qurğu ilə yoxlanmasına nəzarət edir, zəruri olduğu təqdirdə isə
bilavasitə proseslərə müdaxilə edir;
5.9.5.
İdarədə mövcud olan informasiya və ödəniş sistemlərinin fiziki
daşıyıcılarının (server, kompüter və s.) etibarlı şəkildə mühafizəsini,
təhlükəsizlik üzrə müvafiq prosedurların həyata keçirilməsini təşkil edir,
mövcud risklərin təhlilini aparır, baş vermiş neqativ hallar, qüsurlar və
nöqsanlar barədə dərhal Mərkəzi Bankın Təhlükəsizlik departamentinə
məlumat verir, onların aradan qaldırılması üçün zəruri tədbirlər görür;
5.9.6.
İdarənin nağd pulla əməliyyatlar aparılan sahələrinə buraxılış
qaydalarının tələbləri ilə nəzərdə tutulan prosedurların həyata keçirilməsini
təşkil edir, rejim üzrə daxil olmuş məlumatların təhlilini aparır, mövcud
qüsur və nöqsanların aradan qaldırılması üçün zəruri tədbirlər görür;
5.9.7.
mühafizə və buraxılış rejimi ilə bağlı yerli hüquq-mühafizə
orqanları ilə fəaliyyəti əlaqələndirir, mühafizə polisinin öz vəzifə
funksiyalarını yerinə yetirməsinə nəzarəti həyata keçirir;
5.9.8. q
rupun istifadəsində olan texniki vasitələrin, avadanlıqların
normal fəaliyyətinə nəzarət edir və avadanlıqların fasiləsiz işini təmin etmək
üçün tədbirlər görür;
5.9.9.
növbə ərzində qrup əməkdaşlarından daxil olmuş məlumatları
təhlil edir, mümkün risklərin aradan qaldırılması üçün İdarənin sədrinə və
Mərkəzi Bankın Təhlükəsizlik departamentinə təkliflər hazırlayır;
5.9.10. q
rupun fəaliyyəti ilə bağlı dövri hesabatlar hazırlayır və
Mərkəzi Bankın Təhlükəsizlik departamentinə təqdim edir;
5.9.11. q
rupun funksiyaları daxilində İdarənin sədrinin və Mərkəzi
Bankın Təhlükəsizlik departamentinin digər tapşırıqlarını icra edir.
Dostları ilə paylaş: |