KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA
№ 2(8)
2012
79
ƏDƏBİYYATŞÜNASLIQ BİBLİOQRAFİYASININ
SORAQ-MƏLUMAT NƏŞRLƏRİ
İSMAYILOVA S.P.
Bakı Dövlət Universiteti
Biblioqrafiyaşünaslıq kafedrasının müəllimi
simaismailova23@mail.ru
ABDULLAZADƏ F.F.
Bakı Dövlət Universiteti
Kitabxanaçılıq-informasiya fakültəsinin tələbəsi
abdullazade.f@mail.ru
Məqalədə ədəbiyyatşünaslığın biblioqrafik informasiya təminatında
ədəbi-bədii əsərlərin nəşr tiplərindən olan soraq ədəbiyyatının, məlumat
nəşrlərinin biblioqrafik mənbələri haqqında məlumat verilmişdir.
Açar sözlər: ədəbiyyatşünaslıq, soraq nəşrləri, məlumat ədəbiyyatı
İnkişaf etməkdə olan respublikamızda elm və texnikanın sürətlə inkişafı
ilə əlaqədar olaraq elm, təhsil, tərbiyə, mədəniyyət və informasiya
funksiyalarını yerinə yetirən sosial institutların yəni kitabxanaların da rolu
artır, əhəmiyyəti isə əvəz edilməz olaraq qalır. Məlumdur ki, elm və texnika
inkişaf etdikcə informasiya ehtiyatı genişlənir və sənəd kütləsi artmağa
başlayır.Bu halda isə bəzən lazımi informasiya əldə etmək üçün lazımi sənədi
tapmaqda bir sıra çətinliklər törənir ki, bunun aradan qaldırılması üçün əsas
vasitə biblioqrafiyadır. Məlumdur ki, gözəl təbiətə hər cür maddi və mənəvi
zənginliklərə malik olan vətənimiz, bu gözəllikləri duyub, anlayan onlardan
zövq almaqla yanaşı həm də insanlarda estetik zövq yaradan bir çox alim
və,yazıçı,şair və digər görkəmli şəxsiyyətlər yetişdirmişdir. Elə bu səbəbdən
də ədəbiyyatşunaslığa dair informasiyanın çoxalması,çoxlu miqdarda yüksək
səviyyəli ilkin mənbələrin yaranması, ədəbiyyatşunaslığın sənəd kütləsinin
artması, bu sahəyə dair xüsusi, sahəvi ədəbiyyatşunaslıq biblioqrafiyasının
yaranması zərurətini meydana çıxarmışdır. Odur ki, bədii ədəbiyyat və
ədəbiyyatşunaslıq biblioqrafiyası müstəsna əhəmiyyət kəsb edir. Həmçinin
bədii ədəbiyyat və ədəbiyyatşunaslıq biblioqrafiyasının özü də qollara bölünür
ki, bunlardan oxucuların və informasiya təlabatçılarının faktoqrafik və
biblioqrafik informasiya təlabatlarının ödənilməsində soraq məlumat nəşrləri
yəni ensiklopediyalar, lüğətlər, ensiklopedik xarakterli məlumat nəşrləri və
s.mühüm əhəmiyyət kəsb edir. Məlumat xarakteri daşıyan sənədlər dedikdə,
özündə bu və ya digər elm, bilik sahəsi və ya şəxslərə dair elmi, elmi kütləvi
KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA
№ 2(8)
2012
80
faktoqrafik və s. məlumatları əks etdirən sənədlər nəzərdə tutulur (4). Bu
cəhətdən Makulu Pənahinin tərtib etdiyi “Ədəbi məlumat cədvəli”, Teymur
Əhmədovun “Azərbaycan yazıçıları”, Əziz Mirəhmədovun “Ədəbiyyat-
şünaslıq terminləri lüğəti” diqqətəlayiqdir.
On məşhur şərq mənbəyinə əsaslanan M.Pənahi tərəfindən tərtib
olunmuş “Ədəbi məlumat cədvəli “Klassik biblioqrafik mənbələrdən –
təzkirələrdən istifadə etməli olan ədəbiyyatşunas tədqiqatçı alimlərin işlərini
yüngülləşdirmək üçün Azərbaycan SSR Elmlər Akademiyası Respublika
Əlyazmalar fondu tərəfindən hazırlanması lazım bilinmişdir. Cədvəl Azərbay-
can dilində tərtib olunsa da məlumat metodiki aparatı 3 dildə (Azərbaycan,
rus, ingilis) tərtib olunmusdur. Cədvəl on zəngin mənbə əsasında:
1.
Təzkirətüş şüəra (Əmir Dövlətşah ibn-əlaüd-dövlə Bəxtişah Qazı
Səmərqəndi, 1486).
2.
Təzkireyi-həft iqlim (Əmin Əhməd Razi,1593).
3.
Təzkireyi Atəşgədə (Lütfəli bəy Azəri Bəkdili, XVII əsr).
4.
Təzkireyi-Xəzaneyi Amirə (Əmir Qulaməli xan Azad Hüseyn
Belqirami, 1762).
5.
Məcməül-Füsəha (Rzaqulu xan Hidayət (Lələbaşı), 1878, 2 cilddə).
6.
Qamusul-Elam (Şəmsəddin Sami bəy ,1888-1898, 6cilddə)
7.
Təzkireyi-Nəvvab (Mir Möhsün ibn Hacı Mir Əhməd Qarabaği,
1913).
8.
Riyazül-Aşiqin (Məhəmməd ağa Müctəhidzadə,1910).
9.
Azərbaycan ədəbiyyat tarixi materialları (F.Köçərli, 1925, 4 cilddə).
10. Danişməndane Azərbaycan (Məhəmmədəli Tərbiyət, 1937)
hazırlanmışdır.
Bu zəngin və olduqca mürəkkəb mənbələrin sistemli və daha aydın
şəkildə
istifadəçilərin,əsasən də
mütəxəssis
ədəbiyyatşunas alimlərin
istifadəsinə verilməsinin müstəsna əhəmiyyəti vardır.Belə ki, fars və ərəb
əlifbası ilə yazılmış mənbələrdən istifadə qarşıya bir sıra maneələr çıxır ki, bu
cədvəl bu çətinliyi aradan qaldırır, ilkin mənbələrdə pərakəndə şəkildə
düzülməsindən asılı olmayaraq cədvəl əlifba sırası ilə tərtib olunaraq axtarışı
asanlaşdırır, həmçinin əsərin mətn formasında deyil cədvəl şəklində tərtibi
sorğuların daha tez səmərəli, bitkin və hərtərəfli ödənilməsinə şərait yaradır.
Qeyd etmək yerinə düşərdi ki, cədvəldəki məlumatlar on mənbəyə əsasən
təhlil edilərək uyğunsuzluqlar müqayisəli şəkildə izah edildiyi üçün cədvəl
olduqca dəqiq xarakter daşıyır. Tərtib zamanı şairlərin təxəllüsləri əsas
götürülmüş, adı və atasının adı ondan sonra yazılmışdır. Təxəllüsü olmayan
şairlərin adı əsas götürülərək əlifba sırası ilə yazılmışdır. Titullar isə addan
sonra mötərizə içərisində yazılmışdır. Cədvələ daxil edilən yazıçı və şairlərin
ən məşhur əsərləri göstərilmişdir. Cədvəldə istifadə edilən mənbələr, yəni
təzkirələr xronoloji qaydada düzülmüşdür. Cədvəlin əhəmiyyətli cəhətlərindən
KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA
№ 2(8)
2012
81
biri də ondadır ki, bildiyimiz kimi təzkirələrdə tarixlər hicri təqvimlə verilir,
cədvəldə isə həmin tarixlər həm hicri həm də miladi tarixə çevrilərək
göstərilmişdir. Cədvəldə adları çəkilən şair və yazıçıların “təxəllüsü, adı və
atasının adı, doğulduğu il, vəfat etdiyi il,doğulduğu yer, vəfat etdiyi yer, hansı
dillərdə əsərlər yazmışdır,məlumat hansı mənbədən götürülmüşdür” hamısı
qeyd olunmuşdur.
Ensiklopedik xarakterli məlumat nəşrində “ədəbi məlumat cədvəli“,
“kitabda adı çəkilən qadın şairələr”, ”iki dildə şeir yazan şairlər”, ” üç dildə
şeir yazan şairlər”, ”şairlərin əsrlər üzrə təsnifatı” kimi bölmələr verilmiş,
cədvəldən axtarışı asanlaşdırmaq üçün ərəb dilində “Adlar siyahisi” köməkçi
aparatı tərtib olunmuşdur. Həmin adlar istedadlı xəttat Darabadi tərəfindən
ərəb əlifbası qrafikası ilə yazılıb və foto-faksimilesi kitaba əlavə olunmuşdur.
Eyni təxəllüslər yalnız bir dəfə yazılmışdır. Bu siyahi ərəb əlifbası ilə müxtəlif
şəkildə yazılan hərfləri dəqiqləşdirməyə və bu sahədə çətinlik törədən
cəhətləri aydınlaşdırmağa kömək məqsədi ilə ərəb dilində tərtib olunmuşdur.
Nəticə olaraq qeyd etməliyik ki, VI-XX əsr ərzində yazıb yaradan şairləri
əhatə etməklə böyük bir dövrü əks etdirən və 5711 şair haqqında məlumat
verən cədvəl istifadəçilər üçün olduqca zəngin məlumat mənbəyidir.
Ədəbiyyatşunaslıq sahəsində soraq-məlumat nəşrlərindən danışarkən,
özünə məxsus çəkisi ilə fərqlənən “Azərbaycan yazıçıları“ adlı vəsaiti qeyd
etmək yerinə düşərdi. (Əhmədov T. Azərbaycan yazıçıları. ensiklopedik
məlumat kitabı. Bakı: Önər, 1985, 864 s.) Vəsait uzun müddətdir ki, AMEA-
nın Nizami adına ədəbiyyat institutunun “Cənubi Azərbaycan ədəbiyyatı”
şöbəsinə rəhbərlik edən, filologiya elmləri doktoru, professor, ədəbiyyatşünas
alim, jurnalist Teymur Əhmədov tərəfindən tərtib olunmuşdur. ”Faydalı
kitab” adı altında ilk nəşrə müqəddimə xalq yazıçısı, akademik Mirzə
İbrahimov tərəfindən yazılmışdır (29 may, 1978). Bu kitabda yazıçıların
tərcümeyi-halı, hansı əsərləri yazdığı, onların çapı, başqa dillərə tərcüməsi
barədə müxtəsər, yığcam məlumat verilir. Ədəbiyyatşunas alim T.Əhmədov
bu kitabı ensiklopedik ruhda tərtib etmişdir. O, hətta yazıçıların
ünvanını,telefon nömrəsini də oxuculara çatdırmışdır.Burada hər bir yazıçının
qısa biblioqrafiyası ilə bərabər, yaradıcılığının ən səciyyəvi cəhəti də qeyd
olunur.Vəsaitdə materialların əks olunması seçmə xarakter daşıyır və hər bir
müəllifin yaradıcılığı tam dolğunluqla əks etdirilir. İkinci nəşrə müqəddimə
isə AMEA-nın müxbir üzvü Ə.Mirəhmədov tərəfindən yazılmışdır (14 aprel,
1994). Bu kitabda respublikada və ondan kənarda yaşayan səkkiz yüzdən artıq
yazıçı, tərcüməçi, redaktor, alim, nasir və b. ədəbi şəxsiyyətlər haqqında
məlumat verilmişdir. Şəxsiyyətlər haqqında yığcam, əhatəli,dəqiq bioqrafik
məlumat verildiyinə görə ensiklopedik nəşrlər silsiləsinə aiddir. İlk nəşrdən
fərqli olaraq həcmi artırılmış bu mənbədə 887 nəfər ədəbi şəxsiyyət haqqında
məlumatın verilməsi nəşrin informasiya potensialını daha da artırmışdır. Üç
KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA
№ 2(8)
2012
82
yüz iyirimi beşə qədər yazıçı kitaba (ikinci nəşrə)ilk dəfə daxil edilmişdir
ki,bunların da əsasən birinci nəşrdə bu və ya digər səbəblərə görə “qələmdən
düşənlər”, “yaddan çıxanlar” ,yazıçılar birliyinə son illərdə qədəm qoyan-
lardır. “Azərbaycan yazıçıları“ ensiklopedik məlumat kitabının təkmil-
ləşdirilmiş yeni üçüncü nəşri bütünlüklə XX əsri əhatə edir. Bu əsrdə “Azər-
baycan ədəbiyyatı son dərəcə zəngin çox cəhətli, sıx əlaqəli olması ayrı-ayrı
ədəbi şəxsiyyətlərin diqqət daşıyan, parlaq, ictimai fəaliyyəti, bədii
yaradıcılığı ilə səciyyələnir. Bu kitab 2004-cü ildə Nurlan nəşriyyatı
tərəfindən çap olunmuşdur. (Əhmədov T. XX əsr Azərbaycan yazıçıları.
ensiklopedik məlumat kitabı (təkmilləşdirilmiş III nəşr). Bakı: Nurlan, 2004,
984 s., şəkilli). Bu nəşr XX əsr Azərbaycan yazıçılarının həyat və yaradıcılığı
haqqında ensiklopedik məlumat toplusudur. Burada öz əsərləri ilə milli-
mənəvi xəzinəmizi zənginləşdirən yazıçıların oçerkləri verilmişdir. Sovet
hakimiyyəti dövründə represiyaya məruz qalan və mühacirətdə – Türkiyə,
İran, İraq, ingiltərə və başqa xarici ölkələrdə yaşayıb yaradan soydaşlarımızın,
1990-ci il yanvarın on doqquzundan iyirmisinə keçən müdhiş gecə -sovet
ordusunun Bakıya hücumu zamanı şəhid olan ,həmçinin Qarabağ münaqişəsi
başlananda doğma yurd-yuvasından didərgin salınan qələm sahiblərinin
tərcümeyi halları da kitaba daxil edilmişdir. “Azərbaycan yazıçıları“
ensiklopedik məlumat kitabı Azərbaycan ədəbiyyatının ədəbi-mədəni irsi ilə
maraqlanan hər kəs üçün qiymətli mənbədir. Məlumat kitabı- “Fundamental
ədəbi salnamə”(Kamal Talıbzadə),”Faydalı kitab”(Mirzə İbrahim), ”Yazıçı
ömrünün salnaməsi”(Əziz Mirəhmədov)” Ön söz əvəzi” (T.Əhmədov)
bölmələrindən ibarətdir. Vəsaitdə əlifba sırası ilə yazıçılar haqqında bioqrafik
məlumatdan sonra əsərlərinin qısa biblioqrafiyası verilmişdir ki, bu da
biblioqrafik məlumat əldə etmək istəyənlər üçün mühüm əhəmiyyət kəsb edir.
Ensiklopedik məlumat kitabı bütöv bir əsrdə həmin mərhələyə mənsub
yazıçıların nəsli içərisindəki dəyişiklikləri, inkişafı əks etdirir. Yazıçı
salnaməsi yaşından, mövqeyindən, şöhrət və vəzifəsindən asılı olayaraq hər
hansı
ədəbi şəxsiyyətin dəqiq tərcümeyi-hal məlumatını, biblioqrafik
göstəricisini qısa, yığcam və olduğu kimi nümayiş etdirir. Hər yazıçı nəslini
dəqiqliklə ifadə etmək məqsədi salnamənin müəllifinə imkan verir ki, bir əsr
daxilində yüzlərlə yazıçının həyatındakı dialektik inkişafın mənzərəsini
yaratsın. Ensiklopedik nəşrin 1965-ci il nəşri əgər səkkiz yüz səksən yeddiyə
qədər yazıçını əhatə edirdisə, yeni əşrdə bir sıra texniki qüsurlar aradan
qaldırılmış, haqqında məlumat verilən yazıçıların sayı iki dəfədən çox
artırılmışdır. Müəllif bəzi məlumatları təkmilləşdirmiş, dəqiqləşdirmiş, müasir
ədəbi prosesi ayrı-ayrı yazıçıların yaradıcılıqları ilə əlaqələndirmişdir. ”XX
əsr Azərbaycan yazıçıları” kitabının əhəmiyyətini artıran cəhətlərdən biri də
XX əsr Azərbaycan mühacir ədəbi qüvvələrini də əhatə etməsidir. Daha sonra
KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA
№ 2(8)
2012
83
qeyd edə bilərik ki, biblioqrafik nəşrlərin azlığı şəraitində bu məzmunda
ensiklopedik məlumat kitabının hazırlanması çox böyük əhəmiyyət kəsb edir.
Ədəbiyyatşunaslığın soraq-məlumat xarakterli nəşrlərindən biri də
ədəbiyyatşunas alim Ə.Mirəhmədov tərəfindən tərtib olunmuş “Ədəbiy-
yatşunaslıq terminləri lüğəti”dir. XX əsrin 50-60-cı illərində ədəbiyyat
nəzəriyyəsinə və terminalogiyasına aid əsərlərin ,məlumat kitablarının və
sahəvi lüğətlərin Azərbaycan dilində nisbətən az buraxılması respublikamızda
bu sahəyə ehtiyacı daha da artırmışdır. “Ədəbiyyatşunaslıq terminləri
lüğəti”nin 1957-ci ildə birinci nəşri bu sahdə ilk addımlardan idi. Bu nəşrin
hazırlanmasında xeyli elmi ədəbiyyatdan istifadə edilməsinə baxmayaraq
tərtibçi, görkəmli alim, SSRİ pedoqoji elmlər akademiyasının həqiqi üzvü
Timofoyevle, L.Venqrovun yazdığı məşhur “Kраткий словарь литературо-
ведческих терминов” kitabına ilk məxəz kimi əsaslanmışdır. Müəllif dünya
ədəbiyyatı terminləri ilə yanaşı Məhz Azərbaycan klassik və şifahi xalq
ədəbiyyatına ümumiyyətlə Yaxın və orta Şərq ədəbiyyatına aid olan
terminlərin izahına lüğətdə daha geniş yer verilmişdir. İstifadəçilərin
sorğularını
hərtərəfli
ödəmək
üçün
bəzi
terminlər
ətraflı
izah
edilmişdir.Lüğətin 1988-ci il nəşri daha da təkmilləşdirilmiş və “Maarif”
nəşriyyatında çap olunmuşdur. (Mirəhmədov.Ə. Ədəbiyyatşunaslıq terminləri
lüğəti. – B.: Maarif, 1988. – 268 s.) Lüğətdə dünya klassik və müasir
ədəbiyyatına ,xüsusilə Azərbaycan bədii söz sənətinə aid terminlər və
anlayışların izahı verilmişdir. Şifahi ədəbiyyatın yaradıcılıq metodları və
ədəbi cərəyanların xarakteriskası kitabda mühüm yer tutur. Şərqə aid
terminlərin böyük bir qismi Azərbaycan elmi ədəbiyyatında ilk dəfə izah
olunur. Terminlərin izahında tarixi-xronoloji prinsip gözlənilmiş ,lüğətə
tövsiyyə annotasiyası yazılmışdır. Lüğətin əsaslı surətdə təkmilləşdirilmiş
yeni nəşrinin hazırlanması zəruriliyi onun sözlüyü, ümumiyyətlə, SSRİ
xalqları ədəbiyyatını oxuyub, öyrənənlərə kömək məqsədi ilə nəzərdə tutulsa
da, bu xalqların ən çox işlənən ədəbiyyatşunaslıq terminlərindən nümunələr
daxil edilsə də, əlavə olunmuş terminlərin çoxu Azadə, Alqış, Bəyan, Bəlağət,
Qarğış, Sanama, Xəmsə və b. bu kimi sırf Azərbaycan kaloritli terminlərdir.
Ədəbiyyat tarixi, Ədəbiyyat nəzəriyyəsi və ədəbi tənqid sahəsinə aid bədii
uydurma, dünya ədəbiyatı, ədəbi surətlər, ədəbiyyatın tərbiyəvi əhəmiyyəti və
b.bu kimi beynəlxalq səciyyəli terminlər də lüğətdə ilk dəfə izah olunur
.Həmçinin, SSRİ xalqları ədəbiyyatına və xarici ədəbiyyata dair də yeni
əlavələr edilmişdir. Bütün bu əlavələr nəticəsində lüğətdə 543 terminin izahı
verilmişdir. Əvvəlki kimi yaradıcılıq metodlarından, ədəbi formalarından, janr
və növlərdən bir çoxunun izahı, tarixi aspektdə verilir, onların müasir dünya
ədəbiyyatında, xüsusilə çox millətli sovet ədəbiyyatında və onun qüvvətli
qollarından biri olan Azərbaycan söz sənətində nə kimi mövqe tutduğu məna
kefiyyətcə dəyişib-dəyişilmədiyi göstərilir. Bəzi terminlərin izahı xeyli
KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA
№ 2(8)
2012
84
dəqiqləşdirilmiş, gətirilən bir çox misallar başqaları ilə əvəz olunmuş yaxud
əvvəlki misallara yeniləri də əlavə edilmişdir. İzahı xeyli genişləndirilmiş
terminlərdən Bayatı, Vodevil, Qəzəl, Qəhrəman, Divan, Ədəbi əlaqələr, Əruz
vəzni, Publisistika, Təcnis, Ustadnamə və s. qeyd etmək olar. Ədəbiyyatın
mahiyyəti bədiilik, ədəbi cərəyanlar, müasir burjua ədəbiyyatının xüsusiy-
yətləri və s. bu kimi məsələlərin nəzəri cəhətdən mümkün qədər yeni izahına
xüsusi fikir verilmişdir.Ona görə çox təbii olaraq, bəzi köhnəlmiş müddəaları
lüğətdən çıxarmaq lazım gəlmişdir.
Nəticə olaraq ədəbiyyatşunaslıq elm və mədəniyyətlə bağlı yüksək
inkişaf etmiş bir sahə olduğu üçün ədəbiyyatşunaslığa dair sənəd kütləsi də
çox zəngin və olduqca rəngarəngdir. Məhz elə bu zaman professor Z.Əliyevin
fikrini qeyd etmək yerinə düşərdi: ”Sənədlər və təlabatçılar arasında
bəşəriyyətin topladığı möhtəşəm sənəd yığımından daha mütərəqqi və
səmərəli istifadə
olunmasına təsir göstərən vasitəçilərdən biri də
biblioqrafiyadır. (3) Yəni hər iki sahənin əməkdaşlarının birgə səyi nəticəsin-
də həm ayrı-ayrılıqda ədəbiyyatşunaslıq və biblioqrafiyaşunaslıq sahə-
sində,həm də eyni zamanda ədəbiyyatşunaslıq biblioqrafiyasının inkişafında
mühüm nailiyyətlər əldə etmiş olarıq.
ƏDƏBİYYAT
1. Əhmədov T. XX əsr Azərbaycan yazıçıları .ensiklopedik məlumat
kitabı (təkmilləşdirilmiş III nəşr). – Bakı: Nurlan , 2004. – 984 s. – (şəkilli)
2. Əhmədov T. Azərbaycan yazıçıları. Ensiklopedik məlumat kitabı. B.:
Önər, 1985, 864 s.
3. Əliyev Z.H. Biblioqrafik informasiya və onun elmi mahiyyəti //
Kitabxanaşunaslıq və biblioqrafiya . – 1998 , №1. – s .19.
4. İsmayılova S.P Azərbaycanda bədii ədəbiyyat və ədəbiyyatşunaslıq
üzrə sənəd kütləsi biblioqrafiyalaşdırma obyekti kimi. Dərs vəsaiti. – Bakı:
BDU, 2008, 66 s.
5. Mirəhmədov Ə. Ədəbiyyatşunaslıq terminləri lüğəti. – Bakı: Maarif,
1978, 199 s.
6. Mirəhmədov Ə. Ədəbiyyatşunaslıq terminləri lüğəti (işlənilmiş və
təkmilləşdirilmiş IV nəşr). – B.: Maarif, 1988. – 268 s.
7 . Pənahi Makulu. Ədəbi məlumat cədvəli. – B.: Elm. – 1962. – 574 s.
KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA
№ 2(8)
2012
85
DIRECTORY EDITIONS OF LITERARY CRITICISM’S
BIBLIOGRAPHY
ISMAYILOVA S.P.
ABDULLAZADE F.F.
simaismailova23@mail.ru
abdullazade.f@mail.ru
SUMMARY
Keywords: literature; news publishers; news literature
This article provides information about the importance of directory
editions of literary criticism and bibliography and explanation of the main
features of encyclopedic editions of philological scientists.
ИЗДАНИЯ СПРАВОЧНОЙ ИНФОРМАЦИИ
О БИБЛИОГРАФИИ ЛИТЕРАТУРОВЕДЕНИЕ
ИСМАИЛОВА С.П.
АБДУЛЛАЗАДЕ Ф.Ф.
simaismailova23@mail.ru
abdullazade.f@mail.ru
РЕЗЮМЕ
Ключевые слова:
литературоведение;
справочное
издание;
информационное издание.
В этой статье, дана информация о важности изданий справочной
информации в области библиографии и литературоведение, также
были объяснены основные характерные черты энциклопедических
изданий ученых литературоведов.
Dostları ilə paylaş: |