“Dövlət qeydiyyatına alınmışdır”
Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi
Qeydiyyat №_____
“___”___________2010-cu il
Nazir müavini
__________Toğrul Musayev
“Təsdiq edilmişdir”
Azərbaycan Respublikası
Mərkəzi Bankının İdarə Heyəti
Protokol № _____
“___”___________2010-cu il
Mərkəzi Bankın sədri
________ Elman Rüstəmov
Banklarda stress testlərin aparılması haqqında
Qaydalar
Bakı-2010
1.
Ümumi müddəalar
1.1.
Bu Qaydalar “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” və
“Banklar haqqında” Azərbaycan Respublikasının qanunlarına, Azərbaycan
Respublikasının digər qanunvericilik aktlarına, habelə beynəlxalq təcrübəyə uyğun
olaraq hazırlanmışdır.
1.2.
Bu Qaydalar banklarda və xarici bankların yerli filiallarında (bundan
sonra - banklar) stress testlərin aparılmasına dair minimum tələbləri müəyyən edir.
2.
Anlayışlar
2.1.
Stress test – gözlənilməz, müstəsna, lakin mümkün şoklara bankın
həssaslığının qiymətləndirilməsi alətidir. Beynəlxalq praktikada stress testlərin iki
əsas növü mövcuddur:
-
ssenari təhlilləri;
-
həssaslıq təhlilləri.
2.2.
Ssenari təhlili – eyni zamanda bir neçə risk faktorun dəyişməsinin
bankın maliyyə durumuna təsirinin qiymətləndirilməsidir.
2.3.
Həssaslıq təhlili – hər hansı bir risk faktorunun dəyişməsinin bankın
maliyyə durumuna təsirinin qiymətləndirilməsidir.
2.4.
Risk faktoru – bank daxili və bankdankənar, əvvəllər müşahidə olunmuş
və ya bankın fəaliyyətinə potensial təsir edə biləcək, ölçülə bilən risklər üzrə
faktorlardır.
3.
Stress testlərin aparılması metodologiyası
3.1.
Stress testlər istisna hallarda baş verə biləcək hadisələr üzrə risk
faktorlarının dəyişməsinin bankın maliyyə durumuna potensial təsirinin
qiymətləndirilməsi üçün həyata keçirilir və bankın potensial zəif tərəflərini izləməyə,
qiymətləndirməyə və zəruri preventiv tədbirləri müəyyən etməyə imkan verən
risklərin risklərin idarə olunması mexanizminin elementlərindən biridir. Stress test
çərçivəsində banklar kəskin zərərlərə gətirib çıxaran və risklərin idarə edilməsini
çətinləşdirən hər bir risk faktorunu nəzərə almalıdır. Bu faktorlar bazar, kredit,
likvidlik və digər risklərin komponentlərini özündə cəmləşdirir.
3.2.
Stress testlərin keçirilməsi nəticəsində aşağıdakılar müəyyən edilir:
-
bankın kapitalının şoklara dözümlüyü;
-
şoklar nəticəsində bankın məruz qaldığı maksimum itki;
-
bankın fəaliyyətində boşluqlar;
-
müxtəlif risklərin qiymətləndirilməsi və onların qarşılıqlı əlaqəsi;
-
bankın makro iqtisadi amillərdən asılılığı.
Ssenari təhlili mümkün ekstremal hadisənin baş verməsi nəticəsində eyni
zamanda bir neçə faktorun bankın maliyyə vəziyyətinə təsirini ölçür. Ssenari təhlilləri
uzunmüddətli dövrləri əhatə edir. Həssaslıq təhlili yalnız bir faktorun dəyişməsinin
bankın maliyyə durumuna təsirini ölçür. Ssenari təhlilindən fərqli olaraq həssaslıq
təhlili daha qısamüddətli dövrü əhatə edir.
3.3.
Hər bir bankda stress testlərin həyata keçirilməsi üçün bankın həcmindən
və onun fəaliyyət istiqamətlərinin mürəkkəbliyindən asılı olaraq stress test modeli
hazırlanmalıdır.
3.4.
Stress testlərin aparılması zamanı potensial maksimal zərərin
müəyyənləşdirilməsi üçün müxtəlif risk faktorlarının kombinasiyasına baxılmalı və
onların bir-biri ilə əlaqəsi nəzərə alınmalıdır. Risk profillərinin müxtəlifliyi
səbəbindən, habelə beynəlxalq səviyyədə qəbul edilmiş stress testlərin keçirilməsi
standartlarının olmaması ilə əlaqədar stress test modellərinin qurulması hər bir
bankda ona uyğun olan şəkildə həyata keçirilməlidir. Banklar məqsədindən asılı
olaraq şokların təhlili üçün həm həssaslıq həm də ssenari təhlillərini həyata
keçirməlidirlər.
3.5.
Banklar ilkin olaraq stress testlərin həyata keçirilməsi üçün onlara təsir
edə biləcək risk növlərini müəyyən etməli və müəyyən edilmiş hər bir risk və onun
kateqoriyası üzrə stress testlər həyata keçirməlidir.
3.6.
Ilkin mərhələdə hər bir risk kateqoriyası üzrə banka təsir edə biləcək
makro və mikroiqtisadi risk hadisələri müəyyən edilməli, onların tarixi dinamikasına
baxılmalı və bankın maliyyə hesabatlarının ətraflı təhlili həyata keçirilməlidir. Bu növ
təhlillər həyata keçirildikdən sonra banka təsir edə biləcək şoklar müəyyən
edilməlidir. Şoklar stress testin keçirilmə məqsədindən asılı olaraq müəyyən bir
istiqamətdə və ya kompleks şəkildə ola bilər.
3.7.
Stress test proseslərində hadisələrin ekstremallıq və ehtimal
kriteriyalarının əlaqəsi nəzərə alınmalıdır. Yəni, hər hansı bir risk faktorunun
ekstremal həddə dəyişilməsi ehtimalı mümkün olmalıdır. Stress testlər hadisələrin baş
vermə ehtimallarını müəyyən etmir. Bu səbəbdən ssenarilərin seçilməsi zamanı
hadisələrin baş vermə ehtimallarının başa düşülməsi vacib şərtdir.
3.8.
Stress testin həyata keçirilməsi üçün istifadə edilən məlumatların
mötəbərliyi və aktuallığı yoxlanılmalıdır. Bu zaman istifadə edilən hesabatların
davamlıq və müqayisəlilik meyarlarına uyğunluğunun təmin edilməsi nəzərə
alınmalıdır.
3.9.
Stress testdə qəbul edilmiş hər bir fərziyyə təhlil edilməli və
əsaslandırılmalıdır.
3.10.
Stress testlər həyata keçirilərkən “ən pis”, “ən yaxşı” və “ehtimal
olunan” ssenariləri tərtib olunmalı və fərziyyələr daxil olmaqla hər bir ssenari üçün
ayrıca meyarlar və şoklar müəyyən edilməlidir.
3.11.
Stress testlərin keçirilməsi zamanı risk faktorlarının müəyyən
edilməsində yalnız keçmiş məlumatlara əsaslanmaq düzgün olmayan nəticələrə
gətirib çıxara bilər. Bu səbəbdən stress testlərin hazırlanması zamanı bank tarixi
ssenarilərdən başqa potensial riskləri və maksimal itkiləri nəzərə alan hipotetik
ssenariləri də nəzərdən keçirməlidir.
3.12.
Bankın məruz qaldığı risk faktorlarının sayı həddən artıq çox olduqda bu
faktorların arasından yalnız bankın fəaliyyətinə ciddi təsir edə biləcək əsas risk
faktorları seçilməli və onların bankın maliyyə durumuna təsiri ölçülməlidir.
Stress testlər aparılarkən ən azı aşağıdakılar nəzərə alınmalıdır:
-
müxtəlif sektorlarda baş verən şok hadisələrinin bankın kredit portfelinə
və onun keyfiyyətinə təsiri;
-
ÜDM-də baş verən dəyişikliklərin bankın kredit və depozit portfelinə
təsiri;
-
inflyasiya dəyişkənliyinin bank məhsullarının faizlərinə və kredit
portfelinə təsiri;
-
müxtəlif məhsulların faiz dərəcələrinə təsiredici amillərdə baş verən
dəyişikliklərin həm faiz dərəcələrinə, həm də bankın mənfəətinə, kapitalına, kredit və
depozit portfelinə, xarici valyutada olan aktiv və öhdəliklərinə təsiri;
-
qeyri-işlək kreditlərin strukturunda baş vermiş dəyişikliklərin bankın
mənfəətinə, kapitalına və likvidliyinə təsiri;
-
iri kreditlərlə bağlı yaranmış problemlərin bankın kredit portfelinə,
likvidliyinə və mənfəətinə təsiri;
-
xarici borcların vaxtından əvvəl geri çağırılmasının bankın likvidliyinə
təsiri;
-
iri depozitlərin geri çağırılmasının bankın likvidliyinə təsiri;
-
bankda yüksək likvidli vəsaitlərin azalmasının yeni kreditlərə təsiri;
-
əməliyyat gəlirinin azalması və/və ya əməliyyat xərcinin artmasına təsir
edən amillərin kəskin dəyişməsi;
-
maliyyələşmədə problemlər;
-
təminatın dəyərinin dəyişməsi;
-
xarici valyutanın rəsmi məzənnəsinin dəyişməsi;
3.13.
Banklarda stress testlər aparıldıqdan sonra əldə edilmiş nəticələr ən azı
aşağıdakı hesabatlarda öz əksini tapmalıdır:
-
cari, ilin sonuna və bir il sonrakı dövrdə şoklardan sonrakı balans
hesabatı;
-
cari, ilin sonuna və bir il sonrakı dövrdə şoklardan sonrakı mənfəət və
zərər hesabatı;
-
cari dövrdə şoklardan sonrakı ödəniş müddətinin bölgüsü cədvəli;
-
cari, ilin sonuna və bir il sonrakı dövrdə şoklardan sonrakı kredit portfeli
-
cari, ilin sonuna və bir il sonrakı dövrdə şoklardan sonrakı ən azı
aşağıdakı əmsallar:
-
kapitalın adekvatlıq əmsalı;
-
leverec əmsalı;
-
ani likvidlik əmsalı;
-
birinci dərəcəli kapitalın adekvatlıq əmsalı;
-
vaxtı keçmiş kreditlərin portfeldə payı;
-
ROE əmsalı;
-
ROA əmsalı;
-
likvid aktivlərin aktivlərə nisbəti əmsalı;
-
xalis faiz gəlirinin ümumi gəlirlərə nisbəti əmsalı;
-
açıq valyuta mövqeyinin kapitala nisbəti əmsalı.
3.14.
Hər bir bankda stress testlərin aparılması qaydaları hazırlanmalı və bank
tərəfindən aparılan stress testlərin bütün mərhələləri bu qaydalarda öz əksini
tapmalıdır.
3.15.
Stress testlər aparılarkən Mərkəzi Bank tərəfindən qoyulmuş
normativlərin nəzərə alınması vacibdir. Hər hansı bir ssenari və ya həssaslıq təhlilinin
nəticəsi olaraq istənilən normativin pozulmasına bank rəhbərliyi tərəfindən
məsuliyyətlə baxılmalı və bu halın sığortalanması üçün müvafiq tədbirlər həyata
keçirilməlidir.
4.
Stress test işinin təşkili
4.1.
Banklar operativ qərar qəbul etmənin təmin edilməsi məqsədi ilə ən azı
ayda bir dəfə stress testləri həyata keçirməlidirlər.
4.2.
Stress testlərin həyata keçirilməsi bank rəhbərliyinin şəxsi nəzarəti
altında olmalıdır.
4.3.
Stress test modeli, o cümlədən stress testin həyata keçirilməsi zamanı
istifadə edilən ehtimallar bankın risklərin idarə edilməsi bölməsi tərəfindən
hazırlanmalı, Risklərin idarə edilməsi komitəsi tərəfindən ona baxılmalı və Müşahidə
Şurası tərəfindən təsdiq edilməlidir. Modelə ən azı ildə bir dəfə, zəruri hallarda isə
müətmadi olaraq yenidən baxılmalıdır. Modeldə istifadə edilən ehtimallara və şoklara
hər bir stress test keçirilərkən fərdi qaydada baxılmalı və təsdiq edilməlidir.
4.4.
Bank rəhbərliyi stress testin aktuallığına hər zaman diqqət yetirməli və
bankın davamlı inkişafının təmin edilməsi və şok hadisələrinə qarşı müqavimətinin
gücləndirilməsi üçün stress testlərin dəqiqləşdirilməsi və modifikasiyasına daimi
nəzarət etməlidir.
4.5.
Əsas diqqət şok hallarında bankın hansı tədbirləri həyata keçirəcəyini
müəyyən etməyə yönəldilməlidir. Bu səbəbdən stress test nəticəsində əldə edilmiş
nəticələr bank rəhbərliyinə təqdim edilməli və risk hallarının qarşısının alınması
məqsədi ilə tədbirlər planı hazırlanmalıdır.
4.6.
Stress testin nəticəsi olaraq bankın fövqəladə hallar planına yenidən
baxılmalı və zəruri hallarda əlavə və dəyişikliklər edilməlidir.
5.
Hesabatlıq
5.1.
Hər bir keçirilmiş stress testin nəticəsi barədə hesabat tərtib edilməli və
bankın Müşahidə Şurasına təqdim olunmalıdır. Hesabatda ən azı aşağıdakılar əhatə
olunmalıdır:
-
stress testdə istifadə edilən şokların izahı və bu şokların tətbiq
edilməsinin səbəbləri;
-
stress testdə qəbul edilmiş fərziyyələrin siyahısı və bu fərziyyələrin
əsaslandırılması;
-
stress testdə istifadə edilmiş məlumatlar barədə ətraflı hesabat;
-
Bu Qaydaların 3.14. bəndindəki nəticələri əhatə edən hesabat;
-
stress test həyata keçirilməklə əldə edilmiş nəticələrlə bağlı kompleks
tədbirləri özündə əks etdirən tədbirlər planı.
Dostları ilə paylaş: |