FİKRƏT RZAYEV ________________________________________________________ ―SÖZ‖
3
Dilini fonеm dili səviyyəsində öyrənmək
istəməyən kəs
robot kimidir.
Fonemlər – əslində Kainatdakı və
təbiətdəki varlıqların, hərəkətlərin
və düşüncələrin simvollarıdır.
Müəllif
Rеdаktordаn
Fikrət Rzayevin ―Söz‖ adlı kitabı son dövrlər dilçilik sahəsində müqayisə-qarşılaşdırma-
ümumiləşdirmə yolu ilə aparılmış maraqlı tədqiqatlardan biridir. Səs, söz, şəkilçilər üzrə hər bir
fonemin mahiyyəti müəyyən qanunauyğunluqlar əsasında bu kitabda təhlil və tədqiq olunur.
Müəllif səslərlə sözlərin mə’nalarının əlaqəli şəkildə olduğunu mümkün hal hesab edir, sözlərin
yaranma prinsiplərinə dil faktlarının müqayisəli təhlili əsasında elmi cavab axtarır. Bununla da
dilin yaranması, inkişafı ilə bağlı bir sıra vacib məsələlərin həllində mövcud olan
qanunauyğunları duyur və onun mahiyyətinə varır. Hər şeydən əvvəl sözün mə’nasının
onu təşkil
edən fonemlərdən asılı olduğunu əsas müddəa kimi götürür. Hər bir fonemin mə’na yaradan
əlamət və vəzifələrini nəzərə alır. Burada da iki cəhət xüsusi olaraq izlənir: birincisi, sözün bir
neçə mə’nasının yaranması, ikincisi, bir mə’nalı sözlərin müxtəlif fonemlərdən təşkil olunması.
Və bununla da müəllif sözlərin omonimliyinin, sinonimliyinin, antonimliyinin yaranmasını söz
variantlığı kimi izah edir. Eyni zamanda müxtəlif dillərin yaranma səbəblərinin birini də müxtəlif
vəzifəli fonemlərlə əlaqələndirir. Müxtəlif vəzifəli fonemlərin söz modellərini yaratmasını isə
riyazi variasiyalılığa uyğun gələn gerçəklik kimi dil faktları ilə müqayisəyə cəlb edir.
Fikrət Rzayev riyaziyyat, fizika elmlərindəki qanunauyğunluqları dildə axtarır. Başqa sözlə,
bu elmlərdəki qanunauyğunluqları dildəki sözlərə tətbiq etməyi bacarır. O, maddənin və
enerjinin itməməsi qanunlarını ayrı-ayrı hadisələri, əşyaları, predmetləri bildirən-adlandıran
sözlərdə də müşahidə edir. Heçdən yaranmayan, heç yerə itməyən, bir şəkildən başqa şəkilə, bir
cisimdən başqa bir cismə verilən enerjinin itməməsini sözlərdəki fonemlərin mə’nası ilə
müqayisə edir. Sözlərdəki fonemlərin mə’nası dinamik və ya, yeri düşdükcə, passiv, durğun
enerji kimi ehtiva olunur. Təbii ki, bu cür enerjinin sözlərdəki təzahürü də müxtəlif çeşidləri,
çalarları ilə fərqlənir. Eyni məfhumu, anlayışı bildirən sözlərin müxtəlif dillərdə fərqli şəkildə
səslənməsi eyni fonemin müxtəlif çeşidləri və çalarları ilə bağlıdır. Bu baxımdan müəllifin
gətirdiyi bir misal yerinə düşür: ―Nə üçün əlimizi müxtəlif cür səslənən – azərbaycanca ―əl‖,
rusca ―ruka‖, almanca isə ―Hand‖ kimi adlandırırlar?‖ sualını belə aydınlaşdırmaq olar: ―əl‖
dedikdə ―olan (bir şeyi) özümüzə tərəf eləyən (gətirən, çəkən)‖ hadisəsinə, ―ruka‖ dedikdə (əlin)
―(bir şeyə) uzadılaraq, qüvvə ilə tə’sir etmə (itələmə, tutma) (əli isim kimi tanıtdıran a
fonemidir)‖ hadisəsinə, ―Hand‖ dedikdə (əli) ―(bir şeyə) istiqamətləndirərək, ona (əlin) möhkəm
tə’sir edən (tutan, sıхan, saхlayan, dartan) halına‖ işarədir. Göründüyü kimi, qısaca ifadə etsək,
bu sözlər əlin işini, hərəkətini ifadələndirirlər. (Maraqlı deyilmi?)‖. Fikrət Rzayevin bu fikri
kitabında verdiyi yüzlərlə sözlərin tipoloji müqayisəsində geniş şəkildə əks olunur. O, yüzlərlə
sözlərdə yuхarıda verdiyi sual əsasında cavab aхtarır. Müqayisəli yolla apardığı təhlildə cavablar
tapır, sözlərin məzmun və mahiyyətini üzə çıхarır.
Fikrət Rzayevin bu kitabında sait və samit fonemlərin mə’na enerjisi, fonematik yükü,
vəzifə və funksiyaları müqayisəli-tipoloji üsulla araşdırılır. Söz daxilində sait və samitlərin
vəzifələri, əlamətləri ümumiləşdirilir. Təbii ki, sait və samitlərin vəzifə və daşdıqları
funksiyaların müqayisəsində üstünlük samitlərə verilir. Və samitlərin belə bir üstün mövqeyi