BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
№3
Sosial-siyasi elmlər seriyası
2010
FƏLSƏFƏ
FƏLSƏFƏ VƏ TƏBİƏTŞÜNASLIĞIN MÜNASİBƏTİNİN
NATURFƏLSƏFİ ANLAMI
V.M.KƏRİMOV
Bakı Dövlət Universiteti
vmkarimov @yahoo. com.
Müəllif təbiət elmlərinin intibah dövründən başlanan və təbiətşünaslığın dialektləş-
məsinə gətirib çıxaran mühüm nailiyyətlərini təhlil edərək göstərir ki, onlar naturfəlsəfənin lü-
zumsuzluğunu aşkara çıxarmaqla fəlsəfə və təbiətşünasliğın münasibətinin həqiqi olan dia-
lektik-materialist anlamına gətirib çıxarmışdır.
Təbiət elmlərinin və fəlsəfənin çoxəsrlik tarixi göstərir ki, insan biliyinin bu iki
mühüm sahəsi bir-biri ilə sıx bağlı olub qarşılıqlı əlaqədə və təsirdə yaranıb inkişaf
etmişlər. Təbii olaraq bu əlaqə, onun səbəbi, mahiyyəti lap ilk vaxtlardan təfəkkür
sahiblərini düşündürmüşdür. Həmin bilik sahələrinin yaranması və inkişafının ilk çağ-
larında onlar arasındakı əlaqənin anlaşılması çətin olmuş, onun düzgün başa düşül-
məsinə gəlib çıxanadək idrak düzgün olmayan keşməkeşli yollardan keçmiş, onu
müxtəlif şəkildə təsəvvür etmişdir.
Məlumdur ki, ətraf aləmə nəzər salarkən bir-birlərindən fərqlənən müxtəlif
predmet və hadisələrlə, rəngarəng proseslərlə qarşılaşan insanlar lap qədimdən
onlardan baş çıxarmağa çalışmışlar. Həm də bu, sadəcə öyrənmək marağı olmayıb,
hər şeydən əvvəl, insanların əməli, gündəlik maddi tələbatlarından, yaşamaq, öz
həyatlarını qurmaq zərurətindən irəli gəlmişdir. Özlüyündə aydındır ki, cəmiyyətin
inkişafının ilk vaxtlarında bütünlüklə təbiətdən, ətraf aləmdən asılı olub, onun
hesabına yaşamalı olan insanlar təbiəti öyrənmədən, ətraf aləmdə baş verən faydalı,
bəzən onların həyatları üçün zərərli və təhlükəli olan hadisələri anlamadan, onlardan
baş çıxarmadan öz həyatlarını nə qura, nə də yaşamaları və inkişaf etmələri üçün
zəruri olan maddi nemətləri əldə edə bilərdilər.
Öz mövcudluqlarının ilk vaxtlarında bütünlüklə təbiətdən asılı olan insanlar
həyatlarını ətraf aləmdəki predmet və hadisələrə uyğun qurmalı, ona uyğunlaşmalı
idilər. Bundan ötrü onlar təbiətdə mövcud olanlar içərisində özlərinin yaşamaları üçün
faydalı və zəruri olanları digərlərindən ayırmalı, təbiəti öz məqsədlərinə və maraq-
larına uyğun şəkildə dəyişdirməli, bundan ötrü isə təbiət predmetlərini, onların
xassələrini öyrənməli idilər. Yaşamaq üçün zəruri olan maddi nemətlərin istehsalı,
onu həyata keçirmək vasitəsi olan əmək alətlərinin hazırlanması, müxtəlif cisimlərin
və predmetlərin təbiətini, quruluşunu, xassələrini öyrənmədən, təbiəti müntəzəm dərk
etmədən, ətraf aləm haqqındakı məlumatların məntiqi əlaqəli sistemi olmadan
mümkün olmazdı. İlk vaxtlar qazanılan bu biliklər az-çox sistemləşdirilmiş informasi-
ya şəklində zəruri olaraq istehsal prosesinin özünə qoşulmuş olan istehsal vəzifə-
97
lərinin həlli vərdişləri, qayda və üsulları şəklində çıxış etmişlər. Onlar nəsillərdən
nəsillərə ötürülmüş, özündə gələcək elmin «toxumlarını» daşımaqla yeni təcrübə ilə
zənginləşib təkmilləşmişlər (14, 23-24).
Bu həyati zərurətdən çıxış edən qədim insanlar ətraf aləm, onun müxtəlif
predmet və hadisələri haqqında düşünmüş, onları öyrənməyə çalışmışlar. Bu prosesdə
onların şüur və təfəkkürləri formalaşmış, tədricən abstraktlaşdırma qabiliyyətləri
yaranıb inkişaf etmişdir. Gerçəkliyin ayrı-ayrı sahələrinin öyrənilməsi gedişində
qazanılan biliklər əsasında, xüsusilə əkinçiliyin, maldarlığın, səyahət kimi fəaliyyət
növlərinin irəli sürdüyü tələblərin ödənilməsi gedişində riyaziyyat, astronomiya,
mexanikaya dair müəyyən təsəvvürlər yaranıb inkişaf etmişdir. Həm də bu biliklər
müstəqil elmlər kimi formalaşana qədər bütövlükdə dünya haqqında ümumi baxışlar
verən fəlsəfə içərisində çulğaşmış halda mövcud olmuşlar. Yalnız sonralar ictimai
istehsalın, məhsuldar qüvvələrin inkişafı gedişində, xüsusilə quldarlıq quruluşunun
dağılmağa başladığı dövrdə ətraf aləmin dərki də genişlənir və dərinləşir, tədricən
elmi biliklər yaranır, gerçəkliyin ayrı-ayrı sahələrini öyrənən elmlər təşəkkül tapır.
Dünya, onun müxtəlif sahələri, hadisələri haqqında əldə edilən müəyyən
biliklər sistemi kimi başa düşülən elmin ayrı-ayrı ünsürləri xeyli əvvəllər Misirdə,
Hindistanda, Çində təşəkkül tapsa da, ilk dəfə e.ə. VI əsrdə Qədim Yunanıstanda
yaranmışdı. Məhz orada ilk elmi biliklər (Milet məktəbi, Platon akademiyası,
Pifaqorçular, Eley məktəbi və s.) yaranır. Həm də qədim yunan mütəfəkkirləri bir
qayda olaraq, eyni zamanda həm filosof həm də təbiətşünas-alim kimi çıxış edərək öz
fəaliyyətlərində həmin bilik sahələrinin hər ikisini birləşdirmişdilər.
Həm də quldarlıq cəmiyyətinin dağılmağa başladığı dövrdən etibarən biliklərin
diferensiasiyası gedişində ayrı-ayrı müstəqil elm sahələri, o cümlədən ayrı-ayrı təbiət
elmləri yaranıb inkişaf etməyə başlamışdır. Bu proses təbiətin geniş surətdə öyrə-
nilməsinin başlandığı intibah dövründən etibarən daha da sürətlənmişdir. XIX əsrdə,
xüsusilə XX əsrdə sürətli inkişaf gedişində geniş qol-budaq ataraq getdikcə daha artıq
şaxələnən təbiət elmlərinin müxtəlif sahələri yaranıb inkişaf etməyə başlamışdır. Həm
də elmlərin bu inkişafı fəlsəfə ilə qarşılıqlı əlaqədə və təsirdə baş vermişdir.
Təbii olaraq bu əlaqə filosofları və təbiətşünasları çoxdan düşündürmüş və
onlar bunu aydınlaşdırmağa çalışsalar da uzun müddət buna nail olmamışlar. Halbuki
fəlsəfə və təbiətşünaslığın qarşılıqlı münasibətinin düzgün anlaşılması hazırda coşğun
surətdə inkişaf edərək getdikcə daha artıq şaxələnən təbiət elmlərinin, idrakın
inkişafında yeni dövr açan mühüm nailiyyətlərinin dünyagörüşü əhəmiyyətinin
düzgün müəyyənləşdirilməsi və müasir təbiətşünaslığın fəlsəfi-metodoloji problem-
lərinin işlənməsi üçün zəruri əsas yaradır. Buradan da qabaqcıl təbiətşünaslarla onun
həqiqi metodoloji əsası olan elmi fəlsəfə arasında tarixən yaranıb inkişaf edən
qarşılıqlı əlaqənin açılması və möhkəmləndirilməsinin böyük əhəmiyyəti irəli gəlir.
Həmin əlaqənin tarixi fəlsəfi və təbii-elmi idrakın tarixi qədər qədimdir.
Ümumiyyətlə, ümumi elm kimi fəlsəfə və müxtəlif xüsusi elmlərin məcmusu
kimi təbiətşünaslıq arasındakı qarşılıqlı əlaqə problemi ayrı-ayrı tarixi dövrlərdə
müxtəlif cür həll olunmuşdur. Həmin məsələ üzrə tarixən bir-birindən fərqlənən üç
əsas istiqaməti ayırmaq olar: 1) fəlsəfənin «elmlər elmi» kimi qələmə verilərək təbiət
elmlərinin fəlsəfəyə tabe etdirilib onun içərisində «əridilməsi» -–naturfəlsəfə; 2)
elmlərin öz-özlüyündə fəlsəfə olduğunu söyləyərək onları fəlsəfədən ayırmaq və
elmlər üçün fəlsəfəni lüzumsuz elan etmək – pozitivizm; 3) elmi fəlsəfə ilə təbiət-
şünaslığın həqiqi münasibətini açaraq onların qarşılıqlı əlaqədə və təsirdə mövcud
98