"Britanika Ensiklopediyası"nda Qara Qarayevin
milli mənsubiyyəti barədə təhrif olunmuş məlumat
düzəldilmişdir
Bu barədə Xarici İşlər Nazirliyi mətbuat mərkəzinin
rəhbəri Xəzər İbrahim bildirmişdir
X.İbrahim Azərbaycanın ABŞ-dakı səfirliyi tərəfindən məsələ ilə bağlı
"Britanika Ensiklopediyası"nın baş redaktoru
Deyl Hoyberqə müraciət
olunduğunu qeyd edərək, təxirəsalınmaz addımların atıldığını nəzərə çatdırmışdır.
"Britanika"nın ofisindən ölkəmizin ABŞ-dakı səfirliyinə bildirmişlər ki,
ensiklopediyanın bazasında Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevin
milli mənsubiyyəti barədə məlumat düzəldilmişdir.
Həm kitab şəklində nəşr olunan, həm də internetdə elektron varianta malik
Britanika Ensiklopediyasının baş ofisi ABŞ-ın İllinoys ştatında yerləşir.
Respublika.- 2007.- 4 sentyabr.- S. 2.