1
Rəhman və Rəhim Allahın adı ilə
Əliəsğər Səffar Hərəndi
Aşura inqilabı
Dilimizə çevirdi: M. Əhməd
Müq
ə
ddim
ə
Onun qəbir daşına yazılıb: “O bizim müsəlmanlığımızın dəlili idi.”
Bu kəlam bir çox tanışların həmin qəlbigeniş insan haqqındakı ən gözəl vəsfidir.
Mərhum höccətil-islam vəl-müslimin hacı Əliəsğər Səffar Hərəndi elə insanlardan idi ki, onun haqqında
danışarkən yalnız doğum və vəfat tarixlərini qeyd etmək bəs etmir. Bu insanın həyatını addım-addım
araşdırmaq və izləmək lazımdır.
Gəncliyinin çiçəklənən dövründən, daha doğrusu, Allahın təqdiri ilə həyat çeşməsinə qonaq edildiyi
unudulmaz gecədən ömrünün son günlərinədək elə yaşadı ki, arxada qalmış günlər üçün heç vaxt təəssüf
etmədi, rifahpərəst qayğısız insanlar və dünya matahına bəndə olanlar kimi ömür sürmədi.
On altı, on yeddi yaşlı gənc ikən idmanla məşğul olmağa getdiyi vaxt yolu Tehranın Mövləvi küçəsindəki
Səadət məscidinə düşdü. Vaiz kürsüsündə oturmuş pir ruhaninin cazibəsi, onun sözlərindəki sehr bu gənci
ovsunladı və öz tamaşasına vadar etdi. Həmin qoca danışarkən adəti üzrə gözünü yerə dikirdi. Arabir cəmiyyətə
ötəri bir nəzər salırdı. Ecazkar bir anda qocanın baxışları gəncin baxışları ilə rastlaşdı. Həmin hərəkətsiz
saniyələrdə mürid və murad (ustad) bir-birlərini tapdılar və həmin gecə bu gənc üçün “Əliəsğərin leylətül-
qədri” oldu.
Həmin vaxtdan başlayaraq bu gənc hər gecə, sübhdən qürubadək davam edən üzücü işdən sonra özünü
məscidə çatdırar və ustadın (mərhum hacı Şeyx Məhəmməd-Təqi Bürucirdi) feyz çeşməsindən sirab olardı.
Həmin böyük şəxsin tövsiyəsi ilə bu gənc Lorzadə və Hacı Əbül-Fəth məscidlərində ustadlardan müqəddimə
dərslərini öyrənməyə başladı. Özü deyirdi: “Çox vaxt dərs öyrənmək üçün haqq ödəyərdim.” Nəhayət,
müqəddimə dərsləri başa çatdı. Lorzadə məscidindəki günlərin yadigarlarından biri Ayətullah Məhdəvi Kəni ilə
tanışlıq və dostluq oldu. Bu dostluq ömrünün son günlərinədək davam etdi.
Sonra Səth və Xaric dərslərini Bürucirdidən öyrənməyə başladı. Ən əsası, pir mürşidin irfan və əxlaq
sərmayəsindən bəhrələndi. Bu dərslər onun şəxsiyyətinin formalaşmasında mühüm rol oynadı. Belə ki, bir gün
ustad onu pişnamaz dayandırıb, özü də başqaları ilə birlikdə şagirdinə iqtida etdi. Ustad bununla hamıya
anladırdı ki, bir tikə halal çörəkdən ötrü gün uzunu alın təri axıdan iyirmi neçə yaşlı bu gənc artıq mehrab və
minbər səngərində xalqa dünya və axirət qurtuluşu üçün yol göstərmək ləyaqətini əldə etmişdir.
Mərhum Hacı Şeyx Məhəmməd-Təqi vəfat etdikdən sonra Mirzə Əliəsğər Ğar darvazası yoxsullar
məhəlləsində yerləşən məscidin əhlinə təklif etdi ki, Quma gedib məscidləri üçün imam (pişnamaz) istəsinlər.
Mərhum ustadın vəsiyyətini unutmamış camaat ondan tələb etdi ki, özü bu məsuliyyəti öhdəsinə götürsün.
Həmin vaxtdan başlayaraq Şeyx Bürucirdinin ləyaqətli şagirdi onun tövsiyəsi və hidayəti ilə adi libasda
gündəlik işinə məşğul olub, namaz vaxtları çiyninə əba salıb, başına çalma bağlayıb namaza dayandı və sonra
Şeyxdən öyrəndiklərini möminlərə tədris etdi. İyirminci onilliyin durumu və onun İslam fədailərinin mübariz
çöhrələri ilə dostluğu (o cümlədən mərhum Seyyid Hüseyn İmami) məscidi neftin milliləşməsi qiyamının
mübarizləri üçün səngərə çevirdi. Bəzi müqəddəsnümalar deyirdilər: “Filankəsin məscidinə getməyin, neftin iyi
adamı boğur!”
Bu məhəlin bir sıra problemləri vardı. Bir tərəfdən ifrat yoxsulluq, bir tərəfdən narkotik maddələrə aludəlik,
digər bir tərəfdən peşəkar cinayətkarlıq Hərəndini məcbur edirdi ki, bu məhəl sakinlərini müşküldən çıxarmaq
üçün bir neçə cəbhədə fəaliyyət göstərsin. O, cəmiyyət namazı ilə yanaşı, hər gecə gəncləri cəzb etmək üçün
proqramlar həyata keçirirdi. Hər gecə bir mövzuya həsr olunurdu. Ərəbcə müqəddimə, hədis, fiqh, əxlaq,
Nəhcül-bəlağə, Quran təfsiri nəzərdə tutulmuş mövzulardan idi. Şənbə gecələri keçirilən Quran təfsiri dərsləri
ustad və şagirdlər üçün o qədər əhəmiyyət kəsb etmişdi ki, əlli ilədək çəkmiş təbliğat fəaliyyətində bütün Quran
üç dəfədən artıq təfsir olunmuşdur.
Digər bir tərəfdən, uzun illər xeyirxah əməllərini gizli saxlamış bəzi insanların dəstəyi ilə abır-həyalı
yoxsullara əl tutulurdu. Bu məxfi xeyirxahlıqlar sayəsində bir çox ailələr himayə olunmuş, təhsilini davam
etdirmiş, övladları üçün ailə həyatı təşkil etmişlər.
Bu insanın ictimai fəaliyyətləri elmi fəaliyyətlərindən daha çox diqqəti cəlb edir. Korlanmış ictimai mühitin
islahında bu fəaliyyətlər müstəsna əhəmiyyət kəsb etmişdir. 39-cu ildə mənafepərəstlər hakim siyasətdən
2
yararlanaraq Ğar meydanında kinoteatr tikmək istədiyi vaxt məhz Hərəndi bu ziyanlı işə mane olmağa çalışmış,
Allahın lütfü və xeyirxah insanların yardımı ilə istəyinə çatmışdı. Həmin məhəl pozğun işbazların çəngindən
çıxarılmış və həmin yerdə məhəllə sakinlərinin fiziki və ruhi sağlamlığı üçün bir hamam tikilmişdi.
42-ci ildə həzrət İmamın (r) hərəkatı başlayan vaxt Ğar darvazası məscidi cəmiyyətdə mübarizə
səngərlərindən birinə çevrildi. Sonradan bu məsciddəki mübarizlərin adı İslam hərəkatı tarixinin qəhrəmanları
sırasında özünə yer tapdı. Məhəmməd Buxarayi, Seyyid Əli Əndərzqu, Mürtəza Niknijat, Riza Səffar Hərəndi
mərhum Hərəndinin dairəsinə rövnəq verən mömin və mücahid gənclər idi. Mənsurun terror edilməsindən
sonra Məhəmməd Buxarayi və yoldaşları ilə yanaşı ustad da zindana düşdü. Həmin ilin ramazan ayını Hərəndi
zindanın təkadamlıq kamerasında keçirdi. Bu hadisədən sonra ustad şahın xəfiyyə təşkilatı, yəni Savak
məmurlarının daimi nəzarəti altına düşdü və yeri gəldi-gəlmədi onun iş yerinə və evinə hücumlar olundu. Onu
həbs edib mücahid Seyyid Əli Əndərzqu ilə əlaqələrini müəyyənləşdirmək istəyirdilər. Heç bir bəhanə
tapmadıqda ustadı dini maarifi və İslam tarixini öyrətdiyi üçün ittiham edirdilər. Bu qəbildən olan
məhdudiyyətlər nəhayətdə əxlaq dərslərinin dayandırılması ilə nəticələndi. Həmin dərslər hər cümə günü
günortadan sonra Mehdiyyə mədrəsəsində keçirilirdi. Həmin sinfin şagirdlərindən bəziləri bu gün dövlətin
mədəniyyət, siyasət işlərini idarə edən məsullardandır.
Ğar darvaza məscidi 50-ci onillikdə, xüsusi ilə İslam inqilabı astanasında inqilabçı qüvvələrin dayaq
nöqtələrindən idi. Həzrət imamın şagirdləri orada müxtəlif münasibətlərlə minbərə qalxar və etiqadlı gəncləri
qarşıdakı çətin günə hazırlayardılar. İnqilabın qalib gəldiyi və Ğar darvazası məhəllinin kommunistlər,
münafiqlər üçün dayaq nöqtəsinə çevrildiyi vaxt mərhum Hərəndinin məktəbində tərbiyə almış gənclər
azğınlarla planlı və amansız mübarizə apararaq onların fəaliyyətinə son qoydular.
Mərhum Hacı Əliəsğər Hərəndinin rəhbərliyi ilə məhəldə inqilab komitəsi təşkil olunduqdan sonra bu
məhəldəki bir sıra problemlər həllini tapdı. Ustad düşünürdü ki, yeni dövrdə keçmiş rejimin mirası olan
yoxsulluğa yer qalmamalıdır. Buna görə də o şəhid Behişti, həzrət Ayətullah Xamenei, şəhid Rəcai və bu kimi
başqa tanınmış şəxsiyyətləri üzücü yoxsulluğun aradan qaldırılması, evsiz-eşiksizlərə məskən verilməsi ilə
bağlı fəaliyyətlərə dəvət etdi. Onun təlaşları səmərəsiz qalmadı və inqilabdan bir-iki il sonra məhəldəki üzücü
yoxsulluq aradan qaldırıldı. Dözülməz şəraitdə gün keçirən evsiz-eşiksiz insanlar başqa nöqtələrə köçürüldü.
Əslində sakinlərin bu məhəldən köçürülməsi ustadın məscidini rövnəqdən saldı və yeganə dolanışıq dükanı
müştərisiz qaldı. Amma ustad tamamilə başqa sevdada idi.
Həyatı dövründə onu görənlər yaxşı bilirlər ki, mərhum Hərəndinin bütün mərcəyi-təqlidlərdən vücuhat
icazəsi vardı və o həzrət imamın şəhərin cənub məntəqəsindəki nümayəndəsi idi. (Ona ixtiyar verilmişdi ki,
xüms qəbul etsin.) Bununla belə, o parça dükanının cüzi qazancı ilə yaşayırdı. İnqilabdan sonra komitələr təsis
olunduğu vaxt o bu işin fəallarından idi və Tehran vilayətinin komitəsində komandana canişin təyin olunmuşdu.
Qəfil xəstəlikdən əvvəlki illərdə intizami qüvvələrdə ideoloji-siyasi məsuliyyət daşıyırdı. İşlədiyi təşkilatdan
heç vaxt maaş almırdı!
Onun gözəl həyatını təsəvvürdə canlandırarkən istər-istəməz bu böyük şəxsiyyət qarşısında baş əyməli
olursan.
O bütün yönümlərdən əsil ruhani nümunəsi idi. Xalq isə yalnız mehrab və minbərdə onu libasında görürdü.
Öz işində sədaqətlə çalışırdı. Göstərdiyi təlaşların müqabilində dövlətdən bir qəpik belə qəbul etmirdi.
Hərəndi Allah yolunun mücahidi, cəmiyyət imamı, əxlaq müəllimi, Quran təfsirçisi, xalqı dini maariflə tanış
edən bir şəxs idi. O eyni zamanda xalqın əzab yükünü bölüşürdü. Dost-tanışları problemlə üzləşdikdə Hərəndi
onlar üçün səbir daşı olurdu. Ətrafındakıların maddi və mənəvi müşküllərini aradan qaldırmaq üçün gücü
həddində çalışırdı. Çoxları onunla məsləhətləşmədən bir iş görməz, möhtac olduqda qərzül-həsənə büdcəsindən
istifadə edərdilər.
Hərəndi onun mühakiməsinin hər bir mühakimədən üstün tutanlar arasında ixtilaf yarandıqda məsələni
yoluna qoyardı.
Bu insanı tarixi və coğrafi məhdudluğa sığmayan zümrədən saymaq daha düzgün olardı. Onu bircə dəfə
görənlərin də qəlbində xüsusi yeri var.
Onun oxuduğu “Kumeyl” dualarının və Əhli-beytin (ə) müsibətləri haqqında söhbətlərinin xüsusi yeri
olmuşdur; söhbətinə aşiq olanlar məhərrəm ayında uzun-uzadı yollar keçib onun minbərinin tamaşasına
dayanmış, Seyyidüş-şühəda (ə) qiyamının fəlsəfəsi və aşura tarixi ilə bağlı söhbətlərini dinləmişlər.
Əlinizdəki kitab mərhum ustadın yatağa düşməzdən öncə Ğar darvazası məscidində aşura mövzusundakı on
iki gecəlik söhbətləri əsasında tərtib olunmuşdur. Ustadın söhbətlərinin bir yerə toplanıb tənzimlənməsi və lent
yazılarından köçürülüb kitab şəklinə salınması zəhmətini cənab höccətül-İslam hacı Həmid Səffar Hərəndi öz
öhdəsinə götürmüşdür. O bu fəaliyyətində ustadın söhbətlərinin əsl mətninə vəfalı qalmışdır.