11
ələykə ya Əba Əbdillah” deyirdi. İmam Hüseyn (ə) sürətlə özünü ona çatdırıb üzünü qulamın üzünə qoydu.
Qulam yarıcan halda gözünü açdı və imama baxıb gülümsündü. Onun bu təbəssümü sanki “ağa, bu mənəm,
axır anda başını sənin dizin üstünə qoymaq şərəfinə çatmış qulamam” deyirdi. İmam qulamın “Mənim qoxum
pisdir, çöhrəm qaradır” sözlərini xatırlayıb əllərini göyə qaldırdı və dedi: “Pərvərdigara! Onu ətirləndir, üzünü
ağ və nurani et.” Bir qrup hədisçi yazır ki, imam Səccad (ə) şəhidləri dəfn etmək üçün Kərbəlaya gəldiyi vaxt
qulamın cəsədi orada tapılmadı. On gün ötmüş Fərat kənarında xoş bir ətir duyuldu. Həmin yerə yaxınlaşıb
qulamın cənazəsini tapdılar. Onun çöhrəsi on dörd gecəlik ay tək parlayırdı, bədənindən qalxan müşk qoxusu
fəzanı ətirləndirirdi.1
Üçüncü məclis
Batil cəbhəsi öz nəfsani istəklərini həyata keçirmək üçün yalandan, hiylədən, fəsad və cinayətdən çəkinmir.
Amma haqq cəbhəsi tərəfdarlarının həyat proqramı ədalət və insaniyyət, məqsədləri təkamül və kamillikdir.
Əslində bu hədəf insanın yaranış hədəfidir. Onların qiyamı haqq sözün ucalığı və insanı kəramətə çatdırmaq
üçündür. (İnqilabın böyük rəhbəri həssas məqamlarda buyururdu: “Bizim qiyamımız qələbə üçün deyil. Biz
vəzifəmizə əməl edirik. Əgər qalib gəlsək, çox xoşhal olarıq ki, həddini aşanların qəddini qırmışıq, zahirən
məğlub olsaq, qəm yemərik. Çünki vəzifəmizə əməl etmişik.”)
Peyğəmbər və haqpərəstlər məktəbi Adəmin dövründən başlamış indiyədək bu bünövrə üzərində
möhkəmlənmişdir.
Əgər bir şəxs və ya bir qrup haqpərəstlik iddiası ilə qüdrət və hakimiyyətə çatmaq istəsə, getdiyi yol batildir
və xalqı aldatmaq üçün haqq libası geymişdir. (İmamın (r) rəhbərliyi ilə İslam inqilabından əvvəl də qiyamlar
olmuşdur. Mən bu qiyamlardan bəzilərində fəal iştirak etmişəm. Həmin qiyamlardan birində qiyam edənlər
hakimiyyəti ələ keçirdikdən sonra müsəlman xalq spirtli içkilərə qadağa qoyulmasını istədi. Bu istək mərhum
Ayətullah Sədrin vasitəsi ilə məktub şəklində milli şura məclisinə təqdim olundu. Amma spirtli içkilər dövlətə
böyük gəlir gətirdiyindən, hökumət müsəlman xalqın bu istəyinə cavab vermədi! Çünki hakimiyyəti ələ
gətirənlər haqq libası geymiş batil ardıcılları idi...)
Peyğəmbərin (s) vəfatından sonra tanınmış, ağsaqqal, zahirən böyük və möhtərəm şəxslər iş başına gəldi.
Görən onlar müqəddəs şəriət əsasındamı hərəkət edirdi? Təəssüf ki, yox! Onların əməllərində qatqılı işlər
müşahidə olunurdu. Ən əsası, onlar bilirdilər ki, vilayət və rəhbərlik onların haqqı deyil. Sadəcə, şəxsi
mənafelərini təmin etmək üçün haqqı ayaq altına aldılar.
Əmirəlmöminin iki işdən birini görə bilərdi: O ya möhkəm dayanıb rəhbərliyə layiq olduğunu təkid etməli
və mübarizəyə qalxmalı idi, ya da daxili qarşıdurmanın qarşısını almaqla İslam və Quranın aradan
götürülməməsi üçün aşkar haqqına göz yummalı idi. Həzrət ikinci yolu seçsə də, imkan daxilində
hakimiyyətdəki büdrəmələrin qarşısını almağa çalışırdı. Bəziləri iddia edirlər ki, şeyxlər zahirən İslam
qanunlarına riayət edirdilər. Əslində isə həzrət Əli (ə) onların bütün addımlarını izləyir, Quran və peyğəmbər
buyuruğuna qarşı hökm vermək istədikdə onlara qarşı çıxırdı. Həzrət Quran və peyğəmbər yoluna istinad
etməklə onları susdururdu. Hətta bəzən şeyxlər öz cəhalətlərini etiraf edib imamdan məsləhət istəyirdilər.
Məşhur “Əli olmasaydı, Ömər həlak olardı” etirafı Peyğəmbərdən (s) sonrakı İslam əsrinin ən böyük siyasi
öndərinə aiddir. Birinci xəlifəni də hakimiyyətə gətirən o olmuşdur. Təbəri və İbn-Əsir onun dilindən belə nəql
edir: “Əbu-Bəkrin beyəti qəfil bir iş oldu. Bundan sonra kim belə beyət almaq istəsə öldürün.”2 Bu siyasi
şəxsiyyət peyğəmbərdən sonra həmin sözləri söyləmişdi. Əgər onun dedikləri doğru olsa, Əbu-Bəkrə beyət
batil sayılmalıdır. Ona beyətin batilliyi Ömərə beyətin batilliyinə gətirir. Çünki Əbu-Bəkri xilafətə o çatdırdı.
(Əbu-Bəkr can verən zaman Ömərə dedi: “Mən səni müsəlmanlara rəhbərlik üçün seçirəm.”3 Həzrət Əli (ə)
əvvəlki üç xəlifənin dövründə öz şəri vəzifəsini yerinə yetirdi. O səbr edirdi və öz səbri haqqında belə
buyururdu: “Mən boğazında sümük qalmış, onu nə uda, nə də çıxara bilməyən, eləcə də, gözünə tikan batmış,
bu tikanı çıxara bilməyən kəs kimi səbir etdim.”4
1
“Uyunul-İbri”, s. 124, 125
2
“Əl ğədir”, c. 4, s. 64; c. 8, s. 189; c. 5, s. 370
3
“Əl-ğədir”, c. 6, s. 357
4
“Nəhcül-bəlağə”, x. 2
12
Ömərin aqibəti
Ömərin Əbu-Lölö vasitəsi ilə qətlə yetirilməsinin həzrət Əli (ə) ilə heç bir əlaqəsi yox idi. İranlı qulam Əbu-
Lölö (Firuz) Müğeyrə ibn Şöbənin xidmətçisi idi. Ağası ona demişdi ki, özün üçün işlə və ayda müəyyən
məbləğ mənə ver. Yaşı artan Firuz xəlifəyə Müğeyrədən şikayət etmişdi. Amma Ömər onun şikayətini yersiz
saymışdı. Qulam xəlifənin bu münasibətinə görə ona qarşı kin saxlamış və intiqam almaq qərarına gəlmişdi. O,
xəlifəyə hücum edib ikibaşlı bıçaqla onu ağır yaralamışdı. Ömər bu zərbənin təsirindən zil-hiccənin son günləri
dünyasını dəyişdi və məhərrəmin əvvəlində dəfn olundu.
Ömərin özünə canişin təyin etmək üçün planı
Ömər ömrünün son günlərində yatağa düşmüşdü. Onun özündən sonrakı canişinlə bağlı tapşırıqları tarix
kitablarında qeyd olunmuşdur. Həmin vaxt o dedi: “Şura” surəsinin 38-ci ayəsinə əsasən altı nəfərdən ibarət
məşvərət məclisi qurulsun. Peyğəmbərin behişt əhli saydığı bu altı nəfər öz arasından bir nəfəri rəhbər seçib
xalqa tanıtdırsın.” Ömərin nəzərdə tutduğu şura Təlhə, Zübeyr, Osman ibn Əfvan, Əbdür-Rəhman ibn Ovf, Səd
ibn Əbu-Vəqqas və Əli ibn Əbi-Talibdən ibarət idi. Bu şura üç gün müddətində bir evdə toplanıb oradan
çıxmamalı və müəyyən qərara gəlməli idi. Sonra şura üzvləri məscidə gəlib öz qərarlarını xalqa elan edəsi idi.
Ömər onlara dedi: “Siz hamınız xilafət tamahındasınız.” Oradakılardan biri Ömərə etiraz etdi: “Tutaq ki, sən
deyən kimidir. Bəs haradan bilək ki, sən bizdən üstünsən? Axı biz də sənin kimi peyğəmbər səhabəsiyik.”
Ömər bu şəxsin cavabında dedi: “Əgər belə oldusa, hər birinizin eybini təkbətək deyirəm.” Ömər hərənin
haqqında bir söz dedi. O cümlədən, Osmanın haqqında belə dedi: “Əgər sən müsəlmanlara hakim olsan
qohumlarını başına yığacaq, rəzil və avara adamları xalqa hakim edəcəksən!” Maraqlıdır ki, şura üçün elə bir
plan cızıldı ki, çox güman, xəlifənin nəzərdə tutduğu şəxs – Osman xəlifə seçildi.1
Ömərdən sonra xəlifə təyinatı
Ömərin ölümündən sonra Əbu-Əyyub Ənsari Ənsardan bir qrup şəxslə şura məhəllini mühasirəyə aldı.
Məclis başladı. Şuranın başlanğıcında Təlhə, Zübeyr və Səd ibn Vəqqas xəlifə ola bilməyəcəklərini anladılar.
Ömər tapşırmışdı ki, əgər dörd nəfər bir nəfərə beyət etsə, beyət etməyən altıncı şəxs müxalifət etdiyi üçün
öldürülsün! Yox əgər dörd nəfər bir tərəfə, iki nəfər bir tərəfə çəkilsə, həmin iki nəfər qətlə yetirilsin. Üç
nəfərin beyət etdiyi şəxs xəlifə kimi qəbul olunsun. Əgər şura yarıya bölünsə Əbdür-Rəhman ibn Ovfun olduğu
tərəf qəbul edilsin. (Əbdür-Rəhman Osmanın bacısının əri idi). Zübeyr öz səsini Əliyə, Təlhə öz səsini Əbdür-
Rəhmana, Səd öz səsini Osmana verdi. Əbdür-Rəhman dedi: “Ey Əli (ə), mən öz payımın yarısını sənə, yarısını
Osmana verirəm. Amma şərtim budur ki, ikinizdən birini seçmək hüququm olsun! Siz üç nəfərdən hər birinin
öz payını digər iki nəfərə verib, bunun müqabilində xəlifə seçə bilər.” Həzrət Əli (ə) bu təklifə etinasızlıq
göstərdi. Amma Osman dedi: “Mən qəbul edirəm, sən seç.” Əbdür-Rəhman dedi: “Ey Əli (ə)! Xilafət üçün ən
layiqli şəxs sənsən. Mən sənə beyət edirəm. Amma üç şərtim var: Allahın kitabına əməl edəcəksən,
peyğəmbərin (s) sünnəsinə əməl edəcəksən, əvvəlki iki xəlifənin yoluna əməl edəcəksən.”
Əbdür-Rəhman bilirdi ki, Əli birinci və ikinci xəlifəni elə ilk əvvəldən rəhbərliyə layiq bilmir. Həzrət Əli (ə)
buyurdu: “Mənim yolum Allahın kitabı və peyğəmbər (s) sünnəsinə əsaslanır.” Əbdür-Rəhman Osmana dedi:
“Həmin üç şərtlə sənə beyət edirəm.” Osman cavab verdi: “Hər üç şərti qəbul edirəm!” Əbdür-Rəhman həmin
təkliflə yenidən həzrət Əliyə (ə) müraciət etdi. Həzrət buyurdu: “Mən yalnız Allahın kitabı və peyğəmbər
sünnəsinə əməl edəcəyəm.” Üçüncü dəfə də imam eyni cür cavab verdi.
1
“İnsabul-Əşraf”, c. 5, s. 17, 18