7
İkinci məclis
Haqla batilin mübarizəsi
Yaranışın əvvəlində bəşər cəmiyyətində mövcud olmuş və bu gün də davam edən bir qanun var. Bu qanun
ümumdünya ədalət hökumətinin qurulacağı günədək fəaliyyətdədir. Bu qanuna əsasən, haqq və batil cəbhələri
daim qarşı-qarşıya dayanmışdır və mübarizədədir.
Bu cəbhələşmə hələ yer üzündə cəmi dörd insan olan vaxt yarandı. Həzrət Adəmin iki övladı (Habil və
Qabil) haqq və batil cəbhələrinə bölündü.
Habil və Qabilin əhvalatı Quranda ad çəkilmədən nəql olunmuşdur.1 Həmin ayədə Adəmin iki övladı
haqqında danışılır. Bu qardaşlardan hər biri haqlı olduğunu sübuta yetirmək üçün qurbanlıq etdi. Haqq tərəfdarı
olan qardaşın qurbanı qəbul oldu, dünyapərəst qardaşın qurbanı rədd edildi. Qurbanı qəbul olunmayan qardaş
həqiqətpərəst qardaşına qarşı çıxıb davaya başladı və onu öldürdü. Bu, bəşər nəsli tərəfindən yer üzündə
törənmiş birinci qətl idi. Adil və təkallahçı bir şəxs zalım və ilhadçı (dönük, bidətçi) bir şəxs tərəfindən qətlə
yetirildi. Həmin vaxtdan başlayaraq bəşər tarixində cəbhələşmə yarandı. Qurani kərimin əhvalatları, peyğəmbər
və övliyaların yolu bu həqiqəti təsdiq edən canlı sənəddir.
Nuh 950 il müddətində olduqca məhdud bir cəmiyyətlə çoxsaylı dünyapərəstlərə qarşı dayanmışdı. Nəhayət,
Allahın iradəsi ilə tufan batil əhlini məhv etdi.
Tövhid tarixinin böyük qəhrəmanı bütpərəstlərlə mübarizəyə qalxdı. Nəhayət, onu oda atdılar. Amma
Allahın əmri ilə od təsirsiz oldu! Musa Firon və zər-zor əhlindən təşkil olmuş cəbhəyə qarşı çıxdı, tağuta,
zalımlara qalib gəldi. (Haqq cəbhəsi daim qalibdir. Bu cəbhə zahirən məğlub olub, qətlə yetirilsə də, haqq
olmaq baxımından daim qalibdir.)
İsa ibn Məryəm azsaylı həvarilərlə birlikdə çoxsaylı dünyapərəst yəhudilərə qarşı çıxdı. İslam peyğəmbəri
(s) haqpərəstliyin ən böyük bayraqdarı öz dəvətinə başladığı vaxt küfr və şirk tarixinin ən çirkin quldurları ona
qarşı cəbhə yaratdılar. Heç bir peyğəmbərin tarixində şirk və küfr İslam Peyğəmbərinin (s) dövründəki həddə
tövhidə qarşı çıxmamışdır. Şiə və sünni hədislərində həzrət Peyğəmbərin (s) dilindən nəql olunur ki, peyğəmbər
dövrünün kafirləri və müşrikləri o həzrətə və onun yaxınlarına ən böyük əziyyətləri rəva görmüşlər: “Heç bir
peyğəmbərə mənim qədər əziyyət verilməmişdir.”2 Peyğəmbərə Məkkə və Mədinə şəhərlərində çox əziyyət
verildi. Məkkədə Əbu-Cəhl, Vəlid ibn Müğeyrə, Əbu-Süfyan kimi şəhvətpərəstlərin başçılıq etdiyi küfr və şirk
cəbhəsi, Mədinədə yəhudilər tövhidə qarşı vuruşurdu. (Yəhudilər İslamın ən qatı düşmənləri idilər. Onlar öz
hiylələri ilə müşriklərdən də təhlükəli idi. Quran onların möminlərlə dərin düşmənçiliyinə şəhadət verir.3 Bilal
və Əmmara verilən işkəncələr, Suməyyə və Yasərin şəhadəti, peyğəmbər və onun ətrafındakıların Şibe-Əbu-
Talib dərəsində mühasirəyə alınması Məkkədə haqq və batil cəbhələrinin qarşılaşmasından danışır. Maraqlıdır
ki, tarix boyu haqq cəbhəsində böyük sərmayə sahibləri görünməmişdir. Haqq cəbhəsinin əksər tərəfdarı xalqın
aşağı və ya orta təbəqəsindən olmuşdur. Batil cəbhəsini, xüsusi ilə bu cəbhənin rəhbərliyini isə, adətən,
şəhvətpərəst, sərvət və qüdrət sahibi olanlar təşkil etmişdir.
Aşura inqilabının tarixi kökləri
Aşura əyyamı olduğundan peyğəmbər tarixinə sadəcə işarə edib, aşura inqilabının köklərini araşdırırıq.
İslam peyğəmbəri (s) 13 il müddətində öncə zövcəsi Xədicə və əmioğlusu Əli, sonra azsaylı tərəfdarları ilə
bütün quldurların, harın varlıların, qəbilə başçılarının qarşısında dayanmışdı. On üçüncü il peyğəmbəri qətlə
yetirmək üçün plan cızıldı. Cəbrail o həzrəti bu plandan xəbərdar etdi. Allah-təalanın əmri ilə hicrət başladı.
Peyğəmbər (s) Məkkəni tərk etdi, ondan sonra həzrət Əli (ə) bir qrup imanlı insanla Mədinəyə üz tutdu.
1
bax: “Maidə”, 27
2
“Bihar”, c. 39, s. 56
3
“Maidə”, 82
8
Peyğəmbər (s) Mədinəyə yetişdiyi vaxt bir qrup insan səmimi qəlbdən ona iman gətirdi və haqq cəbhəsinə
qoşuldu. Həmin vaxtdan düşmənlərin yeni qurğuları işə salındı. Batil cəbhəsi bir an dayanmadan hicrətin ikinci
ili Bədr savaşını qızışdırdı. Möminlərin ixlası və peyğəmbərə itaət etməsi sayəsində Allah-təala müsəlmanlara
yardım göstərdi və mələkləri onlara köməyə göndərdi. Bədr savaşı müsəlmanların xeyrinə başa çatdı. Müşriklər
mənəvi məğlubiyyətdən əlavə, zahiri məğlubiyyətə uğradılar.
Bədr savaşından sonra müşriklər Məkkəyə qayıtdılar. Onlar məğlubiyyət acısını aradan götürmək üçün
hicrətin üçüncü ili Ühüd savaşında hicrətin 2-ci ilindəki ixlaslarını göstərsəydilər və peyğəmbərin (s)
göstərişlərinə itaət etsəydilər, heç vaxt məğlub olmazdılar. Ühüd savaşının başlanğıcında müsəlmanlar qələbəyə
çox yaxın idi. Təəssüf ki, onlar peyğəmbərin (s) göstərişinə etinasızlıq göstərdilər və nəticədə düşmən onlara
qalib gəldi; Həmzə və Hənzələ kimi şəxsiyyətlər şəhid oldu, Peyğəmbər (s) və həzrət Əli ağır yaralandı, digər
bir dəstə baş götürüb qaçdı!
Zahirən müsəlmanlar bu savaşda məğlub oldular. Amma bu məğlubiyyət müsəlmanların qəflətdən
oyanmasına və bir daha bu sayaq zərbələrə məruz qalmamasına səbəb oldu.
Həmin vaxtdan başlayaraq Peyğəmbərin (s) ömrünün sonunadək müsəlmanlar heç bir savaşda məğlub
olmadılar. Çünki haqq cəbhəsi ilahi rəhbərin əmrlərinə tabe olurdu və belə bir itaət qələbə rəmzi idi. (Bizim
müqəddəs inqilabın da qələbə çalmasının əsas səbəbi xalqın rəhbərə itaəti oldu...)
Talut və Calutun savaşı
Qurani-kərim müfəssəl bir əhvalat nəql edir: Bəni-İsrail (tayfası) zillət və bədbəxtçiliyə düçar olduğu vaxt öz
peyğəmbərinə dedi: “Bizi bu zillətdən xilas etmək üçün bir rəhbər seç.” Peyğəmbərləri onların təklifini qəbul
edib bildirdi ki, həmin rəhbərə itaət göstərib, əmrlərinə tabe olmalısınız. Onlar hazır olduqlarını bildirdilər,
güclü, düşüncəli və alim bir rəhbər seçildi. Peyğəmbər dedi: “Allah-təala bu şəxsi sizə başçı qərar verdi.”
Dedilər: “Bir bu qədər sərvətli şəxs olduğu halda nə üçün bu şəxs başçı olsun?!”1
Peyğəmbər (s) buyurdu: “Allah əmr edib ki, bu şəxs sizə rəhbər olsun. Onun göstərişlərinə əməl
etməlisiniz.” Bəni-İsrail zillətdən qurtarmaq üçün rəhbəri qəbul etdi və ona qoşuldu. Onlara məlumat verildi ki,
bu yolda sizin üçün sınaq olan bir quyu var. Hər kəs bu sudan içsə, bizdən deyil. Amma bir ovuc su götürüb
istifadə etməyin eybi yoxdur. Qurani-kərim buyurur: “Kiçik bir qrup bu sudan içmədi.”2 Bəni-İsrail az bir
cəmiyyətlə - 313 nəfər Bədr səhabəsi qədər) Calutun rəhbərlik etdiyi böyük qoşunla üzləşdi. Onların əksəriyyəti
belə dedi: “Biz bu gün bu böyük qoşuna müqavimət göstərə bilmərik.”3 Amma onların möhkəm imana malik
olanları dedilər: “Bir çox kiçik cəmiyyətlər Allahın izni ilə böyük dəstələrə qalib gələr.”4
Savaş şeypuru çalındı və vuruş başladı. Qəlbi iman nuru ilə səfalanmış gənc bir mömin iti bir daşı sapanda
qoyub Allahın adını çəkməklə Calutu nişan aldı. Allah daşa istiqamət verdi və daş Calutun alnına dəydi. Calut
atdan yıxıldı. Allah-təala buyurur: “Davud Calutu öldürdü. Bunun nəticəsində böyük bir qoşun meydandan
qaçdı, kiçik bir cəmiyyət hakim oldu.”5 Bu kiçik dəstənin müvəffəqiyyətinin səbəbi Allah və Onun vəlisinə
tabe olmaq idi.
Hüdeybiyyə sülhü, Məkkənin fəthi
Hicrətin 6-cı ili Hüdeybiyyə sülhü bağlandı. Məkkə müşrikləri hələ də özünü güclü görür və Peyğəmbərin
(s) Məkkəyə gəlməsini istəmirdilər. Sülh müqaviləsi imzalandı. Amma onlar əhdi pozdular. Həzrət Peyğəmbər
(s) buyurdu: “Onlar əhdi pozduğundan istədiyimizi etmək bizə halaldır.” Bu səbəbdən hicrətin 8-ci ili
rəvayətlərə əsasən Peyğəmbər (s) on və ya on iki min nəfərlə Məkkəyə yola düşdü. Qüreyş başçıları xəbər
tutdular ki, Peyğəmbər (s) böyük bir qoşunla Məkkəyə doğru gəlir.
Batil cəbhənin komandanı Əbu-Süfyan hiyləyə əl atdı və peyğəmbərin əmisi Abbasa sığındı. Abbas ona
dedi: “Təhlükə gözün qarasınının ağına yaxın olduğundan daha yaxındır. Təslim olmaqdan savay əlac yoxdur!”
1
“Zuxruf” surəsinin 31-ci ayəsində İslam peyğəmbərinə (s) qarşı uyğun iradla rastlaşırıq.
2
“Bəqərə”, 249
3
“Bəqərə”, 249
4
“Bəqərə”, 249
5
“Bəqərə”, 249