Respublikanın təlim rus dilində olan ümumtəhsil
m
əktəblərinin 5-ci sinifləri üçün “Azərbaycan dili”
d
ərsliyi
Mü
əllif: Həvva Abdullayeva
İradə Əfəndiyeva
M
əlahət Ələsgərova
Bakı: Kövsər, 2012.
D
ərsliklə bağlı TQDK-ya daxil olan qeydlər, iradlar və
t
əkliflər əsasında hazırlanmış
YEKUN RƏY
2
Yekun r
əy aşağıdakı meyarlar əsasında formalaşmışdır:
1. M
əzmun baxımından;
2. Şagirdlərin yaş və fizioloji xüsusiyyətləri və elmi-pedaqoji baxımdan;
3. Dizayn v
ə bədii tərtibat baxımından.
4. “Mü
əllim üçün metodik vəsait”in (MMV-nin) məzmunu baxımından.
1. M
əzmun baxımından
D
ərslik komplekti təlim rus dilində olan ümumtəhsil məktəblərinin 5-ci sinifləri
üçün n
əzərdə tutulmuşdur. Dərslik elmi-pedaqoji və məzmun baxımından bir sıra üstün
keyfiyy
ətlərə malikdir. Məzmun xətləri üzrə standartlarda nəzərdə tutulmuş təlim
n
əticələrinə nail olmaq üçün müəllim və şagirdləri zəruri resurslarla təmin edən dərslik
komplekti şagirdlərdə Azərbaycan dilinə məhəbbət oyatmaq, dili həm nəzəri, həm də
praktik c
əhətdən öyrənmək məqsədi ilə tərtib olunmuş, dərslikdə şagirdlərin marağına
s
əbəb olacaq müxtəlif məzmunlu mətnlərlə yanaşı, dil qaydaları barədə də məlumatlar
verilmişdir.
Varislik prinsipi n
əzərə alınmaqla tərtib edilmiş dərslikdə və metodik vəsaitdə
standartlara, dem
ək olar ki, əməl olunmuş, metodik vəsaitdə hər dərsin ayrıca icmalı
verilmiş, metodik vəsaitə uğurla seçilmiş imla mətnləri də əlavə olunmuşdur.
D
ərslik komplektinin, xüsusilə dərsliyin dili çox sadə və anlaşıqlıdır. Həm nəzəri,
h
əm də praktik mətnlərdə, demək olar ki, çətin anlaşılan cümlə konstruksiyaları və
dolaşıq fikirlərə rast gəlinmir.
D
ərslikdə milli ruhda hazırlanmış mətnlərin demək olar ki, hamısı (səhifə 107-də
veril
ən çox uyğun “Yazın hədiyyəsi”(M. Kirpiçnikova) mətni istisna olmaqla) ya
doğma folklorumuzdan, ya da müəllifləri göstərilməklə milli ədəbiyyatımızdandır.
D
ərslik komplekti standartlara uyğun şəkildə hazırlanmış milli ruhlu dərslik
komplektidir.
Lakin bununla yanaşı, dərslikdə müəyyən qüsurlar var. Bunlar
aşağıdakılardır:
D
ərslikdəki materiallar bölmələr (tədris vahidləri) üzrə qruplaşdırılmalı idi.
“
Özünüzü yoxlayın” başlığında əksini tapan sual və tapşırıqlar qiymətləndirmə
standartının tələblərinə uyğunlaşdırılsa və onların hər birinin önündə də kodlar
yazılsa, bu daha səmərəli olardı (məsələn, 1.2.1.Q1 və ya 3.1.2.Q4 və s.).
3
D
ərslikdə təqdim olunan nəzəri məlumatlar (isim, sifət, say və əvəzlik)
standartların tələbindən irəli gəlmir və onlara uyğun deyil. Bu zaman daha çox 4.1.3.
alt-
standartının tələblərinə əməl olunmalı, nəzəri məlumatlar həmin vəzifənin yerinə
yetirilm
əsinə, uyğun bacarıqların formalaşdırılmasına istiqamətləndirilməli idi.
Vacib bilin
ən bir sıra alt-standartların reallaşdırılması üçün dərslikdə tapşırıqlar
tam
əks olunmamışdır. Onlara 2.1.1., 3.1.2., 4.1.1., 4.1.2., 4.1.3., 4.1.4. alt-
standartlarını göstərmək olar. Bu çatışmazlıq aradan qaldırılmalıdır.
S
əhifə 6. 4-cü tapşırıq anlaşılmır. Tapşırığın şərti 5-ci sinif şagirdinə heç nə
vermir. Bir d
ərs üçün 13 tapşırıq çoxdur. Nəzərə alınsa ki, bu dərslik təlim rus dilində
olan m
əktəblərin şagirdləri üçündür, onda bu tapşırıqların bir dərsdə yerinə
yetirilm
əsi və nəticənin əldə edilməsi mümkün deyil.
D
ərsliyin mövzuları əsasən “dostluğa” aiddir.
S
əhifə 10. "Söz ehtiyatı" bölməsindəki "miz" sözünün tərcüməsi düzgün
verilm
əyib. “Miz”- stul deyil, stoldur.
S
əhifə 15. Dil və yazı üslubu pozulmuşdur. 9-cu tapşırıqda "təccüblü" gedib,
t
əəccüblü olmalıdır .
S
əhifə 17. 18-ci tapşırıqdakı mətnin başlığının ifadə forması düzgün deyil.
"
Görüş ədəbi" əvəzinə Salamlaşmaq mədəniyyəti, Salamlaşmaq qaydası, yaxud
Görüşmək mədəniyyəti və s.... olmalıdır.
Şair və yazıçıların həyatı, uşaqlığı ilə bağlı xatirələr uğurlu deyil (§2, 4).
2.
Şagirdlərin yaş, fizioloji xüsusiyyətləri və elmi-
pedaqoji baxımdan
N
əzəri anlayışlar sait və samitlərin düzgün tələffüz edilmə, nitq prosesində jest
v
ə mimikadan istifadə, mətndəki sözlərin orfoepik qaydalara uyğun oxunması, sait və
samitl
ərin, mürəkkəb sözlərin yazılış qaydalarına, cümlənin sonunda və dialoqlarda
dur
ğu işarələrinin işlənmə qaydalarına və onların əməl olunması bacarıqlarının
formalaşdırılmasına dair olmalı idi. Nitq hissələrinə dair veriləcək məlumatlarda da
bu m
əsələ qabardılmalı idi.
D
ərslikdə lətifələrdən çox istifadə olunmuşdur. Digər mövzulara da müraciət
etm
ək olardı.
S
əhifə 16. “Gülək və düşünək” bölməsində “Yaxşı tanımaq olur” lətifəsi verilir.
14-
cü tapşırığın şərtinə görə şagirdlər axırıncı cümlədəki fikrə görə debat təşkil
4
etm
əlidirlər. Axırıncı cümlə isə belədir: Dostları əli aşağı olanda yaxşı tanımaq
olur. Bel
ə lətifələri ön plana çəkmək və debata çıxarmaq 5-ci sinif şagirdi üçün
düzgün pedaqoji yanaşma deyil.
D
ərslikdə vətənpərvərlik materialları azlıq təşkil edir. Burada Koroğlu, Xocalı
Soyqırımı, Azərbaycanın silahlı qüvvələri ilə bağlı mətnlərə, həmçinin onlarla
s
əsləşən bayatılara, əfsanələrə və s. yer verilməsinə ehtiyac vardır.
3. Dizayn v
ə bədii tərtibat baxımından
D
ərslikdə əks olunan bir sıra şəkillər mövzuya və məzmuna uyğun gəlmir. Üz
qabığı cəlbedici və parlaq deyil. Dərsliyin səhifələrindəki şəkillər şagirdlərin yaradıcı
t
əxəyyülünə yol tapmır, onların yaradıcılıq qabiliyyətlərinin inkişafına xidmət etmir.
S
əhifələrdə illüstrasiyalar çox azdır, nəzəri və praktiki materiallarla səsləşmir.
M
ətnlərə çəkilmiş bəzi rəsmlər uğursuzdur, cizgi filmlərini xatırladır (səhifə 4, 8, 23,
57,60, 62, 77, ).
D
ərslikdəki bütün səhifələrdə oğlan şəkillərində yanaqlar “qırmızı” təqdim
olunmuşdur. Bu cür qırmızıyanaqlı oğlan şəkillərinin verilməsi reallığı əks etdirmir.
Onların yanaqları adi halda, reallığa uyğun verilməlidir (səhifə 18, 23, 51, 62, 65, 97,
112).
B
əzi səhifələrdə mətnlərin şəkillərin üzərində çap olunması ( səhifə 28, 47, 51,
60, 77, 112) m
əqsədəmüvafiq hesab edilmir.
S
əhifə 13. “Əsl həqiqət” mövzusundakı şəkildə sinif otağı və partanın təsviri
real t
əsəvvür yaratmır. Heç vaxt sinif otağında cəmi iki parta olmur.
S
əhifə 60. Təqdim olunan şəkil əsərin (buradakı təmsilin) məzmunu ilə üst-üstə
düşmür. Əslində hər iki “vəhşi” taqətsiz halda uzanmış vəziyyətdə olmalı idi ki, tülkü
d
ə ovu götürüb getsin.
S
əhifə 81. “Şəhidlər xiyabanı” şeiri olan səhifədə ona uyğun şəklin
yerl
əşdirilməsinə ehtiyac vardır.
S
əhifə 97. Leylək yuvasının təsviri də əsərin məzmununa uyğun gəlmir. Əsərdə
yuvanın ağacın başında olduğu qeyd olunur, şəkildə isə ağacın budağında olduğu
görünür.
S
əhifə 138. “Muzeylər” mövzusuna aid heç bir şəkil göstərilməmişdir.
S
əhifə 8, 13, 18, 28, 43, 51, 60, 65, 76, 77, 97, 112, 143 verilən şəkillərin
görünüşü dizayn cəhətdən qüsurludur.
5
4. “Mü
əllim üçün metodik vəsait” in (MMV-nin)
m
əzmunu baxımından
Metodik v
əsait müəllimi lazım olan bütün bilgi və metodlarla təmin etmək üçün
yararlıdır. Buna baxmayaraq MMV-də bəzi qüsurlar var. Bunlar aşağıdakılardır:
S
əhifə 20. İllik tematik plan natamam şəkildə təqdim olunmuşdur. Burada
inteqrasiya v
ə digər bölmələr (resurslar, təlim strategiyaları, iş formaları) öz əksini
d
əqiq şəkildə tapmalıdır.
V
əsaitdə hər bir dərsin əvvəlində təqdim olunmuş cədvəldəki sütunda əks
olunan "Gözl
ənilən şagird nailiyyətləri" əvəzinə “Təlim nəticələri” verilməlidir. Əgər
c
ədvəldə "Təlim nəticələri" qeyd olunursa, onda "dərsin məqsədləri" başlığını
yazmağa ehtiyac yoxdur.
T
əqdim olunmuş dərs nümunələrinin əksəriyyətində tədqiqatın aparılması
m
ərhələsində qrup tapşırıqlarının sayını 4 etmək məqsədəuyğundur.
Qiym
ətləndirmə cədvəlləri (səh.151-157) qüsurludur. Artıq onlardan istifadə
olunmur. Hazırda formativ qiymətləndirmə cədvəlləri hər bir keçilən mövzunun
sonunda, meyarlar
əsasında dəqiq şəkildə tərtib olunmalıdır. Çünki həmin
qiym
ətləndirmənin nəticəsi “Formativ qiymətləndirmə” jurnalında sözlə yazılır.
S
əhifə 14. Holistik və analitik qiymətləndirmə sxemləri artıq məktəb
t
əcrübəsində istifadə olunmur. Ona görə də həmin məlumatlar vəsaitdən
çıxarılmalıdır.
S
əhifə 15. Müəllimlər üçün kiçik summativ qiymətləndirmə nümunələrinin
hazırlanmasına dair dəqiq göstəriş və təlimat verilməlidir. Müəllim bilməlidir ki, hər
bir sualın üzərində onun məzmun və qiymətləndirmə standartı, səviyyəsi qeyd
olunmalıdır (məsələn, 1.2.1.Q1 və ya 2.1.2.Q3 və s.). Eyni zamanda, summativlərdə
yekun qiym
ətlərin verilməsi qaydası və düsturları öz əksini tapmalıdır (“5”, “4”, “3”
v
ə s. qiymətlərinin verilməsi qaydası nəzərdə tutulur).
N
əticə
1. D
ərsliyin forzas səhifəsində Dövlət Himni “Azərbaycan Respublikasının
Dövl
ət Himni haqqında” 1992-ci il 27 may tarixli Qanununun tələblərinə uyğun çap
olunmayıb. Himnin adı (“Azərbaycan marşı”) ixtisar olunub. Himnin musiqisinin
mü
əllifinin soyadı (Hacıbəyov) redaktə ilə (Hacıbəyli) verilib. Həmçinin forzas
6
s
əhifəsində Dövlət Gerbinin rəngli təsviri “Dövlət Gerbi haqqında Əsasnamə”nin
t
əsdiq edilməsi barəsində Azərbaycan Respublikasının 1993-cü il 23 fevral tarixli
Qanununun t
ələblərinə uyğun çap olunmayıb.
2. D
ərslik komplekti fənn üzrə məzmun standartlarını reallaşdırmağa imkan
verir.
3. D
ərslik komplektinə göstərilən iradlara müəlliflər tərəfindən münasibət
bildirilmişdir.
Dostları ilə paylaş: |