Səbəblər və nəticələr İbrahim Əliyev tarix üzrə fəlsəfə doktoru



Yüklə 84,06 Kb.
Pdf görüntüsü
tarix06.02.2018
ölçüsü84,06 Kb.
#26376


«G EO   Strategiya».-2012.-№ 01.-S.21-26.

XX  Ə SR İN   80-C İ İLLƏ RİNİN Q LO BAL DƏYİŞİK LİK LƏ Rİ:

Səbəblər və nəticələr

İbrahim  Əliyev - tarix üzrə fəlsəfə doktoru

Ötən  əsrin  sonuncu onilliklərində  sosializm  düşərgəsində  baş  verən  əsaslı  dəyişikliklər  nəticəsində

çoxmillətli  sosialist  dövlətləri  parçalanaraq  yeni  dövlətlərin  yaranmasına təkan  verdilər.  Eyni  zamanda  sosializm 

düşərgəsinin əksər ölkələrində kommunist ictimai-iqtisadi və  siyasi- ideoloji  quruluşu öz ömrünü başa vurdu və  bu 

ölkələr  əksər  dünya  ölkələrinin  mənsub  olduğu  quruluşa  qayıtdılar.  Bu  məqalədə  diqqəti  təkcə  regionun  və  ya 

ayrı-ayrı  sosialist  ölkələrin  həyatında  deyil,  bütün  dünyanın  taleyində,  onun  ictimai-iqtisadi,  siyasi  və  mədəni 

durumunda əsaslı dəyişikliklərə  gətirib  çıxaran  hadisə  və  proseslərin  səbəbləri  üzərində  dayanmaq,  bu  günə  qədər 

müəmmalı  qalmaqda  davam  edən  məsələlərə  dair  fikirlərimizi  bölüşmək  istərdik.  Konkret  olaraq  isə  müraciət 

olunan  araşdırma obyekti  dünyanın  super dövlətlərində  biri  olan,  uzun  onilliklər boyu kapitalizm  dünyasını  qorxu 

altında  saxlayan  SSRİ-nin  birdən  birə  iflasa  uğramasının  səbəbləridir.  Şübhəsiz,  bu  qlobal  məsələlərin  axıra  kimi 

araşdırılması  xeyli  zaman  və  uzun 

tədqiqatlar  tələb 

edir.  Bu  istiqamətdə 

atılan  hər 

bir  addım 

isə 

ümumi  işin

irəliləməsinə  xidmət  edir.  Bu  gün  bir  sıra  məqamlar  öz  kəskinliyi  ilə  tədqiqatçılar  qarşısında  tam  kəskinliyi  ilə 

durur.  Belə ki,  onların işıqlandırılmasından təkcə tarixin bu və ya digər səhifəsinin akademik aspektdə  araşdırılması 

ilə  yanaşı  müasir  həyatın  çox  vacib  problemlərinin  həlli  də  asılıdır.  Biz  dünyanın  super  dövlətlərindən  biri  olan 

SSRİ-nin  dağılması  haqqında  danışarkən,  şübhəsiz,  diqqət  mərkəzində  duran  məsələlər  sırasında  ondan  qopub 

ayrılmış Azərbaycan Respublikası, onun problemləri, qayğıları, inkişaf perspektivləri və  s.  dayanır.

Hər şeydən öncə diqqəti sosializm nəzəriyyəsinin özünə yönəltmək istərdik.  Belə ki,  70 ildən sonra öz sonuna 

gəlib  çıxmış  dövlətin  süqutunun  kökündə  duran  məqamların  bir hissəsi  onun  nəzəri  əsaslarında  olan  boşluqlar və 

çatışmazlıqlarla bağlı idi.  Bununla yanaşı, elə  başlanğıcdan qeyd etmək lazımdır ki,  sosializm  quruculuğunun sovet 

modelinin iflası heç  də  bütövlükdə  sosializm  nəzəriyyəsinin gərəksizliyi  və  başdan  ayağa kimi  yanlışlığına  dəlalət 

etmir.  Bu  mənada  son  dövrlərdə  sosializm  təliminin  tamamilə  faşizmlə  eyniləşdirilməsi  fikri  ilə  də  razılaşmaq 

olmaz.  Elə  bu  reallıqlar  sosializm  nəzəriyyəsinin  yenidən  araşdırılmasını,  ziddiyyətli  məqamlarına  aydınlıq 

gətirilməsini zəruri edir.

Bəzi  tədqiqatçıların  iddia  etdikləri  kimi  sosializm  ideyası  heç  də  ayrı-ayrı  şəxslərin  təxəyyülünün  məhsulu 

deyildi.  Bu nəzəriyyə tarixi inkişafın gedişində  obyektiv proseslərin tələbi ilə  formalaşmış, uzun,  əzablı axtarışların 

nəticəsi  olaraq irəli  sürülərək  mütəfəkkirlər  tərəfindən  cilalanmış,  nəzəriyyə  halına  gətirilib  çıxarılmışdır.

Bəşəriyyət  mövcud  olduğu  bütün  tarix  boyu  ədalətli  cəmiyyət,  ədalətli  dövlət  quruluşu,  ədalətli  qayda-qanun 

arzusunda  olmuş,  bu  arzunu  reallaşdırmaq  üçün  daim  axtarışlarda  olmuşdur.  İnsanların  maraqları,  onların  həyati 

məkan və  resurslar uğrunda mübarizəsi  daim  ön  planda olmuşdur.  Yer üzündə  insanların  sayı artdıqca və  uğrunda 

mübarizə  gedən  məkan  daraldıqca  bu  mübarizə  daha  amansız  olmuş,  cəmiyyətlərin  dinc  və  tarazlıq  vəziyyətində 

yaşayışını  təmin  etmək  üçün  isə  qaydalar  formalaşmış,  zaman  -  zaman  təkmilləşdirilmişdir.  Lakin  bu  tarazlıq 

vəziyyətləri uzun çəkməmiş, mütəmadi olaraq pozulmuşdur.  Beləliklə.  dinc və münaqişə  məqamları daim bir-birini 

əvəz etmiş, insanları daim ədalətli cəmiyyət yaratmaq arzusu ilə  axtarışlara istiqamətləndirmişdir.

XIX 

əsrin  ortalarında  əsası  Karl  Marks  və  Fridrix  Engels  tərəfindən  qoyulmuş  sosializm  nəzəriyyəsi  də 

onlara  qədər mövcud  olan  və  zamanın  sınaqlarından  çıxmış  ideyaların  və  praktikanın  ümumiləşdirilməsi  və

mükəmməl  formaya  salınması  sayəsində  yaranmışdır.  Göründüyü  kimi  sosializm  nəzəriyyəsi  obyektiv  səbəblər 

üzündən və konkret tarixi inkişafın özünün ehtiyacından doğulmuşdu.  Onun  doğulmasının  səbəblərindən biri  də bu 

gün  sosializmdən  imtina edilməsi  və  kapitalist ictimai-iqtisadi  quruluşunun  ideallaş dırılmasına əsaslanan  fikirlərin 

ziddinə  olaraq,  bazar  iqtisadiyyatının  və  kapitalizm  ictimai-iqtisadi  sisteminin  törətdiyi  müsibətlərdən  qurtarmaq 

ehtiyacından irəli gəlmişdir.

Ümumiyyətlə  tarixə  bütöv  bir  nəzər  yetirsək,  cəmiyyətlərin,  onların  qanun  və  qaydalarının  sosiallaşmaq 

meylini  müşahidə  etmək mümkündür.  XIX əsrdə  Marksizm  klassikləri  tərəfindən  əsası  qoyulmuş  və  XX  əsrdə

sovetlər  ölkəsində, 

bir 

qədər  sonra  isə  bir 

sıra 

digər  ölkələrdə  praktikaya 

tətbiq  edilən 

sosializm 

nəzəriyyəsi

haqqında danışdığımız meylin istiqamətlərindən biri idi.  Onun iflasa uğraması isə konkret bir istiqamətin süqutu idi 

və  sosial  ədalətli  cəmiyyət  yaradılması  ideyasının  tükənməsi  demək  deyildi.  Bu  gün  qabaqcıl  dünyanın  vətəndaş 

cəmiyyəti bazasında hüquqi dövlətə can atması də həmin meylin istiqamətlərindən biri kimi qəbul edilə bilər.

Sosializm  nəzəriyyəsi  ümumən  mütərəqqi  xarakter  daşıyırdı.  Onun  məqsədləri  mövcud  cəmiyyətləri 

kapitalizm  ictimai-iqtisadi  sisteminin  doğurduğu  hərc-mərclikdən  və  ədalətsiz  münasibətlər  sistemindən  xilas 

etmək, cəmiyyətin hər bir üzvü üçün normal, bərabər şərait yaratmaq idi.  1.  (2 T.  7. — C.  261)

Bu nəzəriyyə tam formalaşana kimi həmin məqsədlərə  çatmağın müxtəlif yolları artıq təklif edilmişdi.  Lakin 

onların  hər  biri  özündən  sonrakı  daha  mükəmməl  nəzəriyyələrlə  inkar  edilmiş  və  onlara  utopiya  damğası 

vurulmuşdu.  Düzdür,  sonuncuların özündə  də  kifayət qədər qeyri-real və  utopik məqamların  olması tarixi  praktika 

tərəfindən  sübuta  yetirilmişdir.  Görünür  bu  cür  addım-addım  irəliləmə  və  bu  proses  boyu  təkmilləşmə  də  həmin 

tendensiyanın  qanunauyğunluqlarından  biridir.  Eyni  zamanda  qeyd  etmək  lazımdır  ki,  haqqında  danışılan  bu


sosializm nəzəriyyəsi avrosentrizm ideyası zəminində təşəkkül tapmışdı.  Buna görə də  o,  dünyanın hər yerində eyni 

uğurla və  eyni  templə  tətbiq  edilə  bilməzdi.  Bu  təlimin tərəfdarları hesab  edirdilər  ki,  yeni  cəmiyyət  -  sosializm, 

qabaqcıl  Qərb  ölkələrində  təşəkkül  tapmalı  və  yeni  cəmiyyətin  lokomativi  olaraq,  bütün  qalan  dünyanı  öz 

arxalarınca çəkib aparmalı, birtipli dünyanın formalaşmasına gətirib  çıxarmalıdır.

Göründüyü kimi nəzəriyyədə hər şey rəvan təsir bağışlaya bilər, başlıca problem isə  həmin nəzəriyyənin real 

praktikada düzgün tətbiq edilməsi və bu zaman qarşıya çıxan problemlərin uğurla aradan qaldırılmasıdır.

Müasir  dövrdə  ictimai həyatın  bütün  sahələrində  öz  göstəricilərinə  görə  Qərb  ölkələrindən  geridə  qalmış

Rusiya  imperiyasında  sosializm  nəzəriyyəsinin  həyata  keçirilməsinin  qanunauyğunluğu  şübhə  altına  alınır.  Hələ 

inqilabın baş  verdiyi  XX  əsrin  ilk  onilliklərində  belə  bir inqilabın  baş  verməsi  və  sosializm  cəmiyyətinin  əsasının 

qoyularaq permanent şəkildə  bütün dünyaya yayılmasının mərkəzinin daha çox inkişaf etmiş  və  qabaqcıl təsərrüfat 

sisteminə malik region ölkələrinin  olması nəzərdə tutulmuşdu.  Eyni  zamanda marksizm  sosialist nəzəriyyəsində  bu 

inqilabın və  sosializm  cəmiyyətinin  qurulmasının məhdud  bir məkanda baş  verməsi  qəbul  edilmirdi.  Düşünülürdü 

ki,  bütün bəşəriyyət həmin  inqilabın baş  verməsinə,  sosial  ədalətli  cəmiyyətin  qurulmasına  hazır  olması üçün  həm 

maddi, həm  sosial, həm də mənəvi cəhətdən yüksək bir səviyyəyə gəlib  çıxmalıdır.  Yalnız sosial-iqtisadi və  mədəni 

cəhətdən yüksək inkişaf etmiş  ölkədə bu cür dəyişiklikləri həyata keçirmək,  sosial  ədalətli  cəmiyyətin  qurulmasına 

nail olmaq mümkündür.  2  (CöopHHK.  M:  2005)

Hazırkı  məqalədə  məqsəd  bütövlükdə  sovetlər  ölkəsində  sosializm  cəmiyyətinin  bütün  nəzəri  və  praktiki 

problemlərini  araşdırmaq  deyildir,  baxmayaraq  ki,  buna  böyük  ehtiyac  vardır.  Burada  diqqət  mərkəzində  olan 

məsələ  sonradan sosializmin taleyinə daha çox mənfi təsir edən amillərin yeni tarixi reallıqlar aspektindən nəzərdən 

keçirilməsi və  onların təsirinin dəyərləndirilməsidir.  Bu mənada sosializm nəzəriyyəsində  daha çox ziddiyyət təşkil 

edən məqamları qeyd etmək vacibdir.

Hər  bir  ictimai-iqtisadi  sistemin  mahiyyətinin  müəyyənləşdirilməsində  müstəsna  əhəmiyyətə  malik  olan 

amillərdən  biri  mülkiyyət  və  onun  mənsubiyyət  prinsipidir.  Sovet  sosializm  sistemində  mülkiyyətin  ictimai 

mülkiyyət adı altında dövlətin  əlində  cəmləş dirilməsi və  insanların mülkiyyət hüququnun pozulması bu  dövlətlərin 

bütün  tarixi  boyu  birmənalı  təsirə  malik  olmamış,  çoxsaylı  problemlərin  əsasında  dayanmışdır.  Bu,  iqtisadiyyatın 

başlıca  prinsiplərindən  birinin  -  maddi  maraq  prinsipinin  pozulmasına  səbəb  olur  ki,  o  da  mövcud  münasibətlər 

sistemində  repressiv  idarə  və  nəzarət metodlarını zəruri  edir.  Belə  bir vəziyyət məntiqi  olaraq  sosialist ölkələrində 

idarəetmənin "inzibati-amirlik sisteminin" bərqərar olmasına gətirib  çıxarır.

Sosializm  nəzəriyyəsinin  özündən  gələn  ziddiyyətli  məqamlardan  digəri  -  cəmiyyətin  sosial  təbəqələrinin 

arasında  ayrı-seçkiliyə  rəvac  verilməsi  və  onların  qarşı-qarşıya  qoyulmasını  xüsusilə  qeyd  etmək  lazımdır.  Tarix 

sosial  inkişafın  qanunauyğunluqlarının  ziddinə  olaraq  cəmiyyətin  siniflərindən  birinin  ideallaşdırılması  və  onun 

bazasında birtipli  cəmiyyətin  yaradılmasına  cəhdə  əsaslanan  ideyaların  yanlış  və  zərərli  olduğunu  dəfələrlə  sübut 

etmişdir.

Sosial-iqtisadi,  siyasi  və  mədəni  inkişaf  cəhətdən  geridə  qalmış  ölkələrdə  qabaqcıl  ictimai-iqtisadi 

münasibətlərin  tətbiq  edilməsinə  cəhd  çox  zaman  eybəcər  nəticələrə  gətirib  çıxarırdı.  Belə  bir  cəhdin  Rusiyada 

edilməsi  sosializm nəzəriyyəsinin özünə  zidd  idi  və  sosializmin bolşevik  modelinin  iflasının  səbəblərindən  biri  də 

həmin  məsələ  ilə 

bağlıdır. Müxtəlif 

tədqiqatlarda  bu  fikir  dəfələrlə irəli 

sürülsə  da, 

həmişə  onu 

rədd  etməyə

çalışmışlar. Bugünkü tarixi reallıq həmin məsələ üzərində düşünməyi aktual edir.

Sovet  dövlətinin  və  bütövlükdə  sosialist  sisteminin  zəiflikləri  sırasına  onun  milli  siyasət  nəzəriyyə  və 

praktikasının  kifayət  qədər  ziddiyyətli  olmasında  idi.  SSRİ-də  və  digər  sosialist  dövlətlərində  milli  məsələnin 

həllinə  nəinki  nail  olunmadı,  əksinə  onu  daha  da  gərginləşdirərək  özündən  sonrakı  mərhələyə  problemlər  mirası 

formasında ötürüldü.

Nəhayət,  sosializmin  gətirdiyi  problemlərdən  biri  dünyanı  iki  düşmən  düşərgəyə  parçalayaraq  üz-üzə 

qoyması idi.  Əslində  sosializm nəzəriyyəsinin özündə bu məsələ tam yetkin deyildi və ən azı belə bir qarşıdurmanın 

olması  düşünülmürdü.  Həmin  nəzəriyyəyə  görə  dünya  xalqlarının  yeni  ictimai-  iqtisadi,  siyasi  quruluşa  keçidi 

dünyanın  hər  yerində  vahid  zaman  çərçivəsində  baş  verməli  idi.  Lakin  ona  edilən  sonrakı  dəyişiklik  və  əlavələr 

"ayrıca  götürülmüş  bir  ölkədə  sosializmin  qələbəsinin  mümkünlüyü"  ideyasını  təlqin  etməklə  iki  fərqli  dünyanın 

qarşıdurmasını labüd edir.3.  ( T.  43, C.  19)

Bütün çatışmayan cəhətlərinə baxmayaraq,  sovetlər ölkəsi 70 ilə yaxın bir dövr ərzində mövcud olmuş, bütün 

kapitalizm dünyasını qorxu və həyəcan altında saxlayaraq,  öz təsir dairəsini genişləndirmiş, yeni yeni ölkələri əhatə 

etmişdir.  Mövcud olduğu müddət ərzində  SSRİ  dünyanın iki  superdövlətindən birinə  çevrildi.  Sənayesinin həcminə 

görə  dünyanın üçüncü  dövləti  idi,  zəngin  enerji  resurslarına, xammal  ehtiyatlarına,  qüdrətli  hərbi  potensiala malik 

dövlət idi.  Belə bir dövlətin birdən birə iflasa yaxınlaşması səbəbləri maraqlıdır.  Sovet dövlətinin və onun nümunəsi 

əsasında öz  ərazisində  analoji  sosial-iqtisadi,  siyasi  və  ideoloji  sistemi  yaratmış  dövlətlərdə  yaranmış  böhranın və 

son nəticə olaraq iflasın başlıca səbəblərindən aşağıdakıları qeyd etmək istərdik.

Yuxarıda  qeyd  olunduğu  kimi  mülkiyyətin  tamamilə  dövlətin  əlində  cəmləşməsi  və  ölkə  vətəndaşlarının 

mülkiyyətdən  təcrid  olunması  nəticəsində  istehsalda  maddi  marağın  mücərrədləşdirilərək  onun  prinsiplərinin 

pozulması  sovet hakimiyyətinin  son  onilliklərində  başlayan neqativ  meyllərdə  özünü  daha kəskin  şəkildə  göstərdi. 

İdarəçiliyin,  xüsusilə  iqtisadiyyatın  idarə  edilməsi,  tarixin  çətin  məqamlarında  müsbət  nəticələr  versə  də,  dinc 

məcraya  düşmüş  zamanında  daha  çox  problemlər  yaradırdı.  İdarəetmənin  vahid  əldə  cəmləş dirilərək  yöndəmsiz,


ləng, bürokratik maneələrlə  çulğaşmış  struktur halına gətirilməsi  və  onun  sürətlənən  dünya tendensiyasının inkişaf 

sürətindən geri qalması günbəgün daha kəskin şəkildə müşahidə edilirdi.

Dünyada  gedən  sürətli  iqtisadi  dəyişikliklər,  yeniləşən  və  təkmilləşən  texnoloji  inkişaf  templərindən 

geriqalmalar  sovet  dövlətinin  xarakterik  cəhətlərindən  birinə  çevrilir.  Zaman  keçdikcə  bu  geriləmə  daha  da 

dərinləşir və həlli mümkün olmayan həddə gəlib  çıxır.

İctimai  mülkiyyətin  vacib  əlamətlərindən  biri  onun  daim  qorunması  və  nəzarət  edilməsi,  ciddi  uçotun 

aparılmasnı tələb  etməsidir.  Lakin  sovet tarixinin  bütün  dövrlərində,  xüsusən  son  dövrlərində  bu  tələblər tədricən 

pozulur.  Dövlətin əlində cəmləşmiş xalq sərvətinin talan edilməsi (oğurlanması) adi hala çevrilir.  Ölkə  sərvətlərinin 

dünyanın  müxtəlif yerlərində  siyasi  məqsədlərə  sərf edilməsi  onun  iqtisadi  vəziyyətini  daha  da  ağırlaşdırır.  Eyni 

zamanda  ölkədə  maliyyə  mənbələrinin  enerji-xammal  resurslarının  satışına  əsaslanması,  silahlanma  marafonuna 

çəkilən xərclər, mülki sahənin qalıq prinsipi əsasında inkişafı yaranmış iqtisadi vəziyyətin səciyyəvi cəhəti idi.

Yetişməkdə  olan  böhran  şəraitində  əhalinin  dövlətin və  cəmiyyətin  söykəndiyi  ideallara  inamının  tamamilə 

itirilməsi, onda hər bir məsələyə nihilist əhvalı ruhiyyənin formalaşması, cəmiyyətin mənəvi deqradasiyası sistemin 

ideoloji  dayaqlarının  sarsılmasına  səbəb  olurdu.  Müxtəlif xarakterli  əhali  təbəqələrini  və  qrupları,  habelə  etnik  və 

dini  cəhətdən fərqli  əhalini  birləşdirən kommunist ideologiyasının  iflasa uğrayaraq  aradan  qalxması və  cəmiyyətdə 

ideoloji  boşluq  şəraitində  qarşıdurma  meyllərinin  güclənməsi  yaxınlaşan  iflası  sürətləndirirdi.  Hakimiyyətin 

zəiflədiyi  şəraitdə  uzun  müddət  qadağalar  əsasında  qarşısı  alınmış  milli  münaqişələr  üçün  zəmin  yaradırdı.  4. 

(2004, № 3.  S.  64)

Belə  bir  şəraitdə dövlət  idarəçilik  maşınının  şişərək  əndazədən  çıxması  və  effektiv  fəaliyyət  qabiliyyətini

itirməsi,  onun  daxili  sağlamlaşma mexanizmlərinin  sıradan  çıxması təcili  islahatların keçirilməsini,  ictimai həyatın 

bütün sahələrində yetişən böhranın qarşısının alınmasını, sistemin mahiyyətində köklü dəyişikliklərə gətirib  çıxaran 

cəsarətli  addımlar atılmasını tələb  edirdi.  Lakin bu  dəyişikliklər nəzarətdən  çıxacağı halda mövcud  sistemin məhvi 

təhlükəsini yaradırdı.

Bütün  bu  keyfiyyətlər  elə  sovet  hakimiyyətinin  ilk  dövrlərindən  özünü  göstərməyə  başlamışdı.  İnqilab 

əhval-ruhiyyəsi ilə köhnə cəmiyyətin dəyərlər sistemindən və idarəçilik strukturunu rədd edən bolşevik Rusiyası elə 

20-ci  illərin  əvvəllərində  özünün  bir  sıra  prinsiplərindən  imtina etməli  olmuşdu.  Sovet hakimiyyətinin  ilk  illərində 

hərbi kommunizm siyasəti  adı altında xüsusi mülkiyyətə, kapitalist təsərrüfat tipinə  qarşı  aparılan amansız və kobud 

kampaniyadan geri çəkilmə bu sahədə proletar hökumətinin ilk ibrət dərsləri  sırasında idi.  1921-ci ildə yeni  iqtisadi 

siyasəti  (YİS)  bolşeviklərin  reallıqlarla  toqquşmasından  aldığı  zərbənin  nəticəsi  idi:  xüsusi  mülkiyyətə  sərt 

münasibət yumşaldılır və  həm  sənayedə,  həm  də  kənd təsərrüfatında xüsusi  təsərrüfatların  inkişafına  icazə  verilir, 

bu  vaxta  qədər  qadağan  edilmiş  bazarların  açıq  fəaliyyətinə  icazə  verilir,  kənd  təsərrüfatında  muzdlu  əməyin 

tətbiqinə,  istifadə  olunmayan  torpaqların  icarəyə  verilməsinə  icazə  verilir,  ərzaq  sapalağı  ərzaq  vergisi  ilə  əvəz 

edilir (yeni halda kəndli ərzaq vergisini ödədikdən sonra məhsulun qalan hissəsini  istədiyi kimi  istifadə edə bilərdi), 

xarici  firmalar  ayrı-ayrı  müəssisələri  konsessiyaya  götürə  bilərdi.  Bir  sözlə,  ilk  baxışda  kapitalizmin  əlamətləri 

hesab  edilən xeyli  cəhətlərin  inkişafına  imkan verildi,  əslində  isə  real  həyatın sərt təzyiqi  altında  yeni  hökumət öz 

volyuntarist  mövqeyindən  bir  qədər  geri  çəkilərək  iqtisadiyyatın  təbii  qanunları  əsasında  fəaliyyət  göstərməsinə 

imkan  verdi  ki,  o  da  öz  müsbət  təsirini  dərhal  göstərdi.  Çox  qısa  müddətdə  sənaye  müəssisələri  ölü  nöqtədən 

çıxarılaraq bərpa edildi, kənd təsərrüfatı məhsulları istehsalı I dünya müharibəsindən əvvəlki səviyyəsini bərpa etdi, 

ölkədə aclığa son qoyuldu, hətta xaricə taxıl ixrac etməyə imkan yarandı.  5.  (2002, № l.s.79)

Kommunist  hakimiyyət  tərəfindən  yaradılmış  idarəetmə  sistemi  bütün  sahələr  üzərində  ciddi  nəzarətə 

əsaslanırdı.  Buna  görə  də  hakimiyyətin  ilk  illərində  xüsusi  mülkiyyətin  varlığına  və  onun  dirçəlməsinə 

dözürdülərsə,  bir  qədər  imkan  əldə  etdikdən  sonra  ona  qarşı  əvvəlki  münasibət,  uyğun  olaraq  təzyiqlər  bərpa 

olundu.  20-ci  illərin  ortalarında  etibarən  başlayan  sənayeləşmə,  sonlarından  isə  -  kollektivləşmə,  zahirən  iqtisadi 

xarakter  daşısa  da, 

əslində  dərin  siyasi  xarakter  daşıyırdı  və 

bolşevizm 

əqidəsi  və 

standartlarına 

uyğun  gəlməyən

hər  şeyə  qarşı yönəlmişdi.  Əslində,  o,  artıq  özünü  qısa  müddətdə  müsbət  mənada  təsdiq  etmiş  YİS-ə  yönəlmiş,

başlıca  məqsədi  isə  iqtisadi  potensialın  dövlət  monopoliyasına  alınmasına  və  onu  ciddi  nəzarət  altında  idarə 

edilməsinə  istiqamətlənmişdi.  Sonradan  ölkə  həyatının  bütün  sahələrində  tam  bərqərar  olmuş  inzibati  amirlik 

idarəçiliyi  həmin  proseslər  nəticəsində  ölkədə  təsdiq  olundu.  Siyasi  ambisiya  xatirinə  daha  səmərəli,  daha 

qanunauyğun,  iqtisadiyyatın  təbii  inkişaf  qanunlarına  uyğun  iqtisadi  inkişaf modelindən  imtina  edildi.  Nəticədə, 

böyük bir ölkənin nəhəng iqtisadi  potensialı dövlətin  əlində  cəmləşmiş  və  belə  bir nəhəng, yöndəmsiz,  ləng,  güclü 

potensiala malik  sistem  vahid  mərkəzdən  direktivlər metodu  ilə  idarə  olunmağa  başladı ki,  sonradan  bu  idarəçilik 

sistemi  inzibati-amirlik  idarəçilik  sistemi  adını  almışdı.  Bu  cür  iqtisadi  modelin  bir  sıra  üstün  cəhətləri  var  idi. 

Əslində,  onun  uzun  müddət  yaşamasının  və  tarixi  inkişafın  müxtəlif  məqamlarında  möcüzələr  yaratmasının  da 

səbəbləri onun həmin müsbət keyfiyyətləri ilə  bağlı idi.  Bu cəhətlərdən aşağıdakıları qeyd etmək mümkündür:

Bu  iqtisadiyyat  öz  səfərbər  olması  ilə  seçilirdi.  Vahid  mərkəzdən  idarə  olunduğundan  çox  qısa  müddətdə 

onun  gücünü  istənilən  istiqamətə  yönəltmək  mümkün  idi.  Təsadüfi  deyildir  ki,  ekstremal  vəzifələrin  həlli 

məqamında, xüsusən müharibələr zamanı iqtisadiyyatın bu vəziyyətdə olması çox əlverişlidir.

Totalitar  iqtisadiyyat  şəraitində  bütövlükdə  ölkə  üçün  böyük  əhəmiyyət  kəsb  edən  problemlərin  həlli  daha 

asanlıqla mümkün olur.

İqtisadi potensialın bir əldə cəmləşməsi iri miqyaslı layihələrin yerinə yetirilməsinə şərait yaradır.


İqtisadi güc ölkəyə super dövlət həddinə yüksəlməyə imkan verir.  Ona hərbi cəhətdən güclü bir dövlət olaraq 

bütün dünyada öz maraqlarını diktə etməyə imkan verir.

Bütün bu keyfiyyətlərinə  baxmayaraq,  sovet iqtisadiyyatı öz təbii  inkişaf qanunlarından  kənar düşdüyündən 

və  axıra  kimi  əsaslandırılmamış  eksperimentlər  yolu  ilə  idarə  edildiyindən  onun  tez-tez  problemlərlə  üzləşəcəyi 

şübhə  doğurmurdu.  İqtisadiyyatın böhranı və  çatışmayan xüsusiyyətləri bu  dövlətin yarandığı ilk  dövrlərdən  özünü 

büruzə  verməyə  başlamışdı.  Hər  dəfə  kampaniya  şəklində  həyata  keçirilən  müxtəlif  yönümlü  iqtisadi  siyasət 

əhalinin  həyatında  dərin  izlər  qoyan  neqativ  nəticələrlə  də  yadda  qalırdı.  Hətta  ən  uğurlu  hesab  edilən  iqtisadi 

inkişaf  islahatları  əksər  hallarda  çox  baha  başa  gəlmiş,  əhalinin  vəziyyətinin  yaxşılaşması  və  ya  gözlənilən 

nəticələrin əldə edilməsində cüzi təsir etmişdi.

Doğrudur, ölkə  əhalisinin  ağır əməyi  sayəsində  sənayeləşmə, elmin və texnikanın inkişafı, yeni- yeni  iqtisadi 

regionların  mənimsənilməsi,  enerji  və  xammal  mənbələrinin  işlənməsi  və  sair  sahələrdə  xeyli  irəliləyişlərə  nail 

olunmuşdu.  Ən  azı kapitalizm  dünyası ilə  yarışda müəyyən paritet  əldə  edilmiş, həm  sənaye  istehsalına,  həm kənd 

təsərrüfatı məhsulları  istehsalına  və  ümumilikdə  ümumi  daxili  məhsulun  (ÜDM)  istehsalına  görə  dünyanın  güclü 

dövlətlərindən  birinə  çevrilmiş,  öz  iqtisadi  və  hərbi  potensialına  görə  dünyanın  super  dövlətlərindən  biri  olmaq 

səviyyəsinə  qalxmışdı.  Lakin  qeyd  olunduğu kimi  bu nailiyyətlər əhaliyə  çox baha başa  gəlmişdir.  Ləng,  çoxsaylı 

bürokratik  əngəllərlə  səciyyələnən  idarəetmə  sistemi  şəraitində  iqtisadiyyat  ekstensiv  metodla  inkişaf  edir,  yeni 

texnologiyanın tətbiqi sahəsində qərbdən dəfələrlə geri qalırdı.

Sovet  iqtisadiyyatında  böhranın  qarşısının  alınmasına  dəfələrlə  cəhd  edilsə  də,  hər  dəfə  bu  cəhdlər 

uğursuzluqla nəticələnmişdi.  Çünki  əksər hallarda  sovet idarəçilik  sistemini təkmilləşdirmək,  geriləmə  meyllərinin 

qarşısını  almaq,  elmi-texniki  inqilabın  nəticələrini  istehsala  tətbiq  etmək  istiqamətində  aparılan  islahatlar  rejimin 

mahiyyətinə münasibətdə heç  bir  şeyi  dəyişmək gücündə  deyildi.  Buna görə  də  həmin islahatlar kosmetik xarakter 

daşıyırdı  və  köklü  irəliləyişləri  təmin  etmək  gücündə  deyildi.  Bu  islahatların  sırasına  XX  əsrin  ortalarında

N.  S. Xruşovun,  60-cı illərin  II  yarısında isə  A. Kosıginin təşəbbüsü  ilə  keçirilən  islahatlar və  s.  daxil  idi.  Bundan 

əlavə  isə iqtisadiyyatın ayrı-ayrı sahələrində zaman-zaman keçirilən islahat xarakterli dəyişikliklərdə ümumi məntiq 

olmadığından  bu  yarımçıq  tədbirlər  vəziyyəti  daha  da  ağırlaşdırırdı.  6.  (M.:  TY  BfflЭ,  2000.  C.  446).  XX  əsrin 

70-ci  illərinin  ortalarında  ölkə  həyatının  bütün  sahələrində  böhran  daha  kəskin  şəkildə  özünü  büruzə  verməyə 

başlayır,  L. İ.  Brejnev  hakimiyyətinin  "durğunluq"  dövrü  adını  almış  mərhələsində  yaşanan  bu  böhran  öz  son 

həddinə  yüksəlir.  Onun  ölümündən  sonra hakimiyyətin  varisləri  vəziyyəti  əsaslı  şəkildə  dəyişmək,  böhranı aradan 

qaldırmaq,  artıq konturları  müşahidə  edilən  iflasın  qarşısını  almaq  kimi  mürəkkəb  bir  problem  qarşısında

dayandıqlarını  dərk  edirdilər.  İqtisadi  böhranın  dərinləşməsi,  texnoloji  geriliyin  və  qeyri-effektiv  idarəetmənin 

dəyişdirilməsi  zərurətinin  daha  aşkar  ortaya  çıxması,  silahlanmanın  və  soyuq  müharibənin  yaratdığı  problemlər, 

Kommunist  ideologiyasının  kəsərdən  düşməsi,  siyasi  hakimiyyətdə  yaranan  boşluqlar  və  s.  ölkəni  dilemma 

qarşısında qoyurdu.  Ya əsaslı şəkildə bu problemlər aradan  qaldırılmalı, ya da mövcud rejimin  iflası ilə  barışılmalı 

idi.  7.  (http://www.iarex.ru/ news/18716.html).

Belə bir vaxtda xarici amili diqqətdən qaçırmaq olmazdı.  Tarix səhnəsinə  çıxdığı gündən yeni ictimai-iqtisadi 

sistem  qalan  dünya  ilə  düşmənçilik  vəziyyətində  olmaqla  onunla  ölüm-dirim  müharibəsinə  başlamışdı.  Sovet 

dövlətinin və  onu  ətrafında  sonradan  artaraq  genişlənmiş  sosialist  dövlətlərinin bütün tarixi kapitalizm  dünyası ilə 

səngiməyən  amansız  mübarizə  tarixi  kimi  səciyyəvidir.  Bu  iki  bir-birinə  düşmən  olan,  bir-birinin  varlığını  qəbul 

etməyən  iki  fərqli  sistemin əbədi müharibəsi  sosializm nəzəriyyəsini  yaradanlar tərəfindən  də  başlıca  reallıqlardan 

biri  kimi  qəbul  edilirdi.  Belə  bir  qarşıdurma  şəraitində  ölkənin  bütün  potensialının,  o  cümlədən  iqtisadi 

potensialının,  bir  əldə  cəmlənərək  səfərbər  edilməsi  və  lazımi  istiqamətə  yönəldilməsi  labüd  xarakter  daşıyırdı. 

Xüsusən  "soyuq  müharibə"  dövründə  silahlanma  prosesi  ölkənin  güc  və  maddi  imkanlarının  əksəriyyətini  özünə 

cəlb  etməklə  onu  iflas  təhlükəsi  ilə  üz-üzə  qoyurdu.  Bütün  dünyada  sosializmin  maraqlarının  təmin  edilməsi, 

sosializm  düşərgəsinin  ehtiyaclarının  ödənilməsi,  hərbi  qarşıdurmada  paritetin  saxlanılmasına  sərf edilən  xərclər 

nəticədə bu dövlətlərin iflasını şərtləndirirdi.

Qeyd olunduğu kimi,  sistemin bu  çatışmazlıqları L.  Brejnev hakimiyyətinin son illərində  daha da kəskinləşir. 

İdeoloji  cəhətdən ölkədə nihilist bir mühit formalaşır.  Kommunist idealları dəyərdən düşdükcə  cəmiyyətdə  neqativ 

tendensiyalar  sürətlənir.  "Nə  vaxtsa biz başa düşəcəyik ki,  faktiki  olaraq  biz  yer üzündə  yeganə  ölkəyik ki,  iyirmi 

birinci  yüzilliyə  on  doqquzuncu  əsrin  köhnəlmiş  ideologiyası  ilə  daxil  olmağa  çalışırıq"  -  Sovet  dövlətinin 

liderlərindən birinin sözlərində mövcud vəziyyəti dəqiq ifadə edir.  8.  (1990 r.  C. 254.)

Cəmiyyətdə  mövcud  qanunlara,  normalara  etinasızlıq  dərinləşir.  İdarəçilikdə  süründürməçilik,  bürokratizm, 

korrupsiya,  dövlət  malının  talan  edilməsi  digər  hallar  gündəlik  həyat  normasına  çevrilir.  Xarici  siyasətdə 

uğursuzluqlar  ölkənin  nüfuzuna  ağır  zərbələr  vurur.  Xüsusən,  Əfqanıstana  qoşun  yeridilməsi,  dünyanın  müxtəlif 

regionlarında  mənşəyi  şübhəli  olan  rejimlərin  ideologiya  pərdəsi  altında  dəstəklənməsi,  Sosializm  düşərgəsinin 

ayrı-ayrı  dövlətlərində  əhali ilə  münaqişə  həddinə  gəlib  çıxmış  rejimlərə  dəstək  verilməsi  sovet  dövlətini təkcə

dünyanın  digər  ölkələrinin nəzərində  deyil,  həm  də  öz  əhalisinin  gözündə  nüfuzdan  salır,  onun  sosial  dayaqlarını 

sarsıdırdı.

Ölkə  rəhbərliyi  qarşısında  nəhəng  vəzifə  dayanırdı.  Bütün  bu  neqativ  meyllərin  qarşısı  alınmalı,  ictimai 

həyatın  bütün  sahələrində  əsaslı  dəyişikliklər  edilərək,  köklü  dəyişikliklərə  nail  olunmalı  idi.  Lakin  bunu  sovet 

tarixi  dövründə  dəfələrlə  edilməyə  cəhd  olunmuş  kosmetik  dəyişiklərlə və  ya repressiv  tədbirlərlə  etmək mümkün


deyildi.

Bu  gün  SSRİ-nin  və  dünya  sosializm  düşərgəsinə  daxil  olan  dövlətlərdə  sosialist  ictimai-iqtisadi  və  siyasi 

mədəni  sistemin  dağılmasına,  onun  səbəblərinə  münasibət  birmənalı  deyildir.  Hələ  də  ictimai  elmlər  öz 

axtarışlarında  həmin  dövlətlərin  tarixinə,  onların  xarakterinə,  siyasətlərinə,  tarixdə  oynadıqları  rolun  müsbət  və 

mənfi  tərəflərinin  nisbətinin  güzgün  müəyyənləş dirilməsinə  qəti  qərar  vermək  iqtidarında  deyildir.  Eyni  zamanda 

sosialist  imperiyalarının  süqutu  nəticəsində  xalqların  azadlıq  yoluna  çıxması,  yeni  müstəqil  dövlətlərin  yaranması 

hadisə  və  proseslərin  qiymətləndirilməsində  maraq  və  fikir  ayrılıqlarını  ortaya  qoyur.  Ən  böyük  həqiqət  isə 

bugünkü  riallıqdır.  Tarixi  anı  geriyə  qaytarmaq  və  ya  yenidə  keçmək  mümkün  deyildir.  Tarixə  düzgün  qiymət 

verilməsi isə gələcək uğurlu inkişaf üçün vacibdir.

Qeydlər:

LMap^ K.  ,  Энгельс Ф.  Собрание  сочинений.  2 издание.  Т.7  С.261.

2.  Троцкий Л.  Перманентная ревалюция  .  Сборник.  М.:2005.

3. Ленин В И.  ПСС, Т.43, С.  19

4. Əliyev  İ.  Müstəqil  Azərbaycan  Respublikasında  milli  münasibətlər  problemi.  Tarix  və  onun  problemləri, 

2004, № 3.  S.  64

5. (İ.  Əliyev. Yeni iqtisadi siyasət: tarix və müasirlik.  Tarix və onun problemləri, 2002, № l.  s.79)

6. Kacтельс  M.  Информационная  эпоха:  экономика,  общество,  культура /  Пер.  с  англ.  Под  науч.  Ред.

О.И. Шкаратана.  М.:ГУ  ВШЭ, 2000.  С.  446.

7. http://www.iarex.ru/ news/18716.html

8.  Ельцин Б.  Мемуары  1990 г.  C. 254.

Yüklə 84,06 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə