«G EO Strategiya».-2012.-№ 01.-S.21-26.
XX Ə SR İN 80-C İ İLLƏ RİNİN Q LO BAL DƏYİŞİK LİK LƏ Rİ:
Səbəblər və nəticələr
İbrahim Əliyev - tarix üzrə fəlsəfə doktoru
Ötən əsrin sonuncu onilliklərində sosializm düşərgəsində baş verən əsaslı dəyişikliklər nəticəsində
çoxmillətli sosialist dövlətləri parçalanaraq yeni dövlətlərin yaranmasına təkan verdilər. Eyni zamanda sosializm
düşərgəsinin əksər ölkələrində kommunist ictimai-iqtisadi və siyasi- ideoloji quruluşu öz ömrünü başa vurdu və bu
ölkələr əksər dünya ölkələrinin mənsub olduğu quruluşa qayıtdılar. Bu məqalədə diqqəti təkcə regionun və ya
ayrı-ayrı sosialist ölkələrin həyatında deyil, bütün dünyanın taleyində, onun ictimai-iqtisadi, siyasi və mədəni
durumunda əsaslı dəyişikliklərə gətirib çıxaran hadisə və proseslərin səbəbləri üzərində dayanmaq, bu günə qədər
müəmmalı qalmaqda davam edən məsələlərə dair fikirlərimizi bölüşmək istərdik. Konkret olaraq isə müraciət
olunan araşdırma obyekti dünyanın super dövlətlərində biri olan, uzun onilliklər boyu kapitalizm dünyasını qorxu
altında saxlayan SSRİ-nin birdən birə iflasa uğramasının səbəbləridir. Şübhəsiz, bu qlobal məsələlərin axıra kimi
araşdırılması xeyli zaman və uzun
tədqiqatlar tələb
edir. Bu istiqamətdə
atılan hər
bir addım
isə
ümumi işin
irəliləməsinə xidmət edir. Bu gün bir sıra məqamlar öz kəskinliyi ilə tədqiqatçılar qarşısında tam kəskinliyi ilə
durur. Belə ki, onların işıqlandırılmasından təkcə tarixin bu və ya digər səhifəsinin akademik aspektdə araşdırılması
ilə yanaşı müasir həyatın çox vacib problemlərinin həlli də asılıdır. Biz dünyanın super dövlətlərindən biri olan
SSRİ-nin dağılması haqqında danışarkən, şübhəsiz, diqqət mərkəzində duran məsələlər sırasında ondan qopub
ayrılmış Azərbaycan Respublikası, onun problemləri, qayğıları, inkişaf perspektivləri və s. dayanır.
Hər şeydən öncə diqqəti sosializm nəzəriyyəsinin özünə yönəltmək istərdik. Belə ki, 70 ildən sonra öz sonuna
gəlib çıxmış dövlətin süqutunun kökündə duran məqamların bir hissəsi onun nəzəri əsaslarında olan boşluqlar və
çatışmazlıqlarla bağlı idi. Bununla yanaşı, elə başlanğıcdan qeyd etmək lazımdır ki, sosializm quruculuğunun sovet
modelinin iflası heç də bütövlükdə sosializm nəzəriyyəsinin gərəksizliyi və başdan ayağa kimi yanlışlığına dəlalət
etmir. Bu mənada son dövrlərdə sosializm təliminin tamamilə faşizmlə eyniləşdirilməsi fikri ilə də razılaşmaq
olmaz. Elə bu reallıqlar sosializm nəzəriyyəsinin yenidən araşdırılmasını, ziddiyyətli məqamlarına aydınlıq
gətirilməsini zəruri edir.
Bəzi tədqiqatçıların iddia etdikləri kimi sosializm ideyası heç də ayrı-ayrı şəxslərin təxəyyülünün məhsulu
deyildi. Bu nəzəriyyə tarixi inkişafın gedişində obyektiv proseslərin tələbi ilə formalaşmış, uzun, əzablı axtarışların
nəticəsi olaraq irəli sürülərək mütəfəkkirlər tərəfindən cilalanmış, nəzəriyyə halına gətirilib çıxarılmışdır.
Bəşəriyyət mövcud olduğu bütün tarix boyu ədalətli cəmiyyət, ədalətli dövlət quruluşu, ədalətli qayda-qanun
arzusunda olmuş, bu arzunu reallaşdırmaq üçün daim axtarışlarda olmuşdur. İnsanların maraqları, onların həyati
məkan və resurslar uğrunda mübarizəsi daim ön planda olmuşdur. Yer üzündə insanların sayı artdıqca və uğrunda
mübarizə gedən məkan daraldıqca bu mübarizə daha amansız olmuş, cəmiyyətlərin dinc və tarazlıq vəziyyətində
yaşayışını təmin etmək üçün isə qaydalar formalaşmış, zaman - zaman təkmilləşdirilmişdir. Lakin bu tarazlıq
vəziyyətləri uzun çəkməmiş, mütəmadi olaraq pozulmuşdur. Beləliklə. dinc və münaqişə məqamları daim bir-birini
əvəz etmiş, insanları daim ədalətli cəmiyyət yaratmaq arzusu ilə axtarışlara istiqamətləndirmişdir.
XIX
əsrin ortalarında əsası Karl Marks və Fridrix Engels tərəfindən qoyulmuş sosializm nəzəriyyəsi də
onlara qədər mövcud olan və zamanın sınaqlarından çıxmış ideyaların və praktikanın ümumiləşdirilməsi və
mükəmməl formaya salınması sayəsində yaranmışdır. Göründüyü kimi sosializm nəzəriyyəsi obyektiv səbəblər
üzündən və konkret tarixi inkişafın özünün ehtiyacından doğulmuşdu. Onun doğulmasının səbəblərindən biri də bu
gün sosializmdən imtina edilməsi və kapitalist ictimai-iqtisadi quruluşunun ideallaş dırılmasına əsaslanan fikirlərin
ziddinə olaraq, bazar iqtisadiyyatının və kapitalizm ictimai-iqtisadi sisteminin törətdiyi müsibətlərdən qurtarmaq
ehtiyacından irəli gəlmişdir.
Ümumiyyətlə tarixə bütöv bir nəzər yetirsək, cəmiyyətlərin, onların qanun və qaydalarının sosiallaşmaq
meylini müşahidə etmək mümkündür. XIX əsrdə Marksizm klassikləri tərəfindən əsası qoyulmuş və XX əsrdə
sovetlər ölkəsində,
bir
qədər sonra isə bir
sıra
digər ölkələrdə praktikaya
tətbiq edilən
sosializm
nəzəriyyəsi
haqqında danışdığımız meylin istiqamətlərindən biri idi. Onun iflasa uğraması isə konkret bir istiqamətin süqutu idi
və sosial ədalətli cəmiyyət yaradılması ideyasının tükənməsi demək deyildi. Bu gün qabaqcıl dünyanın vətəndaş
cəmiyyəti bazasında hüquqi dövlətə can atması də həmin meylin istiqamətlərindən biri kimi qəbul edilə bilər.
Sosializm nəzəriyyəsi ümumən mütərəqqi xarakter daşıyırdı. Onun məqsədləri mövcud cəmiyyətləri
kapitalizm ictimai-iqtisadi sisteminin doğurduğu hərc-mərclikdən və ədalətsiz münasibətlər sistemindən xilas
etmək, cəmiyyətin hər bir üzvü üçün normal, bərabər şərait yaratmaq idi. 1. (2 T. 7. — C. 261)
Bu nəzəriyyə tam formalaşana kimi həmin məqsədlərə çatmağın müxtəlif yolları artıq təklif edilmişdi. Lakin
onların hər biri özündən sonrakı daha mükəmməl nəzəriyyələrlə inkar edilmiş və onlara utopiya damğası
vurulmuşdu. Düzdür, sonuncuların özündə də kifayət qədər qeyri-real və utopik məqamların olması tarixi praktika
tərəfindən sübuta yetirilmişdir. Görünür bu cür addım-addım irəliləmə və bu proses boyu təkmilləşmə də həmin
tendensiyanın qanunauyğunluqlarından biridir. Eyni zamanda qeyd etmək lazımdır ki, haqqında danışılan bu
sosializm nəzəriyyəsi avrosentrizm ideyası zəminində təşəkkül tapmışdı. Buna görə də o, dünyanın hər yerində eyni
uğurla və eyni templə tətbiq edilə bilməzdi. Bu təlimin tərəfdarları hesab edirdilər ki, yeni cəmiyyət - sosializm,
qabaqcıl Qərb ölkələrində təşəkkül tapmalı və yeni cəmiyyətin lokomativi olaraq, bütün qalan dünyanı öz
arxalarınca çəkib aparmalı, birtipli dünyanın formalaşmasına gətirib çıxarmalıdır.
Göründüyü kimi nəzəriyyədə hər şey rəvan təsir bağışlaya bilər, başlıca problem isə həmin nəzəriyyənin real
praktikada düzgün tətbiq edilməsi və bu zaman qarşıya çıxan problemlərin uğurla aradan qaldırılmasıdır.
Müasir dövrdə ictimai həyatın bütün sahələrində öz göstəricilərinə görə Qərb ölkələrindən geridə qalmış
Rusiya imperiyasında sosializm nəzəriyyəsinin həyata keçirilməsinin qanunauyğunluğu şübhə altına alınır. Hələ
inqilabın baş verdiyi XX əsrin ilk onilliklərində belə bir inqilabın baş verməsi və sosializm cəmiyyətinin əsasının
qoyularaq permanent şəkildə bütün dünyaya yayılmasının mərkəzinin daha çox inkişaf etmiş və qabaqcıl təsərrüfat
sisteminə malik region ölkələrinin olması nəzərdə tutulmuşdu. Eyni zamanda marksizm sosialist nəzəriyyəsində bu
inqilabın və sosializm cəmiyyətinin qurulmasının məhdud bir məkanda baş verməsi qəbul edilmirdi. Düşünülürdü
ki, bütün bəşəriyyət həmin inqilabın baş verməsinə, sosial ədalətli cəmiyyətin qurulmasına hazır olması üçün həm
maddi, həm sosial, həm də mənəvi cəhətdən yüksək bir səviyyəyə gəlib çıxmalıdır. Yalnız sosial-iqtisadi və mədəni
cəhətdən yüksək inkişaf etmiş ölkədə bu cür dəyişiklikləri həyata keçirmək, sosial ədalətli cəmiyyətin qurulmasına
nail olmaq mümkündür. 2 (CöopHHK. M: 2005)
Hazırkı məqalədə məqsəd bütövlükdə sovetlər ölkəsində sosializm cəmiyyətinin bütün nəzəri və praktiki
problemlərini araşdırmaq deyildir, baxmayaraq ki, buna böyük ehtiyac vardır. Burada diqqət mərkəzində olan
məsələ sonradan sosializmin taleyinə daha çox mənfi təsir edən amillərin yeni tarixi reallıqlar aspektindən nəzərdən
keçirilməsi və onların təsirinin dəyərləndirilməsidir. Bu mənada sosializm nəzəriyyəsində daha çox ziddiyyət təşkil
edən məqamları qeyd etmək vacibdir.
Hər bir ictimai-iqtisadi sistemin mahiyyətinin müəyyənləşdirilməsində müstəsna əhəmiyyətə malik olan
amillərdən biri mülkiyyət və onun mənsubiyyət prinsipidir. Sovet sosializm sistemində mülkiyyətin ictimai
mülkiyyət adı altında dövlətin əlində cəmləş dirilməsi və insanların mülkiyyət hüququnun pozulması bu dövlətlərin
bütün tarixi boyu birmənalı təsirə malik olmamış, çoxsaylı problemlərin əsasında dayanmışdır. Bu, iqtisadiyyatın
başlıca prinsiplərindən birinin - maddi maraq prinsipinin pozulmasına səbəb olur ki, o da mövcud münasibətlər
sistemində repressiv idarə və nəzarət metodlarını zəruri edir. Belə bir vəziyyət məntiqi olaraq sosialist ölkələrində
idarəetmənin "inzibati-amirlik sisteminin" bərqərar olmasına gətirib çıxarır.
Sosializm nəzəriyyəsinin özündən gələn ziddiyyətli məqamlardan digəri - cəmiyyətin sosial təbəqələrinin
arasında ayrı-seçkiliyə rəvac verilməsi və onların qarşı-qarşıya qoyulmasını xüsusilə qeyd etmək lazımdır. Tarix
sosial inkişafın qanunauyğunluqlarının ziddinə olaraq cəmiyyətin siniflərindən birinin ideallaşdırılması və onun
bazasında birtipli cəmiyyətin yaradılmasına cəhdə əsaslanan ideyaların yanlış və zərərli olduğunu dəfələrlə sübut
etmişdir.
Sosial-iqtisadi, siyasi və mədəni inkişaf cəhətdən geridə qalmış ölkələrdə qabaqcıl ictimai-iqtisadi
münasibətlərin tətbiq edilməsinə cəhd çox zaman eybəcər nəticələrə gətirib çıxarırdı. Belə bir cəhdin Rusiyada
edilməsi sosializm nəzəriyyəsinin özünə zidd idi və sosializmin bolşevik modelinin iflasının səbəblərindən biri də
həmin məsələ ilə
bağlıdır. Müxtəlif
tədqiqatlarda bu fikir dəfələrlə irəli
sürülsə da,
həmişə onu
rədd etməyə
çalışmışlar. Bugünkü tarixi reallıq həmin məsələ üzərində düşünməyi aktual edir.
Sovet dövlətinin və bütövlükdə sosialist sisteminin zəiflikləri sırasına onun milli siyasət nəzəriyyə və
praktikasının kifayət qədər ziddiyyətli olmasında idi. SSRİ-də və digər sosialist dövlətlərində milli məsələnin
həllinə nəinki nail olunmadı, əksinə onu daha da gərginləşdirərək özündən sonrakı mərhələyə problemlər mirası
formasında ötürüldü.
Nəhayət, sosializmin gətirdiyi problemlərdən biri dünyanı iki düşmən düşərgəyə parçalayaraq üz-üzə
qoyması idi. Əslində sosializm nəzəriyyəsinin özündə bu məsələ tam yetkin deyildi və ən azı belə bir qarşıdurmanın
olması düşünülmürdü. Həmin nəzəriyyəyə görə dünya xalqlarının yeni ictimai- iqtisadi, siyasi quruluşa keçidi
dünyanın hər yerində vahid zaman çərçivəsində baş verməli idi. Lakin ona edilən sonrakı dəyişiklik və əlavələr
"ayrıca götürülmüş bir ölkədə sosializmin qələbəsinin mümkünlüyü" ideyasını təlqin etməklə iki fərqli dünyanın
qarşıdurmasını labüd edir.3. ( T. 43, C. 19)
Bütün çatışmayan cəhətlərinə baxmayaraq, sovetlər ölkəsi 70 ilə yaxın bir dövr ərzində mövcud olmuş, bütün
kapitalizm dünyasını qorxu və həyəcan altında saxlayaraq, öz təsir dairəsini genişləndirmiş, yeni yeni ölkələri əhatə
etmişdir. Mövcud olduğu müddət ərzində SSRİ dünyanın iki superdövlətindən birinə çevrildi. Sənayesinin həcminə
görə dünyanın üçüncü dövləti idi, zəngin enerji resurslarına, xammal ehtiyatlarına, qüdrətli hərbi potensiala malik
dövlət idi. Belə bir dövlətin birdən birə iflasa yaxınlaşması səbəbləri maraqlıdır. Sovet dövlətinin və onun nümunəsi
əsasında öz ərazisində analoji sosial-iqtisadi, siyasi və ideoloji sistemi yaratmış dövlətlərdə yaranmış böhranın və
son nəticə olaraq iflasın başlıca səbəblərindən aşağıdakıları qeyd etmək istərdik.
Yuxarıda qeyd olunduğu kimi mülkiyyətin tamamilə dövlətin əlində cəmləşməsi və ölkə vətəndaşlarının
mülkiyyətdən təcrid olunması nəticəsində istehsalda maddi marağın mücərrədləşdirilərək onun prinsiplərinin
pozulması sovet hakimiyyətinin son onilliklərində başlayan neqativ meyllərdə özünü daha kəskin şəkildə göstərdi.
İdarəçiliyin, xüsusilə iqtisadiyyatın idarə edilməsi, tarixin çətin məqamlarında müsbət nəticələr versə də, dinc
məcraya düşmüş zamanında daha çox problemlər yaradırdı. İdarəetmənin vahid əldə cəmləş dirilərək yöndəmsiz,
ləng, bürokratik maneələrlə çulğaşmış struktur halına gətirilməsi və onun sürətlənən dünya tendensiyasının inkişaf
sürətindən geri qalması günbəgün daha kəskin şəkildə müşahidə edilirdi.
Dünyada gedən sürətli iqtisadi dəyişikliklər, yeniləşən və təkmilləşən texnoloji inkişaf templərindən
geriqalmalar sovet dövlətinin xarakterik cəhətlərindən birinə çevrilir. Zaman keçdikcə bu geriləmə daha da
dərinləşir və həlli mümkün olmayan həddə gəlib çıxır.
İctimai mülkiyyətin vacib əlamətlərindən biri onun daim qorunması və nəzarət edilməsi, ciddi uçotun
aparılmasnı tələb etməsidir. Lakin sovet tarixinin bütün dövrlərində, xüsusən son dövrlərində bu tələblər tədricən
pozulur. Dövlətin əlində cəmləşmiş xalq sərvətinin talan edilməsi (oğurlanması) adi hala çevrilir. Ölkə sərvətlərinin
dünyanın müxtəlif yerlərində siyasi məqsədlərə sərf edilməsi onun iqtisadi vəziyyətini daha da ağırlaşdırır. Eyni
zamanda ölkədə maliyyə mənbələrinin enerji-xammal resurslarının satışına əsaslanması, silahlanma marafonuna
çəkilən xərclər, mülki sahənin qalıq prinsipi əsasında inkişafı yaranmış iqtisadi vəziyyətin səciyyəvi cəhəti idi.
Yetişməkdə olan böhran şəraitində əhalinin dövlətin və cəmiyyətin söykəndiyi ideallara inamının tamamilə
itirilməsi, onda hər bir məsələyə nihilist əhvalı ruhiyyənin formalaşması, cəmiyyətin mənəvi deqradasiyası sistemin
ideoloji dayaqlarının sarsılmasına səbəb olurdu. Müxtəlif xarakterli əhali təbəqələrini və qrupları, habelə etnik və
dini cəhətdən fərqli əhalini birləşdirən kommunist ideologiyasının iflasa uğrayaraq aradan qalxması və cəmiyyətdə
ideoloji boşluq şəraitində qarşıdurma meyllərinin güclənməsi yaxınlaşan iflası sürətləndirirdi. Hakimiyyətin
zəiflədiyi şəraitdə uzun müddət qadağalar əsasında qarşısı alınmış milli münaqişələr üçün zəmin yaradırdı. 4.
(2004, № 3. S. 64)
Belə bir şəraitdə dövlət idarəçilik maşınının şişərək əndazədən çıxması və effektiv fəaliyyət qabiliyyətini
itirməsi, onun daxili sağlamlaşma mexanizmlərinin sıradan çıxması təcili islahatların keçirilməsini, ictimai həyatın
bütün sahələrində yetişən böhranın qarşısının alınmasını, sistemin mahiyyətində köklü dəyişikliklərə gətirib çıxaran
cəsarətli addımlar atılmasını tələb edirdi. Lakin bu dəyişikliklər nəzarətdən çıxacağı halda mövcud sistemin məhvi
təhlükəsini yaradırdı.
Bütün bu keyfiyyətlər elə sovet hakimiyyətinin ilk dövrlərindən özünü göstərməyə başlamışdı. İnqilab
əhval-ruhiyyəsi ilə köhnə cəmiyyətin dəyərlər sistemindən və idarəçilik strukturunu rədd edən bolşevik Rusiyası elə
20-ci illərin əvvəllərində özünün bir sıra prinsiplərindən imtina etməli olmuşdu. Sovet hakimiyyətinin ilk illərində
hərbi kommunizm siyasəti adı altında xüsusi mülkiyyətə, kapitalist təsərrüfat tipinə qarşı aparılan amansız və kobud
kampaniyadan geri çəkilmə bu sahədə proletar hökumətinin ilk ibrət dərsləri sırasında idi. 1921-ci ildə yeni iqtisadi
siyasəti (YİS) bolşeviklərin reallıqlarla toqquşmasından aldığı zərbənin nəticəsi idi: xüsusi mülkiyyətə sərt
münasibət yumşaldılır və həm sənayedə, həm də kənd təsərrüfatında xüsusi təsərrüfatların inkişafına icazə verilir,
bu vaxta qədər qadağan edilmiş bazarların açıq fəaliyyətinə icazə verilir, kənd təsərrüfatında muzdlu əməyin
tətbiqinə, istifadə olunmayan torpaqların icarəyə verilməsinə icazə verilir, ərzaq sapalağı ərzaq vergisi ilə əvəz
edilir (yeni halda kəndli ərzaq vergisini ödədikdən sonra məhsulun qalan hissəsini istədiyi kimi istifadə edə bilərdi),
xarici firmalar ayrı-ayrı müəssisələri konsessiyaya götürə bilərdi. Bir sözlə, ilk baxışda kapitalizmin əlamətləri
hesab edilən xeyli cəhətlərin inkişafına imkan verildi, əslində isə real həyatın sərt təzyiqi altında yeni hökumət öz
volyuntarist mövqeyindən bir qədər geri çəkilərək iqtisadiyyatın təbii qanunları əsasında fəaliyyət göstərməsinə
imkan verdi ki, o da öz müsbət təsirini dərhal göstərdi. Çox qısa müddətdə sənaye müəssisələri ölü nöqtədən
çıxarılaraq bərpa edildi, kənd təsərrüfatı məhsulları istehsalı I dünya müharibəsindən əvvəlki səviyyəsini bərpa etdi,
ölkədə aclığa son qoyuldu, hətta xaricə taxıl ixrac etməyə imkan yarandı. 5. (2002, № l.s.79)
Kommunist hakimiyyət tərəfindən yaradılmış idarəetmə sistemi bütün sahələr üzərində ciddi nəzarətə
əsaslanırdı. Buna görə də hakimiyyətin ilk illərində xüsusi mülkiyyətin varlığına və onun dirçəlməsinə
dözürdülərsə, bir qədər imkan əldə etdikdən sonra ona qarşı əvvəlki münasibət, uyğun olaraq təzyiqlər bərpa
olundu. 20-ci illərin ortalarında etibarən başlayan sənayeləşmə, sonlarından isə - kollektivləşmə, zahirən iqtisadi
xarakter daşısa da,
əslində dərin siyasi xarakter daşıyırdı və
bolşevizm
əqidəsi və
standartlarına
uyğun gəlməyən
hər şeyə qarşı yönəlmişdi. Əslində, o, artıq özünü qısa müddətdə müsbət mənada təsdiq etmiş YİS-ə yönəlmiş,
başlıca məqsədi isə iqtisadi potensialın dövlət monopoliyasına alınmasına və onu ciddi nəzarət altında idarə
edilməsinə istiqamətlənmişdi. Sonradan ölkə həyatının bütün sahələrində tam bərqərar olmuş inzibati amirlik
idarəçiliyi həmin proseslər nəticəsində ölkədə təsdiq olundu. Siyasi ambisiya xatirinə daha səmərəli, daha
qanunauyğun, iqtisadiyyatın təbii inkişaf qanunlarına uyğun iqtisadi inkişaf modelindən imtina edildi. Nəticədə,
böyük bir ölkənin nəhəng iqtisadi potensialı dövlətin əlində cəmləşmiş və belə bir nəhəng, yöndəmsiz, ləng, güclü
potensiala malik sistem vahid mərkəzdən direktivlər metodu ilə idarə olunmağa başladı ki, sonradan bu idarəçilik
sistemi inzibati-amirlik idarəçilik sistemi adını almışdı. Bu cür iqtisadi modelin bir sıra üstün cəhətləri var idi.
Əslində, onun uzun müddət yaşamasının və tarixi inkişafın müxtəlif məqamlarında möcüzələr yaratmasının da
səbəbləri onun həmin müsbət keyfiyyətləri ilə bağlı idi. Bu cəhətlərdən aşağıdakıları qeyd etmək mümkündür:
Bu iqtisadiyyat öz səfərbər olması ilə seçilirdi. Vahid mərkəzdən idarə olunduğundan çox qısa müddətdə
onun gücünü istənilən istiqamətə yönəltmək mümkün idi. Təsadüfi deyildir ki, ekstremal vəzifələrin həlli
məqamında, xüsusən müharibələr zamanı iqtisadiyyatın bu vəziyyətdə olması çox əlverişlidir.
Totalitar iqtisadiyyat şəraitində bütövlükdə ölkə üçün böyük əhəmiyyət kəsb edən problemlərin həlli daha
asanlıqla mümkün olur.
İqtisadi potensialın bir əldə cəmləşməsi iri miqyaslı layihələrin yerinə yetirilməsinə şərait yaradır.
İqtisadi güc ölkəyə super dövlət həddinə yüksəlməyə imkan verir. Ona hərbi cəhətdən güclü bir dövlət olaraq
bütün dünyada öz maraqlarını diktə etməyə imkan verir.
Bütün bu keyfiyyətlərinə baxmayaraq, sovet iqtisadiyyatı öz təbii inkişaf qanunlarından kənar düşdüyündən
və axıra kimi əsaslandırılmamış eksperimentlər yolu ilə idarə edildiyindən onun tez-tez problemlərlə üzləşəcəyi
şübhə doğurmurdu. İqtisadiyyatın böhranı və çatışmayan xüsusiyyətləri bu dövlətin yarandığı ilk dövrlərdən özünü
büruzə verməyə başlamışdı. Hər dəfə kampaniya şəklində həyata keçirilən müxtəlif yönümlü iqtisadi siyasət
əhalinin həyatında dərin izlər qoyan neqativ nəticələrlə də yadda qalırdı. Hətta ən uğurlu hesab edilən iqtisadi
inkişaf islahatları əksər hallarda çox baha başa gəlmiş, əhalinin vəziyyətinin yaxşılaşması və ya gözlənilən
nəticələrin əldə edilməsində cüzi təsir etmişdi.
Doğrudur, ölkə əhalisinin ağır əməyi sayəsində sənayeləşmə, elmin və texnikanın inkişafı, yeni- yeni iqtisadi
regionların mənimsənilməsi, enerji və xammal mənbələrinin işlənməsi və sair sahələrdə xeyli irəliləyişlərə nail
olunmuşdu. Ən azı kapitalizm dünyası ilə yarışda müəyyən paritet əldə edilmiş, həm sənaye istehsalına, həm kənd
təsərrüfatı məhsulları istehsalına və ümumilikdə ümumi daxili məhsulun (ÜDM) istehsalına görə dünyanın güclü
dövlətlərindən birinə çevrilmiş, öz iqtisadi və hərbi potensialına görə dünyanın super dövlətlərindən biri olmaq
səviyyəsinə qalxmışdı. Lakin qeyd olunduğu kimi bu nailiyyətlər əhaliyə çox baha başa gəlmişdir. Ləng, çoxsaylı
bürokratik əngəllərlə səciyyələnən idarəetmə sistemi şəraitində iqtisadiyyat ekstensiv metodla inkişaf edir, yeni
texnologiyanın tətbiqi sahəsində qərbdən dəfələrlə geri qalırdı.
Sovet iqtisadiyyatında böhranın qarşısının alınmasına dəfələrlə cəhd edilsə də, hər dəfə bu cəhdlər
uğursuzluqla nəticələnmişdi. Çünki əksər hallarda sovet idarəçilik sistemini təkmilləşdirmək, geriləmə meyllərinin
qarşısını almaq, elmi-texniki inqilabın nəticələrini istehsala tətbiq etmək istiqamətində aparılan islahatlar rejimin
mahiyyətinə münasibətdə heç bir şeyi dəyişmək gücündə deyildi. Buna görə də həmin islahatlar kosmetik xarakter
daşıyırdı və köklü irəliləyişləri təmin etmək gücündə deyildi. Bu islahatların sırasına XX əsrin ortalarında
N. S. Xruşovun, 60-cı illərin II yarısında isə A. Kosıginin təşəbbüsü ilə keçirilən islahatlar və s. daxil idi. Bundan
əlavə isə iqtisadiyyatın ayrı-ayrı sahələrində zaman-zaman keçirilən islahat xarakterli dəyişikliklərdə ümumi məntiq
olmadığından bu yarımçıq tədbirlər vəziyyəti daha da ağırlaşdırırdı. 6. (M.: TY BfflЭ, 2000. C. 446). XX əsrin
70-ci illərinin ortalarında ölkə həyatının bütün sahələrində böhran daha kəskin şəkildə özünü büruzə verməyə
başlayır, L. İ. Brejnev hakimiyyətinin "durğunluq" dövrü adını almış mərhələsində yaşanan bu böhran öz son
həddinə yüksəlir. Onun ölümündən sonra hakimiyyətin varisləri vəziyyəti əsaslı şəkildə dəyişmək, böhranı aradan
qaldırmaq, artıq konturları müşahidə edilən iflasın qarşısını almaq kimi mürəkkəb bir problem qarşısında
dayandıqlarını dərk edirdilər. İqtisadi böhranın dərinləşməsi, texnoloji geriliyin və qeyri-effektiv idarəetmənin
dəyişdirilməsi zərurətinin daha aşkar ortaya çıxması, silahlanmanın və soyuq müharibənin yaratdığı problemlər,
Kommunist ideologiyasının kəsərdən düşməsi, siyasi hakimiyyətdə yaranan boşluqlar və s. ölkəni dilemma
qarşısında qoyurdu. Ya əsaslı şəkildə bu problemlər aradan qaldırılmalı, ya da mövcud rejimin iflası ilə barışılmalı
idi. 7. (http://www.iarex.ru/ news/18716.html).
Belə bir vaxtda xarici amili diqqətdən qaçırmaq olmazdı. Tarix səhnəsinə çıxdığı gündən yeni ictimai-iqtisadi
sistem qalan dünya ilə düşmənçilik vəziyyətində olmaqla onunla ölüm-dirim müharibəsinə başlamışdı. Sovet
dövlətinin və onu ətrafında sonradan artaraq genişlənmiş sosialist dövlətlərinin bütün tarixi kapitalizm dünyası ilə
səngiməyən amansız mübarizə tarixi kimi səciyyəvidir. Bu iki bir-birinə düşmən olan, bir-birinin varlığını qəbul
etməyən iki fərqli sistemin əbədi müharibəsi sosializm nəzəriyyəsini yaradanlar tərəfindən də başlıca reallıqlardan
biri kimi qəbul edilirdi. Belə bir qarşıdurma şəraitində ölkənin bütün potensialının, o cümlədən iqtisadi
potensialının, bir əldə cəmlənərək səfərbər edilməsi və lazımi istiqamətə yönəldilməsi labüd xarakter daşıyırdı.
Xüsusən "soyuq müharibə" dövründə silahlanma prosesi ölkənin güc və maddi imkanlarının əksəriyyətini özünə
cəlb etməklə onu iflas təhlükəsi ilə üz-üzə qoyurdu. Bütün dünyada sosializmin maraqlarının təmin edilməsi,
sosializm düşərgəsinin ehtiyaclarının ödənilməsi, hərbi qarşıdurmada paritetin saxlanılmasına sərf edilən xərclər
nəticədə bu dövlətlərin iflasını şərtləndirirdi.
Qeyd olunduğu kimi, sistemin bu çatışmazlıqları L. Brejnev hakimiyyətinin son illərində daha da kəskinləşir.
İdeoloji cəhətdən ölkədə nihilist bir mühit formalaşır. Kommunist idealları dəyərdən düşdükcə cəmiyyətdə neqativ
tendensiyalar sürətlənir. "Nə vaxtsa biz başa düşəcəyik ki, faktiki olaraq biz yer üzündə yeganə ölkəyik ki, iyirmi
birinci yüzilliyə on doqquzuncu əsrin köhnəlmiş ideologiyası ilə daxil olmağa çalışırıq" - Sovet dövlətinin
liderlərindən birinin sözlərində mövcud vəziyyəti dəqiq ifadə edir. 8. (1990 r. C. 254.)
Cəmiyyətdə mövcud qanunlara, normalara etinasızlıq dərinləşir. İdarəçilikdə süründürməçilik, bürokratizm,
korrupsiya, dövlət malının talan edilməsi digər hallar gündəlik həyat normasına çevrilir. Xarici siyasətdə
uğursuzluqlar ölkənin nüfuzuna ağır zərbələr vurur. Xüsusən, Əfqanıstana qoşun yeridilməsi, dünyanın müxtəlif
regionlarında mənşəyi şübhəli olan rejimlərin ideologiya pərdəsi altında dəstəklənməsi, Sosializm düşərgəsinin
ayrı-ayrı dövlətlərində əhali ilə münaqişə həddinə gəlib çıxmış rejimlərə dəstək verilməsi sovet dövlətini təkcə
dünyanın digər ölkələrinin nəzərində deyil, həm də öz əhalisinin gözündə nüfuzdan salır, onun sosial dayaqlarını
sarsıdırdı.
Ölkə rəhbərliyi qarşısında nəhəng vəzifə dayanırdı. Bütün bu neqativ meyllərin qarşısı alınmalı, ictimai
həyatın bütün sahələrində əsaslı dəyişikliklər edilərək, köklü dəyişikliklərə nail olunmalı idi. Lakin bunu sovet
tarixi dövründə dəfələrlə edilməyə cəhd olunmuş kosmetik dəyişiklərlə və ya repressiv tədbirlərlə etmək mümkün
deyildi.
Bu gün SSRİ-nin və dünya sosializm düşərgəsinə daxil olan dövlətlərdə sosialist ictimai-iqtisadi və siyasi
mədəni sistemin dağılmasına, onun səbəblərinə münasibət birmənalı deyildir. Hələ də ictimai elmlər öz
axtarışlarında həmin dövlətlərin tarixinə, onların xarakterinə, siyasətlərinə, tarixdə oynadıqları rolun müsbət və
mənfi tərəflərinin nisbətinin güzgün müəyyənləş dirilməsinə qəti qərar vermək iqtidarında deyildir. Eyni zamanda
sosialist imperiyalarının süqutu nəticəsində xalqların azadlıq yoluna çıxması, yeni müstəqil dövlətlərin yaranması
hadisə və proseslərin qiymətləndirilməsində maraq və fikir ayrılıqlarını ortaya qoyur. Ən böyük həqiqət isə
bugünkü riallıqdır. Tarixi anı geriyə qaytarmaq və ya yenidə keçmək mümkün deyildir. Tarixə düzgün qiymət
verilməsi isə gələcək uğurlu inkişaf üçün vacibdir.
Qeydlər:
LMap^ K. , Энгельс Ф. Собрание сочинений. 2 издание. Т.7 С.261.
2. Троцкий Л. Перманентная ревалюция . Сборник. М.:2005.
3. Ленин В И. ПСС, Т.43, С. 19
4. Əliyev İ. Müstəqil Azərbaycan Respublikasında milli münasibətlər problemi. Tarix və onun problemləri,
2004, № 3. S. 64
5. (İ. Əliyev. Yeni iqtisadi siyasət: tarix və müasirlik. Tarix və onun problemləri, 2002, № l. s.79)
6. Kacтельс M. Информационная эпоха: экономика, общество, культура / Пер. с англ. Под науч. Ред.
О.И. Шкаратана. М.:ГУ ВШЭ, 2000. С. 446.
7. http://www.iarex.ru/ news/18716.html
8. Ельцин Б. Мемуары 1990 г. C. 254.
Dostları ilə paylaş: |