Şüalanma intevsivliyi



Yüklə 15 Kb.
tarix08.10.2017
ölçüsü15 Kb.
#3953

Şüalanma intevsivliyi.Enerji sıxlığı.

Elektromaqnit dalğası özü ilə enerji daşıyır.Elektromaqnit şüalanması selinin J sıxlığı Δt zaman ərzində şüalara perpendikulyar qoyulmuş S səthindən keçən ΔW elektromaqnit enerjisinin, bu S səthi ilə Δt zamanı hasilinə olan nisbətinə deyilir.

J= (1)

S=1m2 , Δt=1san olduqda, J=ΔW .Yəni elektromaqnit şüalanması seli sıxlığı vahid səthdən, vahid zamanda keçən enerjiyə bərabərdir.Şüalanma selinin sıxlığı BS-də



ilə ölçülür.

Şüalanma selinin sıxlığına bəzən dalğanın intevsivliyi də deyilir.Δt müddətində S səthindən keçən elektromaqnit dalğasının enerjisi doğuranı cΔt olan silindrin daxilindəki enerjiyə bərabərdir.(şəkil1)

Bu enerji silindrin həcmi ilə (ΔV=cΔtS) enerji sıxlığının (ω) hasilinə bərabərdir.

ΔW=ωcΔtS


Onda şüalanma selinin sıxlığı

J==ωc

olar.Yəni şüalanma selinin sıxlığı (intevsivliyi) elektromaqnit enerjisinin sıxlığının onun yayılma sürətinin hasilinə bərabərdir.

Enerji sıxlığı vahid həcmdəki elektomaqnit sahəsinin enerjisinə bərabərdir.



= (2)

Onun vahidi :

Elektromaqnit dalğalarını şüalandıran ən sadə mənbə nöqtəvi mənbədir.Belə mənbə bütün istiqamətlərdə eyni intevsivlikli dalğalar şüalandırır və mənbəyin ölçüləri onun təsirini öyrəndiyimiz məsafələrə nisbətən çox kiçikdir.Mərkəzi nöqtəvi mənbədə olan R radiuslu sfera çəkək.Sferanın səthinin sahəsi S=4πR2-dir. Mənbə Δt zaman ərzində bütün istiqamətlərdə ΔW qədər enerji şüalandırmışsa, onda

J= (3)

Nöqtəvi mənbəyin şüalanma selinin sıxlığı mənbədən olan məsafənin kvadratı ilə tərs mütənasibdir.

Elektromaqnit dalğalarını təcillə hərəkət edən yüklü zərrəciklər şüalandırır.Elektrik sahəsinin intevsivliyi və maqnit sahəsinin induksiyası şüalandıran zərrəciklərin təcili ilə, təcil isə rəqs tezliyinin kvadratı ilə düz mütənasibdir.

E~a~2 B~a~4

enerji sıxlığı isə



~(E2+B2)~4

Deməli, şüalanma selinin sıxlığı tezliyin dördüncü dərəcəsi ilə düz mütənasibdir.

J~4 (J~)

Nöqtəvi mənbəyin elektromaqnit şüalanmasının gücü

P=J=4R2J= (4)

Elektromaqnit dalğasının enerjisi elektrik və maqnit sahələrinin enerjiləri cəmindən ibarətdir.Bu sahənin enerjisi xüsusi bir kəmiyyətlə enerji sıxlığı ilə ifadə edilir.Enerji sıxlığı-vahid həcmə düşən elektromaqnit sahəsinin enerjisidir.



(5)

Vakuumda enerji sıxlığı



= (6)

Elektromaqnit dalğalarında elektrik və maqnit sahələrinin enerjiləri bir-birinə bərabərdir.



(7)

Onda


(8)

Elektromaqnit dalğasının xassələri

-Elektromaqnit dalğaları enerjiyə malikdir, vakuumda sonlu sürətlə yayılır, eninə dalğalardır, qayıtma və sınmaya məruz qalır.

-Elektromaqnit dalğaları keçirici naqillərə çatdıqda bir hissəsi udularaq, onlarda sürətlə dəyişən elektrik cərəyanı yaradır.

-Bir mühitdən başqasına keçdikcə dalğanın rəqs tezliyi dəyişmir, lakin onun yayılma sürəti və dalğa uzunluğu dəyişir.

Elektromaqnit dalğaları şkalası.

1.Radiodalğalar-dalğa uzunluğu 0,1 mm-dən 30000 m-ə qədər olan elektromaqnit dalğalarıdır.

2.İnfraqırmızı şüalanma- dalğa uzunluğu 10-4m ilə 10-6m arasında olan elektromaqnit dalğalarıdır.

3.Görünən işıq- dalğa uzunluğu 0,76-6m-dən 0,4-6m (414 Hs-dən 7,514 Hs-ə qədər) arasında olan elektromaqnit dalğarıdır.İnsan gözünün normal qəbul edə bildiyi şüalardır.

4.Ultrabənövşəyi şüalanma-dalğa uzunluğu 10-7m ilə 10-9m arasındakı elektromaqnit dalğalarıdır.

5.Rentgen şüalanması- 10-10m ilə 10-12m olan dalğa uzunluğuna malik elektromaqnit dalğalarıdır.

6. şüalanma- dalğa uzunluğu 10-12 ilə 10-14m arasındakı elektromaqnit dalğalarıdır.



Dalğa uzunluğu kiçildikcə, şüaların tezliyi və enerjisi artır.Bundan asılı olaraq, dalğalar arasında mühüm keyfiyyət fərqləri yaranır.
Yüklə 15 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə