Tarix və onun problemləri, №4 2014 46 sevda hüseynova tarix fakültəsi “Slavyan ölkələri tarixi”



Yüklə 46,9 Kb.
Pdf görüntüsü
tarix01.02.2018
ölçüsü46,9 Kb.
#23138


Qədim dövr və orta əsrlər 

Tarix və onun problemləri, № 4 2014 

 

46 


SEVDA HÜSEYNOVA  

Tarix fakültəsi “Slavyan ölkələri tarixi” 

kafedrasının dos.  

E-mail: sevda_huseynova@mail.ru  

 

ERKƏN SLAVYAN TARIXINDƏ ALMAN AMILI 

 

Açar sözlər: Slavyanlar, xristianlaşma, dövlət quruculuğu, kilsə sistemi, 

                      alman amili. 



Ключевая слова: славяне, хрестьянизация, государственное строительство, 

                       церковная система, германский фактор.  



Key words: Slavs, To be Christian, state-building, the church system, German factor                                                                                                                                               

                      

Slavyanların  Avropa  səhnəsində  görünməsi  alman  tayfalarına  nisbətən  daha  gecikmiş 

şəkildə baş verib. Onların ilkin məskunlaşması Visla və Dnepr çayları arası regionda baş verib 

ki, buradan da onlar Dnepr arxası torpaqlara, Qara dəniz sahili ərazilərə və Dunay sahillərinə 

hərəkətə başlayıblar.  

Alman  tayfaları  isə VI əsrdə  Baltik sahillərindən  cənuba  doğru  miqrasiyaya  başladıqda 

slavyan  tayfaları  da  Visla  və  Oderi  keçərək  Elbaya  qədər  uzanan  Baltik  sahillərində 

məskunlaşmağa başladılar (6, səh.29). Bundan sonra isə Baltik slavyanları adlanan bu tayfalar 

almanların  şimala  və  şərqə  doğru  ekspansiyasının  başladığı  andan  etibarən,  demək  olar  ki, 

daimi təzyiq və hücum hədəfinə çevrilmiş oldular.  

Qərb slavyanları olan çex və slovaklar (VI əsrdə) Çexiyanı, Moraviyanı və Slovakiyanı 

məskunlaşdırdılar, slovenlər isə Adriatik istiqamətində Alp dağlarına doğru sıxışdırıldılar. Bu 

dövrdə  Dunay  hövzəsində  möhkəmlənən  Avar  xaqanlığı  bir  sıra  slavyan  tayfalarını  öz 

hakimiyyəti  altına  saldı  ki,  VII  əsrdə  də  bu  tayfalar  işğaldan  azad  olaraq,  cənubi  slavyan 

dövlətləri olan Xorvatiya və Serbiyanın əsasını qoymuş oldular. Dunay və Balkanlar arasında 

yaşayan slavyanlar isə türk bolqar tayfaları ilə bir siyasi birlikdə birləşərək VII əsrdə Bolqar 

dövlətini yaratmış oldular. (6. səh.32) 

Digər  bir  slavyan tayfa  qrupu isə Visla  və  Oder  çayları boyu polab,  pomoryan və  serb 

slavyanları ilə qonşuluqda məskunlaşdılar ki, bunlar da polyaklar adlandırılmağa başladılar və 

X əsrdə ilk dövlətlərini yarada bildilər. (3. səh.14) 

Beləliklə,  slavyanların  erkən  tarixi  dramatik  hadisələr,  uğurlu  yürüşlər  və  slavyan 

hökmdarlarından asılı olmayan səbəblər üzündən həyata  keçməyən, reallaşmayan imkanlarla 

zəngin olmuşdur. 

Bu  baxımdan  alman  xalqının  tarixi  taleyi  daha  uğurlu  olmuşdur.  Bu  həm  də  onların 

slavyanlara nisbətən Avropa səhnəsində bir neçə əsr əvvəl təzahür etməsi faktı ilə də bağlıdır. 

Belə  ki,  onlar  bu  ərazilərdə  məskunlaşdıqdan  və  Roma  imperiyasının  qərb  sərhədlərini 

yardıqdan sonra onun çiçəklənən və zəngin əyalətləri olan Qalliya, İspaniya, İtaliya, Britaniya 

Almaniyanı  ələ  keçirərək,  bu  ərazilərdə  öz  krallıqlarını  yaradıb  təkamül  yoluna  qədəm 

qoymuşdular. (1. səh.42) 

Beləliklə, hələ slavyanlara  qədərki  bir dövr ərzində  almanlar  qərb  və  latın  mədəniyyəti 

sferasında  təzahür  edib,  xristianlığı  da  qəbul  edərək  xristian  Qərbində  həlledici  qüvvəyə 

çevrilmiş  oldular.  Yeni,  gənc  cəmiyyətin  bu  hərəkətverici  qüvvəsi  o  dərəcədə  güclü  və 

qüdrətli  idi  ki,  Qərbi  Avropa  kilsəsi  öz  təşkilatının  bir  sıra  elementlərinin  almanlaşmasına 

mane ola bilmədi. Bu özünü ən bariz şəkildə bütün alman torpaqlarında həyata keçirilən kilsə 



Qədim dövr və orta əsrlər 

Tarix və onun problemləri, № 4 2014 

 

47 

mülkiyyətinin yeni sistemində göstərirdi: indi kilsə və xristian məbədləri inşa etdirən kral və 

əyanlar nəinki onların sahibi elan edilirdilər, həm də bu dini təşkilatların nümayəndələri kimi 

ali  din  xadimlərini  seçmək,  təyin  etmək  hüququ  əldə  etmiş  oldular.  Bu,  indiyə  qədər  Roma 

imperiyasının  həm  qərb,  həm  də  şərq  hissəsində  kilsənin  qoruyub  saxladığı  və  riayət  etdiyi 

köhnə  roma  dini  ənənələrinin  təhlükəli  şəkildə  pozulması  demək  idi.  (8.  səh.84)  Həmçinin 

qərb xristianlığında bu yeni kurs Şərqi və Qərbi Avropa arasında yadlaşmanın əsasını qoymuş 

oldu.  


Alman  tayfaları  arasında  daha  güclüsü  olan  franklar  bu  yeni  sistemi  öz  dövlətlərinin 

dayaq bazasına çevirmiş oldular. Tezliklə Böyük Karlın rəhbərliyi altında öz imperiyalarının 

hakimiyyətini İspaniyadan Elbaya, Dunaydan Appeninə qədər yayaraq, Qərbdə hakim qüvvə 

rolunu və kilsə üzərində hamilik vəzifəsini öz üzərinə götürmüş oldular.  

Slavyanlar  içərisində  isə  xristian  dini  daha  ləng  yayılırdı.  Onlar  yalnız  IX  əsrdə  tam 

xristianlaşdırıldılar. Onu da qeyd etmək lazımdır ki, frank və roma missionerlərinin slavyanlar 

arasında  bizans  missionerləri  ilə  yanaşı  təbliğat  aparmasına  baxmayaraq,  tək  şərq  və  qərb 

slavyanları deyil, eləcə də cənub slavyanları Bizans mədəniyyəti və şərq xristianlığının təsiri 

altına düşürdülər. Mərkəzi Avropada qərb slavyanlarının ilk dövləti olan Böyük Moraviya IX 

əsrin  başlanğıcından  Bizans  mədəniyyətinin  çox  güclü  təsirinə  məruz  qalmışdır.  Moraviya 

hökmdarı  Rostislavın  dövründə  (846-870)  Bizansla  siyasi  və  mədəni  ittifaq  bağlanmışdı  ki, 

məhz  bu  alyans  da  Bizansa  frankların  Balkanlardakı  ekspansiyasını  dayandırmağa,  onun 

qarşısını almağa kömək etmiş oldu. (5, səh.58)  

IX  əsrdə  Moraviyada  bizanslı  missionerlərin  səyi  nəticəsində  xristianlığın 

möhkəmlənməsi, çox yəqin ki, tək slavyanların parlaq, güclü gələcəyi üçün deyil, bütün Qərb 

üçün  təkamül  yolu  açmış  olacaqdı.  Həmçinin  Moraviyada  Kiril  və  Mefodi  tərəfindən  dini 

ayinlərin doğma yerli dildə aparılması bir sıra xalqlar arasında xristianlığın sürətlə yayılmasını 

vəd  edirdi.  Bunlarla  yanaşı  Bizans  mədəniyyəti  kimi  latın  mədəniyyətinin  də  Moraviyaya 

nüfuz etməsi Şərqlə Qərb arasında qarşılıqlı anlaşma prosesinin müjdəçisi idi.  

Ancaq bu şərtlərin reallaşması üçün daha əlverişli şərtlər əsasında formalaşan bir mühit 

lazım idi. Belə ki, mövcud əlverişli şərtlər morav rəhbərləri tərəfindən frankların Moraviya və 

Dunaya girməsini dayandırmaq və papalığın köməyi ilə Şərqi frank (alman) kilsəsinin gücünü 

zəiflətmək məqsədi ilə istifadə olundu. Ancaq belə tez və asan məğlub edilmək üçün franklar 

həddindən artıq güclü idilər. Moraviyadakı yeni dövlət və mədəni hakimiyyət isə öz iradəsini 

diktə etmək üçün hələ çox gənc idi. Nəticədə isə tarix səhnəsinə  yeni gəlmiş bu  yeni dövlət 

906-cı  ildə  alman  qılıncı  ilə  vurularaq,  macar  atlarının  dırnaqları  altında  torpağa  gömülmüş 

oldu. (5, səh.69)  Nəticədə  isə Qərbi  Avropa  üçün  qüdrətli Bizans  mədəni sərvətinə  çıxış bir 

daha  bağlanmış  oldu.  Mərkəzi  Avropanın  yeni  fatehləri  olan  macarlar  Dunay  hövzəsində 

möhkəmlənərək  qərbi  və  şərqi  slavyan  qrupları  arasında  möhkəm  sədd  yaratmış  oldular. 

Çexiya  isə  Şərqi  Frank  imperiyasına  birləşdirilərək  fəlakətdən  xilas  oldu  və  Böyük 

Moraviyanın nailiyyətlərinin varisinə çevrildi. 

Beləliklə slavyanlar Mərkəzi Avropada həlledici siyasi və mədəni amil olmaq imkanını 

itirmiş oldular. Liderlik Frank imperiyasının şərq hissəsinə - Almaniyaya keçdi. Elba və Oder 

arasında yaşayan slavyanlar bu dəyişikliyin nəticələrini ilkin hiss edənlərdən oldular. Onların 

torpaqlarının  I  Henrix  (919-936)  və  I  Otton  (936-973)  tərəfindən  işğalı  və  alman  kilsə 

sisteminin  tətbiqi  qərb  slavyanlarının  təkcə  müstəqilliyini  deyil,  bütövlükdə  mövcudluğunu 

təhlükə altında qoymuşdu. (2, səh.128) 

Slavyanlarla  almanlar  arasında  düşmən  münasibətlərin  əsası  belə  qoyuldu  ki,  bu  da 

yüzilliklər  boyu  davam  etmişdir.  Tale  slavyanların  böyük  polyak  hökmdarı  II  Boleslavın 



Qədim dövr və orta əsrlər 

Tarix və onun problemləri, № 4 2014 

 

48 


dövründə (992-1018) Polşa və Çexiyanı bir alyansda birləşdirmək yolu ilə öz imperiyalarını 

yaratmaq cəhdlərinə kömək etmədi. Belə bir vəziyyət isə almanların Şərqə doğru hücumunun 

və qərb mədəniyyətinin çex və polyaklar arasında daha sürətlə nüfuz etməsinin yeni fazasının 

başlanmasına səbəb oldu.  

Papalıq da almanların təhlükəli kilsə mütləqiyyəti sistemini və dövlət kilsəsinin nüfuzunu 

zəiflətmək  üçün  yeni  addımlar  atmağa  başladı.  Ancaq  papa  VII  Qriqorinin  Almaniyanı 

düşmən dövlətlər həlqəsi ilə mühasirə etmək planı çex knyazı Bratislavın bu plandan imtina 

etməsi  nəticəsində  baş  tutmadı.  (7,  səh.101)  Belə  ki,  çex  knyazı  imperator  IV  Henrixə 

sədaqətini pozmayaraq, papanın planının iflasa uğramasına səbəb oldu. Bununla da almanlara 

Baltik  və  Elba  slavyanları  arasında  öz  pozisiyasını  möhkəmləndirmək  üçün  yeni  imkan 

verilmiş  oldu.  Bütün  bunların  nəticəsində  isə  məşhur  alman  hersoqları  Henrix  və  Albrext 

tərəfindən Polşada Tevton ordeni yaradıldı və sonra da yeni alman koloniyalarının – Berlin və 

Prussiya - əsası qoyuldu. (2, səh.120) 

Bu hadisələrin nəticəsi isə ondan ibarət oldu ki, qərb slavyanları roma-latın mədəniyyəti 

sferasına daxil edildilər. Bizans mədəniyyəti təsiri isə daha uğurlu şəkildə şərq slavyanları  – 

ruslar arasında yayılaraq, özünü təsbit etmişdir. Belə ki, IX əsrdə təşəkkül tapan Kiyev feodal 

dövlətinin  paytaxtı  Kiyev  şəhəri  Bizans,  Qərb  dünyası,  xüsusilə  Almaniya  və  Skandinaviya 

arasında əsas ticarət mərkəzinə çevrilmişdi. Burada Bolqarstan və Çexiyadan gətirilən slavyan 

ədəbiyyatı  ruhu  ilə  qidalanan  bir  mədəniyyət  inkişafa  başlasa  da,  digər  tərəfdən  Bizans  din 

xadimlərinin  Şərqi  Bizans  teologiyasını  təbliğ  etməsi  rusların  bu  metodologiyaya 

yiyələnməsinə  səbəb  oldu.  (4,  səh.83)  Beləliklə  şərq  slavyanları  sivilizasiyanın  inkişaf  edən 

mərhələsinə  qədəm  qoydular.  Ancaq  bu  yenicə  intişar  tapan  slavyan-pravoslav 

sivilizasiyasının  və  xristianlığının  Bizans  xarakterinə  baxmayaraq,  Kiyev  dövləti  özünü 

Avropanın bir hissəsi hesab edərək latın Qərbi (xüsusilə Almaniya) ilə sıx əlaqə saxlamışdır.  

Bütün  sadalanan  faktların  təhlili  sonda  bu  nəticəyə  gəlməyə  imkan  verir  ki,  Qərbi 

Avropaya  daha  yaxın  və  sürətli  şəkildə  alman  tayfalarının  hakimiyyəti  altına  düşən  qərb 

slavyanlarının erkən tarixində alman amili isə bizans amili, şərq və cənub slavyanlarınınkında 

isə bizans amili güclü təsirə malik olmuşdur. 

 

Ə D Ə B I Y Y A T   S I Y A H I S I 

 

1.

 



Данилевский Н.Я.  Россия и Европа. М., 1991 

2.

 



Дворник Ф.  Славяне в европейской истории и цивилизации. М., 2001 

3.

 



Дыбковская А., Жарынь М., Жарынь Я. История Польши. С 

       древнейших времен до наших дней. Варшава, 1995 

4.

 

Седов В.В. Славяне в Ранее Средневековье. М., 1995 



5.

 

Лаптева Л.П.  История Чехии периода феодализма. (V век - 1648), 



        М., 1993 

6.     Вопросы этногенеза и этнический истории славян и восточных 

        романцев. М., 1976 

7.     Флоря Б.Н.  Отношения  государства и церкви у восточных и 

        западных славян. Эпоха средневековья. М., 1992 

8.     Принятия христианства народами Центральной и Юго-Восточной 

        Европы и крещение Руси. М., 1983 

 

 




Qədim dövr və orta əsrlər 

Tarix və onun problemləri, № 4 2014 

 

49 

                 С.Б.ГУСЕЙНОВА  



Доцент кафедры «История славянских стран»  

                    Исторического факультета  

 

ГЕРМАНСКИЙ ФАКТОР В РАННЕСЛАВЯНСКОЙ ИСТОРИИ 

 

В  статье  повествуется  о  появлении  славян  на  европейской  сцене  и  их 

специфических  особенностях  в  период  их  ранней  истории.  Одной  из  особенностей 

процесса  становления  ранних  государств  условиях  эволюции  их  культуры  является 

влияние  германского    фактора.  Анализ  исторических  факторов  показал  что,  еще  в 

дославянский  период  германцы,  попав  под  влияние  западной  и  латинской    культуры, 

превратились в решающую силу западного христианства и позже оказали значительное 

влияние  на  весь  славянский  мир.  В  конце  статьи  сделаны  выводы  о  том  что, 

раннефеодальной  период,  в  результате  развития  исторических  процессов  в  Европе, 

западные  славяне  попали  под  влияние    римской  и  латинской  культуры,  южные  и 

восточные славяне под влияние Византийской цивилизации.  

                                             

 

S.B.HUSEYNOVA  

Faculty of History 

                 Chair of "History of Slavic" dos.  

 

                        GERMAN FACTOR IN EARLY HISTORY OF SLAVIC            

        

The article deals with the main specific historical character Slav  and their going out to 

the European stage. Like one of these feature we can show the attention of German factor  has 

been in the centre of Slavs cultural evolution and  in the building of their primary state. The 

analysis of the facts show that until Slavs in during German have been appearing in the Latin 

sphere  turned to the decisive strengths in the Christian west. And then has begun to penetrate 

to  the  Slav  world.  Undertaking  becoming  Christian  of  the  Slavs  and  fighting  for  this  with 

Byzantine  German empire also have affirmed political authorities over the west Slavs. At the 

end of, such result have been got in the result of course of historical events in Europe in the 

time of early feudalism the west Slavs fall under influence of the Pope and Latin cultural but 

the east Slav fall under influence of Byzantine civilization. 

  

Reyçilert.ü.f.d., dos. A.H.Cəlilov, t.ü.e.d., prof. İ.Məmmədov 



BDU Tarix fakültəsinin “Slavyan ölkələri tarixi” kafedrasının 13 moyabr 2014-cü il tarixli 

iclasının qərarı ilə çapa məsləhət görülmüşdür (protokol N3) 

 

Yüklə 46,9 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə