Ünvan: ISR Plaza, Nizami küç. 69 AZ 1000 Bakı
Azərbaycan
Poçt:P.O. Box 28/29 AZ 1005 Bakı Azərbaycan
Telefon:00994-12-4654127
Telefaks: 00994-12-4654125
Email:
visa@baku.diplo.de
İnternet: www.baku.diplo.de
Aktuallaşdırılmışdır: Noyabr 2017
Milli viza üçün məlumat vərəqəsi
Könüllü fəaliyyət (volontyor xidməti) üçün
Siz Almaniyada sosial iş ilə məşqul olmaq istəyirsiniz? Onda Siz Könullülərin Sosial İlin (FSJ) ,və
ya Ekoloqiya könüllərin ilinin proqramı (FÖJ), Federal Könullülər Xidmətinin Proqrammının(BFD)
imkanlarından 27 yaşa çatmayan vətandaşlar istifadə edə bilər. Sizin iş saatınız orta işçinin tam iş
saatına uyğun olmalıdır və Siz yalnız nəzarət altında yardımçı fəaliyyəti ilə məşqul ola bilərsiniz.
Qalma mqddəti 6 aydan 24 aya qədər ola bilər.
Viza almaq üçün aşağıdakı sənədlər tələb olunur:
Etibarlı və ən azı 2 boş səhifəsi olan xarici pasport + şəkil olan səhifə və əvvəlki şengen
vizaları, möhürləri və qeydləri olan səhifələrin 2 ədəd surəti
Şəxsiyyət vəsiqəsi +ön və arxa səhifələrin (Original +2 ədəd surəti)
2 ədəd Alman dilində tam şəkildə doldurulmuş və şəxsən imzalanmış viza üçün ərizə
forması (viza şöbəsindən və ya
www.baku.diplo.de
internet səhifəsindən əldə edə bilərsiniz)
Ərizə formasının üzərinə yapışdırılmış 2 ədəd biometrik pasport şəkli (3,5x4,5, 6 aydan
köhnə olmamalı)
Yaşamaq haqqında qanunun §54-na əsasən viza rəsiləşdirilməsi prosesində saxta
məlumatlara dair 2 ədəd imzalanmış bəyanat (viza şöbəsindən və ya
www.baku.diplo.de
internet səhifəsindən əldə edə bilərsiniz)
Almaniyada könüllü fəaliyyətin həyata keçirlməsinə dair müqavilə/razılaşma.
Original+2
ədəd surət. Qalma yeriniz, işləmə saatları, işlədiyiniz sahə, alacağınız məvacib, məs.
qidalanma xərcləri , qalacağınız yer haqqında məlumatlar müqavilədə göstərilməlidir.
Peşə fəaliyyəti barədə tərcümeyi-hal(CV), diplomlar, sənədlər və s. alman dilinə tərcüməsi
və notariusda təstiqi ilə birlikdə Original+2 ədəd surət
Könüllü fəaliyyətin Sizin peşəniz üçün perspektivlərinin qeyd olunduğu alman dilində
motivasiya məktubu Original+2 ədəd surət
75 Avro viza rüsumu, sənədləri verilmə zamani avro ile nağd ödənilir.
Federal ölkədə könüllü fəaliyyət üçün aşağıdakılar nəzərə alınmalıdır:
Sizin müqaviləniz həm Sizin tərəfinizdən, həm də Federal Ailə və Vətəndaş Cəmiyyəti məsələləri
üzrə İdarə habelə fəaliyyət yeri, mərkəzi idarə və könüllü fəaliyyəti həyata keçirən qurum
tərəfindən imzalanmış olmalıdır.
Sizin müqavilənizin və ya fəaliyyət yerinin digər təsdiqləyici sənədində yaşayacaqınız yer və
qidalanma xərcləri haqqında heç bir məlumat olmadığı təqdirdə xahiş olunur yaşayışınızın
təminatını təsdiq edəcək əlavə sənədlər təqdim edin.
Alman dili bilikləriniz olmadığı halda Sizdə dəvət edən tərəfindən bu dil biliklərinə ilkin
mərhələdə ehtiyac olmadığı və ölkəyə gəldikdən sonra dil kursuna gedə biləcəyinizi təsdiq edən
sənəd olmalıdır
Tibbi sığortanız hələ yoxdursa, viza ilə bağlı müsbət qərar olduğu halda Sizə viza təqdim
edilməmişdən əvvəl səfər müddəti üçün (ölkəyə daxil olduğunuz vaxtdan könüllü fəaliyyətə
başlayacağınıza qədər) ödənişinin minimal həddı 30.000 avro və ya 50.000 ABŞ dolları olan
səyahət sığorta haqqında sənədi səfirliyə təqdim etməlisiniz.
Diqqət
Təqdim edərkən sənədlərin tam şəkildə toplanmasına diqqət yetirin! Natamam təqdim
edilmiş sənədlər geri qaytarila bilər və ya ərizəniz təqdim olunan sənədlər əsasında baxilacaq.
Bütün sənədlər original ve her sənədin 2 ədəd sürəti təqdim olunmalidir (Istisna: dəvətnamə, əgər
email ile pdf formatında göndərilibsə)
Xarici dildə olan bütün sənədlər alman dilinə tərcümə və notariusda təstiq olunmalıdirlar.
Xahiş edirik, sənədlərin qəbul gününü internet vasitəsilə vaxtında təyin edəsiniz.Görüşlər yalnız
bizim online sistem vasitəsi ilə təyin oluna bilər (linki bizim internet saytimizda tapa bilərsiniz)
Milli viza üçün görüşlər adətən bir neçə həftələr öncə tutulduğuna görə əvvəlcədən təyin
olunmasına məsləhət görürük.
Əlavə xərclər, məsələn kseroks və faks xərclərisi ərizəçi tərəfindən ödənilir.
Ərizələr bir qayda olaraq şəxsən təqdim olunmalıdır.
Sənədlər tam şəkildə təqdim edilməsi avtomatik olaraq vizanın verilməsi demək deyildir. Bundan
başqa səfirlik ayrı-ayrı hallarda digər sənədlər də tələb edə bilər.
Bütün sənədlər (məlumat vərəqələri və ərizə formaları / anketlər) səfirlikdə pulsuz verilir.
Xahiş olunur, yalnız bir başa səfirlikdən və ya internet səhifəsindən götürdüyünüz anketlərdən
istifadə edəsiniz.
Səfirlik kənarda xidmət gostərən təşkilatlarla işləmir.
.