1
«
Təsdiq edilmişdir»
“Bakı Fond Birjası” QSC-nin
İdarə Heyəti
Protokol № 08
“30” dekabr 2015-ci il
Sədr ______________ F.Əzizov
BAKI FOND BİRJASINADA
QİYMƏTLİ KAĞIZLAR VƏ TÖRƏMƏ MALİYYƏ ALƏTLƏRİ ÜZRƏ
TİCARƏTİN TƏŞKİLİ VƏ KEÇİRİLMƏSİ
QAYDALARI
I HİSSƏ: ÜMUMİ MÜDDƏALAR
Maddə 1
QAYDALARIN MƏQSƏDİ VƏ TƏTBİQİ DAİRƏSİ
1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, “Qiymətli Kağızlar Bazarı
haqqında Qanun”a və Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi
(bundan sonra - QKDK) tərəfindən qəbul edilmiş normativ-hüquqi aktlara, “Bakı Fond
Birjası” QSC-nin (bundan sonra - Birja) nizamnaməsi, daxili qaydalarına uyğun
hazırlanmışdır.
1.2. Bu Qaydalar “Bakı Fond Birjası” Qapalı Səhmdar Cəmiyyətində (bundan sonra – Birja)
qiymətli kağızlarla və törəmə maliyyə alətləri ilə ticarətin təşkili, keçirilməsi və
tənzimlənməsi qaydalarını müəyyən edir.
Maddə 2
ƏSAS ANLAYIŞLAR
2.1 Bu Qaydaların məqsədlərinə görə onda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları
ifadə edəcəkdir:
2.1.1. Birja üzvü - Müraciət əsasında Birjanın daxili qaydalarına uyğun olaraq Birja
ticarətində bilavasitə iştirak etmək hüququna malik olan, öz adından öz hesabına və öz
adından müştərilərinin hesabına fond birjasında ticarətdə iştirak etmək üçün qanunvericiliyə
2
müvafiq olaraq QKDK tərəfindən müvafiq lisenziyaya sahib olan investisiya şirkətidir. Birja
üzvləri hüquqi şəxslərdir;
2.1.2. Səlahiyyətli treyder – Birja üzvünün işçisi olub, QKDK tərəfindən verilmiş müvafiq
ixtisas şəhadətnaməsinə malik olan, ticarət iştirakçısının adından Birjada sifarişlərin elan
edilməsi və əqdlərin həyata keçirilməsi üçün səlahiyyət verilmiş Akkreditə şəhadətnaməsinə
malik şəxsdir;
2.1.3. Ticarət sistemi - Birjanın proqram təminatı, verilənlər bazası, telekommunikasiya
sistemləri və digər avadanlıqlarından ibarət olmaqla, həm bilavasitə birjanın ticarət zalında,
həm də ondan kənarda (daxil olmaq üçün terminal vasitəsi ilə) birja əməliyyatları və
əqdlərinin həyata keçirilməsi üçün zəruri olan məlumatları təmin etmək, saxlamaq, işləmək və
açıqlamaq imkanı verən proqram təminatı və kompüter şəbəkə sistemidir;
2.1.4. Listinq qiyməti (ilkin ticarət qiyməti) – Birjada listinqdən keçmiş qiymətli kağızların
ilk dəfə olaraq ticarətə buraxıldığı qiymətdir. Listinq qiyməti (ilkin ticarət qiyməti) aşağıdakı
qaydada təyin olunur:
a) qiymətli kağızların kütləvi təklif olunduğu qiymət;
b) qiymətli kağızlar digər tənzimlənən
bazarda listinqdə olduqda, onların bu bazarda ticarət
olunduğu qiymət (manat ekvivalentində);
c) bu bəndin “a” və ya “b” yarımbəndlərinə müvafiq olaraq, qiymətli kağızların ilkin ticarət
qiymətini təyin etmək mümkün olmadıqda, bu qiymət qiymətli kağızların listinqə daxil
edilməsi üçün müraciət etmiş şəxs tərəfindən təyin edilir.
2.1.5. İstinad qiyməti
–
Birjada ticarətə buraxılmış qiymətli kağızlar və törəmə maliyyə
alətləri üzrə bu Qaydaların 6-cı bəndi ilə müəyyən edilən qiymətdir;
2.1.6. Orta çəkili qiymət – Ünvanlı əqdlər istisna olmaqla, Birjada ticarətə buraxılmış hər
bir qiymətli kağız və törəmə maliyyə aləti üzrə müəyyən dövr ərzində bağlanılmış əqdlərin
qiymətinin, bu əqdlərin bağlanıldığı qiymətli kağız və törəmə maliyyə aləti üzrə ümumi
əqdlərin həcmində çəkisini nəzərə almaqla hesablanan riyazi ortasıdır;
2.1.7. Açılış qiyməti – Ünvanlı əqdlər istisna olmaqla, ticarət günü ərzində Birjada ticarətə
buraxılmış hər bir qiymətli kağız və törəmə maliyyə aləti üzrə bağlanılmış ilk əqdin
qiymətidir. Ünvanlı əqdlər istisna olmaqla, ticarət günü ərzində hər hansı bir qiymətli kağız və
ya törəmə maliyyə aləti üzrə əqd bağlanılmadıqda bu qiymətli kağız və ya törəmə maliyyə
aləti üzrə açılış qiyməti təyin edilə bilməz;
2.1.8. Bağlanış qiyməti – Ünvanlı əqdlər istisna olmaqla, ticarət günü ərzində Birjada
ticarətə buraxılmış hər bir qiymətli kağız və törəmə maliyyə aləti üzrə bağlanılmış sonuncu
əqdin qiymətidir. Ünvanlı əqdlər istisna olmaqla, ticarət günü ərzində hər hansı bir qiymətli
kağız və ya törəmə maliyyə aləti üzrə əqd bağlanılmadıqda bu qiymətli kağız və ya törəmə
maliyyə aləti üzrə bağlanış qiyməti təyin edilə bilməz;
3
2.1.9.
Lot ölçüsü –
Bir sifarişdə göstərilə bilən qiymətli kağızların və ya törəmə maliyyə
alətlərinin minimal sayıdır. Bütün sifarişlər bu Qaydalarla müəyyən edilmiş lot ölçüsündə
təqdim edilir;
2.1.10.
Qiymət addımı
–
Birjada ticarətə buraxılmış qiymətli kağızlar və törəmə maliyyə
alətləri üzrə Birja tərəfindən müəyyən edilmiş minimal qiymət dəyişikliyidir;
2.1.11. Rəqabətli sifariş – alınacaq istiqrazların qiymətini və miqdarını özündə əks etdirən
istiqrazların hərrac qaydasında yerləşdirilməsi və geriyə alışı zamanı istifadə olunan
istiqrazların emitentinin adından çıxış edən birja üzvünə ünvanlanmış bazar qiymətli
sifarişdir;
2.1.12. Qeyri-rəqabətli sifariş – alınacaq istiqrazların məbləğini özündə əks etdirən
istiqrazların hərrac qaydasında yerləşdirilməsi və geriyə alışı zamanı istifadə olunan
istiqrazların emitentinin adından çıxış edən birja üzvünə ünvanlanmış bazar qiymətli
sifarişdir;
2.1.13.
Sifarişlər kitabı – Birjada ticarətə buraxılmış hər bir qiymətli kağız və törəmə
maliyyə aləti üzrə ticarət sisteminə daxil edilmiş sifarişlərin və kotirovkaların sistemli şəkildə
qeydiyyata alındığı və bu Qaydalara müvafiq olaraq vaxt və qiymət prinsipi ilə icra üçün
sıralandığı, qeydiyyata alınmış sifarişlərin və kotirovkaların məcmu şəkildə və ayrı-ayrılıqda
davamlı olaraq əks olunduğu elektron yazıların məcmusudur. Sifarişlər kitabında sifariş və ya
kotirovkaları təqdim etmiş birja üzvü barədə məlumat qeyd olunmur. Ticarət iştirakçılarının
sifarişlər kitabına çıxışı bu Qaydalara müvafiq şəkildə təmin edilir;
2.1.14.
Ən yaxşı qiymət – Alış istiqamətli sifarişlər (kotirovkalar) üzrə ən yüksək alış
qiyməti, satış istiqamətli sifarişlər (kotirovkalar) üzrə ən aşağı satış qiymətidir;
2.1.15. Ticarət günü
–
Birja tərəfindən qeyri-ticarət günü olaraq elan edilməmiş iş günüdür.
Birjada ticarət xarici bazarlarda ticarət olunan baza aktivləri ilə təşkil olunduqda, ticarət
günləri bu bazarlarda tətbiq edilən iş günləri olaraq qəbul edilir;
2.1.16. Ticarət saatları – Birjada ticarət günün ticarətin keçirildiyi hissəsidir;
2.1.17. Ticarət təqvimi
–
Ticarət və qeyri-ticarət günlərinin Birjanın İdarə Heyəti tərəfindən
təsdiq edilən siyahısıdır;
2.1.18. Ticarət reqlamenti – Birjada ticarət saatlarını və ticarət fazalarının başlama və bitmə
vaxtını əks etdirən Birjanın İdarə Heyəti tərəfindən təsdiq edilən sənəddir;
2.1.19. Ticarət üsulu
–
Birjanın ticarət sistemi vasitəsi ilə bu Qaydalara uyğun olaraq
sifarişlərin uzlaşması yolu ilə əqdlərin bağlanılması üsuludur;
2.1.20. Ticarət fazası – ticarət üsulunu tətbiq etməklə ticarətin təşkil olunduğu ticarət
reqlamenti ilə müəyyən edilən dövrdür;