Təsdiq edirəm: Direktor:Şıxıyev T. IX sinif Həyat bilgisi Böyük Summativ Qiymətləndirmə № a variantı Adı: Soyadı: Tarix



Yüklə 14,55 Kb.
tarix18.05.2023
ölçüsü14,55 Kb.
#111036
9-h b -2bsq


Təsdiq edirəm: Direktor:Şıxıyev T.


IX Sinif Həyat bilgisi
Böyük Summativ Qiymətləndirmə № 2. A variantı


Adı:__________________Soyadı:___________________Tarix:__________


1. Sosial proseslərin aktiv iştirakçısı ......(15bal)
İnsan cəmiyyətdə baş verən hadisələrə münasibət bildirir / onları fəal şəkildə müdafiə edir.
Seçkilərdə seçici / namizəd kimi iştirak edir.
Dövlətin öhdəliklərinin müəyyənləşməsində iştirak edir / yerinə yetirir.
Sosial proseslərin gedişatına təsir edir / sanki müşahidəçisinə çevrilir.


2. Uyğunluğu müəyyən edin: (10bal)
1.Mülki hüquq a) Partiya yaratmaq və onun fəaliyyətində iştirak etmək hüququ
2.Prosessual hüquq b) Hörmət edilmək və şəxsi ləyaqət hüququ
3.Siyasi hüququ c) Referendum keçirmək hüququ

3.Dini dözümlülüklə bağlı ilk sənəd hesab olunur? (5bal)


A) 1995-ci ildə isə UNESCO Baş konfransının öz sessiyasında dözümlülük prinsiplərinə dair qəbul etdiyi bəyannamə
B) 1948-ci ildə qəbul edilmiş İnsan Hüquqlarına dair Ümumi Bəyannamə
C) 1648-ci ildə imzalanmış Vestfal sülhü


4. “Əsas insan və vətəndaş hüquqları və azadlıqları” başlığı altında Azərbaycan Respublikası Konstitusiyasında hansı fəsil və maddələr verilmişdir? (5bal)
a) 3-cü fəsil 56-cı maddə b) 3-cü fəsil 24-71-ci maddələr c) 24-cü fəsil 3-10-cu maddələr d) Bu başlıqla Avropa Konvensiyasında fəsil vardır. e) Konstitusiyamızda heç bir fəsil bu başlıqla verilməmişdir.


5.Verilmiş bu kəlamın müəllifi kimdir? (10bal)
``Tolerantlıq, dözümlülük çox geniş anlayışdır.O həm insani münasibətlərin,həm də dövlətlərarası, millətlərarası,dinlərarası münasibətlərin bir çox cəhətlərinə aiddir... O təkcə dinlərin bir-birinə dözümlülüyünü deyil,həm də bir-birinin adətlərinə,mənəviyyatına dözümlülük,mədəniyyətlərə dözümlülük deməkdir``.
A) İlham Əliyev B) Heydər Əliyev C) Mehriban Əliyeva


6.İnsanın sosial proseslərdə iştirakına materialist yanaşmaya aid olanları seçin: (10bal)
a) Cəmiyyətdə baş verən hər şey insandan yox,onun ideyasından asılıdır.
b) Sosial prosesdə insanın fəaliyyəti deyil,ona münasibəti başlıca rol oynayır.
c) İnsanın mənəviyyatı,iradəsi,baxışları ictimai istehsaldan asılıdır.
d) İnsanların sosial statusu onların əmək fəaliyyətindən asılıdır.
e) Mənəvi sahə insanların sosial proseslərdəki inkişafını böyük mədəniyyətlərin yaranmasına qədər inkişaf etdirə bilər


7. Hansılar vətəndaş cəmiyyətini formalaşdırmayanları seçin: (5bal)
a) nazirlər b) həmkarlar ittifaqları c) dövlət müəssisələri d) qeyri-hökumət təşkilatları e) AzTV f) ATV


8. İqtisadi səmərəlilik nə vaxt yüksəlir? (5bal)
A) Standartlarda nəzərdə tutulmuş məmulatların keyfiyyəti, texniki səviyyəsi qiymətlərlə xarakterizə olunduqda
B) Elmi –texniki tərəqqinin sürətlə inkişaf edib qiymətləri də tənzimləndikdə C) Resurslardan səmərəli istifadə, iqtisadi artım üçün əhali daim işlədikdə.


9. Uyğunluğu müəyyən edin: (15bal)
1.Milli mədəniyyət _________________________
2. Qlobal-bəşəri mədəniyyət___________________

a) kəlağayı b) sari c) cins şalvar ç) “Arşın mal alan” filmi d) muğam e) rep musiqi


ə) hamburger f) piti


10. Xronoloji ardıcıllığı müəyyən edin: __________________________(20bal)

1.H.Əliyevin Roma papası II İohann Pavellə Vatikanda görüşü


2.Poma papasının Azərbaycana səfəri
3.Azərbaycanda katolik icmanın təsisi
4.Katolik kilsəsinin tikilişi


Bal________________Qiymət_______________Müəllim______________
Yüklə 14,55 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə