TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ VƏ QƏZETİN REDAKSİYA HEYƏTİ
№ 263 (28356) 27 noyabr 2016-cı il, bazar
Qəzet 1919-cu ildən nəşr edilir
www.xalqqazeti.com
Mavritaniya İslam
Respublikasının Prezidenti
zati-aliləri cənab
Məhəmməd uld Əbdüləzizə
Hörmətli cənab Prezident!
Mavritaniya İslam Respublikasının milli bayramı –
Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı
öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik
edirəm.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə
uğurlar, dost Mavritaniya xalqına sülh və firavanlıq
arzulayıram.
Hörmətlə,
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 25 noyabr 2016-cı il
Albaniya Respublikasının
Prezidenti zati-aliləri
cənab Buyar Nişaniyə
Hörmətli cənab Prezident!
Albaniya Respublikasının milli bayramı – Müstəqillik
Günü münasibətilə Sizə və xalqınıza ən səmimi
təbriklərimi çatdırıram.
Əminəm ki, Azərbaycan ilə Albaniya arasındakı
dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan
sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı,
işlərinizdə uğurlar, dost Albaniya xalqına daim
əmin-amanlıq və rifah diləyirəm.
Hörmətlə,
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 25 noyabr 2016-cı il
İran İslam Respublikasının
Prezidenti zati-aliləri
cənab Həsən Ruhaniyə
Hörmətli cənab Prezident!
Semnan vilayətində baş vermiş dəmir yolu qəzası
nəticəsində insanların həlak olması xəbəri məni olduqca
kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə
və yaxınlarına, bütün İran xalqına öz adımdan və
Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir,
yaralananlara şəfa diləyirəm.
Allah rəhmət eləsin!
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 26 noyabr 2016-cı il
Kuba Respublikası
Dövlət Şurasının və Nazirlər
Şurasının Sədri zati-aliləri
cənab Raul Kastro Rusa
Hörmətli cənab Sədr!
Kuba Respublikası Dövlət Şurasının və Nazirlər Şura-
sının keçmiş Sədri, görkəmli dövlət xadimi və ictimai-
siyasi xadim, qardaşınız Fidel Kastro Rusun vəfatı xəbəri
məni olduqca kədərləndirdi.
Bu ağır itki ilə əlaqədar Sizə, ailənizin bütün
üzvlərinə, dost Kuba xalqına öz adımdan və Azərbaycan
xalqı adından dərin hüznlə başsağlığı verirəm.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 26 noyabr 2016-cı il
Dövlət müstəqilliyimizin bərpasının
25 illiyi və ulu öndər Heydər Əliyevin siyasi kur-
sunun əsrin dörddən birinə bərabər olan bu
müddətdə xalqımıza, milli dövlətçiliyimizə bəxş
etdiyi töhfələr barədə qələmə aldığımız yazıda 20 il
fərqlə – müxtəlif dövrlərdə söylənilmiş nitqlərdən
iqtibas gətirməyimiz təsadüfi deyildir. Çünki bu iki
sitat müstəqilliyimizin bərpasından keçən müddətdə
ölkə həyatında baş vermiş dəyişikliklərin xarakterizə
edilməsi baxımından kifayət qədər əhəmiyyət kəsb
edir. Sitatlardan da görürük ki, ulu öndərin qar-
şısında duran bir nömrəli vəzifə ölkəmizin dövlət
müstəqilliyinin əbədiləşdirilməsi idi. Prezident İlham
Əliyevin məqsədi isə suverenliyi əbədiləşdirilmiş
gənc müstəqil Azərbaycanı dünyanın aparıcı
dövlətlərinin sırasına çıxarmaqdır. Qətiyyətlə və
birmənalı şəkildə deyə bilərik ki, hər iki siyasətçi
xalqımızın taleyi ilə bağlı olan həmin məqsədlərə
yüksək səviyyədə nail olmuşdur.
Heydər Əliyev bir əsrdə
ikinci dəfə əldə etdiyimiz dövlət
müstəqilliyimizin növbəti dəfə
əldən getməməsi üçün Yeni
Azərbaycan Partiyasını yaratdı və
cəmiyyətin aparıcı siyasi qüvvəsinə
çevirdi. O, xaos və anarxiya
girdabına salınmış, vətəndaş
müharibəsinə sürüklənmiş, bir
tərəfdən, erməni işğalçıları,
digər tərəfdən, daxili seperatçılar
tərəfindən parçalanmaqda olan,
iqtisadiyyatı tamamilə çökdürül-
müş, əhalisi yavan çörəyə möhtac
qalmış respublikanın taleyinə
acıyan ziyalıların israrlı çağırış
və tələbləri ilə siyasi hakimiyyətə
qayıdanda çiynini nə qədər ağır bir
yükün altına verdiyini çox yaxşı bi-
lirdi. Ancaq ürəyi daim öz xalqının
yanında olan lider bu çağırışlara
“yox!” deyə bilməzdi. Nə yaxşı ki,
demədi və “hə!” cavabı nəticəsində
müstəqil dövlətimizin suverenliyi
əbədiləşdirildi və xalqımız ağ günə
çıxdı.
Həmin proseslər barədə
ölkəmizin siyasətçiləri, ziyalıları və
mətbuat təmsilçiləri çox yazdığına
görə biz ölkəmizdən kənarda yaşa-
mış, amma Azərbaycanla bağlı dün-
ya şöhrətli iki ziyalının fikirlərini
yada salmaq istəyirik. Azərbaycan
və Heydər Əliyev haqqında dediyi
fikirləri yada salmaq istədiyimiz
birinci şəxs, SSRİ-nin görkəmli
dövlət xadimi Nikolay Baybakov-
dur. O, bizim ulu öndərimiz və
respublikamız haqqında danışarkən
demişdi: “Mən Azərbaycanı
Heydər Əliyev qədər sevən ikinci
bir adam tanımıram”. Yada salmaq
istədiyimiz ikinci ziyalı isə bütün
türk dünyasının ən görkəmli sima-
larından olan İhsan Doğramacıdır.
O, bizim ulu öndərimizin dünyasını
dəyişməsinin ildönümü günlərində
söyləmişdi: “Bu gün Azərbaycanda
Heydər Əliyevin üç mükəmməl
əsəri vardır: Suveren Azərbaycan
dövləti, Yeni Azərbaycan Partiyası
və Prezident İlham Əliyev”. Xatır-
ladaq ki, məhz həmin üç “əsər” bu
gün Azərbaycan xalqını dünyanın
bütün guşələrində tanıdır.
Ancaq fikirlərimizi ümumi
ifadələrlə yekunlaşdırmayaq,
bəzi konkret məqamlara diqqət
yönəldək. Təbii ki, əvvəlcə ulu
öndər Heydər Əliyevin xilaskar-
lıq missiyası barədə. Məhz onun
rəhbərliyi altında aparılmış son
dərəcə gərgin fəaliyyət nəticəsində
Azərbaycan xalqının taleyi ilə
bağlı pərdəarxası oyunlara, siyasi
anarxiya və eksperimentlərə son
qoyulmuş, ölkədə cinayətkarlığın
qarşısı tam alınmış, bütün qanunsuz
silahlı dəstələr ləğv olunmuşdu.
Bu da bütövlükdə Azərbaycanda
dövlət quruculuğu prosesinin uğurla
aparılması üçün şərait yaratmışdı.
Azərbaycan dövlətçiliyinin möv-
cudluğuna böyük təhlükə olan
1994-cü il oktyabr və 1995-ci il
mart dövlət çevrilişi cəhdlərinin
qarşısı Heydər Əliyevin qətiyyəti
sayəsində alınmış, dövlət
müstəqilliyi qorunub saxlanmış-
dı. Məhz buna görə də ölkəmizdə
yeni təsisatların yaranması və
dövlət quruculuğu prosesi vüsət
almışdı ki, bunun da əsasında
müstəqil Azərbaycanın qəbul etdiyi
ilk Konstitusiya dururdu. Ondan
sonrakı dövrdə də Azərbaycanda
dövlətçiliyin möhkəmlənməsi və
demokratik prinsiplərin bərqərar
olması, hüquqi, dünyəvi dövlət
quruculuğu prosesinin uğurla,
sürətlə həyata keçirilməsi şəxsən
Heydər Əliyevin adı ilə bağlı idi.
Həmin həqiqətlər barədə daim söz
açan Azərbaycan Prezidenti İlham
Əliyev Yeni Azərbaycan Partiya-
sının V qurultayındakı nitqində
demişdir: “1993-cü ildən başlaya-
raq ölkədə bütün xoşagəlməz hal-
lara son qoyuldu, sabitlik yarandı,
vətəndaş müharibəsinə son qoyul-
du, inkişaf, sabitlik, quruculuq,
dövlətçilik dövrü başlandı...”
2003-cü ilin payızından
etibarən Prezident İlham Əliyevin
ölkəmizdə həyata keçirdiyi
siyasət barədə danışarkən isə qeyd
etməliyik ki, məhz onun səyləri
nəticəsində Azərbaycanın regi-
onun lider dövlətinə çevrilməsi,
beynəlxalq birlikdəki yerini
möhkəmləndirməsi, söz sahibinə
çevrilməsi dünya miqyasında qəbul
edilən reallıqdır. Azərbaycanın
dünyadakı yüksək siyasi nüfuzunun
ən bariz nümunəsi kimi ölkəmizin
BMT Təhlükəsizlik Şurasına üzv
seçilməsini misal göstərmək olar.
Azərbaycanın BMT TŞ-nin qeyri-
daimi üzvü seçilməsi, ilk növbədə,
Prezident İlham Əliyevin uğurlu
xarici siyasətinin nəticəsidir. Çünki
beynəlxalq münasibətlər sistemini
dəqiqliyi ilə bilmək, əks mövqelər
hazırlamaq, Azərbaycanın xarici
siyasətinin doktrinasının tələblərinə
müvafiq real, çevik manevrlər
etmək və bu planda BMT
müstəvisində, xüsusilə də BMT Baş
Məclisinin sessiyalarında ölkəmizin
maraqlarını müdafiə edən ardıcıl
tədbirlər reallaşdırmaq məhz dövlət
başçısının iradəsinin, mövqeyinin,
siyasi dəst-xəttinin bəhrələridir.
Odur ki, əcnəbi ekspertlər
Azərbaycanın bu posta seçilməsini
Prezident İlham Əliyevin
indiyədək apardığı düşünülmüş
və məqsədyönlü siyasətin məntiqi
sonluğu kimi qiymətləndirirlər.
Müasir Azərbaycan tarixinin
xüsusi mərhələlərini xarakterizə
edən politoloqlar yazırlar ki,
Prezident İlham Əliyevin respub-
likamıza rəhbərlik etdiyi dövrün
ən parlaq nəticəsi ondan ibarətdir
ki, bu gün Azərbaycan, sözün əsl
mənasında, tam müstəqil siyasət
yürüdən ölkədir. Bizimlə eyni
dövrdə müstəqillik əldə etmiş
dövlətlərin əksəriyyətindən fərqli
olaraq, Azərbaycanın öz siyasi
dəst-xətti, dövlətçilik siması, inkişaf
yolu vardır. Ölkə iqtidarının milli
maraqlara əsaslanan siyasəti, iqti-
sadi inkişaf və demokratikləşdirmə,
hüquqi dövlət quruculuğu, effektiv
diplomatiya istiqamətində ardıcıl
və məqsədyönlü fəaliyyəti də məhz
milli müstəqilliyin praktik olaraq
gerçəkləşdirilməsini təmin etmiş-
dir. Təkcə siyasətdə və diplomati-
yada deyil, eləcə də idarəetmədə
modernləşmə xəttinin lideri olan
Prezident İlham Əliyev hesab edir
ki, bu yol ölkəmizi bilik və infor-
masiya cəmiyyətinə gətirib çıxara-
caqdır.
Hələ 10 il əvvəl neft sek-
torundan əldə edilmiş kapita-
lın mühüm bir hissəsinin insan
kapitalına çevrilməsini qarşıya
məqsəd qoyan İlham Əliyev bu
istiqamətdə mühüm göstəricilərə
imza atılmasına nail olub. Onun
imzaladığı fərmanlarda, təsdiq
etdiyi dövlət proqramlarında
bu hədəflərin reallaşdırılması
üçün yerinə yetirilməsi zəruri
vəzifələr müəyyənləşdirilmişdir.
“Azərbaycan 2020: gələcəyə
baxış” İnkişaf Konsepsiyası-
nın təsdiqlənməsində məqsəd
də respublika iqtisadiyyatın-
dakı pozitiv meyilləri daha da
sürətləndirmək və mövcud poten-
sialı davamlı inkişaf naminə tam
səfərbər etməkdir. Hazırda icra-
sına start verilmiş bu konsepsiya
rəqabətqabiliyyətli, ixracyönümlü,
çoxşaxəli, innovativ iqtisadiyyatın
formalaşdırılmasını, sənayeləşmə
siyasətinin sürətləndirilməsini,
mütərəqqi təcrübəyə əsaslanan
sənaye zonalarının yaradılma-
sını, müəssisələrin texnoloji
cəhətdən yeniləşdirilməsini,
intensiv metodların tətbiqinin daha
da genişləndirilməsini və digər
tədbirləri nəzərdə tutur.
Mütəxəssislər yazırlar ki,
Azərbaycanın dövlət müstəqilliyini
bərpa etməsindən keçən 25 il
ərzində qazandığımız ən böyük
uğurlardan biri də hamı tərəfindən
qəbul edilən xarici siyasət kur-
sumuzdur. Bu məsələ ilə bağlı
fikirlərimizi biavasitə dövlət başçı-
mızın öz sözləri ilə yekunlaşdırı-
rıq: “Biz bütün ölkələrlə bundan
sonra da bərabərhüquqlu əlaqələrin
inkişafını təmin edəcəyik.
Bu, xarici siyasətimizin əsas
prinsiplərindən biridir. Biz daha
çox ikitərəfli formata üstünlük
veririk. Biz görürük ki, ikitərəfli
formatda çox böyük nailiyyətlər
əldə etmək olar – həm siyasi
əlaqələr, həm də iqtisadi investi-
siya baxımından. Azərbaycanın
ikitərəfli formatda heç bir ölkə
ilə heç bir problemi yoxdur.
Əksinə, biz bütün ölkələrlə çox
sağlam əlaqələr yarada bilmişik.
Bu əlaqələr, əlbəttə ki, prinsiplər
üzərində qurulmalıdır və quru-
lubdur. Bizim siyasətimiz həmişə
bundan ibarət olmuşdur ki, burada
bərabərhüquqlu, bir-birinə hörmət
və bir-birinin işinə qarışmamaq
prinsipləri əsasında üfüqi əlaqələr
olmalıdır. Biz buna nail oluruq.
Bizim həmişə təbliğ etdiyimiz bu
prinsiplər bu gün başqa ölkələrlə
əlaqələrimizdə üstünlük təşkil
edir”.
Məhz həmin prinsiplər
Azərbaycanı regionun lider
ölkəsinə, dünyanın isə sözükeçən,
mövqeyi qəbul edilən dövlətinə
çevirmişdir.
İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”
Biz çalışırıq və bundan sonra da çalışacağıq ki, inkişaf
etmiş ölkələrin səviyyəsinə çatmaq üçün Azərbaycanda
tərəqqi daha da sürətləndirilsin. Ancaq bilmək lazımdır:
bunların hamısını bir gündə, bir ayda, bir ildə əldə etmək
mümkün deyildir. Buna həm zaman lazımdır, həm də iradə,
inam lazımdır. Zaman bizdən asılı deyildir. Ancaq iradə,
inam özümüzdən asılıdır. Hamı bilməlidir ki, Azərbaycan
dövlətində, Azərbaycan hakimiyyətində bu iradə, bu inam var.
Heydər ƏLİYEV
Ümummilli lider
1996-cı il, noyabr
Bu gün Azərbaycan müasir, inkişafda olan, özünü
təmin edən ölkədir, güclü və şaxələndirilmiş iqtisadiyyata
malikdir. Bütün iqtisadi proqramlarımız həyata keçirilib,
onların bəziləri hətta vaxtından əvvəl icra olunub. Son 13 ildə
Azərbaycan iqtisadiyyatı üç dəfə artıb. Mötəbər beynəlxalq
təşkilatlar Azərbaycanı inkişaf baxımından yüksək mövqelərə
layiq görürlər. Məsələn, Davos Dünya İqtisadi Forumu
Azərbaycanı iqtisadi rəqabətliliyinə görə 37-ci yerə layiq
görüb. Bu isə dünya miqyasında aparıcı mövqelərdən biridir.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
2016-cı il, noyabr
Heydər Əliyev
siyasi kursu müstəqil
Azərbaycanı regionun
lider dövlətinə çevirib