Türkmənçay müqaviləsi və onun nəticələri Türkmənçay sülh müqaviləsi



Yüklə 35,21 Kb.
tarix22.12.2023
ölçüsü35,21 Kb.
#154053
Kollec Tarix (1)


Türkmənçay müqaviləsi və onun nəticələri
Türkmənçay sülh müqaviləsi (rusca:Туркманчайский договор, farsca:عهدنامه ترکمنچای) — Qacar imperiyası ilə Rusiya imperiyasıarasında imzalanan və İkinci Rusiya-İran müharibəsini bitirən müqavilə. 10 fevral 1828-ci ildə Təbriz yaxınlığındakı Türkmənçaykəndində imzalanmışdır. Bu müqaviləyə əsasən Gülüstan sülhündə Rusiyaya keçən ərazilərdən başqa İran İrəvan, Naxçıvan və Talışxanlığının özlərin də qalmış hissəsinin də Rus imperiyasının ərazisi olduğunu qəbul edirdi. İki imperiya arasında sərhəd kimi Araz çayıqəbul edilirdi. Rusiyaya keçən torpaqlar hal-hazırki Ermənistan Respublikasının ərazisini, Naxçıvan Muxtar Respublikasının ərazisini, Azərbaycan Respublikasının cənub bölgəsinni bir hissəsini və indi Türkiyə Cümhuriyyətinin ərazisi olan İğdır bölgəsini əhatə edirdi.[1]
Müqaviləni İran tərəfindən vəliəhd şahzadə Abbas Mirzə və Fətəli şahın nümayəndəsi Allahyar xan Əsəf əl-Dövlə, Rusiya tərəfindən isə general İvan Paskeviç imzalamışdır. Gülüstan müqaviləsində olduğu kimi bu müqavilə də Rusiyanın qəti qələbəsi ilə bitən müharibədən sonra imzalanmışdır və bütün şərtlər Rusiya tərəfindən diktə edilmişdir. Hətta general Peskeviç İran nümayəndələrinə bildirmişdi ki, Rusiyanın təklif etdiyi şərtlərlə müqavilə imzalanmasa rus qoşunları 5 günə Tehranı tutacaqdır.[2]
Gülüstan və Türkmənçay müqavilələrinin imzalanması ilə Rusiya Cənubi Qafqazın və Şimali Qafqazın bir hissəsinin işğalını sonlandırdı. Rusiya tərəfindən işğal olunan ərazilər 1918-1920-ci illər istisna olunmaqla birdə 1991-ci ildə müstəqil oldu.
Yermolovun və Menşikovun bir ay sonra Rusiya Xarici İşlər naziri qraf K.V. Nesselrodeyə təqdim etdikləri yazılı təklifləri də nəzərə alınmaqla sülh və ticarət müqaviləsinin layihəsi hazırlanmışdı. Gələcək müqavilənin şərtləri haqqında çar fərmanı 1827-ci II mayın 24-də Cəlaloğlu yanındakı rus düşərgəsinə gətirildi. Rus komandanlığı danışıq aparmaq üçün tam hazır idi. Qaraziədin danışıqlarında A. S. Qriboyedov İran məmurlarına psixoloji baxımdan təsir göstərmək üçün bildirdi kibiz irəli gedib Azərbaycana sahib olaraq bu genişvilayətin müstəqilliyini təmin edəcəyik.
Noyabr ayının 6-da Dehkarqanda danışıqlar yenidən başladı. Təzminat məsələsi üzrə bəzi ciddi narazılıqlar yanvarın 7-də danışıqların kəsilməsinə gətirib çıxardı. Rus qoşunları irəli atıldı. Yanvarın 28-də Urmiya, fevralın 8-də Ərdəbil tutuldu. Müqavilənin bağlanması sürətləndi. Fevralın 9-dan 10-na keçən gecə Təbriz yaxınlığında Türkmənçay kandinda müqavilə imzalandı.
Türkmənçay müqaviləsi 16 maddədən ibarət idi. Gülüstan müqaviləsinin bəzi maddələrinin məzmunu burada saxlanmış, təzminat və s. haqqında yeni maddələr əlavə edilmişdi.
Birinci maddə ilə tərəflər arasında əbədi sülh elan olunurdu. Müqavilə İrəvan və Naxçıvan xanlıqlarının Rusiyaya keçdiyini (III maddə) təsbit edir, sərhədləri ayırır (IV maddə), İranın Rusiyaya iyirmi milyon gümüş rubl təzminat ödöyəcəyi bildirilirdi (II maddə). Abbas Mirzənin vəliəhd kimi tanınmasına ayrıca yer verilir (VII maddə). Xəzərdənizində yalnız Rusiyanın hərbi donanma saxlamaq hüququ təsdiq edilirdi (VIII maddə). Onuncu maddə ticarət konsulluqları açılmasından, on birinci maddə qarşılıqlı olaraq savaş ilə dayandırılmış işlərin bərpasından bəhs edirdi. XII, XIV, XV maddələr iki ölkə arasında əhalinin hərəkəti və başqa məsələlərə toxunurdu. On beşinci maddə ermənilərin İrandan Cənubi Qafqazaköçürülməsi (müqavilədə konkret deyilməsə də ümumi razılıq belə olmuşdu) ilə bağlı idi. Sonuncu maddə sülh haqqında yerlərə bilgi verilməsi, onun ratifikasiyası məsələlərinə toxunurdu. Müqavilə Rusiya tərəfindən 1828-ci ilin martında, Qacarlar tərəfindən iyul ayında ratifikasiya edildi.
I maddə - Bütün Rusiya İmperatoru həzrətləri və İran şahı həzrətləri arasında, onların vərəsələri və taxt-tacın varisləri, onların dövlətləri və qarşılıqlı surətdə təbəələri arasında bundan sonra əbədi sülh, dostluq və tam razılıq olacaqdır.[5]
II maddə - Bütün Rusiya imperatoru həzrətləri və İran şahı həzrətiəri hörmətlə qəbul edirlər ki, razılığa gələn yüksək tərəflər arasında baş vermiş və indi xoşbəxtiikdən qurtarmış savaş iiə Gülüstan traktatının qüvvəsi üzrə qarşılıqlı təəhhüdlər də başa çatmışdır; onlar göstərilən Gülüstan traktatını Rusiya və İran arasında yaxın və uzaq gələcəyə sülh və dostluq münasibətiəri qurmalı və təsdiq etməii olan indiki şərtlər və qərarlarla əvəz etməyi zəruri hesab etdilər.
III maddə - İran şahı həzrətLəri öz adından və öz vərəsələri və varisləri adından Arazın o tayı və bu tayı üzrə İrəvan xanlığının və Naxçıvan xanlığının Rusiya imperiyasının tam mülkiyyətinə güzəşt edir. Şah həzrətiəri bu güzəşt nəticəsində, hazırki müqavilənin imzalanmasından sayılmaqla altı aydan gec olmayaraq, yuxarıda adları çəkilən hər iki xanlığın idarə ediiməsinə aid oian bütün arxivləri və ictimai sənədləri Rusiya rəisiiyinə verməyi vəd edir.
IV maddə - Müqaviləyə qoşulan yüksək tərəflərin razılığı ilə hər iki dövlət arasında sərhədlər aşağıdakı hüdudda qərara alınır: sərhəd xətti Osmanlı torpaqlarının ucundakı kiçik Ağrı dağın zirvəsindən aralıda düz istiqamətə ən yaxın nöqtədən başlayaraq o dağların zirvəsindən keçir; buradan maillik üzrə kiçik Ağrı dağın cənub tərəfindən axan Aşağı Qarasu çayının yuxarılarına düşür, sonra sərhəd xətti o çayın axarı üzrə Şərur qarşısında onun Araza töküldüyü yerədək davam edir; bu məntəqədən Abbasabad qalasınadək Araz çayının yatağı üzrə gedir; burada qalanın Arazın sağ sahilində yerləşən xarici istehkamları yanında yarım ağac, yəni 3 1/2 Rusiya versti enində bütün istiqamətlərdə dövrə haşiyələnəcək və o ətrafda olan torpaq sahəsi büsbütün məhz Rusiyaya məxsus olacaqdır və bu gündən sayılmaqla iki ay ərzində ən yüksək dəqiqliklə ayrılacaqdır.
Ədəbiyyat

  • Süleyman Əliyarlı, Azərbaycan tarixi (Bakı:Azərbaycan nəşr, 1996)

Yüklə 35,21 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə