Ümummilli lider Heydər Əliyev – 90 59 Tarix və onun problemləri, №2 2013



Yüklə 64,12 Kb.
Pdf görüntüsü
tarix21.06.2018
ölçüsü64,12 Kb.
#49908


Ümummilli lider Heydər Əliyev – 90                                                    59 

Tarix və onun problemləri, №2 2013 

 

 



RƏFAEL SÜLEYMANOV 

Bakı Dövlət Universitetinin professoru, 

tarix elmləri doktoru 

E-mail: TarixVeOnun Problemleri@gmail.com 

 

BAKI DÖVLƏT UNİVERSİTETİNƏ HEYDƏR ƏLİYEV QAYĞISI 

 

Açar sözlər: Azərbaycan, Universitet, Heydər Əliyev, təhsil, yubiley 

Ключевые слова: Азербайджан, Университет, Гейдар Алиев, образование, юбилей 

Key words: Azerbaijan, Universitety, Haydar Aliyev, education, anniversary 

 

1918-ci ildə müstəqillik qazanaraq öz dövlətini – Azərbaycan Demokratik Respublika-



sını elan edən Azərbaycan xalqı neçə yüz illərdən sonra milli və ictimai tərəqqidə elmin, təhsi-

lin  rolunu  həqiqi  mənada  qiymətləndirmək  imkanı  əldə  etdi.  Buna  görə  də  təsadüfi  deyil  ki, 

Azərbaycan Demokratik Respublikasının həyata keçirdiyi tədbirlərdən ən önəmlilərindən biri 

1919-cu  ildə  Bakı  Dövlət  Universitetini  yaratmaq  oldu.  Heydər  Əliyevin  qeyd  etdiyi  kimi, 

«Bakı Dövlət Universiteti qısa ömürlü Azərbaycan Demokratik Respublikasının qiymətli ya-

digarıdır» [5, s.539-540]. 

Bakı Dövlət Universitetinin təsis edilməsi haqqında qanun Parlament tərəfindən 1919-

cu il sentyabrın 1-də qəbul edildi və ilk tədris ilində 2 fakültə (tarix-filologiya və tibb) təşkil 

olundu. 1919-cu il noyabrın 15-dən dərslər sistemli şəkildə keçirilməyə başladı.  

Beləliklə, Şərqlə Qərbin qovuşuğunda dayanan, Şərqin zəngin sərvətlərini və ənənələri-

ni Qərbin elmi doktrinaları ilə birləşdirməyi bacaran Bakı Dövlət Universiteti fəaliyyətə başla-

dı. Təsadüfi deyildir ki, «Azərbaycan» qəzeti 17 noyabr 1919-cu il tarixli sayında uzaqgörən-

liklə yazırdı ki, «darülfünunun həyat və fəaliyyətə başlaması tarixi olan 15 noyabr yeni bir tə-

rəqqi dövrünün açılmasının bir ibtidası olacaqdır» [1]. Qəzet qeyd edirdi ki, Afina universiteti 

yeni bir Yunanıstan  yaratmış, Sarbon universiteti Fransanı bütün dünyaya tanıtdırmış, Berlin 

və  Hamburq  Universitetləri  Almaniyanı  şöhrətləndirmiş,  ictimai  tərəqqidə  misilsiz  rol  oyna-

mışlar. Azərbaycan Parlamentinin təsis etdiyi universitet də Respublikanın sosial-mədəni ye-

niləşməsində həmin universitetlər kimi əhəmiyyət kəsb edəcəkdir. 

XX əsrin əvvəllərindən bu günə kimi Azərbaycan elminə və maarifinə çıraq tutan uni-

versitetimizin yaradılması xalqımızın tarixində ən əlamətdar mədəni hadisədir.  

90  ildən  bir  qədər  artıq  yaxın  bir  müddət  ərzində  Universitet  böyük  inkişaf  yolu  keç-

miş, Azərbaycanın həyatının bütün sahələrinə güclü təsir edərək xalqımız qarşısında əvəzsiz 

xidmətlər göstərmişlər. 

Bakı Dövlət Universiteti xalqımızın fəxr etdiyi yüzlərlə böyük alimlər, yaradıcı ziyalı-

lar, ictimai və dövlət xadimləri yetirmişdir. 

Öz xalqına, onun mədəniyyətinə və mənəviyyatına son dərəcə bağlı olan, öz şəxsiyyəti 

ilə xalqımızın simvoluna çevrilən, Azərbaycan dövlətinin xilaskarı və qurucusu, dünya azər-

baycanlılarının  lideri,  dünya  şöhrətli  siyasətçi,  iki  dəfə  Sosialist  Əməyi  Qəhrəmanı,  beynəl-

xalq  Atatürk  mükafatı  laureatı,  Rusiya,  Fransa  və  Ukraynanın  ən  yüksək  ordenləri  ilə  təltif 

edilmiş, Moskva Dövlət Universitetinin və digər nüfuzlu universitetlərin fəxri doktoru Heydər 

Əlirza  oğlu  Əliyev  Bakı  Dövlət  Universitetinin  Tarix  fakültəsinin  məzunudur.  Universitetin 

çoxmilli kollektivi öz dahi məzunu Heydər Əliyevlə fəxr etdiyi kimi, Heydər Əliyev də Bakı 




60                                                           Ümummilli lider Heydər Əliyev – 90 

Tarix və onun problemləri, №2 2013 

 

 



Dövlət Universitetinin məzunu olmağı ilə fəxr etdiyini dəfələrlə bildirmişdir: «Mən çox xoş-

bəxtəm ki, Bakı Dövlət Universitetinin məzunuyam» [5, s.543]. 

1957-ci ildə universitet təhsilini başa vurduqdan sonra bilavasitə peşə fəaliyyəti elm və 

təhsillə birbaşa bağlı olması da, Heydər Əliyevin Universitetlə əlaqəsi heç zaman ara vermə-

yib. Heydər Əliyevin Universitetdəki təhsil illəri və bu təhsil ocağı ilə sonrakı əlaqələri Bakı 

Dövlət Universitetinin şanlı tarixinin böyük və əlamətdar bir mərhələsini təşkil edir.  

Universitetin  məzunu  olması  ilə  fəxr  etdiyini  dəfələrlə  vurğulayan  Heydər  Əliyev  bu 

təhsil ocağını «Azərbaycan xalqının milli sərvəti, milli iftixarı» [7, s.54] adlandırmış, ona dai-

mi diqqət və qayğı ilə yanaşmışdır. 

Bu gün dünya dövlətləri içərisində öz tarixi ənənələri ilə tanınan, demokratik yolla gə-

ləcəyə inamla addımlayan Azərbaycan Respublikası tarixinin 35 illik dövrü və bu illərdə Bakı 

Dövlət Universitetinin qazandığı bütün nailiyyətlər Heydər Əliyevin adı və şəxsiyyəti ilə ay-

rılmaz surətdə bağlıdır. 

Ümummilli liderimiz həm respublikada işləyərkən, həm də keçmiş İttifaqda yüksək və-

zifələrdə olarkən həmişə Universitetin həyatı ilə maraqlanmış, onun inkişafı qayğısına qalmış-

dır.  Universitetdə  elmin  və  təhsilin  inkişafına  qayğıya,  onun  adını  və  şöhrətini  yüksəklərə 

ucaltdığına,  Azərbaycan  xalqı  və  dövləti  qarşısında  misilsiz  xidmətlərinə  görə  Bakı  Dövlət 

Universitetinin  Böyük  Elmi  Şurası  1994-cü  il  28  sentyabr  tarixli  qərarı  ilə  Azərbaycan  Res-

publikasının  prezidenti  Heydər  Əlirza  oğlu  Əliyevə  Universitetin  fəxri  doktoru  elmi  adı  ve-

rilmişdir [6, s.76]. 

Heydər Əliyevin Bakı Dövlət Universitetinə qayğısı və diqqətinin çox böyük göstərici-

lərindən biri onun yubileylərinin keçirilməsidir. Azərbaycan elminin, təhsilinin, mədəniyyəti-

nin inkişafında əvəzedilməz xidmətləri bütün dövrlərdə bütün rəhbərlər tərəfindən etiraf edilən 

BDU-nun  90  ildən  artıq  fəaliyyəti  dövründə  onun  cəmi  altı  dəfə  yubileyi  keçirilib:  1929-cu 

ildə 10 illiyi, 1969-cu ildə 50 illiyi, 1980-ci ildə 60 illiyi, 1994-cü ildə 75 illiyi və 1999-cu ildə 

80 illiyi, 2009-cu ildə 90 illiyi. Bunlardan dördü Heydər Əliyevin təşəbbüsü və fəal iştirakı ilə 

reallığa çevrilib.  

Belə bir cəhəti qeyd etmək lazımdır ki, Heydər Əliyevin Respublika rəhbərliyində ol-

madığı dövrə təsadüf edən Universitetin 70 illik yubileyi qeyd edilməmişdir.  

1993-cü ildə xalqın tələbi ilə respublika rəhbərliyinə qayıdan  dahi rəhbər Heydər Əli-

yev universitetin yubiley sevincini özünə qaytardı. 

1994-cü il sentyabrın 3-də Bakı Dövlət Universitetinin 75 illik yubileyinin keçirilməsi 

haqqında  Azərbaycan  Respublikası  Prezidenti  fərman  verdi  [2]. Bu  yubileyin  keçirilməsi  ilə 

bağlı təşkil edilmiş dövlət komissiyasına Azərbaycan Respublikasının Prezidenti sədrlik etdi. 

Heç də təsadüfi deyildir ki, bu cəhət H.Əliyevin Bakı Dövlət Universitetinə xüsusi münasibə-

tinin, onun elmə, təhsilə və mədəniyyətin inkişafına böyük hörmətin və diqqətinin ifadəsi idi. 

Bu yeganə yubiley komissiyasıdır ki, onun sədri ölkə prezidenti olmuşdur. 

Universitetin  75  illik  yubiley  şənliklərindəki  çıxışında  Heydər  Əliyev  qeyd  etmişdir: 

«Xoşbəxtəm ki, Bakı Dövlət Universitetinin 50 illik yubileyinin də, 60 illik yubileyinin də iş-

tirakçısı olmuşam. İndi Universitetin 75 illik yubileyinin iştirakçısıyam» [5, s.543].  

1969-cu  ildə  Universitetin  50  illik  yubileyi  qeyd  edilərkən  Heydər  Əliyevin  Azərbay-

can dilində çıxışı yubileydə iştirak edən Moskvadan gəlmiş rəhbər işçiləri və xarici qonaqları 

təəccübləndirmişdi. Çünki hakim dilin rus dili olduğu, respublikanın Moskvanın nəzarəti altın-

da olduğu o dövrdə belə bir addımı atmaq böyük cəsarət, eyni zamanda güclü milli hiss tələb 

edirdi. Bunu o illərdə ana dilinin sıxışdırıldığı dövrdə yalnız Vətənini, xalqını, onun dilini se-



Ümummilli lider Heydər Əliyev – 90                                                        61 

Tarix və onun problemləri, №2 2013 

 

 



vən bir şəxs edə bilərdi. Bu böyük bir sensasiya kimi qəbul olundu, təəccüb doğurdu. Sonralar 

həmin çıxışı xatırlayaraq Heydər Əliyev demişdir: «Bəziləri məni bu hadisə münasibətilə təb-

rik etdilər, minnətdarlığını bildirdilər. Dilini sevən, milli ruhla yaşayan insanlar doğrudan da, 

bunu  böyük  bir  hadisə  kimi  qəbul  etdilər.  Mən  isə  onlara  dedim  ki,  burada  bir  qeyri-adilik 

yoxdur, nahaq təəccüb edirsiniz, bu mənim ana dilimdir və ana dilində çıxış etmək elə böyük 

bir qəhrəmanlıq da deyildir. Ana dilini bilməmək isə, ana dilini qiymətləndirməmək  isə şüb-

həsiz ki, xalq qarşısında qəbahətdir» [5, s.543]. Sonrakı dövrdə də həm Bakı Dövlət Universi-

tetində, həm də təhsil işçiləri və gənclərlə çoxsaylı görüşlərində doğma ana dilinin, Azərbay-

can  ədəbiyyatının,  tarix  və  coğrafiyasının  dərindən  öyrənilməsinin  vacibliyini  dəfələrlə  qeyd 

etmiş, bütün bunlarla əlaqədar qarşıya çox ciddi vəzifələr qoymuşdur. 

1994-cü ildə Universitetin 75 illik yubileyində çıxış edən Heydər Əliyev bəlkə də çox-

larının bilmədiyi bir məsələyə toxunaraq xatırlayır ki, «1968-ci ildə mən Respublikada Dövlət 

Təhlükəsizliyi Komitəsinin sədri idim. Universitetdə bir neçə adam Azərbaycan tarixini araş-

dırarkən Azərbaycanın Rusiyaya birləşməsi haqqında mübahisə aparmışdı ki, Azərbaycan Ru-

siyanın tərkibinə könüllü surətdə girmişdir, yaxud elə-belə girmişdir, ya da məcburi girmişdir. 

Bunu o vaxtlar şişirtdilər. Şübhəsiz ki, elm adamları elmi axtarışlar zamanı gərək həmişə bü-

tün versiyaları yoxlasınlar. O vaxt isə ümumi qərar belə idi ki, Azərbaycan Rusiyanın tərkibi-

nə  könüllü  daxil  olmuş,  özü  bunu  xahiş  etmişdir.  Şübhəsiz  ki,  bu  tarixi  həqiqətdən  uzaqdır. 

Ancaq  belə  olmuşdur  və  bu  hadisə  də  bayram  kimi  qeyd  edilmişdir.  Amma  bir  neçə  alim  o 

vaxt bunu şübhə altına alaraq öz fikirlərini söyləmişdi. Bu, böyük bir iğtişaş yaratdı. Başladı-

lar araşdırmağa ki, bunlar millətçidirlər, yaxud başqa fikirləri var, dövlət mövqeyindən kənar 

fikirlə  yaşayırlar  və  s.  Düzdür,  bundan  ötrü  o  vaxtlar  bəzi  adamları  xırdaca  cəzalandırdılar. 

Ancaq  mən  bilirəm  ki,  o  adamların  hamısı  indi  də  fəaliyyətdədir,  işləyir  və  ondan  sonra  da 

yaxşı fəaliyyətdə olmuşlar» [5, s.543]. 

Heydər Əliyev bununla bir daha xatırlatmaq istəyir ki, «Universitet həqiqətən axtaran, 

milli ruhu inkişaf etdirən bir ocaq, mənbə olmuşdur. Azərbaycanın müstəqilliyi, milli azadlığı 

uğrunda mübarizə aparan insanların da çoxu burada təhsil almış, universitet divarları arasında 

işləmiş, fəaliyyət göstərmişdir və bu gün də göstərirlər. Ona görə də Bakı Dövlət Universiteti-

nin Azərbaycan dilinin inkişafında,  millin ruhun,  milli şüurun  inkişafında, vətənpərvərlik ru-

hunun inkişafında olan xidmətlərini bir daha xüsusi qeyd edirəm» [3]. 

Universitet təhsildə də, elmin inkişafında da, maddi bazanın möhkəmləndirilməsi sahə-

sində də ən böyük nailiyyətləri məhz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə 

qazanıb. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-cu ildən 1982-ci ilə qədər olan 

birinci dövrü və 1993-cü ildən sonrakı dövrü sözün həqiqi mənasında xalqımızın elminin, mə-

dəniyyətinin, təhsilinin hərtərəfli tərəqqisi ilə seçilən mərhələlər adlandırmaq olar. 

Hələ Azərbaycan Sovet Respublikasına rəhbərlik etdiyi 70-80-ci illərdə Heydər Əliyev 

bütün başqa sahələrdə olduğu kimi ali təhsil sistemində də böyük dəyişikliklər həyata keçirdi. 

Bunlar dövrün tələblərindən, yaranmış şəraitdən düzgün nəticə çıxaran Heydər Əliyev siyasə-

tindən irəli gəlirdi. 

Heydər Əliyev Azərbaycanda inzibati orqanların işini, bu orqanlarda kadrların yerləşdi-

rilməsi vəziyyətini təhlil edərək ciddi nöqsanlar aşkar etmişdi. O, qeyd edirdi ki, inzibati or-

qanlarda qohumbazlıq, yerlibazlıq kök salmışdır, bu əlaqələr hər hansı bir cinayətin həll edil-

məsinə ciddi təsir edirdi. Ona görə də birinci növbədə, inzibati orqanların rəhbərliklərində qo-

humbazlığa, yerlibazlığa son qoymaq vəzifəsini qarşıya qoydu.  




62                                                           Ümummilli lider Heydər Əliyev – 90 

Tarix və onun problemləri, №2 2013 

 

 



Bunun  qarşısının  alınmasını  kadr  hazırlığının  yenidən  qurulmasında  görürdü.  Heydər 

Əliyev çox cəsarətlə və düzgün hərəkət edərək Universitetin hüquq fakültəsinə yalnız fəhlə və 

kəndlilərin balalarının qəbul edilməsini məsləhət gördü. Fəhlə və kolxozçu uşaqlarının hüquq 

fakültəsinə qəbul edilməsi üçün geniş imkanlar yarandı. Bunlar öz müsbət nəticələrini göstər-

di.  Hazırda,  müstəqil  Azərbaycanın  inzibati  orqanlarında  rəhbər  vəzifələrdə  işləyən  kadrlar 

məhz  Heydər  Əliyevin  həyata  keçirdiyi  köklü  tədbirlər  nəticəsində  hazırlanmış  mütəxəssis-

lərdir.  

Ümumiyyətlə ali məktəblərə, o cümlədən Universitetə qəbul hazırlığı Heydər Əliyevin 

bilavasitə rəhbərliyi altında aparılırdı. «Bilik əsas meyardır», «Qoy ədalət zəfər çalsın» devizi 

tələbə qəbulunun əsas meyarı elan edilmişdir.  

Heydər Əliyev BDU-nu respublikada ali təhsilin nəinki flaqmanı sayır, həm də onun bu 

vəzifəni layiqincə yerinə yetirə bilməsi üçün zəruri tədbirləri görür, universitetə köməyini əsir-

gəmirdi.  70-90-cı  illər  ərzində  Universitetin  həyatında  bir  sıra  çox  mühüm  irəliləyişlər  baş 

vermişdi ki, bunların da təşəbbüskarı  Heydər  Əliyev olmuşdur. Diqqət mərkəzində duran  ən 

mühüm  məsələlərdən  biri  təhsilin  maddi  bazasını  yaxşılaşdırmaq,  tədrisin  texniki  vasitələrlə 

təchizatı səviyyəsini yüksəltmək hesab olunurdu. Həmin dövrdə Universitetin əsas binasından 

əlavə iki doqquz mərtəbəli tədris binaları istifadəyə verilmiş, üçüncü tədris binasının tikintisi 

2008-ci ildə başa çatdırılmışdır. Yeni tədris binasının istifadəyə verilməsi Universitetin audi-

toriya ilə təminatına əsaslı surətdə yaxşılaşdıracaq, əyani təhsili bir növbəyə keçirmək imkanı 

yaradacaqdır. 70-90-cı illərdə həmçinin tədris kinosu və televiziya  laboratoriyası, hesablama 

mərkəzi  yaradılmış,  laboratoriyaların  zəruri  avadanlıqla  təchizatı  xeyli  yaxşılaşmış,  elmi  ki-

tabxananın fondu əhəmiyyətli dərəcədə zənginləşmiş, Universitet dünya informasiya (internet) 

sisteminə qoşulmuş, fakültələrin kompüterlə təminatı əsasən başa çatdırılmışdır. 

Heydər Əliyevin universitetin inkişafına, tədrisin keyfiyyətinin yüksəldilməsinə qayğısı 

müəllim-professor heyətinin və tələbələrin sosial-mənəvi ehtiyaclarına qayğı ilə paralel surət-

də həyata keçirilirdi. Tələbələr üçün yeni yataqxanaların və yeməkxanaların inşası məhz 70-ci 

illərin əvvəllərində başlayaraq müntəzəm şəkildə həyata keçirildi.  

Son 10 ildə BDU-nun  siması  tanınmaz şəkildə dəyişmişdir. Təmir-tikinti işləri  səliqə-

səhmanla aparılmış, idman salonu, yeni stadion, üzgüçülük hovuzu, yüksək keyfiyyətlə məh-

sul  buraxan  mətbəə  istifadəyə  verilmiş,  universitetin  həyətinin  başdan-başa  yaşıllaşdırılması 

başa çatdırılmış, Universitet müəllimləri üçün kooperativ mənzillərin tikintisi başa çatdırılmış-

dır.  Universitetdə  bu  gün  baş  verən  bu  dəyişikliklər  həm  də  ilk  növbədə  BDU-nun  rektoru, 

millət vəkili akademik A.M.Məhərrəmovun adı ilə bağlıdır. 

Heydər Əliyev alimlərin elmi-pedaqoji əməyinin mənəvi vasitələrlə stimullaşdırılması-

nı vacib hesab edirdi.  Onun Azərbaycana rəhbərlik etdiyi  70-90-cı illərdə, indi də alimlərin, 

bütün ziyalıların əməyi daim dövlətin diqqəti və qayğısı ilə əhatə olunub. Təkcə onu demək 

kifayətdir ki, 70-90-cı illərdə universitetdə elmin inkişafına, tədrisdə əldə edilən nailiyyətlərə 

yüksək qiymət verildi, 100-dən çox alimi Azərbaycan hökumətinin yüksək mükafatlarına, fəx-

ri  adlarına  layiq  görülmüşdür.  Onların  arasında  Tarix  fakültəsinin  əməkdaşları  da  vardır.  Fa-

kültə əməkdaşlarından iki nəfər  (AMEA-nın  müxbir üzvü  prof.Y.M.Mahmudov və  prof.S.S. 

Əliyarlı)  Respublikanın Əməkdar elm  xadimidir. Prof.Y.Mahmudov Azərbaycan  respublika-

sının Şərəf və Şöhrət ordenləri, Yusif Məmmədəliyev mükafatı laureatı medalı, prof.T.T.Vəli-

yev isə Şöhrət ordeni ilə təltif edilmiş və respublikanın Əməkdar müəllimi fəxri adına layiq 

görülmüşdür. Fakültənin dekanı prof.S.T.Hacıyev, prof.M.M.Sofiyev və prof.A.C.İsgəndərov 

Tərəqqi medalı, prof.İ.M.Hüseynova, prof.C.P.Həsənli və prof.Q.S.İsmayılzadə Respublikanın 



Ümummilli lider Heydər Əliyev – 90                                                        63 

Tarix və onun problemləri, №2 2013 

 

 



əməkdar müəllimi fəxri adına layiq görülmüşlər. Prof.Ə.İ.Muxtarova “Sara Xatun” adına fəxri 

diplomla təltif edilmişdir. Prof. E.B.Muradəliyeva gənc tarixçilərin Ümumittifaq müsabiqəsi-

nin  laureatı  adını  almışdır.  Fakültənin  3  əməkdaşı  –  Y.Mahmudov,  M.Qasımlı,  F.İbrahimli 

Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır. 

Heydər Əliyev Universitetin müəllimlərinin mənzil-məişət şəraitinin yaxşılaşmasına da 

böyük  qayğı  göstərirdi.  Qurban  Bayramov  «Heydər  Əliyev  və  Azərbaycan  tarix  elmi»  adlı 

əsərində  göstərir  ki,  «Heydər  Əliyev  qəbul  imtahanları  keçirilən  vaxt  Universitetə  gəlmişdi. 

Müəllimlərlə xeyli söhbət etdi. Onların  məişət vəziyyəti, elmi  yaradıcılıqları ilə  maraqlandı. 

Söhbət vaxtı  müəllimlərin  ev-mənzil  şəraiti ilə maraqlandı. Belə bir tarixi həqiqəti xatırlatdı 

ki, ən böyük alimlər heç də həmişə tam təmin olunmuş mənzil şəraitində yazıb-yaratmamışlar. 

Elə şəraitdə də elmə böyük hədiyyələr vermişlər. O, qeyd etdi ki, buna baxmayaraq, Universi-

tet müəllimlərinin vəziyyəti həmişə mənim diqqətimdədir. Çalışıram köməklik edim. Heydər 

Əliyevin göstərişi ilə Bakı şəhərinin mərkəzində Universitet müəllimləri üçün bir yaşayış evi 

tikildi. Böyük minnətdarlıqla qeyd edirəm ki, mən də həmin evdə mənzillə təmin edilmişəm. 

Bu binanın tikilməsindən əvvəl də, sonra da müəllimlərimiz mənzillə təmin edilirdi. Bu qayğı-

nı Universitetin müəllimləri heç vaxt unutmayacaqlar. Azərbaycan Respublikasının Prezidenti 

Heydər Əliyevin xatirəsini əbədi yaşadacaqlar» [4, s. 189].  

2009-cu ildə respublikamızın ictimaiyyəti, bütün xalqımız ali məktəblərimizin bayraq-

darı olan Bakı Dövlət Universitetinin 90 illik yubileyini Azərbaycan xalqının böyük bayramı 

kimi qeyd etdi.  

Bakı Dövlət Universitetinin kollektivi bu gün ölkəmizin prezidenti İlham Əliyevin da-

xili  və  xarici  siyasətini  tam  dəstəkləyir,  bu  siyasətin  uğur  qazanmasına  var  gücü  ilə  kömək 

göstərməyi özünün ən vacib vəzifəsi hesab edir.  

 

ƏDƏBIYYAT 

 

1.“Azərbaycan” qəzeti, 1919, 17 noyabr. 



2.“Azərbaycan” qəzeti, 1994, 3 sentyabr. 

3.“Azərbaycan” qəzeti, 1999, 28 dekabr. 

4.Bayramov Q. Heydər Əliyev və Azərbaycan tarix elmi. Bakı, 2004. 

5.Əliyev Heydər. Müstəqilliyimiz əbədidir. 2-ci kitab, Bakı, 1997. 

6.Hacıyev S.T., Süleymanov R.C. Tarix fakültəsinin tarixi. Bakı, 2010. 

7.Məhərrəmov A.M. Bakı Dövlət Universiteti. Bakı, 2009.  

 

РАФАЭЛЬ СУЛЕЙМАНОВ 

профессор Бакинского Государственного Университета. 

доктор исторических наук 

 

ЗАБОТА О БАКИНСКОМ ГОСУДАРСТВЕННОМ УНИВЕРСИТЕТЕ 

ГЕЙДАРА АЛИЕВА 

 

За более чем 90-летний период БГУ, пройдя долгий путь развития, оказал незаме-



нимые  услуги  азербайджанскому  народу.  Наш  общенациональный  лидер  Г.Алиев,  яв-

лявшийся выпускником БГУ, называя это учебное заведение национальным богатством 

азербайджанского народа, уделял ему постоянное внимание и оказывал всяческую забо-



64                                                           Ümummilli lider Heydər Əliyev – 90 

Tarix və onun problemləri, №2 2013 

 

 



ту.  Г.Алиев  не  только  считал  БГУ  флагманом  высшего  образования  республики,  но  и 

всегда  интересовался  жизнью  Университета,  заботился  о  его  развитии.  Инициатором 

всех нововвдений, произошедших в жизни Университета, был Г.Алиев. Забота Г.Алиева 

об Университете никогда не будет забыта. 

 

RAFAEL SULEYMANOV 

professor of Baku State Universitety, 

doctor of historical sciences 

 

ABOUT TAKING CARE OF BAKU STATE UNIVERSITY 

BY HEYDAR ALIYEV 

 

For  more  than  90-age  period  of  Baku  State  University,  passed  by  long  development 



way,  common  national  leader  Heydar  Aliyev  did  great  favour  to  azerbaijan  people.  Our 

common national leader Heydar Aliyev is graduator of Baku State University, he called itself 

this  educational  establishment  as  nationality  wealth  of  Azerbaijan  people,  devote  frequently 

attention and regular cares. 

Heydar Aliyev considered Baku State University flagman of the high education in re-

public, and also interested about this University  life, and paid  attention to about its  develop-

ment. Initiator of all contemporaries innovations, which is occured in Baku State University`s 

life  was  Heydar  Aliyev.  There  are  would  not  be  forgotten  Heydar  Aliyev`s  given  attention, 

and care.  

 

 



Rəyçilər: t.ü.f.d.A.Cəlilov, t.e.d.A.C.İsgəndərov 

Bakı Dövlət Universitetinin “Slavyan ölkələri tarixi” kafedrasının 22 noyabr 2012-ci il tarixli 

qərarı ilə çapa məsləhər görülmüşdür (protokol №3).

 

Yüklə 64,12 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə