Verilən gündəlik plan nümunəsi iki hissədən ibarətdir 1-ci hissə başlıqlara uyğun olaraq müvafiq xanalar doldurulur



Yüklə 303,8 Kb.
səhifə1/2
tarix01.03.2023
ölçüsü303,8 Kb.
#101693
  1   2
Məmmədova Səbinə planlaşdırma


Verilən gündəlik plan nümunəsi iki hissədən ibarətdir 1-ci hissə - başlıqlara uyğun olaraq müvafiq xanalar doldurulur.

Kurikulumda dövlət tərəfindən şagirdin bilik və bacarığına qoyulan tələbə yəni, standarta nail olmaq üçün müəllim təlim fəaliyyətini düzgün planlaşdırmalıdır.
Ümumilikdə planlaşdırmanın 2 növü var:
1.Perspektiv (illik) planlaşdırma
2.Cari (gündəlik) planlaşdırma
Perspektiv planlaşdırmanı tərtib edərkən müəllim bir neçə məqama diqqət etməlidir.
Ən vacib məqamlardan biri mövzuların yeri və ardıcıllığı ilə bağlıdır. Müəllim mövzuların ardıcıllığını düzgün - sadədən mürəkkəbə doğru müəyyənləşdirməlidir. 
Sözün həqiqi mənasında müəllim olan hər bir şəxs istəyər ki, onun apardığı dərs keyfiyyətli və səmərəli olsun. Bunun üçün də əvvəlcədən planlaşdırma aparılır. Dərsin metodikası tələb olunan standarta, tədris olunacaq mövzuya uyğun müəyyənləşdirilir. Dərsin səmərəli keçməsinə görə müəllim özü üçün əvvəlcədən bu sualların cavabını konkretləşdirməlidir:
NƏ ÖYRƏNİLƏCƏK? NECƏ ÖYRƏNİLƏCƏK? HANSI ŞƏRAİTDƏ ÖYRƏNİLƏCƏK? TƏLİM FƏALİYYƏTİ NECƏ QİYMƏTLƏNDİRİLƏCƏK? Dərsin məzmunu aşağıdakı qaydalara əsasən qurulur: 1) Dərsdə reallaşacaq standartına uyğun təlim məqsədi qoyulur: 2) Dərsin tipi müəyyən edilir: Yəni, dərs induktiv yoxsa deduktiv olmalı? Əgər dərs zamanı mövzu xüsusidən ümumiyə doğru izlənirsə, bu - induktiv dərs hesab olunur. Əgər dərs zamanı mövzu ümumidən xüsusiyə doğru izlənilirsə, bu – deduktiv dərs hesab olunur. 3) Dərs ardıcıl olaraq mərhələlərə bölünür: 4) Hər bir mərhələ üçün zaman fasiləsi, tapşırıqlar və metodlar müəyyənləşdirilir.

Clark və Lampert (1986) tərəfindən təsvir edildiyi kimi müəllimlər tərəfindən qəbul edilən planlar və qərarlar. Dərsin gündəlik planı müəllimin məhsuldar dərs keçməsi və nəzərdə tutulan məqsədlərə çatması üçün ona bələdçi rolunu oynayır. Bu bələdçidən istifadə edərək müəllim məzmunu şagirdlərə məntiqi ardıcıllıqla çatdıra bilir. Dərs planı elə bir yol xəritəsidir ki, bizi hədəfə aparır. Öncədən planlaşdırılan istənilən fəaliyyətin daha yaxşı nəticələrə gətirib çıxardığını gündəlik həyat təcrübələri də təsdiq edir.


Müəllimlərin planlaşdırılması və qərar qəbulu üzrə tədqiqatlar əhəmiyyətlidir və 1970 və 1980-ci illərin onilliklərində əhəmiyyətli dərəcədə artıb, lakin son onillikdə yavaşlayıb. Bu var


göstərdi ki, planlaşdırmanın şagirdlərin öyrəndikləri, yeni başlayan müəllimlər üçün nəticələri var
və təcrübəli müəllimlər fərqli şəkildə planlaşdırırlar və təcrübəli müəllimlər həmişə deyil
gözlənildiyi kimi planlaşdırın. Bu tədqiqat həm də müəllimin planlaşdırılmasının mürəkkəbliyini göstərir və müəyyən planlaşdırma növləri gözlənilməz və təəccüblü nəticələr verə bilər.

Bəzi planlaşdırma növləri gözlənilməz nəticələrə səbəb ola bilər.


Müəllimlər tərəfindən başlanan planlaşdırma prosesləri həm tələbələrə, həm də müəllimlərə məna verə bilər istiqamətləndirir və tələbələrin öyrənmədə nəzərdə tutulan məqsədlərdən xəbərdar olmasına kömək edə bilər
yerinə yetirmələri tələb olunur.

Planlaşdırma əsas məqsədləri müəyyənləşdirmək və onlara nail olmaq üçün müəllimlərin fəaliyyət istiqamətidir.Tədris fəaliyyətinin iki formada planlaşdırılması aparılır: perspektiv (illik) və cari(gündəlik)


İllik planlaşdırmanın yaradılması müəllimlərin qarşısında duran ən mühüm vəzifədir. İllik planlaşdırmada tədris vahidinin nə zaman və hansı ardıcıllıqla tədris ediləcəyi göstərilir. Eyni zamanda hər fəslə ayrılacaq vaxtı göstərilir. Fənnin planlaşdırılması ardıcıllığı aşağıdakı kimidir:
1. Tədris ediləcək tədris vahidlərini məzmun standartlarına əsasən müəyyən etmək
2. Tədris vahidlərinin ardıcıllıq prinsiplərini müəyyənləşdirmək. ( Tədris vahidlərinin ardıcıllıqla müəyyənləşdirilməsi dedikdə, məzmunun ardıcıllığı (asandan çətinə doğru),
xronoloji ardıcıllıq (zaman ardıcıllığı), məntiqi ardıcıllıq (əvvəlcə o anlayışlar öyrədilir ki,onlar növbəti anlayışların açılmasında mühüm əhəmiyyət daşıyır) nəzərdə tutulur.
3. Hər tədris vahidi üçün tədris planına əsasən vaxt bölgüsü aparmaq ( Tədris vahidləri üçün vaxt bölgüsünü müəyyənləşdirərkən fənn üzrə illik dərs saatlarının ümumi sayı hesablanır.Hər tədris vahidinin əhəmiyyətliliyi və mürəkkəbliyi baxımından vaxt müəyyən edilir.)
4. Hər bir halda şagird maraqlarını nəzərə almaq .
İllik planlaşdırma apararkən müəllim aşağıdakı sənədlərə istinad etməlıdir:
• Məzmun standartları
• Qiymətləndirmə standartları
• Tədris planı
• Dərslik (İstifadə olunacaq mətnlər və digər materiallar)
Müəllim üçün vəsait
Təqvim planı tərtib edilərkən dərs ilinin həftələri, tədris ilində baş verəcək mühüm hadisələr (tarixi günlər) , tədris vahidlərinin və onlara daxil olan mövzuların adı müəyyən edilir. Hər tədris vahidi və mövzu vasitəsilə reallaşdırılacaq məzmun standartları (alt-standartlar) seçilir, istifadə olunacaq mənbələr (resurslar) müəyyən edilir, hər mövzu üçün ayrılmış vaxt qeyd olunur.
Tədris vahidi Mövzu Təlim məqsədi Reallaşdırılacaq standart (standartlar) Resurslar Təlim və tədris fəaliyyəti Saat Tarix
Nümunəvi illik planlaşdırma əsasında müəllim fərdi olaraq gündəlik və ya həftəlik dərs planlaşdırması tərtib edir.
Gündəlik dərslərin planlaşdırılması
Dərsin davametmə müddətini əsaslandırmaq üçün əvvəlcədən planlaşdırma aparılır. Dərsin metodikası tələb olunan standartlara və tədris olunan mövzusuya uyğun müəyyənləşdirilir. Dərsin uğurlu keçirilməsi üçün onun mərhələləri və məzmunu əvvəlcədən dəqiq müəyyən edilir.
1. Dərsin təlim məqsədinin qoyuluması: bilik,bacarıq, vərdiş və dəyərlər
2. Dərsin tipinin müəyyən edilməsi: Mövzunu xüsusidən ümumiyə doğru(induktiv), yoxsa ümumidən xüsusiyə( deduktiv) doğru izləyəcəyimiz müəyyənləşdirilir.
3. Dərsin mərhələlərinin və hər mərhələdə istifadə olunacaq üsulların planlaşdırılması.(Hər mərhələ üçün vaxt çərçivəsi müəyyən edilir.)
4. Hər mərhələ üçün tapşırıq seçilməsi: Tapşırıqlar bir-birini tamamlamalı,dərsin təlim məqsədi və məzmunu ətrafında məntiqi zəncir kimi sıralanmalıdır.
5. Öyrənənləri fəaliyyətə cəlb etmək üçün aşağıdakıları müəyyən etmək vacibdir:
Problem
• Suallar
• Tapşırıqlar
• İş vərəqləri hazırlamaq
• Mənbələri seçmək (sənədlər, foto-film materialları, internet saytı və.s.)
6. Müəllimlər üçün xüsusi materiallar:
• Suallar variantı (müzakirələr yeni problemlər aça bilər)
• Öyrənənlərin mümkün cavab variantları
• Illüstrasiyalar (müəyyən mərhələdə öyrənənlərin marağını artırmaq üçün)
• Müzakirələrin gedişində əldə edilən nəticələrin, təriflərin plakatlara yazılması.
Dərsi səmərəli təşkil etmək üçün aşağıdakı sualların cavablarını müəllim özü üçün konkretləşdirməlidir.
• Nə öyrəniləcək?
• Necə öyrəniləcək?
• Hansı şəraitdə öyrəniləcək?
• Təlim fəaliyyəti necə qiymətləndiriləcək?
Dərs planlaşdırılarkən hansı təlim standartının (standartlarının) reallaşdırılması müəyyənləşdirməli, ona (onlara) uyğun təlim məqsədi (təlim məqsədləri), müvafiq metod və vasitələr seçilməlidir.
Dərsin təşkilində aşağıdakı prinsiplər əsas götürülür:
pedaqoji prosesin tamlığı - pedaqoji prosesdə təlim məqsədləri kompleks (inkişafetdirici, öyrədici, tərbiyəedici) həyata keçirilir, real nəticələrlə yekunlaşan müəllim və şagird fəaliyyətini əhatə edir;
təlimdə bərabər imkanların yaradılması - bütün şagirdlərə eyni təlim şəraiti yaradılır və pedaqoji proses onların potensial imkanları nəzərə alınmaqla tənzimlənir;
şagirdyönümlülük - şagird pedaqoji prosesin mərkəzində dayanır. Bütün tədris və təlim işi şagirdlərin maraq və tələbatlarının ödənilməsinə, onların istedad və qabiliyyətlərinin, potensial imkanlarının inkişafına yönəldilir;
inkişafyönümlülük - şagirdlərin idrak fəallığı izlənilir, nailiyyətləri təhlil edilir, bilik, baçarıq və vərdişlərinin inkişaf səviyyəsi tənzimlənir;
fəaliyyətin stimullaşdırılması - pedaqoji prosesin səmərəli və effektiv qurulması, şagirdlərin təlimə marağının artırılması üçün onların fəaliyyətindəki bütün irəliləyişlər qeyd olunur və dəyərləndirilir, nəticə etibarı ilə şagirdlərin daha uğurlu təlim nəticələrinə istiqamətləndirilməsi təmin olunur;
dəstəkləyici mühitin yaradılması - pedaqoji prosesin münasib maddi-texniki baza əsasında və sağlam mənəvi-psixoloji mühitdə təşkil edilməsi keyfiyyətin və səmərəliliyin yüksəldilməsi üçün əlverişli və təhlükəsiz təlim şəraiti yaradır.
Gündəlik dərsin planlaşdırılması mərhələləri
• Mövzu:
• Standart
• Təlim məqsədi: (reallaşdırılacaq standartlara əsaslanmaqla)
• İnteqrasiya:
• İş forması:
• İş üsulları:
• Resurslar:
Müəllimin planlaşdırılması tədrisin bütün digər aspektləri ilə qarşılıqlı əlaqədə olur və bir çoxlarından təsirlənir amillər. dəqiqəyə qədər müxtəlif vaxt intervalları üçün planlar qururlar
həftə, ay və ya il. Əgər ümumi məktəb planlaması və ya öz karyera planlaması iştirak edirsə,
zaman intervalları hətta bir neçə ili əhatə edə bilər. Aydındır ki, sabah nə edəcəyinizi planlaşdırmaqdır
bütün il üçün planlaşdırmaqdan çox fərqlidir. Bununla belə, hər ikisi vacibdir.

3.Öyrədiləcək biliklərin seçilməsi metodologoyasını təsvir edin.



Yüklə 303,8 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə