Verilən gündəlik plan nümunəsi iki hissədən ibarətdir 1-ci hissə başlıqlara uyğun olaraq müvafiq xanalar doldurulur


Təlim nəticəsi yazılmasına dair metodologiyaları təsvir edin və çatışmamazlıqlarını qeyd edin



Yüklə 303,8 Kb.
səhifə2/2
tarix01.03.2023
ölçüsü303,8 Kb.
#101693
1   2
Məmmədova Səbinə planlaşdırma

4. Təlim nəticəsi yazılmasına dair metodologiyaları təsvir edin və çatışmamazlıqlarını qeyd edin.
TƏLİM MƏQSƏDLƏRİNİN TAKSONOMİYASINA DAİR
* Təlim məqsədləri bilik, bacarıq, vərdiş və dəyərlərin formalaşmasını əks etdirir.
* Taksonomiya təlim məqsədlərinin həm iyerarxiyasını, həm də təsnifatını özündə birləşdirir.
Təlim məqsədlərinin taksonomiyası Benjamen Blum (ABŞ) tərəfindən 1956-ci ildə təklif olunmuşdu və 3
sahəni əhatə edirdi : koqnitiv (idraki), affektiv (emosional) və psixomotor məqsədlər.
* Blumun taksonomiyasının təkmilləşdirilmiş variantı L.Anderson və D.Krasvol (2001) tərəfindən hazırlanan taksonomiyasıdır

5.İllik planlaşdırılmanın  yaradılması müəllimlərin qarşısında duran ən mühüm vəzifədir. Planlaşdırma əsas məqsədləri müəyyənləşdirmək və onlara nail olmaq üçün müəllimlərin fəaliyyət istiqamətidir. İllik planlaşdırmada tədris vahidinin nə zaman və hansı ardıcıllıqla tədris ediləcəyi göstərilir. Eyni zamanda hər fəslə ayrılacaq vaxt göstərilir.

Fənnin planlaşdırılması ardıcıllığı aşağıdakı kimidir:


1. Tədris ediləcək tədris vahidlərini məzmun standartlarına əsasən müəyyən etmək.
2. Tədris vahidlərinin ardıcıllıq prinsiplərini müəyyənləşdirmək ( Tədris vahidlərinin ardıcıllıqla müəyyənləşdirilməsi dedikdə, məzmunun ardıcıllığı ( asandan çətinə doğru), xronoloji ardıcıllıq (zaman ardıcıllığı), məntiqi ardıcıllıq ( əvvəlcə o anlayışlar öyrədilir ki, onlar növbəti anlayışların açılmasında əhəmiyyət daşıyır.) nəzərdə tutulur.)
3. Hər tədris vahidi üçün tədris planına əsasən vaxt bölgüsü aparmaq. ( Tədris vahidləri üçün vaxt bölgüsünü müəyyənləşdirərərkən fənn üzrə illik dərs saatlarının ümumi sayı nəzərə alınır. Hər tədris vahidinə onun əhəmiyyətliliyi və mürəkkəbliyi baxımından vaxt ayrılır.)
4. Hər bir halda şagird maraqlarını nəzərə almaq.

İllik planlaşdırma apararkən müəllim aşağıdakı sənədlərə istinad etməlidir:
* Məzmun standarları
* Qiymətləndirmə standartları
* Tədris planı
* Dərslik ( İstifadə olunacaq mətnlər və digər materiallar)
* Müəllim üçün vəsait

Təqvim planı tərtib edilərkən dərs ilinin həftələri, tədris ilində baş verəcək mühüm hadisələr (tarixi günlər), tədris vahidlərinin və onlara daxil olan mövzuların adları müəyyən edilir.Hər tədris vahidi və mövzu vasitəsilə reallaşdırılacaq məzmun standartları (alt-standartlar) seçilir, istifadə olunacaq mənbələr (resurslar) müəyyən edilir, hər mövzu üçün ayrılmış vaxt qeyd olunur.







Yüklə 303,8 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə