Yarımfinal tur respublika fənn oliMPİadasi azərbaycan dili – 9-cu sinif



Yüklə 0,73 Mb.
Pdf görüntüsü
tarix30.10.2018
ölçüsü0,73 Mb.
#76137


 

 

 

 

 

 

 

RESPUBLİKA FƏNN OLİMPİADALARI  

RESPUBLİKA MƏRHƏLƏSİ 

 YARIMFİNAL TUR 

11.03.2017 

 

 

 

AZƏRBAYCAN DİLİ VƏ ƏDƏBİYYAT 

9-cu SİNİF

                                          


Yarımfinal tur                                       RESPUBLİKA FƏNN OLİMPİADASI                             Azərbaycan dili – 9-cu sinif

 

 



1.  "Tərcüməçi də bir insandır. Onun da ətrafda baş 

verən hadisələrə özünəməxsus baxış bucağı var. Bu 

baxış bucağı istər-istəməz onun tərcümələrinə də 

təsir edir. Beləliklə eyni əsərin müxtəlif tərcümələri 

yarana bilər". Verilən nümunədə tərcüməçi ilə 

bağlı aşağıdakılardan hansı izah olunur? 

A) Üslubun əsərdən-əsərə görə fərqlənməsi. 

B) Düşüncələrini istədiyi kimi ifadə edə bilməməsi 

C) Başqa tərcüməçilərdən təsirləndiyi 

D) Təcrübənin tərcüməyə təsir etdiyini 

E) Tərcüməyə öz düşüncələrini qatdığını. 



 

2. “Axşamın düşməyinə az qalırdı ki, kəndə çatdım” 

– tabeli mürəkkəb cümləsinin baş cümləsi sadə 

cümlənin hansı növünə aiddir? 

A) şəxssiz cümlə   

B) müəyyən şəxsli geniş cümlə  

C) qeyri-müəyyən şəxsli cümlə 

D) müəyyən şəxsli müxtəsər cümlə 

E) ümumi şəxsli cümlə 

 

3. Nümunədə hansı durğu işarələri buraxılıb? 

“İnsan qanadsız quşdur deyə mən düşünürdüm 

srağagün bu vaxt biz mən körpüsalanlar bir də Adil 

Zoğallı meşəsindəydik”. 

A) ,– , – : , ,  

B) , – , – – , , 

C) , – , : , ,  

D) , – , – : ,   

E) , – , : – : , ,  

 

4. Hansı cümlədə durğu işarəsi olub 

olmamağından asılı olaraq sintaktik təhlildə 

dəyişiklik olar? 

A) Təbiət İsgəndərdən heç nə əsirgəməmişdi. 

B) Uşaqlar, məktəbdə müəllimlərə qayğı göstərin. 

C) Biz yıxılana əl uzadırıq və bu əməldən ləzzət 

alırıq. 

D) O suallara səlis cavab verəndə müəllimin ürəyi 

açılırdı. 

E) Bu günün qalibi Zahiddir. 

 

5.  Mübtədası sadə II növ təyini söz birləşməsi

xəbəri  sadə III növ təyini söz birləşməsi ilə ifadə 

olunan müxtəsər cümləyə aid edilə bilməz. 

A) Müəyyən şəxsli cümlə ola bilər. 

B) Tərkibində ara söz və xitab işlənə bilər. 

C) Tabelilik əlaqəsinin 3 uzlaşma, 2 idarə növü 

işlənər. 

D) Əmr cümləsi kimi işlənə bilməz. 

E) Şəxssiz cümlə ola bilməz. 

 

6.  Sintaktik əlaqə baxımından sxemdəki 



uyğunsuzluğu göstərin. 

 

 



 

 

 



A) 3        B) 1         C) 2        D) 5       E) 4 

 

7. Biri eyni cümlə üzvünün sualı deyil: 

A) haraya?  

 

 B) harada?  



C) haranı?      

 D) haradan?   

E) nə tərzdə? 

 

8. Hansı sözləri işlənmə vəziyyətinə görə 



 həm             , həm də              kimi götürmək 

olar? 

    1          2          3          4         5           6                

Güldür, bildir, yazdır, qandır, ovdur, vaxtdır,  

   7  


   8 

bəsdir,  sildir 

A) 1, 3, 4, 5          B) 2, 4, 5, 7        C) 1, 3, 6, 8  

D) 2, 7, 8              E) 3, 4, 6 

 

9. Nümunədəki təsriflənən feilin kökü omonim 

olmaqla hansı nitq hissələrinə aid edilə bilər? 

Qapıdakı tək ağac da 

Yarpaq töküb qurumuşdur ... 

                                        (S. Vurğun) 

A) feil, sifət           B) feil, feil        C) isim, zərf 

D) feil, qoşma       E) isim, isim 

 

Hər                 igidin               ölümü       



3  

1  


2   

     ağır             dərddir. 

 4  

 5  



Yarımfinal tur                                       RESPUBLİKA FƏNN OLİMPİADASI                             Azərbaycan dili – 9-cu sinif

 

 



10. İki cümlədə mübtəda mürəkkəb adla, bir 

cümlədə mürəkkbə sözlə, bir cümlədə feili sifətlə, 

bir cümlədə isə məsdər tərkibi ilə ifadə 

olunmuşdur. Bu halda neçə cümlədə mürəkkəb 

mübtəda olacaqdır? 

A) 1          B) 2           C) 3         D) 4     E) 5 

 

11. Tələffüz şəklində verilmiş cümlələrdən 

birində “idi” hissəciyi işlənməyib. 

A) [Ətraf  əlvan güllərə bürümmüşdü.] 

B) [Qəlbimə qorxu dolu bir hiss dolubdu.] 

C) [Uzaxda dayanan dosdum Əliydi.] 

D) [Əsərdi ruhuma sərin bir küləx`] 

E) [Yanımda igid əsgər durmuşdu] 

 

12. Birinin kökünü  həm omonim, həm də 

çoxmənalı söz kimi götürmək olmur:                                                                                                                                       

A) yarıldı         B) qolumuzdakı        C) satıldı       

D) tutuldu        E) yayıldı       

 

13. Bağlayıcıların ardıcıl verildiyi cərgəni 



müəyyən edin: 

1. Vergül tələb etməyən 

2. Özündən əvvəl vergül tələb edən 

3. Özündən sonra vergül tələb edən  

A) lakin, əgər, hərçənd 

B) ilə, amma, ki 

C) ilə, ancaq, halbuki 

D) ki, lakin, madam 

E) və, yəni, çünki 

 

14. Biri sifətin azaltma dərəcəsində deyil: 

A) qaraşın           B) açıq-sarı     C) uzunsov 

D) alaqaranlıq     E) göytəhər 

 

15. Verilənlərdən biri həm feil, həm sifət, həm də 



zərf kimi işlənə bilir? 

A) qoşa-qoşa                        B) dönə-dönə                                                                             

C) hədələyə-hədələyə          D) yamsılaya-yamsılaya 

E) əsnəyə-əsnəyə     

 

 

 



16. Nümunədə işlənmişdir: 

       Üfüqlər qızarır al güllər kimi



      Günəş boy göstərir, açılır səhər.   (S. Vurğun) 

1. metafor     2. təşbeh        3. epitet       

4. təzad         5. inversiya    6. təkrir 

A) 1, 2, 3        B) 3, 4, 6       C) 1, 2, 5       

D) 4, 5, 6        E) 2, 3, 5 

 

17. Hansı bənd işarələnmiş sözlərdən heç birinin 



mənasına uyğun deyil?                                                                                                                   

1. Xof eyləmədik atəşi-dəhhaşe-düvəldən.       

2. Bədbəxt olan əfğani-yetiman hədər olmaz.                                       

3. Bir zərrə belə qorxmayırız dəsti-əcəldən.         

4. Türklər geriyə dönməyəcək müslih əməldən.                                             

A) yetimlərin fəryadı     

B) əcəl əli, ölümün yaxınlaşması         

C) dövlətlərin dəhşətli hücumları      

D) cahil, namərd adam 

E) asayişi bərpa edən       

 

18. “Koroğlu ilə Bolu bəy” qolunun məzmunu 

haqqında  doğru fikirləri seçin: 

1. Koroğlu Xotkarın oğlu Bürcü Sultanın onu 

tanıyacağını deyir. 

2. Koroğlu Mehtər Murtuzu şeşpəri ilə öldürür. 

3. Dünya xanım Hasan paşanın qızıdır və sonda 

Koroğlu onu da özü ilə Çənlibelə gətirir. 

4. Bolu bəy Koroğlu ilə döyüşdə qalib gəlir və onun 

başına qılıncla zərbə endirir. 

5. Dəmirçioğlu və Dəli Həsənin Koroğlunun 

arxasınca getməsinə Nigar xanım mane olur.  

A) 2, 3, 4            B) 1, 3, 5             C) 2, 3, 5        

D) 1, 2, 4            E) 1, 4, 5 

 

19. Mövzusuna görə məntiqi ardıcıllığı davam 

etdirin. 

 “Təbrizim”, “Heydərbabaya salam”, ...    

A) “Zeybək qızı”         B) “Həyat sevgisi”       

C) “Gələcək gün”        D) “Vətən yaraları”      

E) “Buludlar” 

 

 

 



Yarımfinal tur                                       RESPUBLİKA FƏNN OLİMPİADASI                             Azərbaycan dili – 9-cu sinif

 

 



20. Nümunədə işlənməmişdir: 

Ağaclar dırmaşıb dəcəl uşaqtək 

Dağın zirvəsinə yamacla, yolla, 

Tamaşa etməyə bir cüt göz gərək - 

Meşə bəhsə girib  göylə, maşallah!  (Ənvər Rza) 

1. metafor      2. epitet      3. inversiya     4. bədii 

sual   5. təşbeh 

A) 3, 4       B) 1, 2, 3       C)  2, 4         

D) 4, 5       E) 1, 3, 5 

 

21. H. Cavidin “Ana” əsərindən verilmiş bu sitat 



hansı obrazın dilindəndir və kim haqqında 

söylənilib? 

 Dedim: get, miskin! 

 Çəkil get! – dedim,– ədəbsiz, həyasız! 

 Sonra çəkildim evə etinasız. 

A) Səlmanın, Murad haqqında               

B) İsmətin, Orxan haqqında 

C) Səlimin, Orxan haqqında                   

D) Səlimin, Murad haqqında 

E) İzzətin, Səlim haqqında 

 

22. Əsərlərin yarandığı ədəbi dövrləri nəzərə 



alsaq, hansı cərgədə  uyğunluq pozulub? 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

23. Uyğunluğu göstərin.       

1. Tərənnüm  əsas  yer  tutur. 

2. Təsviri  janr  da  deyilir. 

3. Əsas mətn personajlar arasında dialoqdan ibarət 

olur. 

I. epik növ   II. lirik növ      III. dramatik növ    



A) 1- I , 2-II , 3-III             B) 1-III, 2-I , 3-II        

C) 1-II, 2-I, 3-III                D) 1-II, 2-III, 3-I         

E) 1-I, 2-III, 3-II 

 

24. Y.V. Çəmənzəminlinin “Zeybək qızı” 



hekayəsinin məzmunu ilə bağlı səhvi 

müəyyənləşdirin.  

A) Darülfünun ingilislərin hind əsgərləri tərəfindən 

tutulmuşdu. 

B) Midhəd əfəndinin atası Münir bəy oğlunun 

Anadoluya getməsinə razı deyildi. 

C) Düşmən cəbhəsi türklər tərəfindən yarılmışdı. 

D) Midhəd əfəndi zeybək qızını ilk dəfə İzmir 

cəbhəsində görmüşdü. 

E) Midhəd əfəndi Anadoluya özü könüllü getmişdi. 

 

25. Təşbeh işlənmiş nümunələri seçin: 

1. Sözün də su kimi lətafəti var 

    Hər sözü az demək daha xoş olar. (N.Gəncəvi)     

2. Öpür qayaları, öpür daşları 

    Bala sevgisiylə o ana dağlar.  (B. Vahabzadə) 

3. Gecələr yatmadan əvvəl sor özündən ki, “Bu gün  

    Mən nə etdim məni yurddaş edən öz yurdum 

üçün?    (B. Vahabzadə)                                                 

4. Bilmirdim, 

    Məhəbbət bir cəllad təki 

    Mənim gülüşümü öldürmüş bütün .  

    (B. Vahabzadə) 

5. Açıldı yazilər, bitdi çiçəklər

    Gül ilə şol bənəfşə, süsən oldu.    (Ş.İ. Xətayi)  

A) 1, 2, 3         B) 1, 4        C) 1, 2, 4         

D) 2, 3             E) 1, 4, 5 

 

 



 

 

“Dağlar” 



 

“Durnalar” 



 

“Bomba” 


 

“Qurbanəli bəy” 



 

“Əkinçi” 

 



“Bənövşəni” 



 

“Durnalar” 

 



“Koroğlu” 



 

“Bahariyyə” 



 



“Ağrımaz” 



 

Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə