بسم الله الر حمن الر حيم camaat namazinin fəZİLƏt və savabi abbas əZİZİ


CAMAAT NAMAZINDA MÜSTƏHƏB OLAN ŞEYLƏR



Yüklə 0,5 Mb.
səhifə8/9
tarix30.10.2018
ölçüsü0,5 Mb.
#76396
1   2   3   4   5   6   7   8   9

CAMAAT NAMAZINDA MÜSTƏHƏB OLAN ŞEYLƏR


Məsələ: 1501.Əgər məmum bir kişi olsa, müstəhəbdir ki, imamın sağ tərəfində dayansın; bir qadın olsa, müstəhəbdir ki, imamın sağ tərəfində elə dursun ki, səcdəsinin yeri imamın dizləri, yaxud ayaqları ilə bərabər olsun. Əgər məmum bir kişi və bir qadın, yaxud bir kişi və bir neçə qadın olsa, müstəhəbdir ki, kişi imamın sağ tərəfində, qadınlar isə imamın arxa tərəfində dursunlar. Əgər bir neçə kişi və bir neçə qadın olsa, müstəhəbdir ki, kişilər imamın arxasında, qadınlar da kişilərin arxasında dursunlar.

Məsələ: 1502.Müstəhəbdir ki, imam cərgənin ortasında, elm, kamal və təqva sahibi olan sair şəxslər isə birinci cərgədə dayansınlar.


Məsələ: 1503.Müstəhəbdir ki, camaat namazının cərgələri münəzzəm (nizam-intizamlı) olsun, bir cərgədə duran şəxslərin aralarında fasilə düşməsin, çiyinləri bir xətt boyunda olsun.

Məsələ: 1504.Müstəhəbdir ki, qəd-qamətissalat deyiləndən sonra məmumlar ayağa qalxsınlar.

Məsələ: 1505.Müstəhəbdir ki, imam, məmumların arasında halı başqalarına nisbətən zəif olanları nəzərə alsın, tələsməsin ki, zəiflər də ona çatsın. Habelə, müstəhəbdir ki, qunut, rüku və səcdələri uzatmasın. Amma ona iqtida edənlərin hamısının bu kimi işlərə meylli olduqlarını bilsə, eybi yoxdur.

Məsələ: 1506.Müstəhəbdir ki, imam camaat Həmd-Surədə və ucadan oxunmalı zikrlərdə səsini o qədər ucaltsın ki, hamı eşitsin. Amma həddindən artıq uca olmamalıdır.

Məsələ: 1507.Əgər imam rükuda olanda, təzə gələnlərin ona iqtida etmək istədiklərini başa düşsə, müstəhəbdir ki, rükunu həmişəkindən ikiqat artırıb sonra hətta bundan sonra iqtida etmək üçün başqalarının da gəldiyini bilsə-qalxsın.

CAMAAT NAMAZINDA MƏKRUH OLAN ŞEYLƏR


Məsələ:1508.Əgər camaat namazının cərgələrində yer olsa insan təklikdə dayanması məkruhdur.

Məsələ:1509.Məkruhdur ki, insan zikrləri, imamın eşidəcəyi tərzdə desin.

Məsələ:1510.Zöhr, əsr və işa namazlarını şikəstə (2 rəkət) qılan müsafirin, bu namazlarda müsafir olmayanlara, habelə, müsafir olmayan şəxsin bu namazlarda müsafir olana iqtida etməsi məkruhdur.

3-CÜ HİSSƏ


CAMAAT NAMAZI HAQQINDA HƏDİSLƏR



CAMAAT NAMAZI HAQQINDA HƏDİSLƏR



عَنْ اَبِي جَعْفَرٍ  : قٰالَ: قٰالَ عَلِيٌّ --: مَنْ سَمِعَ النِّدٰاءَ فَلَمْ يُجِبْهُ مِنْ غَيْرِ عِلَّةٍ فَلاٰ صَلاٰةَ لَهُ ؛

İmam Baqir (ə), imam Əli (ə)-ın belə buyurduğunu nəql etmişdir: "(Camaat namazının) azan səsini eşitdiyi halda, heç bir üzürlü səbəb olmadan cavab verməyən şəxsin namazı yoxdur (namazı qəbul deyildir)."



"Vəsailuş-şiə" /5/375.

قٰالَ رَسُولُ اللهِ  : اِمٰامُ الْقُوْمِ وٰافِدُهُمْ فَقَدِّمُوا فِي صَلاٰتِكُمْ اَفْضََلَكُمْ ؛

Peyğəmbəri-Əkrəm (c) buyurmuşdur: "Hər bir dəstənin camaat namazının imamı onların Allah dərgahında nümayəndəsidir. Belə isə, öz namazınızın imamı üçün ən yaxşılarını seçin."



"Biharul-ənvar" /88/109.
قٰالَ رَسُولُ اللهِ : صَلاٰةُ الرَّجُلِ فِي جَمٰاعَةٍ خَيْرٌ مِنْ صَلاٰتِهِ فِي بَيْتِهِ اَرْبَعِبينَ سَنَةً . قِيلَ: يٰا رَسُولَ اللهِ! صَلاٰة يَوْمٍ ؟ فَقٰالَ: صَلوٰةٌ وٰاحِدَةٌ ؛

Peyğəmbəri-Əkrəm (c) buyurmuşdur: "İnsanın camaatla namaz qılması öz evində (tək-tənha) qıldığı qırx illik namazdan yaxşıdır. Allahın Rəsulundan "bir günün namazımı?" – deyə soruşulduqda, o həzrət buyurdu: "(Xeyr!) Yalnız bir namaz. (Yəni camaatla qılınan bir namaz tək-tənha qılınan qırx illik namazdan fəzilətlidir.)"



"Vəsailuş-şiə" /5/374.

قٰالَ رَسُولُ اللهِ  : يٰا اَيُّهٰا النّٰاسُ اَقِيمُوا صُفُوفَكُمْ وَ اَمْسِحُوا بِمَنٰاكِبِكُمْ لِئَلاٰ يَكُونَ فِيكُمْ خَلَلٌ ، وَ لاٰ تُخٰالِفُوا فَيُخٰالِفَ اللهُ بَيْنَ قُلُوبِكُمْ اَلاٰ وَ اِنِّي أَرٰاكُمْ مِنْ خَلْفِي ؛

Peyğəmbəri-Əkrəm (c) bir dəstə adama xitab edərək buyurmuşdur: "Ey camaat! Camaat namazının cərgələrini nizama salın, aranızda fasilə ayrılıq düşməsin deyə, çiyin-çiyinə durun. Səflərinizi pozmayın, (əks halda) Allah sizin qəlblərinizi bir-birindən uzaqlaşdırar. Agah olun ki, həqiqətən, mən sizi (camaat namazının səflərinin nizam-intizamlı olub-olmamasını) arxa tərəfimdən görürəm."



"Səvabul-əmal" /520.

قٰالَ رَسُولُ اللهِ : لَاَنْ اُصَلِّيَ الصُّبْحَ فِي جَمٰاعَةٍ اَحَبُّ اِلَيَّ مِنْ اَنْ اُصَلِّيَ لَيْلَتيِ حَتّيٰ اُصْبِحَ؛

Peyğəmbəri-Əkrəm (c) buyurmuşdur: "Mənim nəzərimdə sübh namazını camaatla qılmağım, gecəni sübhə qədər oyaq qalıb ibadətlə məşğul olmaqdan daha sevimlidir."



"Kənzül-ümmal", 8-ci cild, hədis: 22792.

قٰالَ رَسُولُ اللهِ : مَنْ صَلّيٰ خَلْفَ عٰالِمٍ فَكَاَنَّمٰا صَلّيٰ خَلْفَ رَسُولِ اللهِ ؛

Peyğəmbəri-Əkrəm (c) buyurmuşdur: "Hər kəs alimə iqtida edib namaz qılsa, sanki Allahın Rəsuluna iqtida edib onun arxasında namaz qılmışdır."



"Çehel-hədis" /18.

قٰالَ اَبُو الْحَسَنِ مُوسَي بْنُ جَعْفَرٍ : اِنَّ الصَّلـٰوةَ فِي الصَّفِّ الْاَوَّلِ كَالْجِهٰادِ فِي سَبِيلِ اللهِ عَزَّوَجَلَّ

İmam Kazim (ə) buyurmuşdur: "Camaat namazının birinci cərgəsində namaz qılmaq Allah yolunda cihad etmək kimidir."



"Vəsailuş-şiə" /5/387.

قٰالَ الصّٰادِقُ  : هَمَّ رَسُولُ اللهِ -- بِأِحْرٰاقِ قَوْمٍ فِي مَنٰازِلِهِمْ لاٰ يُصَلُّونَ بِالْجَمٰاعَةِ ؛

İmam Sadiq (ə) buyurmuşdur: "Peyğəmbəri-Əkrəm (c) öz evlərində namaz qılan camaat namazında iştirak etməyən bir qəbilənin evlərini yandırmaq istəyirdi."



"Ləalil-əxbar" /4/205.

قٰالَ الرِّضٰا  : اَلصَّلاٰةُ فِي جَمٰاعَةٍ اَفْضَلُ ؛

İmam Rza (ə) buyurmuşdur: "Namazı camaatla qılmaq daha fəzilətlidir."



"Camiu əhadisiş-şiə" /4/450.

قٰالَ رَسُولُ اللهِ : اِذٰا سُئِلْتَ عَمَّنْ لاٰ يَشْهَدُ الْجَمٰاعَةَ فَقُلْ: لاٰ اَعْرِفُهُ ؛

Peyğəmbəri-Əkrəm (c) buyurmuşdur: "Sizdən camaat namazında iştirak etməyən bir şəxs haqqında soruşsalar, deyin ki, onu tanımıram!"



"Biharul-ənvar" /88/5.

عَنِ الرِّضٰا  : اِنَّمٰا جُعِلَتِ الْجَمٰاعَةُ لِئَلاٰ يَكُونَ الْاِخْلاٰصُ وَالتَّوْحِيدُ وَالْاِسْلاٰمُ وَالْعِبٰادَةُ لِلـّٰهِ اِلاّٰ ظٰاهِراً مَكْشُوفاً مَشْهُوراً؛

İmam Rza (ə) buyurmuşdur: "Camaat namazı yalnız Allah üçün ixlasın, yeganəliyin, İslamın ibadətin aşkar olması məqsədilə qərar verilmişdir."



"Vəsailuş-şiə" /5/372.

عَنْ اَبِي الْحَسَنِ  : اِنْتِظٰارُ الصَّلـٰوةِ جَمٰاعَةً مِنْ جَمٰاعَةٍ اِليٰ جَمٰاعَةٍ كَفّٰارَةُ كُلِّ ذَنْبٍ ؛

İmam Əli (ə) buyurmuşdur: "Bir camaat namazından sonrakı camaat namazına qədər, namazı camaatla qılmaq üçün intizar çəkmək bütün günahların kəffarəsidir."



"Camiu əhadisiş-şiə" /6/388.

قٰالَ رَسُولُ اللهِ  : لاٰ صَلـٰوةَ لِمَنْ لَمْ يُصَلِّ فِي الْمَسْجِدِ مَعَ الِمُسْلِمِينَ اِلاّٰ مِنْ عِلَّةٍ ؛

Peyğəmbəri-Əkrəm (c) buyurmuşdur: "Heç bir üzürlü səbəb olmadan namazını məsciddə müsəlmanlarla birlikdə qılmayan şəxsin namazı qəbul deyildir."



"Vəsailuş-şiə" /3/377.

قٰالَ الصّٰادِقُ  : مَنْ خَلَعَ جَمٰاعَةَ الْمُسْلِمِينَ قَدْرَ شِبْرٍ خَلَعَ رَقَبَةَ الْاِيمٰانِ مِنْ عُنُقِهِ؛

İmam Sadiq (ə) buyurmuşdur: "Hər kəs müsəlmanların dəstəsindən bir qarış belə uzaqlaşsa, şübhəsiz ki, iman ipini boynundan çıxraraq kənara atmışdır."



"Biharul-ənvar" /88/13.

قٰالَ البٰاقِرُ  :لاٰ صَلاٰة َلِِمَنْ لاٰ يَشْهَدُ الصَّلاٰةَ مِنْ جِيٰرانِ الْمَسْجِدِ اِلاّٰ مَرِيضٌ اَوْ مَشْغُولٌ

İmam Baqir (ə) buyurmuşdur: "Məscidin qonşusu olan şəxs xəstəliyi üzürlü səbəbi olmadığı halda, camaat namazında iştirak etməsə, onun namazı kamil deyildir."



"Vəsailuş-şiə" /5/375.

قٰالَ رَسُولُ اللهِ  : اِذٰا سَمِعْتَ الْاذٰانَ فَأْتِ وَلَوْ حَبْواً

Peyğəmbəri-Əkrəm (c) buyurmuşdur: "Azan səsini eşitdikdə, sürünə-sürünə olsa belə, sürətlə məscidə get."



"Kənzül-ümmal" /7/548.

قٰالَ البٰاقِرُ  :مَنْ تَرَكَ الْجَمٰاعَةَ رَغْبَةً عَنْهٰا وَ عَنْ جَمٰاعَةِ الْمُسْلِمينَ مِنْ غَيْرِ عِلَّةٍ فَلاٰ صَلاٰةَ لَهُ ؛

İmam Baqir (ə) buyurmuşdur: "Hər kəs rəğbətsizlik üzündən üzürlü səbəbi olmadan müsəlmanların dəstəsi sayılan camaat namazını tərk etsə, onun namazı qəbul deyildir."



"Əmaliyi Şeyx Səduq" /290.

قٰالَ رَسُولُ اللهِ  : وَ مَنْ لَزِمَ جَمٰاعَةَ الْمُسْلِميِنَ حَرُمَتْ عَلَيْهِمْ غَيْبَتُهُ وَ ثَبَتَتْ عَدٰالَتُهُ ؛

Peyğəmbəri-Əkrəm (c) buyurmuşdur: "Camaat namazına iltizamlı olan şəxsin qeybətini etmək müsəlmanlara haramdır onun ədaləti sabitdir."



"Vəsailuş-şiə" /5/394.

قٰالَ رَسُولُ اللهِ : صَلاٰةُ الْجَمٰاعَةِ اَفْضَلُ مِنْ صَلاٰةِ الْفَرْدِ بِخَمْسٍ وَ عِشْرِينَ دَرَجَةً ؛

"Peyğəmbəri-Əkrəm (c) buyurmuşdur: "Camaatla qılınan bir namaz fürada (tək-tənha) qılınan iyirmi beş namazdan üstün fəzlətlidir."



"Vəsailuş-şiə" /5/374.

قٰالَ عَلِيٌّ  : اَفْضَلُ الصُّفُوفِ اَوَّلُهٰا وَ هُوَ صَفُّ الْمَلاٰئِكَةِ وَ اَفْضَلُ الْمُقَدَّمِ مَيٰامِنُ الْاِمٰامِ ؛

İmam Əli (ə) buyurmuşdur: "Camaat namazının ən fəzilətli cərgəsi birinci cərgədir o, mələklərin cərgəsidir. (Eləcə ) birinci cərgədə ən fəzilətli yer imamın sağ tərəfidir."



"Biharul-ənvar" /88/18.

قٰالَ رَسُولُ اللهِ : فَمٰا مِنْ مُؤْمُنٍ مَشيٰ اِلَي الْجَمٰاعَةِ اِلاّٰ خَلََّ اللهُ عَلَيْهِ اَهْوالَ يَوْمِ الْقِيٰامَةِ ، ثُمَّ يَأْمُرُ اِلَي الْجَنَّةِ ؛

Peyğəmbəri-Əkrəm (c) buyurmuşdur: "Camaat namazı qılmaq üçün qədəm götürən elə bir mömin yoxdur ki, Allah-taala qiyamət gününün qorxusunu onun üçün yüngül tutmasın sonra behiştə daxil olmağa əmr etməsin."



"Vəsailuş-şiə" /5/372.


Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə