ميحرلا نمحرلا الله مسب BİSMİllahir-rәhmanir-rәHİM Ön söZ



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə18/22
tarix14.07.2018
ölçüsü0,96 Mb.
#55628
1   ...   14   15   16   17   18   19   20   21   22

 
78 
ÜÇÜNCÜ HİSSӘ 
QÜSL VӘ DӘSTӘMAZ ӘVӘZİNӘ 
TӘYӘMMÜMÜN ALINMA QAYDASI 
Qüsl və dəstəmaz əvəzinə təyəmmümün 
yolları: 
Aşağıdakı  hallarda  dəstəmaz  və  qüsl  əvəzinə 
təyəmmüm etmək lazımdır: 
1. Su  olmadıqda  və  ya  qüsl  və  dəstəmaza  lazım 
olan qədər su tapılmadıqda; 
2. Dəstəmaz  və  ya  qüslün  həddindən  artıq  insan 
üçün əziyyətli olması; 
3. Sudan 
istifadə 
etməyin 
bədənə 
ziyanlı 
olmasından qorxduqda; 
4. Özünün  və  yaxud  başqalarının  canının 
qorunması üçün suya olan ehtiyac halında; 
5. Bədənin  və  yaxud  paltarın  pak  edilməsi  üçün 
əldə olan suya ehtiyaclı olan halda; 
6. Dəstəmaz  almaq  üçün  halal  su  və  yaxud 
mübah qab olmayan halda
7. Dəstəmaz  və  yaxud  qüsl  etmək  üçün  vaxtın 
azlığı halında. 
Təyəmmüm  etmək  üçün  torpaq,  kəsək,  qum  və 
ya  daş  tapmadıqda  xalça,  paltar  və  bu  kimi 


 
79 
əşyaların  üzərinə  toplanmış  tozlara  təyəmmüm 
etmək olar. 
Təyəmmümün qaydası 
Qüsl  və  dəstəmaz  əvəzinə  təyəmmümdə  dörd 
şey vacibdir: 
1. Niyyət:  Dəstəmaz  əvəzinə  təyəmmüm  edirəm 
və yaxud qüsl əvəzinə təyəmmüm edirəm qürbətən 
iləllah sözünü qəlbdən keçirtmək. 
2. İki əllərin  içini eyni  halda təyəmmümün  səhih 
olduğu şeləryə vurmaq. (Şəkil 9) 
3. İki  əllərin  içini  alının  tük  bitən  hissəsindən, 
onun iki tərəfinə, qaşların üzərinə və burnun yuxarı 
hissəsinə qədər çəkmək. (Şəkil 10) 
4. Sol  əlin  içini  bütövlükdə  sağ  əlin  üzərinə, 
biləkdən  barmaqların  ucuna  qədər  çəkmək.  (Şəkil 
11). 
5. Sağ  əlin  içini  bütövlükdə  sol  əlin  üzərinə, 
biləkdən  barmaqların  ucuna  qədər  çəkmək.  (Şəkil 
12) 
Təyəmmümün hökmləri 
1. Üstünə 
təyəmmüm 
edilən 
şey 
qəsbi 
olmamalıdır; 
2. Әgər alın və ya əllərin üstünün kiçik bir yerinə 
məss  etməsə  -  istər  qəsdən,  istərsə  də  məsələni 
bilməməzlik  və  ya  unutqanlıq  üzündən  olsun, 


 
80 
təyəmmüm  batildir.  Amma  həddindən  artıq  diqqət 
etmək  lazım  deyil:  Belə  ki,  «alnının  və  əllərinin 
üstünün  hər  yerinə  məss  çəkibdir»  desələr 
kifayətdir; 
3. Әllərin üstünün hamısına məss etməsini  yəqin 
etmək  üçün  bilkədən  bir  az  yuxarı  da  məss 
etməlidir,  amma  barmaqların  arasına  məss  etmək 
lazım deyil; 
4. Alın  və  əllərin  üstünü,  ehtiyat  vacibə  görə 
yuxarıdan-aşağı  məss  etmək,  onun  işlərini  bir-
birinin  ardınca  (fasiləsiz)  yerinə  yetirmək  lazımdır. 
Әgər  onların  arasında  çox  fasilə  salsa  və 
«təyəmmüm alır» deyilməsə, təyəmmümü batildir; 
5. Təyəmmümdə  alın,  əllərin  içi  və  üstü  pak 
olmalıdır; 
6. İnsan  təyəmmüm  üçün  əlindəki  üzüyü 
çıxartmalı,  alnında,  əllərinin  üstündə  və  içində 
maneə olsa (məsələn, bir şey yapışmış olsa), aradan 
qaldırmalıdır; 
7. Әgər  alnında,  əllərin  üstündə  tük  olsa  eybi 
yoxdur.  Amma  başın  tükü  alına  tökülmüş  olsa, 
onları dala çəkmək lazımdır. 
8. Әgər  bir  kəsin  vəzifəsi  təyəmmüm  olan  halda 
təyəmmüm  ala  bilməsə,  başqasını  naib  tutmalıdır. 
Naib  tutulan  şəxs  onun  öz  əlləri  ilə  təyəmmüm 
etməlidir.  Әgər  mümkün  olmasa,  naib  öz  əllərini 
təyəmmümün  səhih  olduğu  şeylərə  vurub  onun 
alnına və əllərinin üstünə çəkməlidir. 


 
81 
9. Vəzifəsi  təyəmmüm  olan  bir  kəs,  namaz 
vaxtının  axırına  qədər  üzrünün  qalacağını  bilsə, 
vaxt  geniş  olan  zaman  təyəmmümlə  namaz  qıla 
bilər.  Amma  vaxtın  axırına  qədər  üzrünün  aradan 
qalxacağını bilsə, gözləyib, dəstəmaz və ya qüsulla; 
yaxud vaxtın az olduğu zaman təyəmmümlə namaz 
qılmalıdır; 
10. Әgər  bir  kəs  su  olmaması,  yaxud  başqa 
səbəblərə  görə  təyəmmüm  etsə,  üzrü  aradan 
qaldırıldıqdan sonra təyəmmümü batil olur
11. Dəstəmazı  batil  edən  şeylər  onun  əvəzindən 
olan  təyəmmümü  də  batil  edir;  habelə,  qüslu  batil 
edən  şeylər,  onun  əvəzindən  olan  təyəmmümü  də 
batil edir; 
12. Qüsl edə bilməyən bir kəs qüsl edilməsi vacib 
olan  bir  iş  görmək  istəsə,  qüsl  əvəzindən 
təyəmmüm etməlidir. Әgər dəstəmaz ala bilməsə və 
dəstəmazın vacib olduğu hər hansı iş görmək istəsə, 
dəstəmaz əvəzindən təyəmmüm almalıdır; 
13. Әgər  cənabət  qüslü  əvəzindən  təyəmmüm 
etsə,  namaz  üçün  dəstəmaz  alması  vacib  deyil. 
Amma  əgər  sair  qüsllərin  əvəzindən  təyəmmüm 
etsə,  (namaz  üçün)  dəstəmaz  almalıdır.  Dəstəmaz 
da  ala  bilməsə  onun  əvəzindən  də  başqa  bir 
təyəmmüm almalıdır. 
Qeyd:  Әziz  oxucular  bu  barədə  ətraflı  mə᾿lumat 
üçün  təqlid  etdiyiniz  müctehidlərin  risalələrinə 
müraciət edə bilərsiz. 


 
82 
DÖRDÜNCÜ HİSSӘ 
NAMAZIN QILINMA QAYDASI 
Namazda olan vacib əməllər: 
Namazda olan vacib əməllər on birdir: 
1. Niyyət: (Qəlbdən keçirilməlidir); 
2. Qiyam: (yə`ni ayaq üstə durmaq); 
3. Təkbirətül-ehram:  (yə`ni  namazın  əvvəlində 
niyyətdən sonra “Allahu əkbər” demək); 
4. Rüku: 
5. İki səcdə: (hər bir rək`ətdə); 
6. Qiraət: (namazın düzgün oxunuşu); 
7. Zikr: 
8. Təşəhhüd: 
9. Salamlar: 
10. Tərtib: (məsələn surənin həmddən (fatihədən) 
qabaq oxunulmaması və s...); 
11. Muvalat:  (yə`ni  namazın  hissələrini  fasiləsiz 
şəkildə yerinə yetirmək). 
Әvvəldə  qeyd  olunmuş  beş  vacib  əməl  namazın 
rüknü sayılır. Belə ki, onlar bilərəkdən və ya səhvən 
artırılsa yaxud tərk olunsa, namaz batil olar. Amma 
qalan  altı  əməl  isə  rükn  sayılmır.  Belə  ki,  onları 
bilərəkdən  tərk  etmək  və  ya  artırmaq  namazı  batil 


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə