  1 Ramiz Də



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə67/154
tarix26.08.2018
ölçüsü2,51 Mb.
#64706
1   ...   63   64   65   66   67   68   69   70   ...   154

                                                     

 

  



                                                                            

                                                    

266 

gəmisində  losman  işləmişdir.  Dediyinə  görə  La-Plata 



körfəzinin  sahillərini  beş  barmağı  kimi  tanıyırdı.  Lakin  nə 

Magellan  boğazı  ilə,  nə  də  ki,  Cənubi  Amerikanın  qərb 

sahilləri ilə tanışlığı var idi. Ümumiyyətlə, belə bir losman 

“Destino”ya  lazım  deyildi.  Losman  gəmiyə  qitənin  şərq 

sahilində  yox,  qərb  sahilində  lazım  idi.  “Vanquardia”nın 

losmanı  hər  iki  gəmi  üçün  bəs  edərdi.  Lakin  hər  ehtimala 

qarşı  hər  iki  gəmidə  losman  gərək  idi.  Çünki  karavellalar 

Atlantik  okeanını  keçəcək,  okeanda  isə  hər  an  bir-birindən 

ayrı  düşə  bilərdilər.  Özü  də,  “Destino”  birinci  dəfə  idi  ki, 

okeanı qət etməyə cəhd göstərəcəkdi. Bu isə heç də asan iş 

deyildi. 

Bir  az  keçmişdi  ki,  kapitanın  əmri  ilə  gəminin  siqnal 

fanarları  yandırıldı.  Hava  qaralmaq  üzrə  idi.  Bu  gecə  də 

hava bürkü keçəcəkdi. Sübhə qədər güman var ki, limanda 

külək qalxacaq. Ona görə ki, üç gün idi Barselonada hava 

çox isti keçirdi. Belə bir havada hökmən külək qalxmalı idi. 

Bunu hər bir dənizçi yaxşı bilirdi. Ən təcrübəli şturman isə 

əvvəlcədən  havanın  neçə  dəyişəcəyini  təyin  etməli  idi. 

Buna baxmayaraq, bu səyahət zamanı Ameriqo öz işi üzrə 

çoxlu  təcrübə  qazana  bilər,  sənətini  bu  sahə  üzrə  xeyli 

təkmilləşdirə bilərdi. 

Bütün  ekspedisiyanın  ən  cavan  üzvü  coğrafiyaşünas 

Bartolomeunun kiçik oğlu, Xristofor idi. O, gəmidə həkim 



                                                     

 

  



                                                                            

                                                    

267 

vəzifəsini icra edəcəkdi. Yaşının az olmasına baxmayaraq, 



on  altı  yaşa  təzəcə  qədəm  qoymuş  Xristofor,  həkimlik

 

işindən  çox  yaxşı  başı  çıxırdı.  Atasının  dediyinə  görə  bu 



onda  xüsusi  vergidir.  O,  bu  işin  öhdəsindən  çox  bacarıqla 

gəlirdi.  Bir  sözlə,  Xristofor  ekspedisiya  iştirakçılarının  ən 

cavan üzvü idi. 

Kapitana  xəbər  etdilər  ki,  on  çəllək  çaxır  gətirilib. 

Çaxırın  ümumi  çəkisi  min  beş  yüz  kiloqram  idi.  Çaxırın 

gəmiyə  qəbul  edilməsi  Qarsiaya  tapşırıldı.  Kapitan  isə 

Migel  ilə  birlikdə  gəminin  ehtiyat  hissələri  barəsində 

müzakirə  edirdi.  Göyərtə  üçün  on  kub  hazır  taxta,  yelkən 

üçün  otuz  kvadratmetr  mahud  parça,  fallar  (yelkənləri 

qaldırıb,  aşağı  salmaq,  bayraqları  və  siqnallar  qaldırmaq 

üçün xüsusi ləvazimat), şkotlar (düz, aşağı və əyri yelkən-

ləri  gəminin  arxasına  çəkmək  üçün  xidmət  edir)  və  s. 

ləvazimatlar  anbara  yığılıb  doldurulmuşdu.  Bu  tədarük 

kapitan  Markosun  uzaqgörənliyindən  xəbər  verirdi.  Gəmi 

okeanı  keçərkən  qasırğaya  və  ya  fırtınaya  düşə  bilərdi. 

Gəminin  bəzi  detalları  sıradan  çıxandan  sonra  həmin 

ehtiyat hissələrindən istifadə etmək lazım olacaqdı. 

Gəmi  yola  düşməmişdən  əvvəl  losman  Uqo,  bosman 

Sanços  və  baş  matros  Xose  kapitan  körpüsündə  dayanıb 

kapitanın  və  ya  Migelin  sərəncamlarını  gözləyirdilər. 

Demək olar ki, onların hər üçü nizam-intizama riayət edən 



                                                     

 

  



                                                                            

                                                    

268 

adamlardı.  Uqo  ortaboylu,  ortabədənli,  yaşının  qırx  yeddi 



olmasına baxmayaraq çevik hərəkətli bir adam idi. Üzü bir 

balaca  uzunsov,  burnunun  uçu  şiş  ağzındakı  dişlərinin 

yarısı tökülmüş, qaşları düz, gözləri balaca, ağzı o qədər də 

yekə deyildi, başının tükləri yarı ağarmış halda qısa və biz-

biz şəkildə idi.  Burnunun ucunda balaca nöqtə kimi şiş və 

ağzının  sağ  tərəfi  üstə  xal  vardı.  Uqo  ümumiyyətlə,  öz 

işinin  ustası  sayılırdı.  Onun  gəmini  idarə  etməkdə  xüsusi 

bacarığı  vardı.  Uqonun  dediyi  kimi  Atlantik  okeanın  qərb 

sahilində  üzərkən  min-bir  çətinliklərlə  üzləşmişdir.  Hətta 

belə  bir  keçidin  birində  onların  gəmisinə  Antil  adalarının 

cənub-şərq sahilində üzərkən dəniz quldurları hücum etmiş 

və  kiçicik  müqavimətdən  sonra  onlardan  uzaqlaşa  bilmiş-

dilər.  Kapitan  Markos  öz  köməkçisinə  bu  haqda  qısaca 

məlumat  vermişdi.  Lakin  Migel  özü  bu  haqda  losmadan 

lazımlı  məlumat  almaq  istəyirdi.  Səyahət  zamanı  vitse-

kapitanın  bütün  bu  məlumaları  toplamaq  üçün,  kifayət 

qədər vaxtı olacaqdır. 

Baş  matros  Xose  losmandan  bir  balaca  hündür  idi. 

Bədəni elə onun bədəni kimi eyni, lakin əzələli və möhkəm 

idi.  Xose  də  cəld  hərəkətli  sayılırdı.  Onun  sifətinin  ifadəsi 

başqalarına  nisbətən  sərt  görünürdü.  Buna  baxmayaraq, 

Xose  qəribə  xasiyyətə  malik  idi.  Komandir  qarşısında 

özünü ən nizam-intizamlı və öz işinin öhdəsindən məharət-



                                                     

 

  



                                                                            

                                                    

269 

lə  gələn  adam  kimi  göstərirdi.  İşdə  öz  adamlarına  qarşı 



tələbkar, lakin asudə vaxtı onlarla elə şit-şit zaraftlar və elə 

qəribə rəftar edirdi ki, guya Xose bütün matroslar kimi sadə 

adamdır.  Lakin  onun  tərs  damarı  tutanda  heç  kim  onun 

qabağında  dura  bilməzdi.  Xose  tez  hirslənən  və  emosiya-

lara  uyan  bir  adamdır.  Əlinin  altında  olan  matrosların  heç 

bir  məsləhətinə  qulaq  asmazdı,  hətta  dərk  etsə  ki,  həmin 

məsləhət  onların  ümumi  işinə  xeyir  gətirəcəkdir.  Yalnız 

ona  verilən  əmrləri  can-başla  yerinə  yetirər,  heç  vaxtı  onu 

müzakirə etməzdi. Bu baş matros Xosenin həm mənfi, həm 

də  müsbət cəhətləri idi. Xose ispan olsa da, qədim romalı-

lara oxşayırdı. Onun bənizi qalın gönə bənzəyirdi, almacığı 

üstündəki sümüklər qabaqa çıxmış, burnu nə böyük, nə də 

ki, balaca lakin düz idi, dodaqları o qədər də qalın deyildi, 

gözləri balaca, iti baxışları içəri girmişdi, qaşları qalın, sarı 

qısa qıvrım saçları, əynində sadə dənizçi paltarı vardı. Yaşı 

iyirmi  yeddini  təzəcə  keçmişdi.  Əllərinin  və  ayaqlarının 

iriliyi onun bədəninin iri sümüklü olmasından xəbər verirdi. 

Migel onun bir neçə münaqişədə iştirak etdiyini görmüş və 

baş matrosun nəyə qadir olduğunu bilmişdi. 

Bosman  Sanços  hündürboy,  enlikürək,  iribədənli, 

iriqamətli,  enlisifət  iyirmi  üç  yaşında  ağır  hərəkətli  bir 

adamdır.  Ağzı  o  qədər  də  yekə  olmayan,  alt  dodağı  bir  az 

qalın,  sifətinin  iri,  yumru  olmasına  baxmayaraq,  burnu 



Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə