150
Aşağıya diqqətlə nəzər yetirəndən sonra o, ehtiramla:
- Sizə nə oldu birdən-birə halınız dəyişdi? Bəlkə
özünüzü pis hiss edi...
- Arxayın ola bilərsiz, mən özümü çox gözəl hiss
edirəm. - deyə Florida onun sözünü kəsib təşəxxüsslə
dilləndi və Migelin üzünə sualedici nəzər yetirib qürurla
sözünə davam etdi. - Sinyor, xahiş edirəm açığını deyin,
mənim gəlişimdən siz razısınız, ya yox?
- Bu nə sözdür? - deyə Migel dilləndi
və tez özünü ələ
alıb səmimiliklə bildirdi. - Bizim evə kim gəlirsə-gəlsin,
mənim üçün xoşdur. O, ki, qaldı sizin gəlişiniz. Sizin
gəlişinizə görə mən həddindən artıq şadam.
- Amma nədənsə, siz əvvəlki Migelə oxşamırsınız? -
deyə Florida bikef halda dilləndi. - Sizin əvvəllki istehza-
nız, təbəssümünüz, dostlara yaxınlığınız bu dəfə hiss
olunmur. Mən elə bildim ki, buraya gəlişim sizi sevindi-
rəcək, ancaq mən soyuq hisslərdən başqa heç bir şey
görmədim. Halbuki biz neçə ildir ki, bir-birimizi görmürük.
Onda belə çıxır ki, Karlos Odovaldonun dediklərinin
hamısı düzdür? Sizi başqa adam maraqlandırır?
Bu sözlərdən sonra Migel hiddətləndi və öz-özünə
düşündü: Dəməli, Karlosun arxamca söylədiyi böhtanlara
görə, Floridada mənə qarşı başqa fikir yaranıb. Yaxşı, bis
nəyə görə Karlos onun arxasınca bu cür danışıb? Necə olsa
151
da, mənim ona heç bir pisliyim dəyməmiş, həm də heç
onunla dostluq etməmişəm də. Bəlkə də Floridanı ələ
almaqdan ötrü o, belə edibdir? Çünki qızın danışığından
hiss olunur ki, o, mənə yaxınlıq göstərir. Kim bilir, bəlkə o,
vurulubdur? Məhz bunun üçün qız daxilində bu cür ağır
iztirablar keçirir. Bəs Ameriqo? Arada gəzən söz-söhbətlərə
görə Ameriqo qızı ürəkdən sevir və Seviliyada olarkən,
demək olar ki, bütün günlərini onlarda keçirir. Florida da
ona öz etirazını bildirmir. Əgər, qız mənimlə bu cür
mehribanlıq göstərirsə, deməli, bunların hamısı yalandır.
Yox, yalan deyilsə, onda Florida da Luna kimi yüngül-
xasiyyətdir. Buna inanmaq isə çətindir.
XIV fəsil. Uzun ayrılıqdan sonra Migelin
Florida ilə qeyri-səmimi görüşü
Migel Floridanı uşaqlıqdan tanıyır və həmin qız həmişə
də ağır xasiyyəti ilə fərqlənirdi. Söhbət indi Floridadan və
Karlosun Migelin ünvanına atılan böhtandan gedirdi.
Keçmiş yunqa bunu aydınlaşdırmaq istəyirdi. Bu böhtandan
hiddətə gəlmiş Migel bir daha özünü ələ alıb təmkinlə dedi:
152
- Sinyorita, sizi inandıram ki, bu böhtandan bir şey
deyil. Bu illər ərzində mənim xasiyyətim heç də deyişil-
məyib. O ki, qaldı sizin gəlişinizə, mən sizə bir daha
bildirirəm ki, sizin gəlişiniz mənim üçün xoşdur. Belə bir
xoş gün hər adama nəsib olmur. Bəlkə, Karlos məni
kiminləsə səhv salıb? Mən onunla heç dost da deyiləm.
- İstəsəniz, hətta deyə bilərəm sizi kim maraqlandırır? -
deyə Florida həyəcanla sözə başladı. - Mənim qonşum
Luna Santos. Siz onu Barselonaya gətirəndə tanış olmusu-
nuz. Hətta gecənin yarısını onunla naməlum bir yerdə xeyli
vaxt keçirmisiniz.
- Sizə deyirəm ki, bunların hamısı yalandır. - Bu dəfə
Migel hiddətini gizlədə bilməyib həyəcanla dilləndi və qıza
daha da yaxınlaşıb səbirsizliklə sözünə davam etdi. - Mən
Lunanı Barselonaya çatan kimi Karlosgilə aparmışam. İndi
mənim günahım deyil ki, biz Barselonaya gecə vaxtı
çatmışıq. Əgər, Karlos öz xalası qızına bu cür böhtan atırsa,
onda o, nakişidir və zadəgan titulu daşımağa onun heç bir
mənəvi haqqı yoxdur. Sizə bildirmək istəyirəm ki, işdir,
mən Lunanın yanında artıq-əskik bir hərəkət etsəydim,
Karlos qılıncını
alıb çoxdan mənim üstümə gəlmişdi.
Halbuki onda belə bir kişilik yoxdur. Təəssüflər olsun ki, o
çür atanın nankor övladı var. Elə bir oğulu mən heç vaxt öz
evimdə saxlamazdım.
153
- Mən də istərdim ki, bunların hamısı yalan olsun, lakin
sizin soyuqluğunuz məni inandırmağa çalışır. - Florida
kədər içində dilləndi və gözlərini düz həmsöhbətinin üzünə
dikib, qəmli baxışlarını ona yönəldərək, həmin tərzdə
sözünə davam etdi. - Atam mənə dedi ki, sizi, Kamaço
Odovaldonun şərəfinə təşkil olunmuş bala dəvət etmək
üçün, bizim dalımızca Seviliyaya göndərib. Təsadüf
nəticəsində biz orada olmamışıq və Madridə qohumumuz-
gilə getmişdik. Siz də əlacsız qalıb geriyə qayıtmısınız.
Lakin Karlos isə deyir ki, o, görsəydi ki, biz Seviliyada
yoxuq, dalımızca bir başa Madridə gələrdi. Mənə elə gəlir
ki, bu məntiqi izah etməyə ehtiyac yoxdur. Bu alicənab bir
hərəkət sayılardı.
- Yox, yox, bir dəqiqə ayaq saxlayın, - deyə Migel qəti
olaraq zalı tərk etmək istəyən Floridanın əlindən tutub, öz
etirazını bildirdi. - Belə çıxır ki, siz heç vaxt tanımadığınız
bir adama inanırsınız, mənə isə yox? Birincisi, mən dəqiq
bilmirdim siz Madridə kimin evinə getmisiniz? Həm də
Madrid kənd deyil ki, gedim qapı-qapı düşüb sizi axtarım.
İkincisi, balın başlanmasına heç iki gün vaxt qalmamışdı və
mən bala dəvət olunan qonaqları vaxtında Barselonaya
çatdırmalıydım. Burada mənim heç bir günahım yoxdur. O
ki, qaldı leytenant Karlosa, mən ona bu iftiraya görə dərs
verməli olacağam. Qoy bir daha arvad kimi o, ağzını açıb
Dostları ilə paylaş: |