  1 Ramiz Dəniz



Yüklə 2,9 Kb.
Pdf görüntüsü
səhifə11/42
tarix18.06.2018
ölçüsü2,9 Kb.
#49453
1   ...   7   8   9   10   11   12   13   14   ...   42

                                                     
 
  
                                                                            
                                                    
42 
üzərək  Oxedadan  sonra  indiki  Qviana  sahillərinə  çatır.  Bu 
əraziyə  qədər  o,  arakəsmələrlə  3000  km.  şimal  sahil 
zolağını tədqiq edir, o cümlədən, yeni materikin 1200 km. 
sahilini kəşf edir. Təcrübəli dənizçi həmin an anlayır ki, bu 
qədər  sahil  zolağı  yalnız  qitəyə  məxsus  ola  bilər.  Lakin 
həmin  ərazini  Asiya  ilə  səhv  salır.  Beləliklə,  Pinson  yolda 
iki  gəmi  itirməklə,  yerdə  qalan  iki  gəmidə  29-u  sentyabr 
1500-cü ildə Palosa gəlir. 
Bartolome  Roldan:  Pinsonun  Yeni  Dünya  sahillərinə 
yola  düşməsindən  təxminən  iki  həftə  sonra,  1499-cu  ilin 
dekabrın ortasında Diyeqo Lepe iki gəmidə Palos limanını 
tərk edir və təcrübəli naviqator Bartolome Roldanla birlikdə 
cənub-qərb istiqamətində hərəkət edərək, fevralın 12-də 5

30

c.en dairəsində Braziliya sahillərinə yan alırlar. Oradan 
cənub  istiqamətində  yolunu  davam  etdirməklə,  Cənubi 
Amerikanın  ən  ucqar  şərq  nöqtəsi  Sant-Auqustin  (Kabu-
Branku burnu, 7

c.en dairəsi) burnuna çatırlar. Onlar daha 
200  km.  cənuba  doğru  hərəkət  edəndən  sonra  görürlər  ki, 
buradan  sahil  cənub-qərbə  uzanır.  Məhz  bundan  sonra 
ispanlar  geriyə  qayıdıb,  demək  olar  ki,  Pinsonun  marşru-
tunu  təkrarlayırlar.  Yolda  onlar  Amazonka  çayına  daxil 
olub  400  km-ə  yaxın  yuxarı  qalxırlar  və  Roldan  bütün 
bunları yeni tərtib etdiyi xəritəyə daxil edir.  


                                                     
 
  
                                                                            
                                                    
43 
Alonso Veles de Mendosa: 1500-cü ilin iyulun sonunda 
onlar  İspaniyaya  qayıdırlar,  lakin  çox  çəkməmiş  Roldanı 
Cənubi  Amerika  sahillərinə  nəzərdə  tutulan  növbəti 
ekspedisiyaya  dəvət  edirlər.  Həmin  ekspedisiyanın  rəhbəri 
cəngavər  ordeninin  komandoru,  müflisləşmiş  zadəgan 
Alonso Veles de Mendosa təyin edilir. O, avqustun sonun-
da iki gəmidə - “San-Kristobal” və “Müqəddəs ruh” (ikinci 
gəmini Luis və Anton  Gerra qardaşları təşkil  etmişdilər)  – 
Seviliyanı  tərk  edir  və  noyabr  ayında  Braziliyanın  Kabu-
Branku  burnundan  30-35  km.  şimalda  sahilə  yan  alır.  Bu 
məsələdə  Roldan  özünü  əsl  dənizçi  və  peşəkar  şturman 
kimi göstərir.   
Onlar  vaxt  itirmədən  cənub  istiqamatində  yollarını 
davam etdirir və bir qədər gedəndən sonra görürlər ki, sahil 
zolağı  cənub-qərbə  tərəf  uzanır.  Dekabrın  25-də  Roldan 
“Marallar” çayının mənsəbinə çatır, çox güman ki, bu San-
Fransisku  çayıdır, istirahət etmək üçün bir neçə gün orada 
qalırlar. Gəmilər cənub-qərb istiqamətində yollarını davam 
etdirir və materikin şimal-şərq çıxacağında yerləşən yeganə 
böyük  körfəzə  (Todeus-us-Santus,  sadəcə  Baiya),  1501-ci 
ilin  yanvarın  əvvəlində  isə  Jekitinonya  (16

c.en  dairəsi) 
çayının çatır. Məhz bundan sonra Alonso de Mendosa geri 
qayıtmağı qərara alır. 


                                                     
 
  
                                                                            
                                                    
44 
İspanlar bu ərazidə qiymətli daşlar tapa bilmədilər, lakin 
1000  km-ə  yaxın  sahil  zolağını  tədqiq  edib,  onu  tərtib 
edilən xəritəyə qeydiyyata salırlar. Hər iki gəmi 1501-ci ilin 
ya  may  ayının  sonunda,  ya  da  iyun  ayının  əvvəlində 
Seviliyaya qayıdır. 
Məlumat üçün bildirməliyəm ki, Alonso de Mendosa-nın 
ekspedisiyasının nəticələri gizlin saxlanılmalı idi, ona görə 
ki, ispanlar portuqallara məxsus olan ərazidə tədqiqat işləri 
aparırdılar.  Onlar  hələ  də  Tordesilyas  müqaviləsinin  bəzi 
bəndlərinin  üstündən  xətt  çəkmək  ümidini  itirmirdilər. 
Yalnız  beş  əsrdən  sonra  bəlli  olur  ki,  Bartolome  Roldanın 
iştirakı  ilə  belə  bir  ekspedisiya  Kabraldan  əvvəl  Braziliya 
sahillərinə yan almış və həmin ərazinin konturlarını çəkmə-
yə müvəffəq olmuşdu. 
Xronologiyaları ardıcıllıqla göstərməkdə məqsədim odur 
ki,  ispanların  Braziliya  sahillərinə  göndərdikləri  ekspedisi-
yalar planlı şəkildə təşkil olunur və əsas tapşırıq yalnız hə-
min sahil zolağının haraya uzanıb getdiyini müəyyənləşdir-
məkdən  ibarət  idi.  Ona  görə  də  həmin  ekspedisiyaların 
əksəriyyəti  məxfi  şəkildə  saxlanılaraq,  marşrutları 
kodlaşdırılırdı. 
Bütün  bu  ekspedisiyaları  Braziliya  sahillərinə  göndər-
məklə  əslində,  ispanların  məqsəd-məramı  başqa  idi.  Onlar 
dəqiq bilmək istəyirdilər, portuqalların rəsmi şəkildə özləri 


                                                     
 
  
                                                                            
                                                    
45 
üçün  müəyyənləşdirdikləri  demarkasion  xəttin  üzərində 
torpaq  ərazisi  var,  ya  yoxdur?  Kəşfiyyat  ekspedisiyaları 
həmin  akvatoriyaya  göndəriləndən  sonra  orada  kifayət 
qədər  quru  ərazinin  olduğu  məlum  olur  və  ondan  sonra 
ispanlar  başa  düşürlər  ki,  portuqallar  onları  aldadıblar. 
Lakin  aldatmanın  miqyası  dəqiq  müəyyən  olmadığından 
ispanlar  elə  bir  ciddi  etiraz  bildirmədilər.  Bunun  üçün  isə 
həmin  ərazinin  tədqiqi  ilə  məşğul  olmaq  lazım  idi  və  bu 
səbəbdən ora məxfi və icazəli ekspedisiyalar göndərilməyə 
başlandı. 
Hazırda onları yalnız bircə şey maraqlandırırdı, Tordesil-
yas  müqaviləsinə  əsasən,  portuqalların  əldə  etdikləri  ərazi 
nə  boydadır  və  hansı  enliklərdə  yerləşir?  Meridian 
bölgüsünə  görə  sərhəd  bəlli  idi,  lakin  həmin  sərhədin 
haraya qədər uzandığı ispanların maraq dairəsində idi.  
Pedro  Alonso  Ninyo  demarkasion  xəttdən  qərb  tərəfə 
çıxıb  həmin  ərazilərin  tədqiqi  ilə  məşğul  olur.  Visente 
Pinson  8
0
,  Diyeqo  Lepe  10
0
,  5

30
/
,  Bartolome  Roldan  5

30
/
,  Alonso  de  Mendosa  isə  təxminən  7

c.en  dairəsində 
sahilə çıxıb, oradan tədqiqat işlərinə başlamışdılar. Visente 
Pinson,  Diyeqo  Lepe,  Pedro  Alonso  Ninyo,  Alonso  Oxeda 
sahilə yan alan kimi şimal-qərb, Bartolome Roldan, Alonso 
de  Mendosa  isə  cənub-qərb  istiqamətində  Braziliya 
sahillərini tədqiq etmişdilər.  


Yüklə 2,9 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə