  1 Ramiz Dəniz



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə32/113
tarix12.10.2018
ölçüsü1,94 Mb.
#73686
1   ...   28   29   30   31   32   33   34   35   ...   113

                                                     

 

  



                                                                            

                                                    

121 

-  Bəlkə  mən,  qanun  pozuntuluğuna  yol  vermişəm?  -  deyə 



böyük  qız  giley-güzarla  dilləndi.  –  Kiminləsə  əlaqə  qurmaq 

üçün mən səndən icazə almalıyam?  

- Yox, mənim dediyim başqadır, - Eduard üzünə sərt ifadə 

verdi.  –  Sürücü  ilə  yaşayıb  ömrünü  puç  etməkdənsə,  imkanlı 

və tanınmış adamla ailə həyatı qurub xoşbəxt olmaq lazımdır.  

- Mən sürücünün yox, o, mənim dalıma düşübdür. Həm də 

mən  imkanlı  adamı  haradan  tapım  ki,  onunla  ailə  həyatı 

qurum?  “Qaz”,  və  ya  “Vaz”  avtomobil  konsernlərinin 

prezidentlərini tanısaydım özümü onlara sırıyardım.  

-  Bunun  üçün  axtarış  etmək  lazım  deyil,  hər  şey  elə  sənin 

burnunun  ucundadır.  –  deyə  ata  tələsik  halda  dilləndi.  –  Elə 

götürək  Sergeyin  özünü.  O,  avtomobil  konsernin  prezidenti 

olmasa da, özünə görə kifayət qədər imkanlıdır. Yadda saxla 

ki,  Sergeyin  həm  burada,  həm  də  Sankt-Peterburqun  özündə 

çox  bahalı  evi  var.  Deməli,  o,  dul  olmaqdan  əlavə,  həm  də 

kifayət qədər imkanlı bir adam sayılır. Hesabında olan pullar-

dan isə sən təxmini halisən. 

- Ondan qocasını tapa bilmədin? – deyə yaraşıqlı görünmə-

yən Elizabet sifətini büzən kimi daha da eybəcərləşdi. – Özün 

yaşda kişini mənə sırımaq istəyirsən?  

- Özüm yaşda adamın yaxşı varidatı var. – Eduard hökmlə 

dilləndi. – Çətini həmin evə daxil olmaqdır, ondan sonra isə o, 

gəbərəndə sən onun varidatına sahib olacaqsan.  

- Sən elə danışırsan ki, guya o, iki-üç ildən sonra öləcək. – 

deyə  Elizabet  narazılığını  bildirdi.  –  Bilmirsən  ki,  firavan 



                                                     

 

  



                                                                            

                                                    

122 

həyata  öyrəşmiş  adamlar  80-90  il  yaşayırlar?  Mən  cavan 



vaxtımda  ona  ərə  getsəm  də,  ondan  tez  bu  işıqlı  dünyadan 

köçəcəm. 

-  Eliza,  sən  nə  naz  edirsən,  guya  Sergeydən  başqa  səni 

hansısa  bir  axmaq  uzun  əyri  burnunla  alacaq?  –  deyə  əsəb-

lərini  saxlaya  bilməyən  Karmen  hiddətləndi.  –  Heç  də  yaşlı 

olmayan  həmin  adam  səni  alsa,  onda  ömürboyu  ona  və 

məsləhət verdiyi üçün atana minnətdar olacaqsan.  

- Sən yenə də təhqirə keçdin? – deyə böyük bacı gözlərini 

bərəldərək  vəcdə  gəldi.  –  Mən,  heç  olmasa  burnumu  plastik 

cərrahiyyə  əməliyyatı  elətdirib  adama  oxşayaram.  Bəs  sən, 

siçovula oxşar sifətinlə, kimə ərə gedərsən?  

Elə  həmin  an  hər  iki  bacının  arasında  güclü  mübahisə 

yarandı.  Onların  qışqırtısı  evdə  olanların  hamısını  təşvişə 

saldı. Hətta Marqo ayılıb bura gəldi və nə baş verdiyini soruş-

du. Araya girən ata birtəhər qızları sakitləşdirib, onları tənbeh 

etməyə başladı. Otağa sükut çökən kimi Elizabet qəzəblə: 

-  Gördün,  sənin  qızın  mənim  paxıllığımı  çəkir.  Əslinə 

qalanda o, düz deyir, məni - əli ilə burnunu göstərərək - belə 

bir  əyri  burunla  kim  alacaq?  Başa  düşmürəm,  sən  bu  pulları 

hara yığırsan? Sankt-Peterburqda çox təcrübəli plastik cərrah-

lar  var  və  biz  nəzərdə  tutulan  məbləği  müvafiq  klinikaya 

keçirsək, onda mən dünya gözəli kimi bütün kişilərə meydan 

oxuya bilərərm. 

-  Bilmirsən,  mən  həmin  pulları  hara  yığıram?  –  deyə  üz-

gözünü  bozardan  Eduard  qeyri-müəyyən  tərzdə  dilləndi.  – 



                                                     

 

  



                                                                            

                                                    

123 

Hər ikinizin xoşbəxt olması üçün, mən həmin pulları toplayı-



ram. Eliza iki-üç ayda döz, mən səni cərrahiyyə əməliyyatına 

göndərəcəm.  

- Nə deyirəm ki, dediyin iki-üç ayı da gözləyərəm. 

Qızının yumşaldığını görən ata dərindən köksünü ötürərək 

yavaş səslə dedi: 

- Bax, hər ikinizə deyirəm, bir çox vacib, nüfuzlu adam sizi 

məndən  soruşur  və  hiss  edirəm  ki,  mənimlə  qohum  olmaq 

istəyirlər.  İşlədiyiniz  yeri  soruşanda  mən  deyirəm  ki,  böyük 

qız  Ermənistanda  fəaliyyət  göstərən  və  Aropada  erməni 

kulinariyasının  təbliği  ilə  məşğul  olan  böyük  bir  ictimai 

birliyinin idarə heyətinin üzvüdür, kiçik qız isə erməni musiqi 

alətlərinin təbliği ilə məşğuldur. 

Bu sözlərdən sonra Elizabet  güldü, Karmen isə çiyinlərini 

çəkərək çaşqınlıq içərisində dedi: 

-  Başa  düşürəm,  sən  bizim  yaxşılığımıza  görə  belə  bir 

uydurmalara əl  atırsan. Amma mən qorxuram ki, haçansa bu 

yalanların  üstü  açılacaq  və  biz  camaat  arasında  biabır 

olacayıq. 

-  Biz  elə  informasiya  üsulundan  istifadə  etməliyik  ki, 

həmin  yalan  beynlərə  köçürüləndə  həqiqətə  oxşasın  və  üstü 

açılanda  da  şok  effekti  yaşatmasın.  –  deyə  Eduard  həvəslə 

dilləndi.  -  Qarabağ  xanəndələrinin  mahnılarını  bizimkilər  öz 

mahnıları  kimi  ifa  edəndə,  məgər  türklər  nəsə  edə  bilirlər? 

Bütün  dinləyicilər  elə  zənn  edir  ki,  həmin  mahnılar  erməni 

xalq mahnılarıdır.  



Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə