114
Məkrli erməni qızının əsas məqsədi o idi ki, bu təbliğat
kompaniyasına azərbaycanlı tələbələrini də cəlb edə bilsin.
Bir gün onlar elə universitetin yeməkxanasında görüşüb,
barışıq planı üzrə müzakirələr aparmağa başladılar. Əsas
məqsəd millətlər arasında olan münaqişənin ölümsaçan qığıl-
cımı birdəfəlik söndürülməli idi. Birinci olaraq Raisa təkliflə
çıxış etdi. O, Aleksandra söykənsə də nəzərlərini Nizamiyə
yönəldərək, başqa masalarda əyləşən tələbələrin diqqətini cəlb
etməmək üçün yavaş səslə dedi:
- 1994-cü ildən atəşkəs olsa da hər an Qarabağda döyüş
əməliyyatları başlaya bilər. Biz gənclər və xüsusən də Rusiya-
nın tərəqqipərvər və sülhpərvər gənclər və ziyalıları qan
tökülməsinin qarşısını almalıyıq. Artıq bəllidir ki, azərbay-
canlılar da qan tökməyə üstünlük vermirlər, lakin elə radikal
meylli qüvvələr var ki, iki xalq arasında müharibənin
başlanmasını arzulayırlar. Burada Türkiyə, İran, Pakistan və
başqa ölkələr xüsusi fəallıq göstərirlər. Biz hər şeyi sülhlə həll
edə bilərik.
- Raya, sadaladığın ölkələr heç vaxt istəməzlər ki, növbəti
dəfə Qafqazda destabilizasiya yaransın. – deyə azərbaycanlı
tələbə təmkinlə dilləndi. - O ki qaldı İrana, həmin ölkə yalnız
sizə öz dəstəyini göstərir. Bundan əlavə hamı bilir ki, düyünə
çevrilən Qarabağ məsələsinın açarı yalnız Rusiyanın əlində-
dir. Rusiya istəsə bizim torpaqlarda əbədilik sülh bərqərar
olar.
115
- Rusiyanın mövqeyi hamıya bəllidir, qan axıdılmadan
həmin münaqişə birdəfəlik həll olunsun. – deyə Aleksandr öz
fikirini söylədi. – Ekstremist qüvvələr yox olsa, onda sizin
xalqlar yenə də əvvəlki kimi əziz və mehriban qonşular kimi
yaşaya bilərlər. Bir parça torpağa görə bu qədər qan
axıdılması yalnız düşmənçiliyin artmasına gətirib çıxarıbdır.
- Hər kəsən öz torpağında yaşasaydı, belə müsibətlər də
baş verməzdi. – Nizami təəssüf hissilə dilləndi. – Məsələnin
müsbət həlli yalnız camaatın öz torpaqlarına qayıtmasından
sonra mümkün olar.
- Bu da, Qarabağda yaşayan əhalinin öz müqəddəratının
həll olmasından sonra baş verə bilər. – deyə Raisa niyyətini
açıqlamalı oldu. – Referendumun keçirilməsi mütləqdir. Ora-
da yaşayan əhali harada, hansı ölkənin tərkibində və yaxud
müstəqil yaşamaq istəyirsə, qoy elə də olsun.
- Raya, Qarabağ hansı ölkəyə tabedirsə, orada da qalmalı-
dır. – deyə Nizami erməni qızın dedikləri ilə razılaşmadı. –
Həm də orada referendum necə keçirilə bilər? Həmin ərazidə
sizin millətdən başqa digər millətlər yaşamır. Müharibə
başlayanda orada min illərlə yaşayan bütün azərbaycanlılar
ev-eşiklərindən didərgin salındı. Elə bizim nəsil də doğulduğu
yurd-yuvasını tərk edib, tamamilə başqa bir ərazidə çadır
şəhərciklərində sığınacaq tapıblar. Mən özüm Beyləqan
rayonunda yerləşən qaçqın şəhərciyində çadırda anadan olmış
və təhsilimi də həmin ağır şəraitdə almışam. Orada referendu-
mun keçirilməsi absurddur. Həm də Qarabağın Azərbay-
116
candan ayrılması mümkün deyil. Amma həmin yerə yüksək
statuslu muxtariyyət vermək olar.
- İndiki zamanda hamı öz evinə qayıdıb referendumda
iştirak edə bilər. – erməni qızı qeyri-ciddi fikir söylədi. – Heç
kim həmin sakinlərə qarşı düşmənçilik bəsləməyəcək. Amma
millətimizə qarşı qətllərdə iştirak edən hər bir kəs, milliyyə-
tindən asılı olmayaraq cinayət məsuliyyətinə cəlb olunacaq.
- Sual verilir ki, haçan, nə vaxt? – deyə Nizaminin dodaq-
larında acı təbəssüm sezildi.
- Bütün bunlar bizim əməli fəaliyyəimizdən asılıdır. Biz
gənclər passivlik göstərsək, bu məsələ heç vaxt öz həllini
tapmayacaq.
Dərs vaxtı başladığından onların söhbəti yarımçıq qaldı və
hərə öz fakültəsinə yollandı.
XI fəsil. Şan-şöhrətə görə şərəf və ləyaqətini
tapdaq altına atan ailə
Mayın 9-na iki gün qalmış Alman faşizmi üzərində əldə
olunan qələbəni qeyd etmək üçün fəal tələbələr universitetin
akt zalına dəvət edilmişdi. Böyük Vətən müharibəsində iştirak
etmiş hər bir millətdən Sovet İttifaqı Qəhrəmanı çıxmış və
117
burada təhsil alan hər bir tələbə onların xatirəsini yad etmək
üçün portretlərini başları üzərində tutmuşdu. Eləcə də Nizami,
Aleksandr və onun yanında olan Raisa əllərində portret
tutaraq, bayram tədbirində iştirak edirdilər. Nizami gördü ki,
həmin qız Baqramyanın surətini başı üzərində tutaraq,
başqalarının diqqətini özünə cəlb edir.
Çıxışlar əvvəlcədən paylansa da, tədbirin sonuna yaxın
Raisa məclis iştirakçılarından söz alır və yüksək tribunadan
erməni xalqının həmin müharibədə əvəzsiz rol oynadığını
qeyd edərək, öz millətini yüksək zirvələrə qaldırmağa çalışdı.
Qızın çıxışında o dərəcədə şişirdilmiş ifadələr vardı ki, həmin
müharibədən anlayışı olmayan və həmin dövrün tarixindən
başı çıxmayan adam olsaydı, elə faşizm üzərində qələbəni
ermənilərin təmin etdiyini zənn edərdi. Məhz həmin çıxışdan
sonra Nizami Raisanın nəyə qadir olduğunu anlayır və başa
düşür ki, jurnalistikaya yiyələnən bu qızdan heç vaxt obyektiv
məqalələr gözləməyə dəyməz. Ambisioz qız öz yaşıdları
arasında lider olmağa can atırdı. O, hər an heç bir şeyə
əhəmiyyət vermədən, şəxsi ambisiyalarına görə kimi istəsə
şərləyə bilərdi.
Raisa ilə olan müzakirələr maraqlı olsa da, Nizami bir
qədər ondan uzaqlaşmağı qərara aldı.
Həmin axşam Eduard anası Marqo ilə birlikdə hər iki qızını
süfrə arxasına dəvət edib şam yeməyə başladı. 25 yaşlı böyük
qızı Elizabet gəmi təmiri şirkətində yeməkxana müdiri işlədiyi
üçün, yatmağa üç-dörd saat qalmış evə gəlirdi. O, eyni vaxtı
Dostları ilə paylaş: |