  1 Ramiz Dəniz



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə26/113
tarix12.10.2018
ölçüsü1,94 Mb.
#73686
1   ...   22   23   24   25   26   27   28   29   ...   113

                                                     

 

  



                                                                            

                                                    

101 

əmin  edirdi  ki,  tezliklə  onlara  qarşı  tətbiq  olunan  həmin 



ədalətsizlik  aradan  qaldırılacaq  və  o,  uzun  müddət  yaşadığı 

şəhərdə evlə təmin ediləcək. Göründüyü kimi bütün bunların 

hamısı  yalan  kimi  yavaş-yavaş  üzə  çıxmağa  başlayırdı.  Elə 

Seygeyi  də  müəmma  altında  bir  sual  saxlayırdı,  nəyə  görə 

insanlıq  hüququnun  kobud  surətdə  pozulan  həmin  qaçqın 

ailəsinə  daimi  qeydiyyat  verilmir  və  yaxud  da  müvəqqəti 

olaraq bir evlə təmin olunmur? 

Bütün  bunlara  baxmayaraq  rus  ziyalısı  vaxtın  uzanmasına 

birtəhər  tab  gətirərək,  hərtərəfli  olaraq  ölkələrinə  pənah 

gətirmiş, özlərini məzlum aparan həmin əcnəbi ailəyə yardım 

etmək məcburiyyətində idi. Hətta iş o, yerə çatır ki, ətrafında 

olan  bir  çox  adamlara  nisbətən  humanistliyi  ilə  seçilən 

universitet  müəllimi  əcnəbi  ailənin  bütün  üzvlərini  dostunun 

rəhbərlik  etdiyi  böyük  bir  şirkətdə  işlə  təmin  edir.  Qısa 

müddət  ərzində  etimad  qazanan  Eduard  gəmi  təmiri  ilə 

məşğul  olan  həmin  şirkətin  təchizat  şöbəsinin  rəis  müavini 

vəzifəsinə təyin olunur. Bu ondan ötrü edilirdi ki, qaçaq düşən 

həmin ailə ev almaq üçün kifayət qədər pul toplaya bilsin. 

Ermənilər  keçən  əsrin  90-cı  illərin  əvvəllərində  nəinki 

Qarabağı,  hətta  həmin  məkanın  ətrafıda  yerləşən  7  Azərbay-

can  rayonunu  da  işğal  etsələr  də,  “qaçqın”  kimi  özlərini 

təqdim  edən  dələduz  millət  ölkələrindən  kənarda  olanların 

hamısına  bəyan  edirdi  ki,  doğma  ocaqları  türklər  tərəfindən 

işğal olunubdur.  




                                                     

 

  



                                                                            

                                                    

102 

Beş  il  bundan  əvvəl  dul  qalan  52  yaşlı  Sergey  paralel 



olaraq  turizm  şirkətlərinin  birində  idarəetmə  meneceri  kimi 

işləyirdi. Onun hər iki övladı universitetdə oxuya-oxuya biz-

nes  fəaliyyətilə  məşğul  idilər.  İşlədiyi  universitetin  jurnalis-

tika  fakültəsində  təhsil  alan  oğlu  Aleksandr  böyük  olmayan 

nəşriyyat  evinin  direktor  müavini  kimi,  hüquq  fakültəsində 

oxuyan qızı Yelizaveta isə moda salonu açaraq orada sərbəst 

şəkildə fəaliyyət göstərirdilər.  

Övladlar da ataları kimi humanist olduqlarından, hərtərəfli 

olaraq  yuxarıda  adı  çəkilən  erməni  ailəsinə  yardım  edirdilər. 

Qaçqınlar  da  belə  bir  şəraiti  görüb  birdəfəlik  evlərinə  qayıt-

maqdan imtina etmişdilər. Daim ətrafdakı adamları aldatmağa 

çalışan Muradyanlar ailəsinin əsl ocağı Xocavəndin Qaradağlı 

kəndində  toxunulmaz  vəziyyətdə  qalsa  da,  Albert  öləndən 

sonra  onlar  həmin  evin  aqibəti  barəsində  heç  bir  şey  öyrən-

mək fikirində deyildilər.  

Öz  ocağını  göz  bəbəyi  kimi  qoruyan  Albert  atəşkəs  elan 

olunan  kimi  Qaradağlı  kəndinə  getmiş  və  doğulduğu  ocağı 

göz  bəbəyi  kimi  qorumaqdan  və  ələ  keçirdiyi  torpaqları 

sənədləşdirməkdən  ötrü  orada  qalmışdı.  Heyvandarlıqla 

məşğul olan ailə başçısı mal-qaranı otararkən, heyvanların bir 

neçəsi  naxırdan  ayrı  düşür.  Albert  heyvanların  axtarışına 

çıxarkən,  özü  bilmədiyi  halda  gedib  ermənilərin  qurduqları 

minalanmış  əraziyə  düşür  və  orada  tapdaladığı  minanın 

qurbanı  olur.  Bu  hadisə  XXI  əsrin  astanasında  baş  versə  də, 

ermənilər  həmin  faciəli  hadisəni  azərbaycanlıların  boynuna 



                                                     

 

  



                                                                            

                                                    

103 

yıxdılar.  Arayışda  qeyd  olunur  ki,  guya  Albert  mal-qarasını 



otaran zaman gedib cəbhə bölgəsinə çıxmış və orada Azərbay-

can əsgərinin gülləsinə tuş gəlmişdi. 

Qəribə  olmasa  da  öz  həmyerlilərinin  qəzəbindən  qorxan 

Eduard  atasının  dəfninə  getmədi və mərasimdə iştirak etmək 

üçün  yaşlı  anasını  Qarabağa  göndərmişdi.  Marqo  hüzrdən 

qayıdandan  sonra  evinə  hansı  qonaq  gəlirdisə,  başlayırdı 

azərbaycanlıları  lənətləməyə  ki,  guya  onlar  dinc  şəraitdə  də 

erməniləri qırmaqla məşğuldurlar.  

Sergeyin  Muradyanlar  ailəsinə  sığınacaq  verməsi  qalsın 

kənara, həmin erməni  qaçqını qohumlarına da  evdə qalmala-

rına  imkan  yaradırdı.  Eduardın  bacısı  qızı  Raisa  dosentin 

işlədiyi  universitetinin  jurnalistika  fakültəsinə  daxil  olur  və 

onun oğli ilə birlikdə eyni qrupda təhsil almağa başlayır. Qız 

Rusiyanın  nüfuzlu  ali  təhsil  ocaqlarının  birində  təhsil  aldığı 

gündən  dayısının  müvəqqəti  məskunlaşdığı  evdə  qalır  və 

paralel  olaraq  dekanın  oğlu  Aleksandr  ilə  sıx  dostluq 

münasibətləri yaratmağa nail olmuşdu. 

Bu görüşdən xeyli məmnun olan Eduard bacısı qızına izah 

edir  ki,  xoşbəxt  olmaq  istəyirsə,  Aleksandrın  başını  bişirib 

ona  ərə  getməlidir  və  bununla  da  oğlana  məxsus  olan  bütün 

malı-mülkə  sahib  çıxsın.  Ondan  sonra  isə  başqa  qohumlarını 

da öz yanına çəkib, onların hamısına fəaliyyət göstərmək üçün 

şərait yaratsın.  

Ailə  başçısının  fikirincə,  Raisa  Aleksandr  ilə  ailə  həyatı 

qursa, onda qızın qarşısında böyük imkanlar  yaranacaq və o, 



Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə