  1 Ramiz Dəniz



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə25/113
tarix12.10.2018
ölçüsü1,94 Mb.
#73686
1   ...   21   22   23   24   25   26   27   28   ...   113

                                                     

 

  



                                                                            

                                                    

97 

olunana  qədər  orada  qalacaqsınız.  Bu  gecə  mənim 



qonağımsan.  Qal  istirahət  et,  səhər  tezdən  yola  düşərsən. 

Narahat olma, yol pulu ilə də kömək edəcəm.   

Eduardın sevincdən uçmağa qanadı yox idi. Necə olsa da 

o,  Rusiyanın  hər  hansı  bir  əyalətindəki  qəsəbədə  və  ya 

balaca  şəhərdə  deyil,  böyüklüyünə  və  iriliyinə  görə  ikinci 

yerdə olan, ölkənin mədəniyyət mərkəzi sayılan bir şəhərdə 

məskunlaşacaqdı. Bu xəbər onun ailəsi üçün gölənilməz idi. 

Mayın  10-u  1994-cü  ildən  etibarən  Qarabağda  hərbi 

əməliyyatlar  dayandırılandan  sonra  müvəqqəti  də  olsa, 

avtomat  və  pulemyotların  atəş  səsləri  nəzərə  alınmasa, 

həmin torpaqda sakitlik hökm sürməyə başladı. Adəti üzrə 

belə olan halda sülh elan olunan məkanda quruculuq işləri 

görülməkdənsə, qara qarğalar kimi əraziyə doluşan erməni 

quldurları  orada  söküb-dağıtma  ilə  məşğul  oldular.  İşğal 

olunmuş  Azərbaycan  ərazilərində  olan  bütün  sənaye 

müəssisələri, kənd təsərrüfatı,  mədəniyyət ocaqları sökülə-

rək  Ermənistana,  incəsənət  nümunələri,  tarixi-memarlıq 

abidələri oğurlanaraq əntiq əşyalar kimi erməni tarixi-sənət 

nümunələri adı ilə xarici ölkələrdə satılmağa başlandı.  

Daim sağ qalan övladlarının gələcəyi barəsində düşünən 

Albert  eşidir  ki,  müharibədə  “həlak”  olanların  ailələrinə 

birdəfəlik pul təzminatı və yüksək statuslu imtiyazlar verilir 

və o, dərhal Qarabağa yollanır. Onun əsas vəzifəsi mühari-



                                                     

 

  



                                                                            

                                                    

98 

bə  gedən  zamanı  zəbt  etdiyi  torpaqları  sənədləşdirməkdən 



və  müəyyən  müddət  orada  yaşamaqdan  ibarət  idi.  Albert 

Qaradağlıya  gələndə  özünün  zənn  etdiyi  kimi  onu  qəhrə-

man ata qismində yox, həmyerlilərini aldadan övladın atası 

kimi  qarşılayırlar.  Yuxarıda  qeyd  edildiyi  kimi  Eduard 

müharibənin son aylarına tab gətirməyib, silahdaşlarını atıb 

qaçmış,  hələ  üstəlik  həmkəndlilərini  aldadaraq,  onların 

mallarını  mənimsəmişdi.  Dələduz  erməni  ən  azı  on  nəfərə 

yaxın kənd adamına borclu idi. Çıxılmaz vəziyyətdə qalan 

Albert günahlarını boynundan atmaq üçün kənd camaatına 

izah  edir  ki,  o,  ailəsini  Rusiyada  itiribdir  və  nə  qədər  səy 

göstərsə  də,  onlarla  əlaqə  yarada  bilməyibdir.  Lakin  buna 

baxmayaraq  aldadılmış  sakinlər  bəyan  edirlər  ki,  Eduard 

ələ  keçiriləndə  ona  heç  bir  aman  verilməyəcək,  ola  bilsin, 

hətta fiziki cəhətcə məhv ediləcək. Əlbəttə ki, ata bu haqda 

oğluna xəbər çatdırır və bununla da Eduard üçün Qarabağa 

gediş birdəfəlik bağlanır.   

Camaat  arasında  yaranan  narazılıqlara  baxmayaraq 

Albert zəbt etdiyi qonşularının torpaqlarını sənədləşdirmək 

üçün  qondarma  idarələrə  müraciət  etməyə  başladı.  Onun 

əsas  məqsədi  həmin  torpaqları  özəlləşdirib,  başqalarına 

satmaq idi. Ona görə də o, müəyyən edilməmiş bir müddətə 

kənddə qalmağı qərara aldı.  




                                                     

 

  



                                                                            

                                                    

99 

Atasının  gecikdiyini  görən  Eduard  vaxt  itirmədən, 



Azərbaycandan  gətirdiyi  bütün  əşyaları,  Pyatiqorskidə  iki 

ay  müddətinə  dəyərindən  bir  az  aşağı  qiymətə  satıb,  ailəsi 

ilə birlikdə Sankt-Peterburqa yollandı. O, bu köçdə anasını 

da özü ilə götürdü. 

Sergey söz verdiyi kimi ustaları dəvət edib ikiotaqlı, bir 

mərtəbəli  evin  tikilməsini  sifariş  verdi.  Görülən  işlərin 

məzənnəsi  təyin  edilən  kimi  tikinti  işləri  başladı.  İlk 

növbədə iki sotluq ərazi ayrıldı və hündürlüyü iki metrəyə 

yaxın olan daş hasar hörüldü. 

Onun  bu  xeyirxah  addımı  bütün  həmkarları  arasında 

müsbət  qarşılandı,  hətta  iş  elə  gətirdi  ki,  işlədiyi  təhsil 

ocağının rəhbərliyi oradakı pedaqoqlara Sergeydən nümunə 

götürməyə  məsləhət  bildi.  Rektor  vurğuladı  ki,  Qarabağda 

başlanan  müharibə  ilə  bağlı  həm  fiziki,  həm  də  mənəvi 

məhrumiyyətlərə  məruz  qalan  hər  bir  xristiana  kömək 

etmək, hər bir tərəqqipərvər insan üçün şərəfli iş sayılır.  

 

 

 

 

 

 

 



                                                     

 

  



                                                                            

                                                    

100 

IX fəsil. Rus ziyalısının mərhəmətindən  

     sui-istifadə edən erməni qaçqınları 

 

 



 

Aylar keçdi, illər ötdü, 2012-ci il gəldi. Qış fəslinin yarıdan 

çoxu arxada qalmışdı. Qar örtüyündən yaxa qurtara bilməyən 

Sankt-Peterburq  şəhərinin  küçələri  çox  solğun  görünürdü. 

Şəhər  ətrafında  sıx  yaşıllıq  –  küknar  və  şam  ağacları  ağ 

yorğana bürünmüşdü.  

Sergeyin planlarına zidd olaraq Eduard bu müddət ərzində 

hələ də başqa bir evlə təmin olunmamışdı. Məhz buna görə də 

qaçqın  kimi  tanınan  erməni  ailəsi  bir  müddət  də  tarixçinin 

evində qalmalı idi. Tarixçi alim bu məsələnin həddindən çox 

uzandığını  görüb,  son  anda  üzdülüyünə  salıb  Eduarda,  yaxın 

iki  ildə  ya  dövlətdən,  ya  da  ki,  illər  boyu  topladığı  pulun 

müqabilində ev alıb, buradan çıxmaq şərtini qoydu.   

Həqiqətən  də  həmin  erməni  qaldığı  illər  ərzində  pul 

toplayıb, özünə şəhərdən kənarda bir ev almalı idi. Lakin 18 il 

keçməsinə  baxmayaraq  Eduard  hələ  də  min-bir  bəhanə 

gətirərək, ev almağın vaxtını süni şəkildə uzadırdı. Hər dəfə o, 

ev sahibinə söz verirdi ki, növbəti ildə mütləq bir mənzil alıb 

ailəsi  ilə  birlikdə  ora  köçəcək.  Vaxtın  bu  qədər  uzanmasının 

bir səbəbi vardı. Eduardın evi Qarabağda erməni quldurlarının 

nəzarəti  altında  idi  və  ora  elan  olunmamış  “Dağlıq  Qarabağ 

respublikası”nın  tərkibində  olduğundan  ona  qaçqın  statusunu 

təsdiq  edən  arayış  verilmirdi.  Lakin  hiyləgər  erməni  Sergeyi 



Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə