  1 Ramiz Dəniz



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə23/113
tarix12.10.2018
ölçüsü1,94 Mb.
#73686
1   ...   19   20   21   22   23   24   25   26   ...   113

                                                     

 

  



                                                                            

                                                    

89 

- Mən, çox təəssüflənirəm. – deyə gənc alim üzrxahlıqla 



dilləndi və bir qədər ara verəndən sonra ehtiramla soruşdu. 

- Səhv etmirəmsə, Martuni Şuşaya yaxın olan bir yerdədir? 

-  Sizin  “Artsax”  barəsində  məlumatınız  var?  –  deyə 

erməni təəccübləndi. 

- “Artsax” haradır? – deyə rus alimi çaşqınlıqla soruşdu.  

-  Türklərin  adlandırdığı  Qarabağı  deyirəm.  Qədimdən 

ora “Artsax” kimi tanınır. 

-  Qismən  də  olsa,  mən  həmin  ərazi  barəsində  məlumat-

lıyam! – deyə tarixçi tərəddüd etmədən dilləndi. - Ona görə 

ki,  mən  tarixçiyəm.  Amma  mən  oranı  Qarabağ  kimi 

tanıyıram.  

-  Hörmətli  tarixçi,  bu  türklərin  uydurmasıdır  və  onlar 

bütün  bizim  məskənlərimizə,  özlərinin  iyrənc  adlarını 

veriblər.  Dünyada  yayılan  bizim  kitablarda  Qarabağ  adlı 

bölgə yoxdur.  

- 80-ci illərin sonunda mən, öz işimlə əlaqədar Azərbay-

canın bir neçə bölgəsində, - deyə ev sahibi dilləndi. - əsasən 

də  Qarabağ  və  ona  bitişik  olan  rayonlarda,  o  cümlədən 

Ağız  mağarasında  da  olmuşam.  –  sonra  o,  bir  qədər  ara 

verib, maraqlandıran suallara cavab tapmaq üçün təmkinlə 

soruşdu.  –  Deyirsən,  kəndiniz  işğal  olundu  və  dinc  əhali 

arasında ölənlər də var? 




                                                     

 

  



                                                                            

                                                    

90 

-  Xocalıda,  Şuşada,  Laçında  öldürülən  soydaşlarımızın 



sayı  minlərlədir.  –  deyə  yalan  informasiya  verdiyinə  görə 

azacıq  olsun  xəcalət  hissi  keçirməyən  Eduard  kövrəlmiş 

halda dilləndi. – Bir bacım  Bakıda ailəsi ilə birlikdə girov 

saxlanır,  ikinci  bacım  Sumqayıtda  baş  verən  iğtişaşlar 

zamanı  türklər  tərəfindən  zorlanıb,  əri  isə  vəhşiliklə 

öldürülübdür.  Qonşu  kənddə  yaşamış  qardaşım  ağır 

işgəncələrlə  soydaşlarımızın  gözü  qarşısında  edam  edilib-

dir,  əmim  isə  kiçik  oğlu  ilə  birlikdə  yaşadıqları  evin 

içərisində  diri-diri  yandırılıblar.  Başımıza  gələn  müsibəti 

kimə danışım ki, türklər öz cəzalarına çatsınlar? 

-  Tam  əmin  ola  bilərsən  heç  bir  şey  cəzasız  qalmır.  – 

deyə Sergey erməniyə təsəlli verdi. – Bu cinayətdə əli olan 

adamın  hər  biri  tutduğu  vəzifədən  asılı  olmayaraq,  ədalət 

məhkəməsində cavab verməli olacaq. Amma bir şey  mənə 

qaranlıq  görünür,  səhv  etmirəmsə,  keçən  ayın  əvvəlində 

aranızda  baş  verən  münaqişədə  atəşkəs  əldə  olunubdur? 

Atəşkəs olan təqdirdə adamlar necə öldürülə bilər? 

-  Hansı  atəşkəsdən  söhbət  gedir?  Həmin  atəşkəs  kağız 

üzərindədir.  Türklər  demək  olar  ki,  ardı-arası  kəsilmədən 

bizim  yaşayış  məntəqələrimizə  hücum  çəkib,  millətimizi 

məhv  edirlər.  Bu  münaqişə  bir  il  də  davam  etsə,  onda 

erməni  torpaqlarında  bir  nəfər  də  olsun,  erməni  millətinin 

nümayəndəsi qalmayacaq. 



                                                     

 

  



                                                                            

                                                    

91 

-  Edik,  sənin  dediklərin  mənim  üçün  qəribə  görünür. 



Mən, SSRİ dağılmamışdan əvvəl Qafqazın cənubunda olan 

hər  üç  respublikada  olmuşam  və  azərbaycanlıların  nə 

dərəcədə  qonaqpərvər  olmasının  şahidiyəm.  İndi  dediklə-

rindən belə çıxır ki, onlar yüz illər çiyin-çiyinə yaşayan bir 

millətə qarşı qəddarlıq və amansızlıq nümayiş etdirirlər.  

-  Əzizim  Sergey  Vladimiroviç,  bağışlayın  məni,  siz 

Qafqaz  türklərinin  siyasətindən  bixəbərsiniz.  Nə  qədər  ki, 

SSRİ  mövcud  idi,  onlar  qorxudan  şirin  dillərini  işə  salıb 

bütün xristianlara yaltaqlanırdılar. Elə ki, həmin respublika 

ayrıldı,  onlar  360  dərəcədə  dəyişərək,  həmin  ərazidə 

yaşayan  bütün  xristianlara  qarşı  zor  tətbiq  etməyə  başla-

dılar.  Bakı,  Gəncə,  Sumqayıt  və  digər  şəhərlərdən  nəinki 

erməni  və  gürcülər,  o  cümlədən,  rus  və  ukrainlər  də 

qovuldu.  

- Hələ də inana bilmirəm ki, insanlar bu dərəcədə dəyişə 

bilsinlər? Ola bilsin, bu məsələyə dini siyasət mühüm təsir 

göstəribdir.  Yoxsa,  mən  azərbaycanlıları  ən  mehriban, 

istiqanlı, qonaqpərvər bir millət kimi tanıyırdım.  

-  Mənim  söylədiklərimi  yoxlamaq  üçün  siz  bir  daha 

həmin əraziyə baş çəkməlisiniz. Sağ-salamat qayıtmağınıza 

heç bir möhlət yoxdur. Ən yaxşı halda sizi bir xristian kimi 

əzişdirib, yarışikəst halda Rusiyaya göndərəcəklər. – sonra 

dələduz kişi özünü daha da məzlum göstərmək üçün kövrək 



                                                     

 

  



                                                                            

                                                    

92 

halda  sözünə  davam  etdi.  –  Bayaq  dediyim  kimi  elə 



bacımın ərini də orada öldürdülər, o biri bacım isə Bakıda 

girov saxlanılır. 

Hər hansı bir insanı aldatmaqda mahir usta olan Eduard 

söylədiyi  sözlərə  həqiqət  donu  geydirmək  üçün  ağlamağa 

başladı.  Kənarda  gül-çiçəklərlə  oynayan  uşaq  atasının 

ağladığını görən kimi  cəld onun qucağına  mindi. Bu hərə-

kət onun ssenarisinə uyğun edilirdi ki, əks tərəfdəki adam-

ların onlara yazığı gəlsin. 

Təbiətən  ürəyiyumşaq  olan  Sergey  hiyləgər  erməninin 

kövrəlməsinə  tab  gətirməyib,  onun  üçün  su  gətirdi  və 

Eduardın  sakitləşdiyini  görən  kimi  sözə  başladı.  O,  qarşı-

sındakı  adamın  belə  bir  acınacaqlı  vəziyyətə  düşdüyündən 

qəzəblənərək, əsəbi halda dedi: 

-  Həqiqətən  də  sənin  başın  bəlalar  çəkibdir,  ailəniz  isə 

böyük  faciə  ilə  üzləşibdir.  Mənim  başsağlığımı  qəbul  et. 

İnsan  üçün  bundan  ağır  müsibətlər  ola  bilməz.  Etiraf 

etməliyəm ki, azərbaycanlıların bu dərəcədə azğınlaşmasını 

mən təsəvvürümə belə gətirə bilmirəm.  

Bəs, orada olan rus hərbi bölmələri nə ilə məşğuldurlar? 

Onlar  görmürlər  ki,  həmin  münaqişədə  heç  bir  günahı 

olmayan dinc əhali qırılır?  

- Rus hərbçiləri lazımi şəkildə bizə kömək edə bilmirlər. 

– deyə özünü yazıq göstərən erməni yenə də kövrək halda 



Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə