  1 Ramiz Dəniz



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə20/113
tarix12.10.2018
ölçüsü1,94 Mb.
#73686
1   ...   16   17   18   19   20   21   22   23   ...   113

                                                     

 

  



                                                                            

                                                    

77 

   VII fəsil. Bəzi quldurlar öldürülür, bəziləri  

              isə cəzadan qorxaraq yaxalarını  

                         kənara çəkirlər 

 

Müharibənin özləri üçün qələbə ilə başa çatacağına əmin 



olan  Muradyanlar  qardaşları  doğulduqları  kəndə  gəlib, 

orada  ata  evini  təmir  etməyə  başladılar.  Bir  döyüşçü  kimi 

onlara sənətkarlıqdan başı çıxan beş nəfər girov da verildi. 

Qardaşlar  tikinti  materiallarını  əsasən,  azərbaycanlıların 

yaşadıqları evləri sökərək əldə edirdilər. Nəticədə ikimərtə-

bəli  səkkiz  otaqlı  böyük  bir  ev  hazır  oldu  və  qısa  müddət 

ərzində  qoyunçuluq  təsərrüfatı  da  yaratdılar.  Onların 

tabeliyində  olan  azərbaycanlı  girovlar  həmin  təsərrüfatı 

inkişaf etdirirdilər.  

Yuxarıda qeyd edildiyi kimi döyüşlər Qaradağlı kəndinə 

yaxın  bir  yerdə  getməyə  başlayanda  Muradyanlar  ailəsi 

demək olar ki, hamılıqla doğulduqları ocağı tərk etmişdilər. 

Yalnız  Marqo  qonşularını  azərbaycanlıların  sadəliyinə, 

mehribançılığına  və  dostluğuna  arxayınlaşaraq,  orada  qal-

malı olmuşdu. Qonşularının xasiyyətinə və onların yanaşma 

tərzinə  yaxşı  bələd  olan  qadın  əmin  idi  ki,  Qaradağlıda 

soyqırım  baş  verməmiş,  yerli  əhali  daxillərində  yaranan 

kin-küdurəti  tam  şəkildə  qonşuluqdakı  ermənilərin  üzərinə 

yönəldə  bilməyəcəklər.  Ona  görə  camaata  bildirilmişdi  ki, 



                                                     

 

  



                                                                            

                                                    

78 

iki  millət  arasındakı  nifaqı  Ermənistanda  dislokasiya  olu-



nan  rus  hərbçiləri  və  əsasən  Yaxın  Şərqdən  və  digər 

ölkələrdən  gələn  muzdlu  ermənilər  salaraq,  onları  bir-

birilərinə düşmən edibdir. 

Qaradağlı  işğal  olunan  zaman  Marqo  zirzəmidə  gizlən-

diyindən  demək  olar  ki,  xəsarət  almamışdı.  Bir  neçə 

müddət  təklikdə  qalan  arvad  artıq  öz  ailəsi  ilə  birləşmişdi 

və  azərbaycanlıların  arasında  təkbaşına  qaldığı  üçün  onu 

qəhraman ana adlandırmağa başladılar. 

Əsl  simasını  gizlədən  erməni  qadını  azərbaycanlıların 

kənddə  yaşadıqları  zaman  köklü  sakinlərə  daim  yaltaqlan-

dığını  hər  kəs  bilirdi,  lakin  quldur  dəstələri  Qradağlını  ələ 

keçirən  kimi  onun  münasibəti  yerli  əhaliyə  qarşı  kəskin 

şəkildə  dəyişdi.  Oğlanlarının  cinayətkar  əməllərinə  dəstək 

verən  həmin  qadın  ən  yaxın  qonşularının  evlərini  zəbt 

eədrək, oradakı bütün avadanlıqlara və təsərrüfata yiyələn-

mişdi. 


Hazırda onların hamısı bir yerdə yaşamaqla, qovulan və 

öldürülən qonşularının  sayəsində özlərinin həyatyani sahə-

sini beş-altı dəfə artırmağa nail oldular.  

Qardaşlar  yerli  quldur  dəstəsinin  tərkibində,  ətraf  ərazi-

ləri  nəzarət  altında  saxlamağa  başladılar.  Eduarddan  fərqli 

olaraq Artur əmisi Aşotla və əmisi oğlu Vazgenlə birlikdə, 

xüsusi  diversant  dəstəsinin  tərkibində,  cəbhə  xəttinə  yaxın 



                                                     

 

  



                                                                            

                                                    

79 

olan  azərbaycanlıların  yaşayış  məntəqələrində  terror 



aktlarını həyata keçirirdi. Əldə olunan qənimətlər qohumlar 

arasında bərabər şəkildə bölünürdü.  

 

Çox  keçmədən  həmin  ailə  törədilən  cinayətlərə  görə 



layiqli cəza ilə üzləşir. 1994-cü ilin yanvar ayında erməni-

lərin  dəstəsi  Ağdamın  Qərvənd  kəndindən  qayıdanda, 

üzümlük deyilən ərazidə, Füzuli Rzaquliyevin başçılıq etdi-

yi dəstənin qurduğu pusquya düşür və onların arasında qısa 

müddətli döyüş başlayır. Azərbaycanlı döyüşçülərlə üz-üzə 

gəlməkdən dovşan kimi qorxan, amma mülki əhaliyə divan 

tutmaqda  xüsusi  səriştəsi  olan  hər  üç  qohum,  digər  beş 

quldurla  birlikdə  Milli  Ordunun  əsgərləri  tərəfindən 

öldürülürlər. Həmin döyüşdə komandirlə birlikdə Kamil ilə 

Vahid  də  xüsusi  qəhrəmanlıq  göstərirlər.  O  biri  quldurlar 

döyüş  yerindən  qaçdıqlarından,  ölənlərin  meyidi  ortada 

qalır.  


Bu xəbər Edurda çatan kimi o, tabeliyində olan girovları 

mütəmadi  olaraq  döyməyə  başlayır.  Qeyri-insani  işgəncə-

ləri  həyata  keçirəndə  qisasının  bir  hissəsinin  aldığını 

bildirir. Meyidlər Qaradağlıya gətiriləndə onları “Artsax”ın 

“igid  döyüşçüləri”  kimi  yerli  qəbristanlıqda  dəfn  edirlər. 

Aşot  övladları  ilə  birlikdə  bu  kənddə  anadan  olduğundan, 

onu  və  oğlu  Vazgeni  Arturla  yanyanaşı  torpaqda  basdırır-

lar.  



                                                     

 

  



                                                                            

                                                    

80 

Xəbər Albertə çatan kimi o, Stavropol diyarını tərk edib 



dərhal  özünü  dəfn  mərasiminə  çatdırır.  Bu  hadisə  sanki 

onun  qamətini  əyir.  Ona  görə  ki,  Rusiyanın  əyalətində 

dilənçiliklə və möhtəkirliklə məşğul olan ailə başçısı üç ən 

yaxın adamını itirmişdi.  

Hirsi soyumayan Eduard hamının yanında özünü qisasçı 

kimi  göstərmək  üçün  evində  saxladığı,  heç  bir  günahları 

olmayan  girovları  qəbristanlığa  gətirib,  onları  əzizlərinin 

qəbri  üstündə  edam  etdi.  Birdən-birə  üç  girovun  başını 

qardaşının, digər ikisinin başını isə o  biri əzizlərinin qəbr-

ləri üzərində kəsərək, mərasimə toplaşanlara hüznlə dedi: 

-  Əzizlərimin  qisasları  tam  alınmadığından  mən  daim 

hər bir türkün məhvi ilə məşğul olacağam. – o, dərhal əli ilə 

tankların tırtılı altında məhv edilmiş azərbaycanlıların dəfn 

olunduqları  qəbristanlığın  qalıqlarını  göstərərək,  həmin 

tərzdə sözünə  əlavə  etdi.  – Hələ bir il bundan  əvvəl orada 

türklərin qəbristanlığı yerləşirdi. Mən rastıma çıxan hər bir 

türkü həmin qəbristanlıq kimi yox edəcəm.  

Oğlunun  öldürülməsinə  birtəhər  tab  gətirən  Marqo 

mərasimə toplaşan camaatın yanında ardı-arası kəsilmədən 

ağlayırdı.  Sanki  onun  oğlu  heç  bir  günahı  olmadan,  dinc 

həyat  sürən  zaman  cəhənnəmə  vasil  edilmişdi.  Saçlarını 

yoluq-yoluq  edən  və  qışqır-bağır  salan  arvad  hamının 

yanında özünü dəli kimi aparırdı. O, hirsini soyutmaq üçün 



Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə