  1 Ramiz Dəniz



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə17/113
tarix12.10.2018
ölçüsü1,94 Mb.
#73686
1   ...   13   14   15   16   17   18   19   20   ...   113

                                                     

 

  



                                                                            

                                                    

65 

Əsgər erməni dilini bilmədiyindən o, heç bir cavab ver-



mədən zarımağa başladı. Üç yaraqlının arasında ən hündür-

boylusu  istehza  ilə  komandirinə  dedi  ki,  o,  erməni  dilini 

bilmədiyindən  heç  bir  cavab  verə  bilmir.  Onda  komandir 

silahdaşına izah edir ki, əsgər erməni dilini bilmədiyi üçün 

edm  edilməlidir.  O,  aşağı  əyilib  əsgərin  sol  qulağından 

tutub xəncəl ilə dibindən kəsdi. Əsgər yarasını əli ilə tutub 

qışqırmağa  başlayanda  qapı  açıldı  və  iki  yaraqlı  Marizin 

başına vura-vura onu içəri saldılar.  

Əlləri  arxadan  bağlı  olan  qardaşlar  yanyana  dayandılar. 

Ortaboylu erməni Marizi görən kimi dərhal ondan soruşdu 

ki,  İlqarın  nəyidir?  Çaşqınlıq  içərisində  olan  əsir  qardaş 

olduğunu  bildirən  kimi  həmin  erməni  ara  vermədən 

soruşdu: 

- Qardaşının burada olduğunu bilirdin? 

 

-  Bizi  bura  bir  yerdə  gətiriblər.  –  deyə  vəziyyətdən  hali 



olmayan Mariz tərəddüd etmədən dilləndi.

 

-  Görürəm,  sən  yalançı  deyilsən.–  deyə  bağırtısı  otağı 



bürüyən erməni bu dəfə sakit tərzdə dilləndi. - Düzünü de, 

siz ikiniz bizim əsgərlərə atəş açmısınız, ya yox?    

 

-  Əlbəttə  yox!  –  Mariz  qətiyyətlə  cavab  verdi.  –  Bunu 



hər bir qaradağlı təsdiqləyə bilər. 

 

-  Hələlik  sənə  inanacam,  amma  bilsəm  ki,  bu  yalandır, 



səni  ən  dəhşətli  ölüm  gözləyir.  –  deyə  həmin  erməni  ciddi 


                                                     

 

  



                                                                            

                                                    

66 

halda  dilləndi  və  üzünü  İlqara  tərəf  tutub  hirslə  sözünə 



davam  etdi.  –  Səni  isə  yalan  danışdığına  görə  qardaşının 

yanında  əzabla  öldürəcəm.  Bəs,  deyirdin  ki,  qohumlarının 

burada  olmasından  hali  deyilsən.  -  Ondan  sonra  o,  aşağı 

əyilib  əsgərin  başını  arxadan  tutub  əsəbi  halda  qışqırdı.  – 

De görüm, neçə erməni öldürmüsən? Məni aldatsan başını 

kəsəcəm.


 

Erməninin  nə  dediyini  anlamayan  yarımcan  halda  olan 

əsgər susmaqla kifayətləndi. Artıq o, hiss edirdi ki, bu onun 

son  dəqiqələridir.  Lakin  buna  baxmayaraq  müqavimət 

göstərmək  üçün  əsgərin  heç  bir  taqəti  qalmamışdı. 

Qurbanının susduğunu görən erməni daha da coşdu və onun 

sifətini  döşəməyə  vurub  ayırdan  qaldırdı  və  xəncəl  ilə 

köməksiz  adamın  başını  kəsməyə  başladı.  Sanki  o,  qoyun 

başı  kəsirdi.  Bir  anın  içərisində  bütün  döşəmə  al  qana 

boyandı. Bu dəhşətli səhnə hər iki qardaşı sarsıtdı və onlar 

şok  vəziyyətində  bir-birilərinə  qısıldılar.  Qardaşlar  başa 

düşdülər  ki,  eyni  üsul  ilə  onlar  da  belə  bir  edama  məruz 

qalacaqlar.

 

Cəllad funksiyasını yerinə yetirən komandir kəsilən başı 



divara vurulmuş mismara taxan kimi o biriləri alqışlayaraq, 

əl  çalmağa  başladılar.  Hirsi  soyumayan  ortaboylu  erməni 

həmin  an  İlqara  yaxınlaşıb  -  “məni  aldatmaq  istədin?”  – 

deyərək,  onun  sifətinə  möhkəm  yumruq  zərbəsi  endirdi. 




                                                     

 

  



                                                                            

                                                    

67 

Vahiməyə  düşən  İlqar  ləngər  vursa  da,  yerə  yıxılmadı  və 



zərbə  dəyən  yeri  əli  ilə  tutaraq  divara  sıxıldı.  Komandirin 

işarəsi  ilə  o  biriləri  İlqara  sarsıdıcı  zərbələr  endirərək  onu 

yerə sərdilər. Arxadan əlləri bağlanan yaralı əsir elə vəziy-

yətə  salındı  ki,  onun  müqavimət  göstərməyə  heç  bir  halı 

olmadı.  Lakin  o,  qışqırıq  ilə  izah  edirdi  ki,  onun  heç  bir 

təqsiri  yoxdur.  Cəllad  hirsini  soyutmaq  üçün  üzü  üstə 

uzanan  İlqarın  yaralı  çiynini  dizi  ilə  basıb,  onun  başını 

arxadan  qaldırıb  xəncəli  boğazına  dirədi.  Ölümünü  gözü-

nün qabağına gətirən İlqar aramsız şəkildə daxilində Allahı 

köməyə çağırdı: Allah, mənə rəhmin gəlsin. Ümidim yalnız 

Sənədir, məni bu bəladan qurtar. 

 

Məhz  həmin  kəlamlardan  sonra  gözlənilməz  hadisə  baş 



verdi.  Həmin  vaxt  qapı  açıldı  və  içəri  Albertin  oğlu  Artur 

daxil  oldu.  O,  buradakı  səs-küyü  eşitdiyindən  maraq  üçün 

içəri  daxil  olmuş  və  təsadüfən  qonşularını  belə  bir  vəziy-

yətdə görür. 

 

-  İlqar,  bu  sənsən?  -  deyə  soydaşlarınln  hərəkətlərinə 



əhəmiyyət verməyən Artur həyəcanla soruşdu və həmin an 

üzünü cəllad erməniyə tutub tələsik halda sözünə əlavə etdi. 

– Bu bədbəxti niyə öldürürsən?

 

Özünü komandir kimi aparan erməni altındakı qurbanın 



yarasını  əsas  gətirərək  bildirir  ki,  İlqar  döyüş  zamanı 

müqavimət  göstərəndə  yaralanıbdır.  Dodaqlarında  acı 




                                                     

 

  



                                                                            

                                                    

68 

təbəssüm  yaranan  Artur  onun  əlindən  tutub,  ciddi  halda 



dedi:

 

-  Qarik,  sən  yaxşı  bilirsən  ki,  bizim  kənddəki  camaat 



silahsız  idi  və  onlar  heç  cürə  bizimkilərə  atəş  aça  bilməz-

dilər.  Göstərişə  əsasən,  kimin  əynində  hərbçi  və  ya  milis 

forması varsa, həmin adamlar sorğu-suala tutulmadan məhv 

edilməlidirlər.  Qardaşlarla  işin  yoxdur,  onlar  ailəlikcə 

bizimkilərə əl tutublar. 

 

-  Bəs,  onun  çiynindəki  yaraya  nə  deyə  bilərsən?  –  deyə 



çaşqınlıq içərisində olan Qarik narazı halda soruşdu.

 

- Hücum zamanı atılan güllələrdən dinc sakinlərə dəydi-



yini,  sən  də  yaxşı  bilirsən.  –  deyə  Artur  hökmlə  dilləndi.  - 

Onları dəyişdiriləcək əsirlərin siyahısına salmaq lazımdır. 

 

İlqarın anası namaz üstə imiş. Dualardan sonra həqiqətən 



də  Allahın  ona  rəhmi  gəlmişdi.  Yaralı  əsir  başa  düşdü  ki, 

Artur  buradakı  ermənilər  arasında  xüsusi  səlahiyyətlərə 

malikdir  və  onun  təkidi  ilə  hər  iki  qardaş  ölümdən  xilas 

olunacaq. 

 

Arturun  bura  gəlişi  təsadüf  sayılmırdı.  İş  ondadır  ki, 



Qaradağlı  işğal  olunanda,  orada  çoxsaylı  dinc  sakinlərin 

girov  götürüldüyü  xəbəri  Əvəzə  çatır  və  o,  yaxın  qohum-

larının  axtarışı  ilə  məşğul  olmağa  başlayır.  Ona  dəqiq 

məlum  olur  ki,  qardaşları  İlqarla  Mariz,  digər  qohumlarla 

birlikdə  sağdır  və  onlar  Xankəndi  həbsxanasında  saxlanır-



Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə