49
- İndiki zamanda türklərdən çox, ruslar bizim hamımıza
təhlükə yaradır. – deyə İlqar Eduardın fikri ilə razılaşmadı.
– Ona görə ki, hal-hazırda bizim torpaqda at oynadan
ruslardır. Onlar da passivlik göstərməklə ekstremistlərin
baş qaldırmasına, terrorçuların təxribat törətmələrinə şərait
yaradıblar.
- İncimə qonşu, sən Qafqaz tarixindən çox zəifsən. –
deyə Eduard öz dediyindən əl çəkmədi. – Türklər həmişə
imperiya dövləti olubdur və indi də imperiya ambisiyaların-
dan əl çəkməyiblər. Çar Rusiyası süqut edən kimi Osmanlı-
lar 1918-ci ildə Cənubi Qafqaza hücum etmiş, burada
yaşayan yerli əhalini qılıncdan keçirmiş, Bakını isə bütün
rayonlarla birlikdə işğal etmişdilər.
Deyilən sözlərin qarşısında aciz qalan bisavad olan hər
iki azərbaycanlı qardaş bir-birilərinə key nəzər salmaqdan
başqa çarələri qalmadı. Ona görə ki, Sovet rejimi dönəmin-
də Türkiyəyə qarşı ifrat düşmənçilik yaratmaq üçün, yalanı
doğruya çevirərək, belə bir iyrənc təbliğatdan istifadə
edilmişdi.
Onlar bir qədər də söhbət edib ondan sonra ayrıldılar.
Kənddə çox qalmağı özləri üçün təhlükəli hal hesab edən
erməni qardaşlar qaranlıq mühitdə ağacların arasında yoxa
çıxdılar. Onlar qorxurdular ki, yerli milis əməkdaşları onla-
50
rı saxlayıb əbəs yerə sorğu-sual edər və heç nədən başlarını
ağradarlar.
V fəsil. Qaradağlının işğalı və
qaradağlıların qara günləri
Get-gedə Qaradağlının vəziyyəti ağırlaşırdı. Erməni
quldurları mütəmadi olaraq kəndi atəşə tutur və bəzi
hallarda hücum da edirdilər. Ümidini itirməyən sakinlər
hələ də öz ocaqlarını tərk etmək fikirində deyildilər.
Blokada şəraitində olan sakinlər belə qərar vermişdilər ki,
düşmən güclü hücum etsə belə, onlar nəinki kəndi qoyub
qaçacaq, hətta işğalçılara layiqinçə müqavimət göstərəcək-
lər.
Heç bir təhlükəyə əhəmiyyət verməyən Qasım baba
həmişə olduğu kimi qoyun sürüsünü qarşısına qatıb, kənd-
dən kənara düzənliyə çıxdı. Yanvarın 8-i olsa da hələ də
yerdə ot vardı. Ömürboyu ermənilərə göstərdiyi yaxşılıq-
lara görə özünü arxayın hiss edən Böyük Vətən müharibəsi
veteranı inana bilməzdi ki, məhz həmin millət tərəfdən ona
təhlükə gələcək. Günün günorta çağı çaqqal kimi pusquda
olan ermənilər ahıl kişinin kənddən aralandığını görüb, onu
51
vəhşicəsinə qətlə yetirir və yüzdən çox olan qoyun sürüsü-
nü qabaqlarına qatıb öz kəndlərinə apardılar. Hadisə yerin-
dən bir qədər aralı olan Milli Ordunun Məzahir Gülverdi-
yev adlı 23 yaşlı əsgəri quldurlara qarşı döyüşə başlayır.
Lakin qüvvələr qeyri-bərabər olduğundan o, şəhid olur.
Öldürülən qocanın yas mərasimi də çətin şəraitdə keçdi.
Onun cənazəsi qəbristanlıqda torpağa tapşırılan zaman
quldurlar mərasim iştirakçılarını avtomat və pulemyot
atəşinə tuturlar, lakin xoşbəxtlikdən heç kim xəsarət almır.
Kənd blokadada olduğundan Əziz atasının dəfninə gələ
bilmir.
Təxminən elə həmin ərəfədə Şuşa ətrafında vəziyyət
gərginləşdiyindən Füzulini dəstəsi ilə birlikdə həmin
əraziyə göndərirlər.
Vəziyyət getdikcə kəskin xaraker alır. 1992-ci ilin
əvvəlindən Xocavənd rayonunun Tuğ, Salakətin, Xocavənd
və Axul kəndləri erməni quldur dəstələri tərəfindən işğal
ediləndən sonra Qaradağlı demək olar ki, tam şəkildə
blokadaya alındı.
Qaradağlı bir neçə yerdən mühasirəyə
alınsa da, buranın camaatı elə bilirdi ki, yaxınlıqda olan rus
hərbçiləri onları erməni quldurlarının hücumundan müdafiə
edəcək. Məhz bu səbəbdən onların çoxu evlərdə olan
əmlakı daha təhlükəsiz yerlərə çıxarmağa cəhd etmədilər.
52
Noyabrın 20-də Qarakənd kəndində vurulan helikopterin
istintaqı gedən zaman
yanvarın 28-i 1992-ci ildə Ağdamdan
Şuşaya uçan sərnişin helikopteri Xankəndi ərazisində
ermənilər tərəfindən vuruldu. Helikopteri yerə endirmək
mümkün olmadığından, bütün sərnişinlər və heyət həlak
oldu. Erməni terroru nəticəsində 47 nəfər (qadınlar, uşaqlar,
qocalar), o cümlədən, bütöv bir ailə qətlə yetirilmişdir.
Bundan sonra Qarabağdakı azərbaycanlılar başa düşürlər
ki, hökümət hər hansı bir terror aktından və ya quldur
hücumudan onları müdafiə etmək iqtidarında deyil. Hər bir
sərnişin nəqliyyatından, xüsusən də helikopterdən istifadə
etmək həyatları üçün həddindən artıq təhlükəli hal sayılırdı.
Məhz bundan sonra azərbaycanlılar yerli ermənilərdən,
hətta tanıdıqları ermənilərdən ehtiyat etməyə başladılar.
Ermənilər Qaradağlı ətrafında olan halqanı daha da sıxır
və həmin yerlərdə həm hərbi texnika, həm də canlı qüvvə
yerləşdirirdilər. Kəndin müdafiəçiləri hiss edirdilər ki,
yaxın günlərdə şiddətli döyüş başlayacaq, odur ki,
ixtiyarlarında olan hər bir güllə göz bəbəyi kimi qorunurdu.
Qardağlıya yaxın olan Malıbəyli kəndi fevralın 12-də
yandırıldı. Lakin adekvat addımlar atılmadı. Hamıya aydın
idi ki, növbəti hədəf Qaradağlıdır. Fevralın 14-də kəndin
bütün yolları, o cümlədən hava yolu da demək olar ki, tam
Dostları ilə paylaş: |