  1 Ramiz Dəniz



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə10/113
tarix12.10.2018
ölçüsü1,94 Mb.
#73686
1   ...   6   7   8   9   10   11   12   13   ...   113

                                                     

 

  



                                                                            

                                                    

37 

edib  Ağdamda  yerli  camaatın  yığdığı  pul  ilə  rus  hərbçi-



lərindən silah alır və demək olar ki, hər bir kənddə özünü-

müdafiə  dəstələri  yaradaraq,  quldurlara  layiqli  müqavimət 

göstərirlər.  

-  Hər  hansı  bir  dəstəni  silahlandırıb,  düşmənə  qarşı 

müqavimət  göstərmək  üçün  güc  strukturları  ilə  əlaqən 

olmalıdır. – deyə Kamil məyus halda dilləndi. – Ermənilər 

isə  rusların  vasitəsilə  silahlanırlar.  Görünür,  bu  məsələdə 

Qorbaçovun məxfi tapşırığı var. 

-  Düz  deyirsən,  ermənilər  siçan  kimi  qorxaqdırlar.  – 

deyə Əvəz təqdiredici tərzdə dilləndi. – Rüşvətə görə ölkəni 

dağıdan  Qorbaçov  açıq-aşkar  onlara  dəstək  verir.  Belə 

olmasa, Yaxın Şərqdən çıxan erməni terroristləri burada nə 

edirlər?  

- Qarabağda güc strukturlarında çalışan bəzi ruslar deyir-

lər ki, onların əksəriyyəti beynəlxalq axtarışdadırlar. – deyə 

Füzuli təəssüflə dilləndi. - Qarbaçov isə həmin terroristlərin 

burada toplaşmasına göz yumur. 

-  Onların  əsas  məqsədi  Qaradağlını  işğal  etməkdir.  – 

İlqar dilləndi. – Yoxsa, onlar Xocavənddə toplaşmazdılar. 

-  Bakı  isə  gözləmə  mövqeyi  tutubdur.  –  deyə  Heydər 

ürəkyanğısı ilə dilləndi.

 

Qaradağlı  özünün  strateji  əhəmiyyətinə  görə  Xankəndi 



ilə  Əsgəranı  birləşdirən  magistral  yolun  üzərində  yerləşən 


                                                     

 

  



                                                                            

                                                    

38 

Xocalı  şəhəri  ilə  müqayisə  oluna  bilərdi.  Hər  iki  məntəqə 



ermənilərin  hədəfində  idi.  1991-ci  ilin  dekabr  ayının 

axırlarında  sovet  qoşunları  Qarabağdan  “çıxarılandan” 

sonra  məlum  oldu  ki,  tərəflər  arasında  güç  balansı  kəskin 

şəkildə  fərqlənir.  Rusların  366-cı  alayın  hərbi  sursat  və 

texnikasından, hətta şəxsi heyətindən istifadə edən separatçı 

qüvvələr, beynəlxalq terrorçu Monte Melkonyanın və Man-

vel  Yegizaryanın  başçılıq  etdiyi  “Arabo”  və  Aram  Toq-

romyanın başçılıq etdiyi terrorçu “Aramo” dəstələri Qara-

bağda  hərbi  texnikalarının  iştirakı  ilə  hərbi  əməliyyatlara 

başladılar. 

Dağlıq  Qarabağın  digər  kəndlərində  olduğu  kimi 

Qaradağlıda  da  özünümüdafiə  dəstəsi  yaradıldı.  Artıq  100 

mm-lik doludağıdan top əldə edilmişdi və onu Qaraçuğ dağ 

silsiləsinin Kəmərqaya  adlanan  yüksəkliyinin  yaxınlığında, 

“Daşpartladan” adlanan  ərazidə  yerləşdirmişdilər ki, bu da 

azərbaycanlılara  Xocavənd  şəhərində  və  ətraf  ərazidə  olan 

düşmən mövqelərini atəş altında saxlamaq imkanı vermişdi.

 

Əvəz bir çox mətləbləri öz daxilində götür-qoy edəndən 



sonra məyus halda dedi:

 

- Bakıda camaat mitinqlərə çıxıb hakimiyyəti Qarabağla 



bağlı  əməli  tədbirlər  görülməsini  tələb  edir.  Hakimiyyətin 

fəaliyyətsizliyi daşnakların fəallaşmasına gətirib çıxarıbdır. 




                                                     

 

  



                                                                            

                                                    

39 

-  Onların  azğınlaşması  helikopterin  Qarakənddə  vurul-



masından sonra, daha da qabarıq şəkildə özünü büruzə ver-

di.  –  deyə  ümidsiz  halda  görünən  İlqar  təşəxxüslə  dilləndi 

və  üzünü  könüllülərə  tutub  maraqla  soruşdu.  -    Uşaqlar, 

sizin  həm  hərbçilər,  həm  də  milis  əməkdaşları  arasında 

tanışlarınız  çoxdur.  Onlar  həmin  terror  aktı  ilə  bağlı  nə 

deyirlər?  Ermənilərin  hamısı  bir  ağızdan  deyirlər  ki,  heli-

kopter dumanlı havada dağa çırpılaraq qəzaya uğrayıbdır. 

 

-  İstintaqa  rəhbərlik  edənlər  də  bu  cəfəngiyyatı  camaata 



sırımaq  istəyirlər.  –  deyə  səbirsizliyini  nümayiş  etdirən 

Kamil  hamının  yerinə  dilləndi.  -  Allahverdi  istintaqla 

maraqlandığından mən bu haqda onunla xeyli söhbət etmi-

şəm.  O,  hamıya  bəyan  edir  ki,  noyabrın  20-də  Qaradağlı 

səmasında  terror  aktı  baş  veribdir,  istintaq  isə  bu  işi  başqa 

səmtə  yönəltməyə  çalışır.  Mənə  elə  gəlir,  bu  cinayətdə  rus 

hərbçiləri  daşnaklara  köməklik  göstəriblər.  İş  ondadır  ki, 

onlar  Bakıdan  Ağdama  müşavirəyə  gələndə  aralarında  rus 

ordusunun generalları da var idi. Lakin helikopter Xankən-

dinə yola düşəndə həmin generallar Ağdamda qaldılar.  

Ən  maraqlısı  isə  odur  ki,  -  deyə  Vahid  bu  məsələ  ilə 



fikrini  bölüşdürmək  üçün  araya  girdi.  -  istintaqı  arapmaq 

üçün  Xankəndində  yerləşən  rus  hərbi  qarnizonunun  hərbi 

prokuroru,  polkovnik-leytenant  İ.  Lazutikinə  tapşırıq  veri-

lir.  Məndə  olan  məlumata  əsasən,  onun  anası  Emilya 




                                                     

 

  



                                                                            

                                                    

40 

Baqdasaryan  Axalkalakidə  anadan  olub,  İ.  Lazutikin  özü 



isə 1989-cü ilədək Cavaxetiyada işləyibdir. 

 

“Qara  qutu”nu  əlinə  keçirən  həmin  erməni  məlumat 



yaydı  ki,  "qara  qutu"  istidən,  yanğından  və  partlayışdan 

sıradan  çıxıb,  əriyib.  Prokuror  İ.  Lazutikin  hamını  aldadır. 

Onun  sıradan  çıxması  üçün  3800

0

  istilik  lazımdır.  Hadisə-



dən  bir  neçə  gün  sonra  izi  itirmək  üçün  “qara  qutu”nu 

Rusiyaya  göndəriblər.  Bu  haqda  Allahverdi  Respublika 

Prokurorluğuna məlumat da göndəribdir. 

-  Hamını  maraqlandıran  suallardan  biri  odur  ki,  niyə 

içərisində  dövlət  katibi,  daxili  işlər  naziri,  baş  prokuror, 

prezidentin  mətbuat  katibi  və  bir  çox  məsul  şəxslər  olan, 

hərbi  əməliyyat  zonası  üzərindən  uçan  Mi-8-i  silahlı 

mühafizə helikopteri müşaiyət etmirdi? – deyə həmin faciə-

nin acısını hələ də yaddan çıxarda bilməyən Heydər hüznlə 

dilləndi.

 

Otaqdakıların başı söhbətə elə qarışmışdı ki, onlar hətta 



qarşılarında  olan  çayı  içməyə  macal  tapmırdılar.  Məhz 

buna görə də İlqar vaxt tapan kimi soyuq çayları isti çayla 

dəyişdi.  

 

Bəzi  məqamları  öz  daxilində  götür-qoy  edən  Füzuli 



saqqalını qaşıyaraq fəhmlə dedi:

 



Qanunun aliliyini rəhbər tutan İsmət Qayıbov hərtərəfli 

olaraq  mərkəzə  bildirirdi  ki,  Qarabağa  Ermənistan  rəhbər-




Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə