  1 Ramiz Dəniz



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə7/113
tarix12.10.2018
ölçüsü1,94 Mb.
#73686
1   2   3   4   5   6   7   8   9   10   ...   113

                                                     

 

  



                                                                            

                                                    

25 

Təxminən  bir  il  əvvəl,  noyabrın  24-də  yolçuların 



dayandığı  elə  həmin  yerdə,  Xocavənd-Xankəndi  yolunda 

ermənilər 3 nəfər azərbaycanlını (biri Qaradağlı kəndindən, 

ikisi  isə  həmin  kəndə  qonaq  gəlmişdi)  vəhşicəsinə  qətlə 

yetirir və onların sinələrinə xaç şəkli çəkirlər.

 

Enişli-yoxuşlu  sahələrdən  ibarət  olan  yaşayış  məntəqəsi 



demək olar ki, hündür meşəli və çılpaq yüksəkliklərlə əhatə 

olunmuşdu.  Kənddə  hamı  bir-birini  yaxşı  tanıyır  və  arada 

yaranan ixtilaflara baxmayaraq, hələ də mehribançılıqlarını 

qoruyub  saxlayırdılar.  Ona  görə  ki,  halal  çörək  qazanan, 

kənd  təsərrüfatı  və  heyvandarlıqla  məşğul  olan  hər  bir 

erməni  azərbaycanlıları  təzyiq  altında  saxlayan  muzdlu 

saqqallıların qanunsuz fəaliyyətindən narazı idi. 

Qasım baba Böyük Vətən müharibəsinin iştirakçısı kimi 

kənd  camaatı  arasında  böyük  nüfuza  malik  idi  və 

qoyunçuluqla  məşğul  olmasına  baxmayaraq  çoxları  ondan 

lazımi  məsləhətlər  alırdı,  o  cümlədən  ermənilər  də. 

Övladlarından aldığı məlumata əsasən o, hiss edirdi ki, rus 

hərbçilərinin  dəstəyinə  arxalanan  ermənilər  kənddə  iğtişaş 

törətmək  istəyirlər.  Müharibə  veteranı  hələ  də  anlaya 

bilmirdi  ki,  yaxşı  yerlərdə  yaşayan,  nüfuzlu  yerlərdə 

işləyən, daim yerli sakinlərin hörməti ilə üzləşən ermənilər 

nədən  narazıdırlar?  Baxmayaraq  ki,  ermənilər  Qarabağın 

çox  hissəsində  terror  aktı  keçiriblər,  bu  günə  kimi  Qara-




                                                     

 

  



                                                                            

                                                    

26 

dağlı  kəndinin  sakinləri  qonşuları  ilə  sülh  və  əminamanlıq 



şəraitində yaşayırdılar.  

Qış fəsli idi, yeni ilin başlanmasına beş gün qalırdı. İşıq 

olmadığından  bütün  kənd  qaranlıqda  yoxa  çıxmışdı.  Kimi 

şam, kimi isə nöyüt lampası yandıraraq, evlərini işıqlandır-

mağa  çalışırdı.  Halbuki  dağlarda  yerləşən  erməni  kəndləri 

elektrik enerjisi ilə təmin olunurdu. 

Qasım Əliyevin on bir uşağı – beş oğlu və altı qızı vardı. 

Uşaqlardan yalnız biri, o da ki, Əvəz Bakıda işlədiyi yerdən 

aldığı yataqxanada qalırdı, qalanları isə Qarabağdan kənara 

çıxmamışdılar. 

Qasım babanın oğlu Əvəz həkim işlədiyindən o, nə vaxt 

kəndə  gəlirdisə,  bir  çox  kənd  sakinləri  müalicə  olunmaq 

üçün birbaşa ona müraciət edirdilər. İş ondadır ki, o, vaxtilə 

bu kənddə işləmiş və hamı onun şəfaverici əl qabiliyyətinə 

bələd  idi.  Elə  buna  görə  də  kənd  camaatı  milliyyətindən 

asılı olmayaraq, onun xətrini çox istəyirdi. Bu dəfə də Əvəz 

kəndə  gələn  kimi  qonşuluqda  olan,  uşaqlıqda  bir  yerdə 

böyüyən  həmyaşıdı  Artur  özünü  ona  çatdıraraq  atasının 

xəstələndiyini dostuna bildirdi.   

Hazırda  Qasım  babanın  evinə  bir  neçə  qonşu  qonaq 

gəlsə  də  o,  da  oğlu  ilə  birlikdə  Arturun  atası  Albertin 

yanına  getməyi  məsləhət  bildi.  Çünki  müharibə  veteranı 

özü də xəstə olan zaman Albert onu yoxlamaq üçün demək 



                                                     

 

  



                                                                            

                                                    

27 

olar  ki,  hər  gün  ağsaqqalın  yanında  olurdu.  Lakin  son 



məqamda Əvəz qonşunun evinə atası ilə yox, qardaşı İlqar 

ilə  getməyi  qərara  aldı.  O,  bunu  onunla  əsaslandırırdı  ki, 

hava  qaranlıq  olduğundan  ətrafda  hər  şey  zülmət 

içərisindədir  və  belə  bir  havada  81  yaşlı  ahıl  insan  üçün 

hərəkət etmək çətin olacaq. 

Evdə  olan  qonaqlardan  bir  neçəsi  vəziyyətdən  hali  olan 

kimi  Əvəzə  bildirdilər  ki,  indiki  durumda  ermənilər 

azərbaycanlılara qarşı düşmənçilik mövqeyi bəslədiyindən, 

onlara  kömək  etmək  bir  çox  yerli  sakinlərdə  ikrah  hissi 

doğuracaq.  Lakin  bütün  iradlara  baxmayaraq  o,  bir  insan 

olaraq,  tutduğu  peşəyə  əsasən,  kimliyindən  asılı  olmadan 

hər bir xəstəyə kömək etməyə borcludur. Əvəzin fikirincə, 

Qarabağda  yaranan  xaosda  Arturun  ailəsinin  təqsiri 

olmadığından,  onları  təhlükəli  şəxslər  siyasına  salmaq 

olmaz.  Bundan  əlavə,  1988-ci  ildəki  Sumqayıt  hadisələri 

zamanı  onun  yezinəsinin  öldürülməsi,  qızının  isə  zorlan-

masından  kənd  camaatı  halı  idi.  Alberti  dəhşətə  gətirən  o 

idi ki, həmin qalmaqalda azərbaycanlıların adı hallansa da, 

amansız qətli, məhz ermənilərin özləri həyata keçirmişdilər. 

Bu  məlumatı  başqa  yad  adamlar  yox,  onun  qızı  Janna 

bəyan  etmişdi.  Bir  sözlə,  erməni  ekstremist-quldur  dəstə-

lərinin  fəaliyyətindən  azərbaycanlılar  və  ya  digər  millətlər 

yox, elə ermənilərin özləri də bezmişdilər. 



                                                     

 

  



                                                                            

                                                    

28 

Əvəz həkim çantasını götürüb qardaşı ilə birlikdə birba-



şa xəstə qonşusunun yanına getdi. 

Qarayanız, enli sifət, balacaboy, daz başlı, sallaq qarınlı, 

55  yaşlı  Albert  yataq  otağındakı  çarpayıda  uzanıb, 

bədənində  yaranan  ağrılardan  arabir  zarıyırdı.  Bu  adam 

Qaradağlıda yaşayandan azərbaycanlılarla xoş münasibətdə 

idi  və  həmin  əlaqələri  indi  də  saxlayırdı.  Sakit  həyat  tərzi 

sürməyi  xoşlayan  Albertin  də  buralarda  baş  verən  erməni 

təxribatlarına mövqeyi birmənlı deyildi. Onun dörd uşağı – 

Artur və Eduard adlı iki oğlu və Janna ilə Klara adında iki 

qızı - vardı.  

Hava soyuq olduğundan hamı balaca otağa doluşmuşdu. 

İçəridəkilərin bəziləri gələnləri salamlayan kimi o biri otağa 

keçdilər. Albertin yanında yalnız bir Artur qaldı və həkimin 

verəcəyi tapşırığı gözləməyə başladı.  

Xəstə  sobanın  yanında  salınmış  yataqda  hərarət  içəri-

sində uzanmışdı. Əvəz onu yoxlayan zaman həmin an dedi 

ki, evin sahibi möhkəm soyuqlayıbdır və vəziyyəti ağırlaş-

masın  deyə,  onu  dərhal  xəstəxanaya  aparmaq  lazımdır. 

Özündə  güc  tapan  Albert  gülümsəyərək  qəti  olaraq  xəstə-

xanaya getməkdən boyun qaçırdı. Çarəsiz qalan həkim vaxt 

itirmədən  ilkin  tibbi  yardım  göstərməyə  başladı.  Əvəz  iki 

dənə iynə vurandan sonra hərarəti salmaq üçün ona müva-

fiq dərmanlar verdi.   



Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə