  1 Ramiz Dəniz



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə4/113
tarix12.10.2018
ölçüsü1,94 Mb.
#73686
1   2   3   4   5   6   7   8   9   ...   113

                                                     

 

  



                                                                            

                                                    

13 

          I fəsil. Tutqun havada helikopterin  



                               vurulması    

 

Öz gözəlliyi ilə bir çox turistləri cəlb edən Qarabağ ilin 



üç fəslində həddindən artıq gözəl görünürdü. Boynuna topa 

ağ  buludlardan  şərf  düzəltmiş  çılpaq  qayalardan  başqa 

bütün ətraf yaşıllığa qərq olmuşdu və soyuqların düşməsinə 

baxmayaraq,  ağaclar  hələ  də  öz  möhtəşəmliyini  qoruyub 

saxlayırdı.  Bülbüllərin  xoş  nəğməsi,  dağlardan  daşan 

çayların  şırıltısı,  yüksəkliklərdən  sallanan  rəngarəng 

bitkilər,  şəffaf  sulu  bulaqların  qayalar  arasında  cığır 

yaratması  burada  olan  hər  bir  insanı  valeh  edirdi.  Sıldırım 

qayalar  üzərində  salınan  bir  çox  yaşayış  məntəqələri 

Allahın bəxş etdiyi təbiət ilə açıq havada gözəl harmoniya 

yaratmışdı.  Lakin  Yaxın  Şərqdən  və  Ermənistandan  “qara 

qarğalar”  kimi  bu  əraziyə  doluşan,  beynəlxalq  terror 

təşkilatlarının fəal üzvləri olan saqqallı ermənilər, özləri ilə 

faciə,  ölüm,  təlafat,  təlatüm,  xarabalıq  adlı  fəsadları 

gətirmişdilər.  Həmin  quldurlar  Qarabağda  yerləşən  strateji 

əhəmiyyətli  azərbaycanlıların  məskunlaşdığı  kəndləri  ələ 

keçirmək  üçün  bütün  mümkün  olan  variantlardan  istifadə 

edirdilər.  Belə  yaşayış  məntəqələrdən  biri  Xocavənd 

rayonunun Qaradağlı kəndi idi.  

Başqa kəndlərə nisbətən burada azərbaycanlılarla yanaşı 

xeyli sayda ermənilər də yaşayırdı. Digər kəndlərdə olduğu 



                                                     

 

  



                                                                            

                                                    

14 

kimi, buradakı əhali də baxmayaraq ki, müxtəlif dinlərin və 



mədəniyyətlərin  nümayəndələri  idi  bir-birilərinə  xoş 

manasibət  bəsləyirdilər.  Yorğan-döşək  sırımaq,  xalça 

toxumaq,  ağartı  məhsulları  hazırlamaq  lazım  gəldikdə 

ermənilər  azərbaycanlılara,  ev  təmirini  həyata  keçirmək 

üçün  azərbaycanlılar  ermənilərə  müraciət  edirdillər.  Bir 

sözlə,  onların  demək  olar  ki,  hər  bir  əlçatmaz  işi  br-

birilərindən keçirdi.  

1991-ci  ilin  payız  fəslinin  ortası  idi.  Bəzi  yerlərdə  hava 

tutqun idi, bəzi yerlərdə isə çiskin yağış yağırdı. Qaradağlı 

kəndinin  ən  yaşlı  sakinlərindən  biri  cılız  bədənli,  saçı 

tökülmüş  81  yaşlı  Qasım  baba  Ağdamın  Əlimədətli 

kəndindən  qonaq  gələn  oğlu  Əvəzin  dostlarını  Bakıya 

ötürmək  üçün  yola  çıxmışdı.  Qonaqpərvərliyini  nümayiş 

etdirən  Qasım  baba  istəmirdi  ki,  evinə  gələn  qonaqları 

yalnız Əvəz ötürsün. Onlar Xankəndi-Xocavənd avtomobil 

yoluna  çıxıb,  milis  maşını  ilə  müşayiət  olunan  avtomobil 

gözləməyə  başladılar.  Günortadan  iki  saat  keçsə  də 

münasib  minik  maşını  hələ  də  görünmürdü.  Yalnız  arabir 

rus hərbçiləri ilə dolu olan yük maşını və milis “UAZ”-ları 

həmin yoldan keçirdi. 

Qaradağlı kəndi hər tərəfdən 20-yə yaxın erməni yaşayış 

məntəqələri  ilə  əhatə  olunmasına  baxmayaraq  dörd  il 

müddətində  düşmənlə  təkbaşına  mübarizə  aparır,  onlara 



                                                     

 

  



                                                                            

                                                    

15 

layiqli  müqavimət  göstərirdi. 



Bütövlükdə  20-yə  yaxın 

erməni kəndinin əhatəsində olan Qaradağlı kəndi 

Xankəndi 

ilə Xocavənd şəhərini birləşdirən magistral yolun üzərində, 

strateji əhəmiyyətə malik ərazidə yerləşirdi. Bu da erməni-

lərin  gələcək  hərbi  planlarını  əsaslı  şəkildə  əngəlləyirdi. 

Dörd il müddətində ermənilərin bu yoldan istifadə etmələri 

ümumiyyətlə,  mümkün  olmadığından,  onlar  yüksək  dağlıq 

ərazilərdən keçən yeni yol çəkməyə məcbur olmuşdurlar. 

1991-ci ilin oktyabr ayında Qaradağlının müdafiəçilərinə 

kömək  etmək  məqsədilə,  Eyvaz  Hüseynovun  rəhbərlik 

etdiyi  9  nəfərdən  ibarət  olan  dəstə,  şimal-qərb  hissədə 

Kəndxord  kəndi  istiqamətində  mövqe  tutdu.  Onlar  kəndə 

gələn  kimi  müdafiənin  qurulması  və  möhkəmləndirilməsi 

istiqamətində mühüm işlər gördülər. 

Kənddə  vəziyyət  günbəgün  ağırlaşırdı.  Bir  gün  əvvəl 

rayonunun  Xocavənd  kəndi  ermənilər  tərəfindən  işğal 

olunduqdan  sonra  Qaradağlı  tamamilə  mühasirə  vəziyyə-

tinə  düşdü.  Artıq  kəndlə  əlaqə  yalnız  helikopterlər  vasitə-

silə mümkün idi. Məhz bu səbəbdən kəndə gələn qonaqlar 

tələsik  şəkildə  buradan  uzaqlaşmağa  can  atırdılar.  Bəxtləri 

gətirsə,  hər  hansı  bir  minik  maşını  ilə,  yox  mümkün 

olmasa, onda helikopter gözləməli olacaqlar. 

 

Ağdam  şəhəri  ilə  mütəmadi  olaraq  əlaqə  saxlayan 



İsgəndər  dəqiq  bilirdi  ki,  Qarabağda  beynəlxalq  müşahidə 


                                                     

 

  



                                                                            

                                                    

16 

qrupu tərəflər arasında araşdırma apardığından, ermənilərin 



quldur  dəstələri  gizlənmiş  və  hər  hansı  bir  nəqliyyat 

vasitəsi  təhlükəsiz  şəkildə,  bir  mənzildən  o  biri  mənzilə 

kimi hərəkət etmək mümkün idi.  

İsgəndər hündürboylu, şax qamətli, 65 yaşında enli sifət 

bir ciddi baxışlı kişi idi. Onun kül rənginə dönmüş saçı qara 

şlyapanın  altında  qalsa  da,  kənarlardan  çıxan  bəzi  tüklər 

soyuq  küləyin  təsirindən  dalğalanırdı.  Uzun  müddət  orta 

kənd məktəbində pedaqoq kimi çalışan İsgəndər ətrafda baş 

verən hər şeyə diqqət yetirməyi xoşlayırdı. Qaradağlı kəndi 

dərədə  yerləşdiyindən  orada  olan  bir  çox  səslər  yola  kimi 

gəlib  çıxırdı.  Sakinlərin  hamısı  başını  aşağı  salıb  öz 

problemləri ilə məşğul idilər.  

Böyük Vətən  müharibəsinin veteranı Qasım baba asudə 

vaxtlarının  əksəriyyətini  şəxsi  təsərrüfatına  daxil  olan 

yüzdən  çox  qoyun  sürüsü  saxlayırdı.  Bu  dəfə  qonaqları 

ötürdüyündən  həmin  işi  onun  kiçik  oğlu  İlqar  icra  edirdi. 

İlqar  sürünü  buradan  bir  neçə  kilometr  aralıya  dağların 

yamacına  aparmışdı.  Həmin  istiqamətdən  muğamat  səsi 

eşidilirdi.  Maraqlı  o  idi  ki,  həmin  mahnı  canlı  şəkildə 

təbiətin  qoynunda  ifa  edilirdi.  Muğamat  eşqi  ilə  yaşayan 

pedaqoq  nəzərlərini  yanındakı  adamlara  yönəltsə  də, 

qulaqlarını həmin səmtə şəkləmişdi. 




Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə