  1 Ramiz Dəniz



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə18/113
tarix12.10.2018
ölçüsü1,94 Mb.
#73686
1   ...   14   15   16   17   18   19   20   21   ...   113

                                                     

 

  



                                                                            

                                                    

69 

lar.  Artıq  bir  neçə  qohumunu  kənddə  gedən  döyüşlər 



zamanı itirmiş Əvəz bütün varlığı ilə sağ qalan qohumlarını 

girovluqdan azad etmək üçün bütün mümkün olan variant-

lara  əl  atır  və  Ağdama  gedib,  orada  köhnə  dostu  batalyon 

komandiri  Allahverdi  Bağırovla  əlaqə  yaradaraq,  dərdini 

ona  söyləyir.  Allahverdi  girov  götürülənlərin  siyahısını 

dəqiqləşdirəndən  sonra  bir  neçə  erməni  komandiri,  o 

cümlədən,  Artur  ilə  görüşür  və  ələ  keçirdiyi  erməniləri 

azərbaycanlı  girovları  ilə  dəyişmək  təklifini  verir.  Məhz 

ondan sonra Artur siyahıya əsasən, qonşularını Xankəndidə 

tapır  və  onları  demək  olar  ki,  ölümün  pəncəsindən  xilas 

edir.  

 

Həmin  il  martın  17-də  Allahverdi  Bağırovun  köməkliyi 



ilə  işgəncələrdən  yarımcan  hala  düşmüş  bir  neçə  girov,  o 

cümlədən  İqarla  Mariz  və  dişləri  kəlbətinlə  çıxarılan  Oruc 

Əliyev dəyişdirilərək qohumlarına təhvil verilir.

 

 



 

 

 



 

 

 



 

 



                                                     

 

  



                                                                            

                                                    

70 

   


     VI fəsil. Törədilən cinayətlərə görə layiqli  

       cəzanın verilməsi və nəticədə Muradyanlar  

       ailəsi Qarabağı tərk etməli olurlar 

 

Mayın  19-u  1992-ci  ildə  Laçın  rayonu  işğal  ediləndən 



sonra Qarabağdakı ermənilər Ermənistanla birbaşa quru yol 

əlaqəsi  yaratmağa  müvəffəq  oldular.  Bu  hadisəyə  qədər, 

hələ, ermənilərin “xaç atası” olan Arkadi Volskinin iştirakı 

və  dəstəyi  ilə  humanitar  yük  gətirən  maşın  karvanlarının, 

xüsusən  də  helikopterlərin  vasitəsilə  Yaxın  Şərqdə,  Avro-

pada,  Amerikada,  Kanadada  terrorçu  kimi  məşhur  olan 

erməni  quldurları  Qarabağa  doluşmuş  və  muzdlu  rus 

hərbçiləri ilə birlikdə, əliyalın olan Azərbaycan vətəndaşla-

rını  qətlə  yetirərək,  onların  yaşayış  məskənlərini  ələ 

keçirmişdilər.  İndi  isə  həmin  terrorçular  Laçın  dəhlizi  ilə 

Ermənistandan Azərbaycan ərazilərinə soxulurdular. 

Təəccübləndirən  hal  o  idi  ki,  dinc  əhaliyə  qarşı  tətbiq 

olunan  ən  amansız  qətlləri  törədən  həmin  qəddar  canilərə 

Ermənistan höküməti aşkar şəkildə dəstək verir, regionu isə 

nəzarətdə  saxlayan  Rusiya  höküməti  belə  bir  ağlasığmaz 

cinayətlərə  göz  yumurdu.  Bir  sözlə,  dünyanın  bir  çox 

paytaxt şəhərlərində terrorçu kimi tanınan, səfirləri, siyasi, 

ictimai,  elm  xadimləri  xüsusi  amansızlıqla  qətlə  yetirən 




                                                     

 

  



                                                                            

                                                    

71 

beynəlxalq terrorçu qruplaşmalarının üzvləri artıq postsovet 



məkanda sığınacaq tapmışdılar. 

İşğala məruz qalan hər bir yaşayış məntəqəsi ani şəkildə 

boşaldılırdı  ki,  Xocalı  soyqırımı  kimi  yırtıcı  qətliam  bir 

daha  təkrarlanmasın.  Köç  zamanı  demək  olar  ki,  bütün 

qohumlar  bir-birindən  aralı  düşmüş  və  Azərbaycanın  bir 

çox  rayonlarında  müvəqqəti  olaraq,  birtəhər  vaqondan, 

barakdan,  tövlədən,  çadırdan,  çoban  daxmasından  ibarət 

olan sığınacaq yeri tapmışdılar. Bir sözlə, doğma ocağından 

didərgin  düşən  həmin  qaçqınlar  yaşayıb  fəaliyyət  göstər-

mək  üçün hər  şeyi  sıfırdan başlamalı idilər. Ümumiyyətlə, 

bütün Azərbaycan miqrasiya zonasına çevirilmişdi. Qaçqın-

lar  nəinki  Arana  və  Muğana,  hətta  talışların  yaşadıqları 

cənub-şərq və ləzgilərin ömür sürdükləri şimal-şərq rayon-

larına  da  gedib  çıxmışdılar.  Vaxtilə  kompakt  şəkildə 

yaşayan qonşular, qohumlar, tanışlar eyni zamanda bir neçə 

rayonlara səpələnərək bir-birilərindən aralı düşdülər. Bütün 

bunların  hamısı  həm  yerli,  həm  də  xaricdən  gələn 

səlahiyyətli və nüfuzlu şəxslərin gözləri önündə baş verirdi. 

Beynəlxalq  təşkilatlar,  o  cümlədən  terrorçulara  qarşı 

mübarizə  aparan  hegemon  dövlətlər  ermənilərin  insanlığa 

sığmayan üsullarla törətdikləri vəhşiliklərə göz yumurdular.  

Laçının  işğalı  hərtərəfli  olaraq  ermənilərin  əl-qolunu 

açmışdı.  Erməni  quldur  dəstələri  günahı  olmayan  hər  bir 



                                                     

 

  



                                                                            

                                                    

72 

azərbaycanlını  yaşından  asılı  olmadan  öldürür,  onların 



əmlakını  qarət  edir  və  quldurluqla  əldə  etdikləri  malları, 

xüsusən də qızıl, gümüş və misdən hazırlanmış bəzək əşya-

ları,  xalça,  kilim,  xurcun,  yorğan-döşək,  mebel  dəstləri, 

məişət-texniki cihazlar, minik, yük avtomobillər, öldürülən 

adamlardan  çıxardılmış  qızıl  dişlər  və  s.  təhlükəsiz  halda 

Ermənistana aparılır, oradan isə üçüncü dövlətlərdə satılır-

dı. Bir sözlə, ermənilər dədə-babadan onlara miras qalan  - 

köhnə oğurluq və quldurluq peşəsinə yiyələnərək, bu yolla 

varlanmağı qarşılarına məqsəd qoymuşdular. 

Elə  ki,  bir  aydan  sonra  Azərbaycan  Milli  Ordusu  Qara-

bağda  geniş  miqyaslı  hücuma  keçdi,  silahlı  əsgərlərlə  üz-

üzə gəlməkdən çəkinən ermənilərin quldur tabur və alayları 

geri çəkilməyə başladı. Qaniçən quldurlar elə qaçırdılar ki, 

hətta  Rus  hərbi  bazalarının  onlara  bəxşiş  və  ya  satdıqları 

silah və sursat böyük həcmdə Azərbaycan əsgərlərinin əlinə 

keçirdi.  

Hələ  şiddətli  döyüşlər  başlamamışdan  əvvəl  cəbhə 

xəttinə yaxın yerdə yaşayan imkanlı erməni ailələri yolları 

mühafizə  edən  hərbçilər  və  məxfi  orqanların  əməkdaşları 

ilə  dil  tapıb,  böyük  pul  müqabilində  öz  əşyalarını  yük 

maşınlarına  yığıb  Qarabağı  tərk  edirdilər.  Əmlakını  çıxar-

mağa müvəffəq olan həmin adamlar Gürcüstana, oradan isə 

Rusiyanın  ərazisinə,  əsasən  Şimali  Qafqaza  köçür  və 



Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə