  1 Ramiz Dəniz



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə19/113
tarix12.10.2018
ölçüsü1,94 Mb.
#73686
1   ...   15   16   17   18   19   20   21   22   ...   113

                                                     

 

  



                                                                            

                                                    

73 

gətirdikləri  əmlakı  satandan  sonra  hamıya  bəyan  edirdilər 



ki,  onların  illərlə  topladıqları  mal-dövlət  azərbaycanlılar 

tərəfindən  qarət  edilib,  özləri  isə  gücbəla  ilə  canlarını 

götürüb qaçıblar.  

Son  il  Qaradağlı  kəndindən  iki  millətin  -  azərbaycanlı-

ların və azlıq təşkil edən ermənilərin köçməsi baş vermişdi. 

Adətən  bir-biri  ilə  düşmən  olan  tayfalar  güc  gəlmək  üçün 

çoxluqdan,  say  üstünlüyündən  istifadə  edirdi.  Adı  çəkilən 

kənddə isə hər şeyin əksi baş vermişdi. Burada əhalinin 70

 

faizi  azərbaycanlılar  olmasına  baxmayaraq,  iki  millətin 



arasında  vəziyyət  gərginləşəndə,  ermənilər  evdəki  bütün 

avadanlıqları  və  əşyaları  götürüb  rahat  şəkildə  istədikləri 

məkana  yollanmışdılar. 

Azərbaycanlılar  isə  ermənilərdən 

fərqli olaraq öz torpaqlarında yaşasalar da, onlar mütəşəkkil 

quldur  dəstələrinin  hücumu  nəticəsində  ömrüboyu  əldə 

etdikləri  varidatı  evində  qoymuş,  ancaq  canlarını  götürüb 

qaçmalı olmuşdular.  

Yuxarıda göstərildiyi kimi Albert ailəsi ilə birlikdə vari-

datını  qoltuğuna  vurub  əvvəlcə  Stavropol  diyarında  peyda 

olur, oradan isə Rusiyanın hansı şəhərinə və yaxud dünya-

nın hansı bir ölkəsinə istəsə gedə bilərdi. Həm də iftira və 

yalandan  münasib  silah  kimi  istifadə  edən  ermənilər  hara 

çatırdılar,  orada  car  çəkirdilər  ki,  onlar  xristian  olduqları 

üçün müsəlmanlar bütün milləti fiziki cəhətcə məhv edir. 



                                                     

 

  



                                                                            

                                                    

74 

Albert  oğlu  Eduardla  birlikdə  bütün  əmlakını  götürüb 



Pyatiqorskidə  yaşayan  qızı  Jannagilə  gəldi  və  orada  qala-

qala  yerli  hökümət  dairələrindən  sığınacaq  yeri  tələb 

etməyə  başladı.  Şəhərdə  isə  bildirirdilər  ki,  onlar  erməni 

milliyyətinin nümayəndələri olduqları üçün, birbaşa Ermə-

nistana  yollanmalı  və  1988-ci  ilin  sonunda  həmin  ölkədən 

kütləvi  şəkildə  deportasiya  edilən  azərbaycanlıların  boş 

qalmış  evlərində  məskunlaşmalıdırlar.  Həyasızlıqlarını 

nümayiş  etdirən  həmin  qaçqınlar  isə  cavab  verirdilər  ki, 

vaxtilə  Ermənistanda  yaşayan  azərbaycanlıların  sayı 

həddindən  artıq  az  olduğundan  həmin  evlər  Bakıdan  və 

Sumqayıtdan  qaçaq  düşənlərə  belə  çatmayıbdır.  Həm  də 

onlar  hamıya  car  çəkirdilər  ki,  Azərbaycan  əsgərlərinin 

hücumu  nəticəsində,  guya  bir  neçə  ən  yaxın  qohumları 

qətlə yetirilmiş, bir neçə nəfəri girov götürülmüş, əmlakları 

qarət  edilmiş,  evləri  isə  darmadağın  edilmişdi.  Belə  bir 

düsturdan  demək  olar  ki,  hər  bir  erməni  ailəsi  istifadə 

edirdi.  Odur  ki,  şəhər  rəhbərliyi  həmin  ailələr  barəsində 

yaşadıqları yerə sorğu göndərərək, onların kimliyini öyrən-

məyə  məcbur  olurdu.  Lakin  buna  baxmayaraq  Pyatiqors-

kidə  olan  ermənilər  və  həmin  millətə  hörmətlə  yanaşan 

digər  sakinlər  Albertgilə  lazım  olan  köməkliyi  göstərməyə 

başladılar.  Belə  bir  şirin  münasibəti  görən  həmin  ailə 

müvəqqəti olsa da, özləri üçün rahat yaşayış əldə etdilər.   



                                                     

 

  



                                                                            

                                                    

75 

Özünü  arsızlığa  vuran  Eduard  işlə  təmin  olunmaq 



əvəzinə,  atası  ilə  birlikdə  şəhərdə  yerləşən  bir  çox  təşkilat 

və  idarələrə  yollanıb,  oradan  maddi  yardım  diləməklə, 

özlərini  hər  kəsin  qarşısında  alçaldırdılar.  Qısa  müddət 

ərzində  onlar  dilənçilik  yolu  ilə  kifayət  qədər  varidat 

toplayır  və  heç  kimdən  çəkinmədən  ticarətlə  məşğul  olan 

bir çox iş adamlarına faizlə pul verməyə başladılar. Bir çox 

ticarətçilər onlardan asılı vəziyyətə düşürlər. 

Ermənilər  geniş  miqyaslı  hücuma  keçən  kimi  Eduard 

qardaşını və başqa qohumlarını görmək adı altında, əslində 

isə  boşaldılan  kəndlərdə  qarət  əməliyyatlarını  aparmaq 

üçün yenidən Qarabağa yollanır.  

Qarabağda  gedən  qeyri-bərabər  döyüşlərdə,  erməni 

quldurları  ruslardan  aldıqları  dəstək  nəticəsində  böyük 

üstünlük qazanmışdılar. İşğal ərazisi getdikcə böyüyür, əsir 

düşənlərin də sayı artırdı. Zəngilanın, Qubadlının, Cəbrayı-

lın,  Füzulinin  işğalı  daha  sürətlə  həyata  keçirilir  və  mülki 

əhali  bütün  varidatını  qoyub  qaçmağa  məcbur  olur,  lakin 

onların  bir  qismi  elə  yolda  olarkən  quldurlara  əsir  düşür. 

Eduard  quldur  dəstələrinin  birində  qardaşı  Arturla  birlikdə 

qarətlə məşğul olur, girovlara qarşı isə amansızcasına divan 

tuturdular.  Hələ  Əsgəran  həbsxanasında  nəzarətçi  kimi  işə 

düzəlmiş  Eduard,  oradakı  girovlara  işgəncələr  tətbiq  edər-

kən,  adam  öldürməyə  də  alışmışdı.  Artıq  hansısa  bir 



                                                     

 

  



                                                                            

                                                    

76 

azərbaycanlının qanını axıtmaq onun üçün adi həyat idi və 



o,  kiməsə  işgəncə  vermədən,  gedib  yerində  yata  bilmirdi. 

Eduard  bütün  bu  vəhşilikləri  həyata  keçirməklə,  erməni 

quldurlarının  komandirlərinin,  o  cümlədən  nüfuzlu 

ziyalıların  hörmətini  qazanmağa  çalışırdı.  Kiçik  qardaşı 

Artur onun adi insandan yırtıcıya çevrilməsinə mat-məəttəl 

qalmış və ona bir qədər rəhmli olmasını tövsiyə etmişdi.  

Eduard  ələ  keçirdiyi  qiymətli  qənimətləri  xüsusi  kuryer 

vasitəsi  ilə  atasına  göndərirdi  ki,  o,  öz  növbəsində  həmin 

malları  münasib  qiymətlərlə  alverçilərə  satsın.  Hətta  iş  elə 

gətirirdi  ki,  digər  silahdaşları  ələ  keçirdikləri  qənimətləri 

satan  zaman  o,  həmin  malları  ucuz  qiymətə  alıb,  atasına 

göndərirdi.  Hamıya  da  car  çəkirdi  ki,  bacısı  Bakıda  girov-

dadır  və  onu  girovluqdan  azad  etmək  üçün  pul  toplayır. 

Məhz  bunun  müqabilində  Eduarda  ucuz  mallar  satılır  və 

həmin  malların  Rusiyaya  göndərilməsində  heç  bir  maneə 

törətmirdilər.  

 

 

 



 

 

 



 


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə