  1 Ramiz Dəniz



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə11/113
tarix12.10.2018
ölçüsü1,94 Mb.
#73686
1   ...   7   8   9   10   11   12   13   14   ...   113

                                                     

 

  



                                                                            

                                                    

41 

liyinin  dəstəyi  ilə  beynəlxalq  terrorçular  gəlib,  burada 



qətllər  törədirlər.  Məhəmməd  Əsədovun  əməli  tədbirləri 

sayəsində  bir  çox  cinayətkarlar  həbsə  alınmışdı.  Elə  bu 

səbəbdən 

Füzuli  və  Xocavəndin  hərbi  komendantı  general 

Volox  bizimkilərlə  olan  söhbətdə  ağzından  belə  bir  ifadə 

qaçırıbdır:  "Cəsur,  igid  adam  olan  Məhəmməd  Əsədovun 

çətin vəziyyətlərdə verdiyi  mühüm qərarlar heç də  yuxarı-

ları qane etmir"

.

 

Füzulinin  həyəcan  dolu  hisslərlə  danışması  təbii  idi. 



Çünki  həmin  cinayəti  planlaşdıraraq  həyata  keçirənlər, 

istintaqı  öz  istəklərinə  uyğun  bir  məcraya  yönəltmişdilər. 

Sonradan aparılan araşdırmalar nəticəsində  məlum olur ki, 

Mi-8 72 hərbi helikopterinə Amerika istehsalı  olan “Barret 

M82A1” silahından  atəş  açılıb  (silahın  tərkibində  birləş-

miş uran  izotopu U-238  var).  50  kalibrli,  tərkibində  nüvə 

olan  bu  snayperli  silahla  2  km.  məsafədə  uçan təyyarələri, 

helikopterləri,  həmçinin  zirehli  maşınları  siradan  çıxarmaq 

mümkündür. ABŞ  Konqresində  adı  hallanan  bu  silah  həm 

də kütləvi qırğın silahları cərgəsində gedir. Bu silah hədəfə 

dəyərkən,  ilkin  olaraq  güclü  yanğın  törədir.  Buna  "nüvə 

yanğını" deyirlər. Bu yanğının yayılma zərbəsindən obyek-

tin qalıqlarının mərkəzdən 500-600 metr kənara atılır.

 

-  Buradan  nəticə  çıxarmaq  olar  ki,  -  deyə  Heydər  daxi-



lində yaranan qəzəbi birtəhər boğaraq ciddi halda dilləndi. - 


                                                     

 

  



                                                                            

                                                    

42 

ermənipərəst  Qorbaçov  hərtərəfli  olaraq  ermənilərə  dəstək 



verir və bundan sonra da həmin terror aktına uyğun cinayət-

lər törədiləcək. Cinayətin açılması üçün isə müstəntiq və ya 

prokuror erməni təyin ediləcək ki, qanlı iz hündür dağların 

arasında  itib  batsın.  Mən  belə  başa  düşdüm  ki,  bizim 

millətin  haqlı  mövqeyini  müdafiə  edən  hər  bir  kəs  vəzifə-

sindən  və  mənsubiyyətindən  asılı  olmayaraq,  Mərkəzin 

göndərdiyi xüsusi sindikat qrupları tərəfindən fiziki cəhəcə 

məhv edilməlidir. 

 

Ümumiyyətlə,  Qarabağda  başlanan  erməni-azərbaycanlı 



münaqişəsi  və  bu  münaqişədə  erməni  ekstrimistləri, 

separatçıları  və  millətçilərinin  dəstəklənməsi  SSRİ-nin 

dağılmasının  təməlini  qoydu.  M.  Qorbaçovun  ətrafına 

erməni  mafiyasını  yığması,  onların  diktəsi  ilə  hərəkət 

etməsi oldu. 1987-ci il noyabrın 18-də onunla akademik A. 

Aqanbekyan  arasında  Kremldə  3  saata  yaxın  davam  edən 

görüş  keçirildi.  Görüşdə  Aqanbekyan  Qorbaçovu  Dağlıq 

Qarabağın  Azərbaycanın  tərkibindən  çıxarılaraq  Ermənis-

tana verilməsinin zəruriliyinə razı sala bildi.

 

Dağlıq  Qarabağda  ermənilərin  öz  adamı  hesab  edilən 



Arkadi  Volski  Xüsusi  İdarə  Komitəsinin  rəhbəri  təyin 

edildi.


 

Məhz  onun  dövründə  Qarabağda  elan  olunmamış 

müharibə  başlandı.  Bütün  bu  haqsızlıqlar  azərbaycanlıları 

adekvat addımlar atmağa məcbur edirdi. 

 



                                                     

 

  



                                                                            

                                                    

43 

Qarabağ müharibəsi başlayanda ilk yaradılan taburlardan 



birinə,  “Vətən  oğulları”  taburuna,  Allahverdi  Bağırov 

rəhbərlik  edir.  Ağdam  əhalisi  tərəfindən  göstərilən  maddi 

yardım və öz şəxsi vəsaiti ilə Qarabağ kəndlərində yaradıl-

mış  kiçik  özünümüdafiə  dəstələrinə  yaxından  köməklik 

göstərirdi. Onun  bu  addımı  öz  soydaşları  tərəfindən  alqış-

lanır  və  camaat  basqın  edən  terrorçuları  məhv  etməyə 

başlayırlar.  Allahverdi  nəinki  Ağdam  rayonu  ərazisindəki 

əraziləri, hətta ona yaxın olan qonşu rayonların sərhədyanı 

kəndlərini də millətçi ermənilərin geniş miqyaslı hücumun-

dan  müdafiə  edərək,  ermənilərin  havadarlarını  qıcıqlan-

dırırdı. 

 

Onlar  söhbət  edən  zaman  kəndin  yuxarı  hissəsində 



iriçaplı  pulemyotların  səsi  eşidilməyə  başladı.  Atışma 

intensivləşən  kimi  döyüşçülər  silahlarını  götürüb  evdən 

çıxır və dərhal həmin istiqamətə yollandılar. Özünümüdafiə 

dəstəsi  lazım  olan  mövqelərdə  durub,  kəndi  hər  hansı  bir 

hücumdan müdafiə etməyə hazır idi.  

 

 



 

 

 



 


                                                     

 

  



                                                                            

                                                    

44 

          IV fəsil. Vəziyyətin gərginləşməsinə  

            baxmayaraq həmyerlilər arasında  

               münasibətlər pozulmayıbdır

 

 



Münaqişə  başlayandan  bir  çox  erməni  ailələri  azərbay-

canlıları qıcıqlandırmamaq üçün kənddən köçməyə məcbur 

olmuşdular.  Lakin  yerli  adamlara  həddindən  artıq  bağlı 

olan  bəzi  ermənilər  hələ  də  öz  evlərini  tərk  edib  buradan 

köçməmişdilər. 

Qarşıdakı  təhlükəni  hiss  edən  Albert  ailəsinə  izah  edir 

ki, gec-tez burada hərbi əməliyyatlar başlayacaq və belə bir 

vəziyyətdə  onlar  əsl  faciə  ilə  üzləşə  bilərlər.  Çünki  erməni 

quldurları ilə sıx təmasda olan Albertin böyük oğlu Eduard, 

bu  kəndə  yaraqlılar  tərəfindən  hücum  ediləcəyini  dəqiq 

bilirdi.  Məhz  buna  görə  də  onlar  müvəqqəti  olsa  da,  bu 

kənddən uzaqlaşmağı qərara aldılar. Artıq Albert bu haqda 

daim hörmət bəslədiyi qonşusuna da xəbər vermişdi. 

Əvvəlcədən  nəzərdə  tutulduğu  kimi  onlar  qonşuluqda 

yerləşən  Qarakənd  kəndinə  köçməliydilər.  Orada  Albertin 

kiçik qardaşı Aşot yaşayırdı. Aşot isə qətiyyətlə bildirir ki, 

onlar Qarakənd və yaxud Qarabağın digər yaşayış məntəqə-

sinə  köç  edə  bilərlər,  amma  Qarabağdan  çıxmağa  onlara 

imkan  verilməyəcək.  Onda  qərara  alınır  ki,  evin  bütün 

əşyaları  məhz  Azərbaycan  vasitəsi  ilə  Rusiya  ərazisinə 




Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə