  1 Ramiz Dəniz



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə51/113
tarix12.10.2018
ölçüsü1,94 Mb.
#73686
1   ...   47   48   49   50   51   52   53   54   ...   113

                                                     

 

  



                                                                            

                                                    

184 

Yolboyu onlar çoxsaylı yoxlamalara məruz qalırdılar. Polis 



əməkdaşlarından çox postlarda hərbi polislər böyük üstünlük 

təşkil  edirdi.  Düzdür,  qonaqların  xüsusi  buraxılış  vərəqəsi 

olduğundan  onları  postlarda  çox  saxlamırdılar.  Ən  əsas, 

Roberti  çoxsaylı  sorğu-suallara  tuturdular.  O,  isə  birmənalı 

olaraq  hamıya  bildirirdi  ki,  Rusiyadan  gələn  qonağı  Xan-

kəndinə çatdırmaq üçün bələdçilik funksiyasını yerinə yetirir.  

Bir  neçə  saatlıq  yoldan  sonra  onlar  Cəbrayıl  rayonunun 

ərazisinə  daxil  oldular.  Ətrafı  sıx  meşə  ilə  əhatə  olunmuş 

Karxulu kəndi tamamilə dağıdılmış və demək olar ki, oradakı 

yaşıllıqlardan  əsər-əlamət  qalmamışdır.  Hətta,  vaxtı  ilə 

yaşıllığa  bürünmüş  Karxulu  qəbirstanlığı  dağıdılmış  və 

qəbirüstü qiymətli daşlar isə sökülüb aparılmışdı. Ermənilərin 

bu cür vandalizm aktı rus ziyalısının diqqətindən yayınmadı.   

Sergey  müşahidə  zamanı  Maralyan,  Mərcanlı,  Mehdili, 

Çaxırlı,  Mahmudlu  stansiyalarının  yerlə  yeksan  edildiyini 

gördü. Bütün evlər dağıdılmış və həyətlərdə, yol kənarlarında 

olan qiymətli qoz ağaclarının hamısını kəsib məhv etmişdilər.  

Uzunömürlü  ağaclar,  xüsusilə  ən  yaşlı  çinar  ağaclarının 

ermənilər  tərəfindən  tamamilə  məhv  edilməsi  faktı  göz 

qabağında  idi.  Yalnız  Xudafərin  körpüsü  bu  gün  onlar  üçün 

əhəmiyyətli strateji obyekt olduğuna görə uçurulmamışdır.  

Cəbrayıl  rayonunda  respublika  və  rayon  əhəmiyyətli  120-

dək  qədim  Azərbaycan  tarixini  özündə  əks  etdirən  tarixi-

memarlıq  abidələri,  geniş  sahələri  əhatə  edən  qiymətli  ağac 

növlərindən  ibarət  meşələr,  böyük  ehtiyata  malik  yeraltı  sər-



                                                     

 

  



                                                                            

                                                    

185 

vətlər,  əhalinin  uzun  illər  faydalandığı  yerli  tikinti  material-



ları,  özünün  qeyri-adi  flora  və  faunası  ilə  seçilən  Diridağın 

özünəməxsus  ekosisteminin,  işğaladək  qoruyub  saxladığı 

əsrarəngiz  təbiət  guşələri,  mineral  maddələrlə  zəngin  olan 

əvəzedilməz içməli su mənbələri erməni işğalçıları tərəfindən 

dağıdılmış və məhv edilmişdir. 

Gördüyü mənzərədən məyus olan rus ziyalısı hələ də inana 

bilmirdi ki, insan bəndəsi bu dərəcədə təbiətə təcavüz edərək 

onu bərbad hala salıbdır. Tarixi abidələrin məhv edilməsi isə 

heç  bir  məntiqə  sığmırdı. 

Nə  vaxtsa  inkişaf  edib  çiçəklənən 

bir  diyarın  xarabazarlığa  çevirilməsi,  daşnakların  yaratdığı 

fitnə-fəsadların  nəticəsi  idi.  Sanki,  qan  iyinin  qoxusundan 

böyük ləzzət alan erməni quldurları belə bir görüntüdən həzz 

alırdılar.

 

Yol  boyu  onları  yalnız  sönük  mənzərə  müşahidə  edirdi. 



Bütün  bu  görüntülərdən  vəcdə  gələn  Sergey  avtomobildə 

ermənilərin  əhatəsində  olmasına  baxmayaraq,  ürəyindəki 

sözləri boşaltmaq üçün cəsarətlə dedi: 

-  Robert,  sən  bilirsən  ki,  mən  açıq  danışmağı  xoşlayıram. 

Etiraf  etmək  lazımdır  ki,  azərbaycanlılar  bu  ərazilərdə  yaşa-

yanda buralar belə kökdə deyildi. Kim ki, bura ilk dəfə qədəm 

qoyurdu, həmin adam ətrafda tüğyan edən təbii gözəllikdən öz 

heyranlığını  gizlədə  bilmirdi.  Lakin  hazırda  həmin  gözəllik-

dən demək olar ki, heç nə qalmayıbdır. Nəyə görə buradakılar 

meşələrin  qəniminə  çevriliblər?  Axı,  buradakı  iri  gövdəli 

ağacların yaşı bir neçə yüzilliklərlə ölçülürdü və istər-istəməz 



                                                     

 

  



                                                                            

                                                    

186 

adamı  özünə  cəlb  edirdi.  Şəxsən  mən,  belə  bir  mənzərəni 



görəndən  sonra,  inana  bilmirdim  ki,  bura  həmin  Cəbrayıl 

rayonudur.  

Robert cavab verməkdə tərəddüd etsə də, taksi sürücüsü bu 

məsələ ilə fikir bildirməli oldu. O, dedi: 

-  Əziz  qonaq,  unutmayın  ki,  biz  blokada  şəraitində 

yaşayırıq.  Qışda  buralar  həddindən  artıq  soyuq  olur.  Camaat 

qızınmaq üçün qaz olmadığından, odun yandırmalı olur. Ona 

görə də meşələrdəki ağaclar belə bir kəskin şəkildə azalıbdır. 

-  Mənə  elə  gəlir,  bu  cavab  reallığı  əks  elətdirmir.  –  deyə 

tarixçi sürücünün fikri ilə razılaşmadı. – Səfər zamanı mən bir 

neçə  rayonda  oldum  və  gördüm  ki,  əvvəlki  illərə  nisbətən 

burada  əhalinin  sayı  bir neçə dəfə azalıbdır. Ərazidə  yaşayan 

əhalinin iki yüz illik odun ehtiyatını nəzərə alsaq, yəni, burada 

yaşayan  camaat  iki  yüz  il  evlərində  odun  yandırsalar  belə, 

meşələr bu cür çılpaq vəziyyətə düşməməli idi. Bunun səbəbi 

başqadır. Yolboyu mən görürəm ki, Ermənistan istiqamətində 

ardı-arası  kəsilmədən  qiymətli  ağac  növünün  gövdələri  ilə 

dolu  olan  yük  maşınları  hərəkət  edir.  Bəs,  bunu  necə  başa 

düşmək olar? 

-  Sən  çox  maraqlı  insansan.  –  deyə  sürücü  yenə  söhbətə 

müdaxilə  etdi.  –  Axı,  mən  izah  etdim  ki,  biz  hamımız  türk-

lərin  ucbatından  blokadaya  düşmüşük.  Gəlirimiz  heç  bir 

yerdən yoxdur. Qazanc əldə etmək üçün məcbur olub meşələri 

qırır  və  taxtanı  satmaq  üçün  Ermənistana  aparırıq.  Bizim 

dolanışığımız elə bu meşələrdən çıxır. 



Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə