175
Bütün bunların hamısı bir çox alimlərin gözü qarşısında
baş verir və heç kim onların vandalizm aktlarına qarşı etiraz
səsini ucaltmır. Halbuki hamı anlamalıdır ki, İslam mədəniy-
yəti və sonradan İslamı qəbul etmiş millətlərin mədəniyyəti
dünya mədəniyyətinin tərkib hissəsidir.
-
Vladimir Palıç, sən erməniləri lap talibanlar kimi qələmə
verirsən. – Sergey onunla razılaşmaq istəmədi. – Ermənilərin
də öz mədəniyyətləri var və onlar həmin mədəniyyətin bərpası
ilə məşğuldurlar.
- Bir çox alimləri düşündürən odur ki, həmin mədəniyyət
haradadır? Onlar minillik tarixdən dəm vururlarsa, həmin
tarixin nə Qarabağa, nə də ki, indiki Ermənistanla Azərbay-
cana aidiyyatı yoxdur.
Dağlıq Qarabağda hal-hazırda 50-60 min erməni əhalisi
yaşadığı halda, erməni əhalisinin ibadət etməsi və dini etiqa-
dını yerinə yetirməsi üçün 600 alban dövrü monastr, bazilika
və digər xarakterli məbəd tipli abidəyə erməni monastırı adı
verilmiş, 500 adda sovmə, müşahidə məntəqəsi eləcə də qala
bürclərindəki hücrələr, erməni kilsəsi adlandırılaraq təbliğ
edilməkdədir. Ermənilərin işğalından sonra, nəzarətsiz qalan
Azərbaycan ərazilərindən 100-dən çox daş divar yazıları,
oymalar, abidələrin üzərindən sökülərək, Ermənistana aparıl-
mışdır. 100 mindən çox muzey eksponatı və o qədər sayda da
mülki vətəndaşların şəxsi kolleksiyalarına və xüsusi mülkiy-
yətinə aid olan Azərbaycanın müxtəlif dövrlərini əhatə edən
176
bədii sənət nümunələri və digər qızıl zinət əşyaları qarət
edilərək Ermənistana aparılmışdır.
-
Tarixdən məlumdur ki, XIX əsrin əvvəllərinə qədər
Qarabağ ərazisinin heç bir yerində bir dənə də olsun erməni
kilsəsi mövcud olmamışdır. Kilsə yaranandan sonra isə yalnız
terrora dəstək veribdir. Fransız alimi de-Ban Eçmiədzin
kilsəsinə səfər edəndə, gör bu haqda nə yazıbdır: “Ermənlərin
xalq qəhrəmanlığı barəsində bir şey eşidən olubmu? Onların
azadlıq uğrundakı mübarizələrinin adları harada həkk edilib?
Heç yerdə! Çünki ermənilərin "qəhrəmanları" həmişə öz
xalqlarının xilaskarlarından daha çox cəlladı olublar”.
-
Əziz arxeoloq, sən nəsə, birtərəfli danışaraq məni
azdırmağa çalışırsan? Bəs, Şuşadakı erməni kilsəsinə nə deyə
bilərsən?
-
Həmin kilsə XIX əsrin əvvəllərində rus hərbi komen-
dantlığının həbçilər üçün Şuşada tikdirdiyi pravoslav kilsəsi-
dir. Sonradan ermənilər həmin kilsəni mənimsəyərək, onu
ictimaiyyətə erməni kilsəsi kimi təqdim etməyə başladılar.
Özgə torpaqda özlərinə dövlət qurmağa nail olan ermənilər
məskunlaşdıqları ərazilərdə Azərbaycan xalqına məxsus daş,
qaya, divarlar üzərindəki ornamental oymaları, cızma,
qabartma üsulu ilə işlənmiş sujetli daşları və eyni zamanda
milli, dini simvolikaların daş, qaya üzərindəki nümunələrini
də çox sürətlə və kütləvi şəkildə mənimsəməyə başladılar.
Ermənilər Alban dövrü memarlıq abidələrinin üzərindəki
bəzəklərin, müxtəlif növ sujetlərin ornamental quruluşlarında
177
forma və məzmun dəyişiklikləri edərək bu abidələri erməni
mədəniyyətinin memarlıq nümunələri kimi dünyaya təqdim
edirlər. Bu yolla da onlar bütün Qafqaz bölgəsində, xüsusi ilə
də işğal etdikləri bütün Azərbaycan ərazilərindəki qədim
Alban memarlığının nümunələrini erməniləşdirməklə dünya
mədəniyyətinə böyük ziyan vururlar.
-
Bu çox ciddi iddialardır. – eşitdiyi faktlardan vəcdə gələn
tarixçi alim fikirli halda dilləndi. – Əgər, hər şey sənin dedi-
yin kimidirsə, onda onlar burada oğurluğa bərabər olan bir
cinayət törədiblər. Belə bir qeyri-sivil aksiyalara görə erməni-
lər ciddi sanksiyalar ilə üzləşə bilərlər.
-
Hələ bu harasıdır? Ermənilər bütünlüklə azərbaycanlıların
izini bu diyarda yoxa çıxarmaq istəyirlər. Onlar işğal etdikləri
ərazilərdə 200 qəbirstanlığı qismən, 450 qəbirstanlığı isə
dağıdaraq tamamilə yararsız hala salıblar, bu qəbirstanlıqlarda
5000-ə yaxın mərmər daşdan olan qəbir sökülərək dağıdılmış,
götürülən mərmər daşlardan başqa məqsədlər üçün istifadə
edilir və ya Ermənistana daşınır.
-
Gorus və Laçın yolunda olanda mən, mərmər daşları
daşıyan yük maşınları gördüm. – deyə hələ də şok effekti
yaşayan Sergey çaşqınlıqla dilləndi. – Deməli, həmin mərmər-
lər qəbirüstü daşlardır? Axı, Sankt-Peterburqda mənə deyilirdi
ki, azərbaycanlılar Qarabağda yerləşən bütün erməni
qəbristanlıqlarını darmadağın edərək, yer üzündən siliblər.
-
Artıq məlumdur ki, ermənilər xristian amilindən istifadə
edib, bu ərazilərdəki abidələri erməniləşdirməklə bu tipli
Dostları ilə paylaş: |