203
yaşamış ermənilərdə böyük fərq var. Onlar bir-birilərilə heç
də yaxşı davranmırlar. Bundan əlavə Qarabağ quldur klanı
hakimiyyətdə olduğu üçün Ermənistan erməniləri Qarabağ
ermənilərinə düşmən münasibəti bəsləyirlər.
- O ki qaldı Bakıda 32 min erməninin yaşamasına bu
nəsə inandırıcı görünmür. – deyə Sergey həmsöhbətinə şüb-
hə dolu nəzər saldı.
- Bunu təkcə mən yox, hətta Bakıdan çıxıb gəlmiş
ermənilər də təsdiqləyə bilər. İstəsən, mən onlardan biri ilə
səni tanış edərəm. Səndən qabaq mən onunla burada
görüşmüşəm.
Elmlər namizədi heç bir cavab verməsə də, lakin baxışları
onun bu məsələyə maraqlı olmasından xəbər verirdi və
Abram o dəqiqə anladı ki, rus pedaqoqu o cür adamlarla
söhbət etmək arzusundadır. Yəhudi biznesmen ondan icazə
alıb Jannaya zəng etdi ki, geri qayıdanda Arturu da içəri
dəvət etsin. Hal-hazırda həmin erməni dost-tanışları ilə
zalda oturub, pivə içirdi.
204
XIX fəsil. Səmimi söhbətdən sonra tarixçi
alimin ermənilərə olan münasibəti
yavaş-yavaş dəyişir
Heç beş dəqiqə keçməmiş Janna həmin adamla içəri
daxil oldu və həmin an onu ziyalıya təqdim etdi.
Artur boyda yəhudi biznesmenindən bir qədər alçaq,
möhkəm bədənli, oynaq hərəkətli, yaraşıqlı bənizli, 48
yaşında çox danışmağı xoşlamayan bir adam idi. O, da
Abram kimi yerli bazarda iki böyük topdan satış, lakin
yəhudi biznesmenindən fərqli olaraq, meyvə-tərəvəz
konteynerləri işlədirdi. Artur gördü ki, masa arxasında
olanlar bir qədər içkilidirlər, odur ki, o, tərəddüd etmədən
özünə bir badə araq süzüb tanışlığa görə sağlıq dedi.
Sergey daddığı təamlardan, eşitdiyi musiqidən ovqatı
xoş olmaqdansa o, uzun müddət hiyləgər adamın alətinə
çevrildiyi üçün, hələ də özünə gəlməmişdi. Lakin buna
baxmayaraq masa arxasında olanlar onun könlünü almaq
üçün şərəfinə badə qaldırırdılar.
Erməni biznesmenin rus ziyalısının hansı sahədə
çalışdığını bilən kimi öz xislətinə uyğun olaraq yaltaqcasına
dedi:
- Əziz qonaq, Qafqazda gəzməli yerlər həddindən artıq
çoxdur, amma istirahət etmək üçün lazımi servis
205
yaradılmayıbdır. Sizin yerinizə olsam, imkanlı dostları bura
cəlb edib buralarda istirahət mərkəzləri tikdirərəm. Ruslar
öz zövqlərinə uyğun kurort mərkəzlərində komfort yarada
bilərlər. Ali təhsil ocaqlarında tədris keçən tələbələr isə
buradakı şəraiti görəndən sonra, başqa yerlərə getməkdən
imtina edərlər.
- İltifatınıza görə sizə öz minnətdarlığımı bildirirəm.
Hal-hazırda turizm sahəsində gedən rəqabəti nəzərə alsaq,
imkanlı, xüsusən də əcnəbi turistləri bura cəlb etmək, bir
qədər çətin prosesdir. Stavropol diyarında fəaliyyət
göstərən müvafiq strukturlar turizm kompaniyalarına dəstək
verməlidir.
Elə bu vaxt arxadan Artura mobil telefonu zəng çaldı və
o, zəngə cavab verəndə məlum oldu ki, əlaqə yaradan
Nazimdir. Çünki o, həmin adama “Norik” deyə müraciət
edirdi. O, bir qədər danışandan sonra söhbətini yekunlaşdır-
maq üçün bu ifadələri söylədi: “Burada nə baş verdiyini
Janna mənə danışdı. Heç qoyaram ki, kimsə sənin xətrinə
dəysin? Qardaş, qəti narahat olma, uzağı bir saata sənin
yanında olacam”.
Onların arasında olan mehribançılığı görən Sergey
təəccübdən yerindəcə donub qaldı.
Bu nədir, ilğımdır, yoxsa yuxu? – deyə rus ziyalısı öz-
özünə düşündü. - Bir-birilərinə qənim kəsilən iki millətin
206
nümayəndələri elə münasibətdədirlər ki, hətta qardaşlar
onların arasında olan mehribançılığa həsəd apara bilər.
Bəlkə, telefonda danışan Nazim yox, başqa millətin
nümayəndəsidir? İndiki zamanda hər deyilənə inanmaq
olmaz, lakin bütün bu qəribəliklər mənim gözümün qarşı-
sında baş verir. Belə çıxır ki, Eduardın və onun ailəsinin
dediyi kimi, heç də ermənilərin hamısı azərbaycanlılara
qarşı ifrat düşmənçilik münasibəti bəsləmir.
Fürsətdən istifadə edən Abram izah etdi ki, Nazimlə
Artur təxminən 35 il əvvəl Bakıda bir məhəllədə yaşayıblar
və onlar indiyənə kimi bir-birilərilə əlaqə saxlayırlar. Bir
neçə gün qəmgin görünən elmlər namizədinin rəngi-rufu
açıldı və o, xoş əhval-ruhiyyə ilə ətrafındakı adamlarla
diskussiya aparmağa başladı. Sergey birinci olaraq Artura
intriqalı sual verdi:
- Artur, Abram deyir ki, sən Bakıda doğulmusan. Bu
həqiqidir?
- Əlbəttə! Buna şübhə etməyə bilərsiniz.
- Uzun müddət ayrılıqdan sonra vətən üçün darıxmırsan
ki?
Artur ətrafına, xüsusən də pəncərədən o tərəfə, zal
istiqamətinə diqqətlə nəzər salıb, sifətini qabağa verib asta
səslə dedi:
Dostları ilə paylaş: |