  1 Ramiz Dəniz



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə21/113
tarix26.11.2017
ölçüsü2,72 Mb.
#12911
1   ...   17   18   19   20   21   22   23   24   ...   113

                                                     

 

  



                                                                            

                                                    

81 

yerdə olan beli götürüb, onunla başları kəsilən qurbanların 



bədəninə  zərbələr  endirməyə  başladı.  Marqo  sanki  həmin 

cəsədləri parça-parça etmək fikirində idi. 

Hüzrdən  sonra  camaat  evlərinə  dağılışanda  Albert  oğlu 

ilə birlikdə evdə tək qaldı. Ağır stress altında olan Marqoya 

sakitləşdirici  dərmanlar  verildiyindən  o,  çarpayısında  qış 

yuxusuna getmişdi. Ailə başçısı odun peçinin ağzında otu-

rub  Eduard  ilə  səmimi  söhbət  aparmağa  başladı.  O,  araq 

dolu stəkanı qabağına qoyub öyüdlə dedi:  

- Edik, bu müharibənin sonu görünmür və kim bilir hələ 

nə  qədər  insan  bu  müharibənin  qurbanı  olacaq?  Açığını 

desəm, mən “Artsax”da baş verən bu xaosdan təngə gəlmi-

şəm. 


-  Ata,  müharibə  qurbansız  başa  gəlmir.  Başladığımız 

müqəddəs işimiz yarımçıq qalsa, biz hamımız məhv olarıq. 

- Hansı müqəddəs işdən danışırsan? – deyə yaşlı erməni 

hirsləndi. – Daim Fransada və digər ölkələrdə heç bir siyasi 

əhəmiyyət  kəsb  etməyən  yalançı  yığıncaqlar  təşkil  edən, 

ermənini əbədi olaraq türklə düşmən salan Zori Balayanın, 

Moskvada və Rusiyanın başqa şəhərlərində kef çəkən aka-

demik Aqambegyanın, axmaq şeirləri ilə özünü və milləti-

mizi gülünc yerinə qoyan, guya ki, bizim ideyamızı ortaya 

atmaqla,  Rus  və  Avropa  ziyalıları  arasında  bizi  gözdən 

salan  Silva  Kaputikyanın,  əl  oyuncağı  olan  Qorbaçovun 



                                                     

 

  



                                                                            

                                                    

82 

sayəsində külli-miqdarda varidat toplayan, əvəzində isə bi-



zim milləti sərsəm siyasəti ilə bədbəxt edən Şaxnazaryanın, 

ermənilərin gələcək nəslinin həyatını birdəfəlik şikəst edən 

ictimai,  siyasi,  dövlət  ideoloqlarının  həyata  keçirdikləri 

müqəddəs  işindən  danışırsan?  Onlar  cürbəcür  görüşlər  adı 

altında  restoranlarda  çörək  yeyir,  lüks  mehmanxanalarda 

qalır,  mənim  övladım,  qardaşım,  qardaşımın  balası  isə 

sərsəm  ideya  uğrunda  səngərlərdə  və  doğulduğu  məhəllə-

lərdə qonşularımız tərəfindən məhv edilirlər.    

Hələ  də  anlaya  bilmirəm,  bu  bərəkətli  torpaqda  xoş  və 

firavan yaşamaq üçün bizə nə mane olurdu? İndi isə mən öz 

torpağımdan didərgin düşüb Rusiyanın çöllərində sığınacaq 

axtarıram.  

- Ata, bunun nəyi pisdir ki, evimizin burada olmağı yax-

şıdır, yoxsa Rusiyada? – çiyinlərini çəkən Eduard təəccüblə 

dilləndi. – Görürsən də ruslar bizi necə müdafiə edirlər? 

-  Edik,  görürəm  ki,  sən  hələ  də  ağıllanmamısan.  –  deyə 

Albert  məyus  halda  dilləndi.  -  Rusiya  iki  yüz  ildən 

yuxarıdır ki, öz  mənafeyini  Qafqazda güdür və onun üçün 

rus maraqları öndə durur. Sən hiss etmirsən ki, onlar bizdən 

alət  kimi  istifadə  edirlər?  Vaxtilə  Osmanlı  Türkiyə  ilə 

müharibə aparanda, onlar bizim milləti ən qızğın döyüşlərə 

göndərdi,  elə  ki,  həmin  müharibədə  cüzi  divident  qazandı, 

onda  bizləri  taleyin  ümidinə  buraxdılar  və  bizim  millət  ən 



                                                     

 

  



                                                                            

                                                    

83 

amansız qırğınlara məruz qaldı. Vaxt gələcək, ruslar bizi öz 



ölkələrindən  qovacaqlar.  Onu  demək  istəyirəm  ki,  biz 

Azərbaycanda  hamıdan  xoşbəxt  yaşayırdıq  və  belə  bir 

yaşayış bir daha bizə qismət olmayacaq. 

-  Rusiya  olmasın,  Avropa  ölkələri  olsun.  Qaçqın  adı 

altında  biz  Avropada  da  sığınacaq  tapa  bilərik.  Oradakı 

həyatın nə dərəcədə firavan olması hamıya məlumdur.  

-  Avropa  elə  avropalıların  özləri  üçündür.  Bilmirsən  ki, 

yəhudi  kimi  böyük  nüfuza  malik  olan  milləti  Avropa 

ölkələrində  neçə  dəfə  kütləvi  şəkildə  qırıblar?  Əgər, 

yəhudilərin  başına  orada  müsibətlər  açıblarsa,  bizimkiləri 

ümumiyyətlə,  kökündən  məhv  edərlər.  Ona  görə  dediyim 

odur ki, bu müharibə ilə biz həm azərbaycanlıları, həm də 

bütövlükdə bütün Türk dünyasini özümüzə düşmən etdik.  

-  Bizim  azadlıq  uğrunda  mübarizəmizdə  xaricdən  xeyli 

sayda soydaşlarımız gəlibdir, amma sən məni bu mübarizə-

dən döndərmək istəyirsən. – Eduard razılaşmadı.  

-  Xaricdən  gələnlər  mübarizə  aparmağa  yox,  əliyalın 

yerli  əhalini  ən  amansız  üsullarla  məhv  etməyə  gəliblər. 

Sanki onlar girovlar üzərində ekzekusiya aparmaqda xüsusi 

məktəb  oxuyublar.  Təəssüfləndirici  hal  odur  ki,  bütün 

bunları  daim  fəxr  etdiyimiz  “Daşnaksyütun”  partiyasının 

ideoloqları  həyata  keçirir.  Hələ  də  anlaya  bilmirəm  ki, 

bizim  başıbilənlərimiz  hansı  ideologiyanı  bizə  aşılayırlar? 



                                                     

 

  



                                                                            

                                                    

84 

Çiyin-çiyinə  yaşadığımız  mehriban  qonşuların  fiziki 



cəhətcə məhv edilməsi ideologiyasını? 

Oğlum, bu müharibəni başlamaqla kimsə siyasi divident 

qazanır, kimsə cibini ölənlərin varidatı ilə doldurur, kimsə 

də  övladlarını  itirir.  Bu  müharibədə  mən  artıq  bir  oğlumu, 

qardaşımı  və  qardaşım  oğlunu  itrmişəm  və  istəmirəm  ki, 

bundan sonra növbəti qurban sən olasan. Sən təcili olaraq, 

vaxt itirmədən mənimlə Rusiyaya getməlisən.  

- Mən qardaşıma və o biri qohumlarıma görə  türklərdən 

qisas almasam, onda bizimkilər, məni qorxaq adlandıracaq. 

- Sən çoxsaylı türk öldürmüsən. Bu işi Aşotun oğlu Ro-

bert davam etməlidir. O, isə Rusiyada alverlə məşğuldur. 

Edik,  işdir  sən,  mənim  sözümə  qulaq  asmasan,  onda 

dərddən  ürəyim  partlayacaq.  Anan  isə  bu  dərdə  dözməyə-

cək. Bizim ölümümüzü istəyirsənsə, sən də o biri başkəsən-

lərlə birlikdə burada qala bilərsən. 

Tərəddüd  qarşısında  qalan  Eduard  qərar  çıxarmaq  üçün 

çox fikirləşməli olmadı və atasının təklifi ilə razılaşdı.  Bir 

növ həmin təklif, özünü yırtıcı kimi aparmağa çalışan, lakin 

xarakter etibarı ilə qorxaq olan cavan erməninin ürəyindən 

idi. Çünki o,  bir müddət əvvəl Rusiyada başladığı işi başa 

çatdırmağı  qarşısına  məqsəd  kimi  qoymuşdu.  Həm  də  o, 

birdəfəlik olaraq təhlükəli zonadan uzaqlaşacaqdı. 




Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə