  1 Ramiz Dəniz



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə29/113
tarix26.11.2017
ölçüsü2,72 Mb.
#12911
1   ...   25   26   27   28   29   30   31   32   ...   113

                                                     

 

  



                                                                            

                                                    

111 

asılı  olaq.  Elə  indi  də  həmin  münaqişənin  müsbət  həll 



olunmasında həmin siyasətçilər böyük maneəçilik törədirlər. 

-  Millətlərimiz  arasında  yaranan  iddialar  təmin  olunsa, 

onda  bu  münaqişənin  özü  gözlənilməz  şəkildə  aradan  qalxa 

bilər. – əqidəsini gizlədən qız qeyri-müəyyən tərzdə dilləndi.  

-  Nizami,  yaşlı  nəsil  heç  kimin  mövqeyi  ilə  maraqlanma-

dan  qəlblərə  qara  yara  salan  münaqişəni  yaratdılar.  –  deyə 

kofeni başına çəkən Aleksandr həvəslə dilləndi. – Hal-hazırda 

oxuduğumuz ali təhsil ocağında Raisa “İşıqlı gələcək naminə” 

adlı  ictimai-birlik  yaratmaq  planlaşdırıbdır,  nizamnamə  də 

hazırdır.  Yuridik  qüvvəyə  minmək  üçün  yalnız  Ədliyyə 

Nazirliyinin  təsdiqi  lazımdır.  Bu  məsələdə  mənim  atam 

Raisaya köməklik göstərir.   

-  Bəs,  adı  çəkilən  ictimai-birliyin  funksiyası  nədən  ibarət-

dir? – Nizami maraqlandı. 

- Qafqazda sülh yaramaq naminə gənclərin fəallığı mühüm 

rol  oynamalıdır.  –  deyə  Raisa  siyasətçi  kimi  cavab  verdi.  - 

Xüsusən  də  Azərbaycanla  Ermənistan  arasında  yaranan 

düşmənçilik  münasibətini  aradan  qaldırıb,  əvvəlki  kimi  sülh 

və əminamanlıq şəraitində yaşamaqdan ibarətdir.   

- Ümumi prinsip ondan ibarətdir ki, - deyə Aleksandr qızın 

üzündən  öpərək,  məsələyə  aydınlıq  gətirmək  istədi.  -  xalqlar 

və  millətlər  torpaq  üstündə  bir-birilərini  qırmamalı,  bir-

birilərinə  ifrat  düşmənçilik  bəsləməməlidirlər.  Sülh  və  əmin-

amanlıq bütün meyarlardan üstün olmalıdır. Araya nifaq salan 




                                                     

 

  



                                                                            

                                                    

112 

inzibati  bölgü  olan  sərhədlər  aradan  götürülməli,  kim  harada 



istəyir orada da yaşamalıdır. Dinlər arasında fərq olmamalıdır. 

-  Bunun  üçün  hakimiyyətdə  yalnız  humanistlər  olmalı  və 

yalnız  tolerant  fikirlərlə  yaşayıb  fəaliyyət  göstərməlidirlər.  – 

söylənən  sözlərin  səmimiyyətinə  inanan  Nizami  filosof  kimi 

dilləndi.  –  Makedoniyalı  İsgəndər  İrana  yürüşə  başlayanda 

qarşısına  məqsəd  qoymuşdu  ki,  nə  qədər  ölkə  var  hamısını 

fəth  edəcək  və  millətləri  bir-birindən  ayıran  sərhədlərin 

hamısını aradan qaldıracaq. İnana bilmərəm ki, belə bir qüdsi 

ideyalar haçansa həyata keçsin.  

-  Hər  şey  bizim  fəaliyyətimizdən  asılı  olmalıdır.  –  Raisa 

sol  əlini  Aleksandrın  boynuna  salıb  giley-güzarla  dilləndi.  – 

Nizami,  biz  istəyirik  ki,  yaradılan  birliyin  üzvləri  əsasən, 

müharibəni  öz  gözləri  ilə  görmüş  bizim  millətin  nümayən-

dələri,  azərbaycanlılar,  gürcülər,  osetinlər,  abxazlar,  çeçenlər 

və digərləri olsun. Əminəm ki, dövlət başçıları bizim ideyaya 

diqqət yetirəcək və hərtərəfli olaraq bizimlə hesablaşacaqlar.  

Onlar  bir  qədər  burada  vaxt  keçirəndən  sonra  kafeni  tərk 

etmək  fikirinə  düşdülər.  Əvvəlcədən  qurduğu  plana  əsasən, 

Aleksandr  atası  ilə  vacib  iş  olduğunu  bəhanə  gətirib  gedəcə-

yini  bildirir  və  Nizamidən  xahiş  edir  ki,  Raisanı  qaldığı  evə 

kimi  ötürsün.  Azərbaycanlı  tələbə  də  qeyri-ixtiyari  olaraq 

həmin təklifi qəbul etdi.  

Nizami  əslən  Qarabağdan,  lap  dəqiq  erməni  quldurlarının 

işğal  etdikləri  Xocavənd  rayonunun  Qaradağlı  kəndindəndir. 

O,  ailəsi  erməni  təcavüzünə  və  içgəncələrinə  məruz  qalan 



                                                     

 

  



                                                                            

                                                    

113 

həkim Əvəzin  oğlu  idi.  Uzun illər Beyləqanda çadır şəhərci-



yində  yaşamış  Nizami  universitetə  daxil  olan  ili,  atası  Bakı 

şəhərində  evlə  təmin  olunmuşdu.  Lakin  buna  baxmayaraq  o, 

doğulduğu  kəndə  qayıtmaq  ümidi  ilə  yaşayırdı.  Taleyin 

hökmü ilə bir kənddə  yaşayan iki qonşunun nəvələri eyni ali 

təhsil  ocağında  oxuyur  və  qohumlarının  bir  küçədə  yaşa-

masından hər iki cavan bixəbər idilər. 

Azərbaycanlı tələbə xarakter etibarilə humanist adam idi və 

həmişə  siyasətdən  uzaq  olmağa  çalışmışdı.  Məhz  buna  görə 

də  Raisa  ilə  tanış  olmaq,  müəyyən  mənada  onun  ürəyindən 

idi.  Aleksandr  üçün  də  bir  jurnalist  kimi  onların  tanışlığı 

xüsusi  əhəmiyyət  kəsb  edirdi.  Çünki  beynəlxalq  aləmdə  bir-

birilərini  günahlandıran  iki  respublikanın  siyasətçiləri  geri 

çəkilmək  fikirində  deyildilər,  ən  dəhşətlisi  isə  yaranan 

münaqişənin  aradan  qaldırılması  üçün  on  səkkiz  ildə  heç  bir 

kompromiss  variant  əldə  edilməmişdi.  Nizamiyə  nisbətən 

Raisanın  xasiyyətinə  bələd  olan  Aleksandr  yaxşı  bilirdi  ki, 

onun qrup yoldaşı vaxtaşırı şəhərdə çıxan mətbuat orqanların-

da çıxış edərək, azərbaycanlıların tutduqları mövqeyini tənqid 

edirdi.  Dosent  oğlu  da  ermənilərin  şəhərdə  apardıqları  anti-

Azərbaycan  təbliğatın  tələsinə  düşərək,  özü  də  ayda  bir-iki 

dəfə  real  araşdırmalara  söykənməyən  qərəzli  məqalələr 

yazırdı.  Özünü  azərbaycanlıların  qurbanı  kimi  təqdim  edən 

Raisa  bu  işə  başqa  qrup  yoldaşlarını  da  cəlb  edə  bilmişdi. 

Əlbəttə ki, bütün bunlardan Nizaminin xəbəri yox idi.  




Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə