  1 Ramiz Dəniz



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə30/113
tarix26.11.2017
ölçüsü2,72 Mb.
#12911
1   ...   26   27   28   29   30   31   32   33   ...   113

                                                     

 

  



                                                                            

                                                    

114 

Məkrli  erməni  qızının  əsas  məqsədi  o  idi  ki,  bu  təbliğat 



kompaniyasına azərbaycanlı tələbələrini də cəlb edə bilsin.  

Bir  gün  onlar  elə  universitetin  yeməkxanasında  görüşüb, 

barışıq  planı  üzrə  müzakirələr  aparmağa  başladılar.  Əsas 

məqsəd millətlər arasında olan münaqişənin ölümsaçan qığıl-

cımı birdəfəlik söndürülməli idi. Birinci olaraq Raisa təkliflə 

çıxış  etdi.  O,  Aleksandra  söykənsə  də  nəzərlərini  Nizamiyə 

yönəldərək, başqa masalarda əyləşən tələbələrin diqqətini cəlb 

etməmək üçün yavaş səslə dedi: 

-  1994-cü  ildən  atəşkəs  olsa  da  hər  an  Qarabağda  döyüş 

əməliyyatları başlaya bilər. Biz gənclər və xüsusən də Rusiya-

nın  tərəqqipərvər  və  sülhpərvər  gənclər  və  ziyalıları  qan 

tökülməsinin  qarşısını  almalıyıq.  Artıq  bəllidir  ki,  azərbay-

canlılar da qan tökməyə üstünlük  vermirlər, lakin elə radikal 

meylli  qüvvələr  var  ki,  iki  xalq  arasında  müharibənin 

başlanmasını  arzulayırlar.  Burada  Türkiyə,  İran,  Pakistan  və 

başqa ölkələr xüsusi fəallıq göstərirlər. Biz hər şeyi sülhlə həll 

edə bilərik.  

- Raya, sadaladığın ölkələr heç vaxt istəməzlər ki, növbəti 

dəfə  Qafqazda  destabilizasiya  yaransın.  –  deyə  azərbaycanlı 

tələbə təmkinlə dilləndi. - O ki qaldı İrana, həmin ölkə yalnız 

sizə öz dəstəyini göstərir. Bundan əlavə hamı bilir ki, düyünə 

çevrilən  Qarabağ  məsələsinın  açarı  yalnız  Rusiyanın  əlində-

dir.  Rusiya  istəsə  bizim  torpaqlarda  əbədilik  sülh  bərqərar 

olar. 



                                                     

 

  



                                                                            

                                                    

115 

-  Rusiyanın  mövqeyi  hamıya  bəllidir,  qan  axıdılmadan 



həmin münaqişə birdəfəlik həll olunsun. – deyə Aleksandr öz 

fikirini  söylədi.  –  Ekstremist  qüvvələr  yox  olsa,  onda  sizin 

xalqlar yenə də əvvəlki kimi əziz və mehriban qonşular kimi 

yaşaya  bilərlər.  Bir  parça  torpağa  görə  bu  qədər  qan 

axıdılması yalnız düşmənçiliyin artmasına gətirib çıxarıbdır.  

-  Hər  kəsən  öz  torpağında  yaşasaydı,  belə  müsibətlər  də 

baş  verməzdi.  –  Nizami  təəssüf  hissilə  dilləndi.  –  Məsələnin 

müsbət  həlli  yalnız  camaatın  öz  torpaqlarına  qayıtmasından 

sonra mümkün olar.  

-  Bu  da,  Qarabağda  yaşayan  əhalinin  öz  müqəddəratının 

həll  olmasından  sonra  baş  verə  bilər.  –  deyə  Raisa  niyyətini 

açıqlamalı oldu. – Referendumun keçirilməsi mütləqdir. Ora-

da  yaşayan  əhali  harada,  hansı  ölkənin  tərkibində  və  yaxud 

müstəqil yaşamaq istəyirsə, qoy elə də olsun.  

-  Raya, Qarabağ hansı  ölkəyə tabedirsə, orada da qalmalı-

dır.  –  deyə  Nizami  erməni  qızın  dedikləri  ilə  razılaşmadı.  – 

Həm də orada referendum necə keçirilə bilər? Həmin ərazidə 

sizin  millətdən  başqa  digər  millətlər  yaşamır.  Müharibə 

başlayanda  orada  min  illərlə  yaşayan  bütün  azərbaycanlılar 

ev-eşiklərindən didərgin salındı. Elə bizim nəsil də doğulduğu 

yurd-yuvasını  tərk  edib,  tamamilə  başqa  bir  ərazidə  çadır 

şəhərciklərində  sığınacaq  tapıblar.  Mən  özüm  Beyləqan 

rayonunda yerləşən qaçqın şəhərciyində çadırda anadan olmış 

və təhsilimi də həmin ağır şəraitdə almışam. Orada referendu-

mun  keçirilməsi  absurddur.  Həm  də    Qarabağın  Azərbay-



                                                     

 

  



                                                                            

                                                    

116 

candan  ayrılması  mümkün  deyil.  Amma  həmin  yerə  yüksək 



statuslu muxtariyyət vermək olar.  

-  İndiki  zamanda  hamı  öz  evinə  qayıdıb  referendumda 

iştirak edə bilər. – erməni qızı qeyri-ciddi fikir söylədi. – Heç 

kim həmin sakinlərə qarşı düşmənçilik bəsləməyəcək. Amma 

millətimizə  qarşı  qətllərdə  iştirak  edən  hər  bir  kəs,  milliyyə-

tindən asılı olmayaraq cinayət məsuliyyətinə cəlb olunacaq.   

- Sual verilir ki, haçan, nə vaxt? – deyə Nizaminin dodaq-

larında acı təbəssüm sezildi. 

-  Bütün  bunlar  bizim  əməli  fəaliyyəimizdən  asılıdır.  Biz 

gənclər  passivlik  göstərsək,  bu  məsələ  heç  vaxt  öz  həllini 

tapmayacaq. 

Dərs vaxtı başladığından onların söhbəti yarımçıq qaldı və 

hərə öz fakültəsinə yollandı. 

 

 



                 

  

     XI fəsil. Şan-şöhrətə görə şərəf və ləyaqətini  

             tapdaq altına atan ailə     

 

 



Mayın  9-na  iki  gün  qalmış  Alman  faşizmi  üzərində  əldə 

olunan  qələbəni  qeyd  etmək  üçün  fəal  tələbələr  universitetin 

akt zalına dəvət edilmişdi. Böyük Vətən müharibəsində iştirak 

etmiş  hər  bir  millətdən  Sovet  İttifaqı  Qəhrəmanı  çıxmış  və 




                                                     

 

  



                                                                            

                                                    

117 

burada təhsil alan hər bir tələbə onların xatirəsini  yad etmək 



üçün portretlərini başları üzərində tutmuşdu. Eləcə də Nizami, 

Aleksandr  və  onun  yanında  olan  Raisa  əllərində  portret 

tutaraq, bayram  tədbirində iştirak edirdilər.  Nizami gördü ki, 

həmin  qız  Baqramyanın  surətini  başı  üzərində  tutaraq, 

başqalarının diqqətini özünə cəlb edir.  

Çıxışlar  əvvəlcədən  paylansa  da,  tədbirin  sonuna  yaxın 

Raisa  məclis  iştirakçılarından  söz  alır  və  yüksək  tribunadan 

erməni  xalqının  həmin  müharibədə  əvəzsiz  rol  oynadığını 

qeyd edərək, öz millətini yüksək zirvələrə qaldırmağa çalışdı. 

Qızın çıxışında o dərəcədə şişirdilmiş ifadələr vardı ki, həmin 

müharibədən  anlayışı  olmayan  və  həmin  dövrün  tarixindən 

başı  çıxmayan  adam  olsaydı,  elə  faşizm  üzərində  qələbəni 

ermənilərin təmin etdiyini zənn edərdi. Məhz həmin çıxışdan 

sonra  Nizami  Raisanın  nəyə  qadir  olduğunu  anlayır  və  başa 

düşür ki, jurnalistikaya yiyələnən bu qızdan heç vaxt obyektiv 

məqalələr  gözləməyə  dəyməz.  Ambisioz  qız  öz  yaşıdları 

arasında  lider  olmağa  can  atırdı.  O,  hər  an  heç  bir  şeyə 

əhəmiyyət  vermədən,  şəxsi  ambisiyalarına  görə  kimi  istəsə 

şərləyə bilərdi.  

Raisa  ilə  olan  müzakirələr  maraqlı  olsa  da,  Nizami  bir 

qədər ondan uzaqlaşmağı qərara aldı.    

Həmin axşam Eduard anası Marqo ilə birlikdə hər iki qızını 

süfrə arxasına dəvət edib şam yeməyə başladı. 25 yaşlı böyük 

qızı Elizabet gəmi təmiri şirkətində yeməkxana müdiri işlədiyi 

üçün,  yatmağa üç-dörd saat qalmış  evə gəlirdi. O, eyni vaxtı 



Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə